Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə48/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   44   45   46   47   48   49   50   51   ...   147

Filologiya məsələləri, 2017 
 127
bir sözün də sintaqma ola bildiyini söyləyir. Madam bir söz sintaqm ola bilirsə, 
deməli söz birləşməsi də sintaqma olur. Əsas fərq odur ki, sintaqma rabitəli 
mətndən, daha doğrusu nitqdən götürülür. Nitq kontekstindən seçim olmadıqda 
sintaqma da yoxdur. Dildə fonem, morfem, söz birləşməsi vahiddir. Bunlar 
rabitəli nitqdən götülmədən də düzəldilir. Belə bir cümləyə baxaq: «Stolun üstü 
pəncərənin rəngbərəng  şüşələrindən düşən gün işığından  əlvan rəngə 
boyanmışdı». Bu cümləni sintaqmalara ayırsaq stolun üstü, pəncərənin 
rəngbərəng  şüşələrindən düşən, gün işığından,  əlvan rəngə boyanmışdı 
sintaqmalarını alarıq ki, bunlardan birincisi söz birləşməsidir və nitq 
kontekstindən ayırma nəticəsində sintaqmaya çevrilmişdir. Rabitəli nitqə 
məhsulunu sintaqmalara ayırdıqda kontekstin bütün ünsürləri sintaqmaların 
tərkibinə ardıcıl daxil olmalıdır. «Xacə Ənvər bardaş qurub hökmdarın ayaqları 
altında, xalçanın üstündə oturdu (Y.Səmədoğlu) - cümləsində hökmdarın 
ayaqları altında, xalçanın üstündə statik birləşmələr, Xacə Ənvər oturdu, bardaş 
qurub oturdu, hökmdarın ayaqları altında oturdu, xalçanın üstündə oturdu 
birləşmələri dinamik birləşmələr - sintaqmlardır»»[6, 40]. Sözlərin bir-biri ilə 
sintaqmatik planda əlaqələnməsi imkan verir ki, Xacə  Ənvər oturdu, bardaş 
qurub oturdu, hökmdarın ayaqları altında oturdu, xalçanın üstündə oturdu kimi 
birləşmələrin hər birinə sintaqma deyək. Ancaq nümunədə söz düzümü 
nəticəsində bir sintaktik tam formalaşdırılmışdır: Xacə  Ənvər bardaş qurub 
hökmdarın ayaqları altında, xalçanın üstündə oturdu. Cümlənin üç sintaqması 
vardır: 1) Xaçə Ənvər bardaş qurub; 2) hökmdarın ayaqları altında; 3) xalçanın 
üstündə oturdu. Digər  şəkildə bölgü, daha doğrusu Q.Kazımovun bölgüsü bir 
qədər başqa aspektdədir. 
Xacə Ənvər oturdu  
bardaş qurub oturdu 
hökmdarın ayaqları altında oturdu  
xalçanın üstündə oturdu 
Verilmiş dörd sintaqmanın hər biri predikativ sintaqma şəklindədir. 
Onların hər birində «oturdu» predikativi istifadə edilmişdir. Bu bölgüdə birinci 
sintaqma  əsas fəaliyyəti və ya nisbi bitmiş fikri ifadə edir. İkinci sintaqmada 
hərəkətin subyekti çıxarılmış,  əvəzində bu subyektin oturma tərzi verilmişdir. 
Növbəti iki sintaqmada məkan dəqiqləşdirilməsi müşahidə olunur. Cümlə 
sintaqmalara ardıcıl parçalanırsa, Azərbaycan dilində predikativ son 
sintaqmanın tərkibinə daxil edilməlidir. O, bütün sintaqmalara daxil etmək 
düzgün deyildir. Cümlənin predikativ informativ tamlara bölünməsində isə 
predikativ bütün bölgü vahidlərinə daxil edilə bilər. Əgər cümləni «Xacə Ənvər 
bardaş qurub hökmdarın ayaqları altındakı xalçanın üstündə oturdu» şəklinə 
salsaq, onu cəmi iki  və ya üç sintaqmaya bölə bilərik:. 
I variant: 
Xacə Ənvər bardaş qurub  


Filologiya məsələləri, 2017 
 128
hökmdarın ayaqları altındakı xalçanın üstündə oturdu 
II variant 
Xacə Ənvər bardaş qurub  
hökmdarın ayaqları altındakı  
xalçanın üstündə oturdu 
Təbii ki, iki və ya üç sintqamaya ayırmanın səbəbi dəqiq deyildir. Məsələ 
burasındadır ki, «altındakı» söz-forması özündən sonrakı sözü sanki tələb edir.  
hökmdarın ayaqları altındakı - nə? 
Assosiativ üzə çıxan «nə?» sualı sonrakı sözü (xalçanın) tələb edir. Digər 
tərəfdən xalçanın söz formasında yiyəlik hal şəkilçisi vardır və bu şəkilçi də 
«xalçanın nəyi?» sualını doğurur və birləşməni bir qədər də genişləndirmək 
zərurəti yaranır. Nəticədə «hökmdarın ayaqları altındakı xalçanın üstündə» 
birləşməsi əmələ gəlir ki, bu da sintaqma təsəvvürü yaradır. Yəni onu sintaqma 
hesab etmək və ya hesab etməmək mübahisə doğurur. Son sözün- predikativin 
də bu birləşməyə artırılaraq sintaqmanı tamamlamaq cümlədəki bütün sözləri 
həm istifadə etmək, həm də predikativ münasibət yaratmaq hissindən irəli gəlir. 
Təhlil göstərir ki, verilmiş cümləni aşağıdakı şəkildə də sintaqmalara ayırmaq 
mümkündür: 
III variant 
Xacə Ənvər bardaş qurub  
hökmdarın ayaqları altındakı  
xalçanın üstündə  
oturdu 
Qeyd olunanlar cümlənin sintaqmalara bölünməsinin konkret 
meyarlarının hələ ki, dəqiq müəyyənləşdirilmədiyini təsdiq edir. Q.Kazımova 
görə, «sintaqmın xarakter əlamətləri aşağıdakılardır: 
-sintaqm binar xarakterdə (iki üzvlü) olub, mütləq özündə iki üzvü 
birləşdirir; 
-sintaqmın bu və ya digər üzvü başqa sintaqma da aid ola bilər; 
- sintaqmlar komponentləri arasında tabelilik əlaqəsinin olması ilə 
xarakterizə edilir. Gənc həkim xəstəni diqqətlə müayinə etdi-cümləsində: gənc 
həkim, həkim müayinə etdi, xəstəni müayinə etdi, diqqətlə müayinə etdi kimi 
sintaqmlar vardır. Bunlardan birincisi atributiv əlaqə, ikincisi predikativ əlaqə, 
üçüncüsü obyekt əlaqəsi, dördüncüsü relyativ əlaqə  əsasında qurulmuş 
sintaqmlardır. Göründüyü kimi, qeyd etdiyimiz sintaqmların hamısı ikiüzvlüdür 
və tabelilik əsasında qurulmuşdur: həkim sözü iki, müayinə etdi sözü üç 
sintaqmın tərkibində iştirak etmişdir. Əhatə dairəsinin genişliyi ilə də sintaqmlar 
söz birləşmələrindən fərqlənir. Bu sintaqmlardan yalnız biri (gənc həkim) 
sintaktik birləşmələrlə eynidir. Predikativ birləşmələri də  əhatə etməsi və 
cütüzvlü olması ilə sintaqmlar söz birləşmələri çərçivəsindən kənara çıxır» (6, 
40). 


Filologiya məsələləri, 2017 
 129
Belə bir cümləyə baxaq: «Fuad, Şövqi Camaloviçin kürəkəni olmaq 
istəyən Fuad divanda oturmuşdu». Aydındır ki, sintaqmalara bölgüyə 
Q.Kazımovun irəli sürdüyü əlamətlər kimi yanaşsaq təqribən aşağıdakı bölgünü 
alacağıq: 
Fuad oturmuşdu 
Divanda oturmuşdu 
Şövqi Camaloviçin kürəkəni  
Şövqi Camaloviçin kürəkəni olmaq istəyən oturmuşdu 
Şövqi Camaloviçin kürəkəni olmaq istəyən Fuad oturmuşdu 
Şövqi Camaloviçin kürəkəni olmaq istəyən divanda oturmuşdu 
Şövqi Camaloviçin kürəkəni olmaq istəyən Fuad divanda oturmuşdu 
Göründüyü kimi, bu halda sintaqmaların sayını kifayət qədər artırmaq 
olur. Nəticədə sintaqmaların təyini ilə bağlı mübahisə doğuran məsələlərin sayı 
da artır. Bütün bu cəhətlər sintaqmaların təyini məsələsində  dəqiqliyin və 
konkretliyin olmadığını göstərir. Bunu müxtəlif dilçilərin bu məsələ ilə bağlı 
tədqiqatlarında da görmək olur. 
Ə.Abdullayev cümlə 
və söyləm nəzəriyyələrinin 
qarşılaşdırılmasındaİ.P.Raspopova istinadla qeyd edir ki, kommunikativ 
məzmunla müxtəlif sintaktik vahidlər yalnız qrammatik planı deyil, həmçinin 
aktual üzvlənmə planınıın  əksetdirmə xüsusiyyətinə malikdir. Müəllif bu 
qənaətə gəlir ki, «dəyişən kommunikativ vəzifəyə uyğun olaraq cümlənin aktual 
üzvlənməsinin variasiyası  və  dəyişən  şəraitdə qrammatik üzvlənmənin 
dəyişməz şəkildə qalması cümlədə onların hər ikisinin eyni vacib rol oynadığını 
təsdiq edir» [7, 79]. 
Beləliklə, aydın olur ki, sintaqmalara münasibətdə dilçilikdə  hələlik 
kifayət qədər dərindən aparılmış, mübahisəli cəhətləri aradan qaldıra biləcək 
tədqiqat işləri, demək olar ki, yoxdur. Fikrimizcə, bu məsələnin həlli, ilk 
növbədə, nəyin sintaqmalara ayrılmasını, sintaqmalara ayırmanın mahiyyətini
bölgü zamanı mümkün ardıcıllığın təyin olunmasını tələb edir.  
 
ƏDƏBİYYAT 
1. Abdullayev Ə., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili. 
Sintaksis. Bakı, Maarif, 1972. 
2. Müasir 
Azərbaycan dili. III s. Sintaksis. Bakı, Elm, 1981. 
3. Seyidov Y. Azərbaycan ədəbi dilində söz birləşmələri. Bakı, Maarif, 1966 
4. Adilov  M.I., Verdiyeva Z.N., Ağayeva F.M. İzahlı dilçilik terminləri. 
Bakı, Maarif, 1989 
5. Veysəlli F.Y. Dilçiliyin əsasları. Bakı, Mütərcim, 2013. 
6.  
Kazımov Q.Ş. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, Ünsiyyət, 2000. 
  7. Abdullayev Ə. Aktual üzvlənmə, mətn və diskurs. Bakı, “Zərdabi LTD”, 
2011, 272 s. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə