Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə47/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   43   44   45   46   47   48   49   50   ...   147

Filologiya məsələləri, 2017 
 125
bir-birinin ardınca gələn və bir nəfəsvermə ilə ifadə edilən sözlər qrupudur 
(bəzən də bircə sözdür). Sintaqmalar xüsusi vurğuya malik olur və bir-birindən 
pauza ilə ayrılır” (3, 70).  
Söz  birləşməsi və sintaqmanın fərqi məsələsinə Q.Kazımov da baxmışdır. 
O da sintaqma anlayışının dilçilikdə müxtəlif  şəkildə izah edilməsinə, bəzi 
müəlliflərin söz birləşmələrini sintaqmlarla qarışdırması  məsələlərinə toxunur, 
sintaqm haqqında geniş yayılmış bir sıra elmi fikirləri diqqət mərkəzinə çəkərək 
yazır: «Sintaqmın L.V.Şerba tərəfindən izahı fonetik sintaqmlara aiddir. Bu 
təlimə  əsasən sintaqm nitqin məna bütövlüyünə malik ritmik bölümlərindən 
ibarət olan fonetik vahidlərdir. Sintaktik sintaqmlar haqqında təlim bundan 
fərqli olub, F.de Sössür, Ş.Balli, V.V.Vinoqradov, F.Mikuş  və başqaları 
tərəfindən hazırlanmışdır [6,39].  
Göründüyü kimi, Y.Seyidov da, Q.Kazımov da L.Şerbanın sintaqma 
haqqındakı fikrini bu və ya digər dərəcədə  qəbul edirlər. Y.Seyidov bir 
nəfəsvermə və xüsusi vurğuya malik olmanı ön plana çəkmişdir. Fikrimizcə, bu 
məsələ sintaqma üçün mühüm əhəmiyyət daşıyır. Lakin sintaqma və ya söyləm 
üşün semantik tərəf də nəzərə alınmalıdır. Bir çox hallarda bölgü semantikaya 
əsaslanmağı da özündə birləşdirir. Y.Seyidovun sintaqmanı  təyin etməsi 
şərtlərinə  əsaslansaq, hər hansı nitq parçasını ardıcıl olaraq sintaqmalara 
ayırmalıyıq. Yəni bu sintaqmalar ardıcıllığından kənarda qalan söz olmamalıdır. 
Anarın  əsərindən  ğötürdüyümüz aşağıdakı parçanı sintaqmlara bölünmüş 
şəkildə verək: “Stolun üstündə üç növ mürəbbə, iri parçalara doğranmış  kəllə 
qənd, nazik-nazik dilimlənmiş lumu, üç armudu stəkan, bir də bugünkü qəzetlər 
vardı. Televizor da işləyirdi, amma baxmırdılar. İdman verilişi idi, idmanla bu 
evdə heç kəs maraqlanmırdı. Fuaddan başqa. Amma Fuad hələ ki, bu evin 
sakini deyildi. 
Fuad salamlaşıb oturduqdan sonra Bilqeyis xanım qalxıb mətbəxə keçdi, 
dolabı açdı, dairəvi büllur vazada zoğal mürəbbəsi gətirdi. Fuad masa üstündəki 
üç növ mürəbbədən daha artıq zoğal mürəbbəsini sevirdi və Bilqeyis xanım 
bunu bilirdi” (Anar. Macal).  
Kursivlər sintaqmaları bir-birindən ayırmağa xidmət edir. Birinci 
sintaqma ilə ikincinin sərhədində duran “üç” sözü ikinci sintaqma ilə birləşə 
bilir. Bu söz olmadan ikinci sintaqma natamam təsir bağışlayır. Daha doğrusu, 
növ və mürəbbə sözləri bir-birinə yapışmır. Semantik anlaşmazlıq yaradır. Eyni 
qayda ilə “stolun üstündə üç” birləşməsi də natamam təsir yaradır. Daha çox 
“üç” sözünü bu birləşmədən ayırmaq ehtiyacı hiss edilir. Şərti olaraq belə bir 
cümləyə baxaq: “Stolun üstündə lampa, lampanın yanında kasa, kasanın 
yanında kibrit vardı”. Bu halda biz “stolun üstündə lampa”, “lampanın yanında 
kasa”, “kasanın yanında kibrit”, “var idi” sintaqmalarını ayıra bilərik. Bir qədər 
fərqli bir misalı da nəzərdən keçirək. “Stolun üstündə, kitab, kitabın üstündə 
kasa, kasanın üstündə nimçə var idi”. Bu halda da sintaqmalara bölgü oxşar 


Filologiya məsələləri, 2017 
 126
şəkildə gedəcəkdir.  İki cümləni ardıcıl işlətdikdə “kasanın üstündə kibrit” 
ifadəsi assosiativ olaraq yaranır. Lakin bunun yol verilməz olduğunu (yəni kibrit 
kasanın üstündə dayana bilməz) göstərən məntiq başqa sözün semantik tam 
yarada biləcəyini mümkünləşdirir. Biz bir nəfəsvermə  şərtini bir kənara 
qoyaraq, “stolun üstündə lampa var idi”, “lampanın yanında kasa var idi”, 
“kasanın yanında kibrit var idi” cümlələr düzəldə bilərik. Bu cümlələrin heç biri 
bir sintaqma deyildir. Cümlələrdə üçüncü söz sintaqmalara parçalama 
prosesində ikinci tərəfə keçir. Bölgü belə bir forma alır: “Stolun üstündə/ lampa 
var idi. Əgər -di şəkilçisindən istifadə olunarsa, sintaqmalara bölgü özünü daha 
dəqiq göstərir. Cümlədə “idi” sözünün olması “lampa var idi” sintaqmasını 
əmələ gətirir ki, bu da üç komponentdən ibarət sintaqmadır.  
Daha bir məsələnin üstündə durmaq lazım gəlir. Azərbaycan dilçiliyində 
sintaqm və sintaqma terminləri paralel işlədilir. Terminoloji variativlik istinad 
prosesində bu yazıda da ifadəsinin tapmışdır. Fikrimizcə, terminin “sintaqma” 
variantının istifadə olunması daha məqsədəuyğundur.  
Söz birləşməsi ilə sintaqma arasında fərqləri bir daha nəzərdən keçirmək 
lazım gəlir. Əgər söz birləşməsi sintaqma deyildirsə, onda sintaqmaların təyini 
zamanı söz birləşmələrini sintaqma kimi ayırmaq düzgün olmaz.   
Q.Kazımov göstərir ki, “sintaqmlar əlaqə tipindən asılı olaraq fərqlənir və 
predikativ sintaqmlar, atributiv sintaqmlar kimi növlərə ayrılır. Adətən, binar 
xarakterdə, yəni ikiüzvlü olur. Sintaqmlar söz birləşmələri ilə oxşar cəhətlərə 
malik olsa da, əhatə dairəsinə  və  bəzi xüsusiyyətlərinə görə onlardan 
fərqləndirilir. Söz birləşmələri sintaktik əlaqə tipinə  və  əsas komponentin 
kateqorial səciyyəsinə görə, sintaqmalar isə komponentlər arasındakı sintaktik 
münasibətlərə,  əlaqə tiplərinə görə  təhlil edilir. Söz birləşmələrindən fərqli 
olaraq, sintamların komponentlərini başqa sözlərlə  əvəz etmək olur və  məna 
dəyişmir. Bəzi dilçilər söz birləşmələrinin statik keyfiyyətə malik dil faktı 
olduğunu, sintaqmların isə nitq faktı olmaqla dinamikliyə malik olduğunu qeyd 
edirlər: söz birləşməsi -özünü mənalı iki vahidin statik-qrammatik birləşməsi 
kimi göstərən birləşmədir, sintaqm isə sözlərin nitqdə  və ya cümlədə aktiv 
funksiya yerinə yetirən birləşməsidir. Məsələn, Xaçə  Ənvər bardaş qurub 
hökmdarın ayaqları altında, xalçanın üstündə oturdu (Y.Səmədoğlu) - 
cümləsində hökmdarın ayaqları altında, xalçanın üstündə statik birləşmələr, 
Xaçə  Ənvər oturdu, bardaş qurub oturdu, hökmdarın ayaqları altında oturdu, 
xalçanın üstündə oturdu birləşmələri dinamik birləşmələr- sintaqmlardır»[6, 39-
40].  
Burada bir mübahisəli məsələni aydınlaşdırmaq vacibdir. Sintaqmanın söz 
birləşməsindən fərqlərini qeyd edərkən istər-istəməz biz onları müxtəlif vahidlər 
kimi ayırırıq. Madam sintaqma söz birləşməsindən fərqlidir, onda sintaqma söz 
birləşməsi deyildir. Ancaq cümləni ssintaqmalara ayırarkən biz söz birləşməsini 
də sintaqma kimi götürürük. Əslində, Y.Seyidov bunu dolayısı ilə söyləyir. O, 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə