Microsoft Word 2017-ci№ doc



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə52/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   48   49   50   51   52   53   54   55   ...   147

Filologiya məsələləri, 2017 
 139
FİRƏNGİZ PƏNAHOVA 
  XALİDƏ ZEYNALOVA 
AzTU 
     firəngiz-xalidə.@.mail.ru. 
 
İNGİLİS DİLİNDƏN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ 
PROSESİNDƏ LEKSİK-SEMANTİK UZLAŞMALAR 
 
Açar sözlər: ingilis dili, semantika, Azərbaycan dili, uzlaşmalar, tərcümə. 
Ключевые  слова:  английский  язык,  семантика,  азербайджанский 
язык, координация перевод 
Key words: English, semantic, Azerbaijani, agreement, translation. 
 
Mətndə ifadə olunan referensial mənaların verilməsi zamanı  məna 
tərcüməsinin uyğun olmaması tərcüməçinin əsas rastlaşdığı problemdir. 
Məna vahidləri – morfemlər,sözlər,sabit söz biləşmələri – öz 
referensial mənaları ilə tam həcmdə uyğun olan 2 müxtəlif dil yoxdur. 
Bunu xüsusən 2 müxtəlif dillərin - azərbaycan və ingilis söz tərkibinin 
materialları əsasında nümayiş etdirmək olar. 
2 dilin leksik vahidləri arasında semantik uyğunlaşmaların bütövlükdə 
3 əsas tiplərə aid etmək olar. 
1)  Tam uyğunlaşma 
,2)Qismən uyğunlaşma, 
3)Uyğunlaşmanın olmamağı 
Bu 3 tiplərə ayrı-ayrılıqda baxaq,tərcümənin nəzəriyyəsi və  təcrübəsi 
üçün xüsusi maraq və çətinlik təşkil edən, 2 sonuncu tipi nəzərdə tutmalıyıq. 
Müxtəlif dillərin leksik vahidlərinin referensial mənası ilə bütöv 
həcmdə tam uyğulaşması halları nisbətən azdır.  
Bu sözlər birmənalıdır, yəni 2 dildə ancaq bir leksik mənası var: 
onların sayı dilin leksikonunda olan ümumi söz cümləsi ilə müqayisədə 
nisbətən azdır. 
Bura aşağıda göstərilən leksik qrupa məxsus olan sözlər aiddir. 
1)  Xüsusi və coğrafi adlar : 
2)  Norman – Nomon,Moskva – Moscow,Polşa – Poland 
3)  Elmi və texniki terminlər,məs  
4)  :Loqaritm – logarithm, 
5)  Hidrogen – hydrogen 
Proton – proton,Ekvator – equator,Voltmetr – voltmeter 
6)  Verilmiş 2 sözün semantikasına yaxın olan bəzi qrup sözlər,əksər 
ayların adı il\ə bağlıdır: 
Məs : Sentyabr – september,Oktyabr – october,Noyabr – november 


Filologiya məsələləri, 2017 
 140
Bura say kimi özünə məxsus söz qrupu aiddir : milyon – million 
Elə düşünmək olmaz ki,yuxarıda verilən qrupların bütün sözləri tam 
uyğunlaşmalar cərgəsinə aiddirlər. 
Belə ki,əksər hallarda sözlər – terminlər çoxmənalılıqla xaraktertizə 
olunurlar və başqa dildə bir yox,bir neçə uyğunluqları var.İngilis termini – 
power – fizikada - güc,qüvvə,enerji ; - riyaziyyatda isə  həmçinin dərəcə    - 
mənalarını daşıyır. 
Xüsusən texniki terminologiya fərqlənir ; belə ki,azərbaycan termini 
“kamera”–ingilis dilində chamber,compartent,camera (fotoaparat),tube 
(təkərin kamerası),cell (həbsxanada kamera – otaq). 
Bir ölkəyə aid olan nadir və yaxud az məşhur olan adlar adətən 
birmənalı  və tam uyğun olurlar. Məs: Oxlu kirpi – porcupine; Qızıl qaz – 
flamingo. 
Lakin yaxşı tanınınmış heyvanların adları  nəyinki zooloji 
terminlərə,hətta ümumi işlənən leksikaya daxildirlər və bununla 
çoxmənalılıq qazanırlar. 
Məs : ingilis sözü “tiger” - “pələng” mənasından savayı bu mənaları 
daşıyır.Qəddar insan,təhlükəli rəqib,davakar,xuliqan,dələduz. 
Nadir hallarda 2 dildə çoxmənalı sözlərdə tam uyğunluğa rast gəlmək 
olar.Belə ki,azərbaycan sözü “şir” ingilis sözü “lion” kimi bu mənaları 
daşıyır :  
1) nəhəng yırtıcı heyvan;  
2) məşhur,dəb qoyan adam ; 
 3)bürc və zodaik işarəsi. 
Çox geniş yayılmış hallardan biri də 2 leksiki vahidlərinin müqayisədə 
uyğunluğudur.Hər dildə sözlərin böyük əksəriyyəti çoxmənalılıqla 
xarakterizə olunur,bununla belə bir dildə sözün mənalarının sistemi,adətən 
başqa dilin mənalar sistemi ilə tam uyğun olmur. 
Belə  də müxtəlif hallar müşahidə olunur.Hərdən sözün məna dairəsi 
başqa dildə olan həmin sözün məna dairəsində də geniş olur. 
Belə ki, azərbaycan dilində “xasiyyət” ingilis “character” ilə belə məna 
kəsb edir. 
1)  İnsanın psixoloji xüsusiyyətlərinin cəmi   
  2)Möhkəm iradə,məqsədə çatmaqda iradə 
3)Xüsusiyyət,keyfiyyət,nəyin isə orijinallığı 
İngiliscə “character” – də elə bir məna var ki,o azərbaycan sözündə 
yoxdur və azərbaycan dilində ayrı sözlərlə verilir. 
4)ad,şöhrət;  
5) yazılı zəmanət,xarakteristika;  
6) fərq,cizgi,əlamət, keyfiyyət;  


Filologiya məsələləri, 2017 
 141
7) məxsusiyyət; 8) ədəbi obraz, qəhrəman, pyesdə iştirak edən şəxs; 9) 
çap işarələri, hərf, simvol.Geniş yayılmış hallardan biri də odur ki, 2 söz həm 
uyğun,həm də uyğun olmayan mənalar daşıyır. 
Belə ki,azərbaycan sözü “masa” və ingilis sözü “table” ancaq mebel 
əşyası  mənasında uyğundurlar,lakin başqa mənalarda fərqlənirlər: 
azərbaycan dilindəki masa sözünün “təam,qida” (“masa və mənzil”, “pəhriz 
masası” ) və “müəssisə”,dəftərxanada  şöbə (məs. tapıntı masası,pasport 
masası ) kimi mənaları var.Hansı ki,ingilis “table” sözündə yoxdur və ingilis 
dilində bu mənalar belə sözlərlə ifadə olunurlar: board,food cooking,diet and 
office,department. 
O biri tərəfdən isə ingilis dilində “table” sözü elə bir mənalar daşıyır 
ki,bunlar azərbaycan dilində yoxdur və onlar belə sözlərlə verilirlər : 
lövhə,pilətə,cədvəl,dağ yaylası və.s. 
Bir qədər başqa hallar o zaman olur ki, 2 söz müxtəlif dillərdə öz 
referensial mənaları ilə uyğunlaşırsa,demək bu dillərin birində elə söz var 
ki,verilmiş anlayış növlərini təyin edir,amma başqa dildə belə bir söz 
olmur.Belə ki, “mebel əşyası” mənasını daşıyan azərbaycan sözü “masa” və 
ingilis sözü “table” tam uyğunlaşırlar,lakin masanın müxtəlif növlərindən 
biri olan “yazı masası” sözünü təyin etmək üçün ingilis dilində “desk” sözü 
var,o zaman ki,azərbaycan dilində bu anlayış üçün söz birləşməsi – yazı 
masası işlətmək lazım olur. 
Azərbaycan sözü “ev” ingilis sözü “house” “bina” və “sülalə” 
mənalarında uyğundurlar.(məs. Romanovlar evi,- the House of 
Romanovs),lakin ayrı  mənalarda uyğun gəlmirlər: azərbaycan sözü 
ev,ocaq,yaşayış yeri mənası var,bu da ingilis sözü “home” la uyğun 
gəlir,həmçinin “müəssisə,idarə” mənası var,o da tərcümə olanda kontekstə 
baxılır : 
1)  uşaq evi – children’s və ya orphanage  
2)  2)ticarət evi – commercial firm 
3)islahat evi (yeri) – reformatory 
 4)oyun evi – gambling house və ya casino 
5)dəlixana – lunatic aslyum 
İngilis sözü “house”-un bir çox mənaları var ki,onlar azərbaycan sözü 
“ev”-də yoxdur.Məs. parlament palatası (the House of commons).Bir qədər 
ayrı xarakter daşıyan hallar var ki,onları başqa dillə müqayisədə bir dildə 
mənanın qeyri diferensiallığı adlandırmaq olar. 
Belə ki,azərbaycan dilində “əl və qol” sözü var,ona da ingilis dilində 2 
söz uyğun olur- arm və hand,onlar da özlüklərində daha dar məna daşıyır: 
“arm” – yuxarı  ətraf-çiyindən biləyədək,hand isə-bilək.Lakin azərbaycan 
sözü “əl” bütöv ətraf deməkdir. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə