Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə54/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   50   51   52   53   54   55   56   57   ...   147

Filologiya məsələləri, 2017 
 145
Düzəltmə sifətləri əmələ gətirmək üçün isim, fel və sifətlərə sözdüzəldici 
suffikslər aşağıdakılardır: 
-  Full – carefull, doubtful (isim);Less –hopeless, useless (isim);Ous – 
dangerous, famous(isim)– countable, eatable (fel); comfortable (isim) ;ible – 
responsible (isim) ish – childish (isim;ent/-ant – different, important (fel);al- 
cultural (isim);some (handsom) 
Suffikslər produktiv və qeyri-produktiv olurlar. Qeyri-produktiv 
suffikslərə-full, -ible, -able, -ent, -ant, -en, -ous, -some aiddir.Sifətlərə xas olan 
əlamət və keyfiyyətlərin dərəcələri iki yolla ifadə edilir. 
1)  Sintetik yolla, yəni sifətlərin sonuna suffikslər əlavə etməklə; 
2)  Analitik yolla, yəni sifətlərin əvvəlini köməkçi söz əlavə etməklə. 
Bu üsullardan hansının seçilməsi ixtiyarı olmuyub, sifətin fonetik 
tərkibindən asılı olur: birhecalı  və  bəzi ikihecalı sifətlərin dərəcə formaları 
sintetik, iki və daha çox hecalı sifətlərin dərəcə formaları isə analitik yolla 
düzəldilir. 
Sifətin adi dərəcəsini düzəltmək üçün heç bir suffiksdən istifadə olunmur. 
Sifətlər adi dərəcədə as...as, not so...as bağlayıcıları ilə  işlənərkən müqayisə 
olunan  şəxs və  əşyaların eyni dərəcəli keyfiyyətə,  əlamətə malik olub 
olmadığını bildirir. Məsələn: 
1)  My brother is as strong as yours – Mənim qardaşım səninki kimi güclüdür. 
2)  Their way is not so long as mine – Onların yolu mənimki kimi uzun deyil. 
Birhecalı sifətlərin müqayisə dərəcəsini düzəltmək üçün onların sonuna “-
er” üstünlük dərəcəsini düzəltmək üçün isə “-est” suffiksi artırılır. 
İkihecalı sifətlərin  əksəriyyətini və çoxluhecalı sifətlərin hamısının 
müqayisə  dərəcəsi analitik yolla,yəni müqayisə  dərəcəsindən sifətdən  əvvələ 
“more”, üstünlük dərəcəsində isə “most” sözü artırmaqla düzəldilirAzərbaycan 
dilində olduğu kimi, ingilis dilində də üstünlük dərəcəsi əşya və ya şəxsin onun 
daxil olduğu sinifdə ən yüksək keyfiyyətə malik olduğunu bildirir. Məsələn: 
1)  The Volga is the longest river in Europe – Volqa Avropada ən uzun çaydır. 
2)  The USA is the most democratic country in the world – ABŞ dünyada ən 
demokratik ölkədir.. Ümumi məna nöqteyindən adektiv suffikslər iki böyük 
qruplar yaradır. 
1)  Birinci qrupda əsas “münasibət” mənasını  kəsb etməsi hesab olunur: “aid 
olan, oxşarlığı olan, xarakterik xüsusiyyətlər və  əlamətlər, kökün ifadə 
etməli olduğu bir şeyi xatırladan” kimi mənanı ifadə edir. Məsələn, 
“Ornamental” – bəzək  əşyası kimi istifadə olunan, “volcanic” – vulkanik, 
“neighbourly” – qonşu münasibəti, dost münasibəti və s. 
2)  Ikinci qrup suffikslər üçün əsas mövcud olma/olmama hesab olunur: kökün 
ifadə etməli olduğu bir şeyin miqdarını və yaxud olmayan bir şeyi təyin edir 
-able (-ible) suffiksi ilə düzələn sifətlər:Modellər: v+able   Adjective 


Filologiya məsələləri, 2017 
 146
Müassir ingilis dilində dəyişə bilən –able suffiksi çox geniş yayılib. Onun 
üstün cəhəti ondan ibarətdir ki, o felin kökünə  əlavə olunur, amma həmçinin 
isimlərin də kökünə əlavə oluna bilir. –able suffiksinin ümumi mənası hər hansı 
bir xarakterik xüsusiyyəti ifadə etməkdir. 
-al suffiksi ilə düzələn sifətlər Model: n+ -al  Adj. 
“-al” suffiksi müasir ingilis dilində yüksək produktivliyi ilə  fərqlənir və 
kökün ifadə etdiyi bir şeylə  əlaqəni ( oxşarlığı, törəməni və s.) bildirir. 
Məsələn:Addicdental – təsadüf 
“Ornamental” – bəzək əşyası kimi işlənən gələcəkdə daha aktiv düzəltmə 
sözlər yaratması imkanları vardır: accidentally, normalize, ensociality ( 
something “completely or perfectly social”) 
Müasir ingilis dilində amonim “-al” suffiksi də vardır ki, isim yaratmaq 
üçün onlardan istifadə olunur. 
-an suffiksi ilə düzələn sifətlər (-ean, -ian) ;Model: n+ an  Adj. 
“-an” suffiksi və onun törəmələri olan “-ean, -ian” kökü isim olan sözlərə 
əlavə olunur və  əlaqə  və  mənsubiyyət kimi ümumi məna verir. Əlavə 
olunduqları köklərin xarakterindən asılı olaraq onun üç əsas mənalarını ayırd 
etmək olar: 
1) 
Ölkə,şəhər və digər coğrafi adları bildirən isimlərə  əlavə 
olunarkən “-an” suffiksi “bu ölkəyə və şəhərə aid”  mənasını bildirir. Məsələn: 
African – afrikalı, Bostonian – bastonlu 
Xüsusi adlar bildirən isimlərlə birləşdikdə “-an” suffiksi “nəyəsə aid olan, 
hər hansı ərazinin, nəzər baxışların tərəfdarı olan və s. mənasını ifadə edir. “- 
an” suffiksinin üçüncü mənasının elmi çərçivə daxilində  tətbiqi qismən 
məhduddur: “müəyyən sinifə, növə (biologiyada) aid olma, (neyrobiologiyada) 
bioloji ritmə olma” və s. 
-ate suffiksi ilə düzələn sifətlər.Model: n+ ate  Adj. 
“-ate” suffiksi çoxmənalı hesab olunur, isim köklü sözlərdən sifət yaradır. 
Suffiks “-ate” aşağıdakı mənalara malikdir: 
1)  “Kökün ifadə etdiyi bir şeyin xarakterik xüsusiyyətini” bildirir. 
Məsələn: graphicate – able  
“Kökün ifadə etdiyi bir şeyin mövcudluğu ilə xarakterizə olunan” 
mənasını verir. Məsələn: quorate – “containing or consisting of a quorum” 
-ful suffiksindən düzələn sifətlər.Model: n+ ful  adj.v+ -ful  adj. 
Çoxmənalı “- ful” suffiksi həm isimlərin, həm də fellərin kökləri ilə 
birləşir. “-ful” suffiksi isimlərin kökünə  əlavə olunur. Bununla yanaşı “tam 
mənada göstərilən keyfiyyətə malik olan” mənasını verir. Məsələn: healthful – 
sağlam 
“-ful” suffiksi konkret isimlərin köklərinə birləşərək “nə üçünsə 
xarakterik, məxsus” mənasını verir: Məsələn:  
-ic suffiksi ilə düzələn sifətlər. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə