Filologiya məsələləri, 2017
145
Düzəltmə sifətləri əmələ gətirmək üçün isim, fel və sifətlərə sözdüzəldici
suffikslər aşağıdakılardır:
- Full – carefull, doubtful (isim);Less –hopeless, useless (isim);Ous –
dangerous, famous(isim)– countable, eatable (fel); comfortable (isim) ;ible –
responsible (isim) ish – childish (isim;ent/-ant – different, important (fel);al-
cultural (isim);some (handsom)
Suffikslər produktiv və qeyri-produktiv olurlar. Qeyri-produktiv
suffikslərə-full, -ible, -able, -ent, -ant, -en, -ous, -some aiddir.Sifətlərə xas olan
əlamət və keyfiyyətlərin dərəcələri iki yolla ifadə edilir.
1) Sintetik yolla, yəni sifətlərin sonuna suffikslər əlavə etməklə;
2) Analitik yolla, yəni sifətlərin əvvəlini köməkçi söz əlavə etməklə.
Bu üsullardan hansının seçilməsi ixtiyarı olmuyub, sifətin fonetik
tərkibindən asılı olur: birhecalı və bəzi ikihecalı sifətlərin dərəcə formaları
sintetik, iki və daha çox hecalı sifətlərin dərəcə formaları isə analitik yolla
düzəldilir.
Sifətin adi dərəcəsini düzəltmək üçün heç bir suffiksdən istifadə olunmur.
Sifətlər adi dərəcədə as...as, not so...as bağlayıcıları ilə işlənərkən müqayisə
olunan şəxs və əşyaların eyni dərəcəli keyfiyyətə, əlamətə malik olub
olmadığını bildirir. Məsələn:
1) My brother is as strong as yours – Mənim qardaşım səninki kimi güclüdür.
2) Their way is not so long as mine – Onların yolu mənimki kimi uzun deyil.
Birhecalı sifətlərin müqayisə dərəcəsini düzəltmək üçün onların sonuna “-
er” üstünlük dərəcəsini düzəltmək üçün isə “-est” suffiksi artırılır.
İkihecalı sifətlərin əksəriyyətini və çoxluhecalı sifətlərin hamısının
müqayisə dərəcəsi analitik yolla,yəni müqayisə dərəcəsindən sifətdən əvvələ
“more”, üstünlük dərəcəsində isə “most” sözü artırmaqla düzəldilirAzərbaycan
dilində olduğu kimi, ingilis dilində də üstünlük dərəcəsi əşya və ya şəxsin onun
daxil olduğu sinifdə ən yüksək keyfiyyətə malik olduğunu bildirir. Məsələn:
1) The Volga is the longest river in Europe – Volqa Avropada ən uzun çaydır.
2) The USA is the most democratic country in the world – ABŞ dünyada ən
demokratik ölkədir.. Ümumi məna nöqteyindən adektiv suffikslər iki böyük
qruplar yaradır.
1) Birinci qrupda əsas “münasibət” mənasını kəsb etməsi hesab olunur: “aid
olan, oxşarlığı olan, xarakterik xüsusiyyətlər və əlamətlər, kökün ifadə
etməli olduğu bir şeyi xatırladan” kimi mənanı ifadə edir. Məsələn,
“Ornamental” – bəzək əşyası kimi istifadə olunan, “volcanic” – vulkanik,
“neighbourly” – qonşu münasibəti, dost münasibəti və s.
2) Ikinci qrup suffikslər üçün əsas mövcud olma/olmama hesab olunur: kökün
ifadə etməli olduğu bir şeyin miqdarını və yaxud olmayan bir şeyi təyin edir
-able (-ible) suffiksi ilə düzələn sifətlər:Modellər: v+able Adjective
Filologiya məsələləri, 2017
146
Müassir ingilis dilində dəyişə bilən –able suffiksi çox geniş yayılib. Onun
üstün cəhəti ondan ibarətdir ki, o felin kökünə əlavə olunur, amma həmçinin
isimlərin də kökünə əlavə oluna bilir. –able suffiksinin ümumi mənası hər hansı
bir xarakterik xüsusiyyəti ifadə etməkdir.
-al suffiksi ilə düzələn sifətlər Model: n+ -al Adj.
“-al” suffiksi müasir ingilis dilində yüksək produktivliyi ilə fərqlənir və
kökün ifadə etdiyi bir şeylə əlaqəni ( oxşarlığı, törəməni və s.) bildirir.
Məsələn:Addicdental – təsadüf
“Ornamental” – bəzək əşyası kimi işlənən gələcəkdə daha aktiv düzəltmə
sözlər yaratması imkanları vardır: accidentally, normalize, ensociality (
something “completely or perfectly social”)
Müasir ingilis dilində amonim “-al” suffiksi də vardır ki, isim yaratmaq
üçün onlardan istifadə olunur.
-an suffiksi ilə düzələn sifətlər (-ean, -ian) ;Model: n+ an Adj.
“-an” suffiksi və onun törəmələri olan “-ean, -ian” kökü isim olan sözlərə
əlavə olunur və əlaqə və mənsubiyyət kimi ümumi məna verir. Əlavə
olunduqları köklərin xarakterindən asılı olaraq onun üç əsas mənalarını ayırd
etmək olar:
1)
Ölkə,şəhər və digər coğrafi adları bildirən isimlərə əlavə
olunarkən “-an” suffiksi “bu ölkəyə və şəhərə aid” mənasını bildirir. Məsələn:
African – afrikalı, Bostonian – bastonlu
Xüsusi adlar bildirən isimlərlə birləşdikdə “-an” suffiksi “nəyəsə aid olan,
hər hansı ərazinin, nəzər baxışların tərəfdarı olan və s. mənasını ifadə edir. “-
an” suffiksinin üçüncü mənasının elmi çərçivə daxilində tətbiqi qismən
məhduddur: “müəyyən sinifə, növə (biologiyada) aid olma, (neyrobiologiyada)
bioloji ritmə olma” və s.
-ate suffiksi ilə düzələn sifətlər.Model: n+ ate Adj.
“-ate” suffiksi çoxmənalı hesab olunur, isim köklü sözlərdən sifət yaradır.
Suffiks “-ate” aşağıdakı mənalara malikdir:
1) “Kökün ifadə etdiyi bir şeyin xarakterik xüsusiyyətini” bildirir.
Məsələn: graphicate – able
“Kökün ifadə etdiyi bir şeyin mövcudluğu ilə xarakterizə olunan”
mənasını verir. Məsələn: quorate – “containing or consisting of a quorum”
-ful suffiksindən düzələn sifətlər.Model: n+ ful adj.v+ -ful adj.
Çoxmənalı “- ful” suffiksi həm isimlərin, həm də fellərin kökləri ilə
birləşir. “-ful” suffiksi isimlərin kökünə əlavə olunur. Bununla yanaşı “tam
mənada göstərilən keyfiyyətə malik olan” mənasını verir. Məsələn: healthful –
sağlam
“-ful” suffiksi konkret isimlərin köklərinə birləşərək “nə üçünsə
xarakterik, məxsus” mənasını verir: Məsələn:
-ic suffiksi ilə düzələn sifətlər.
Dostları ilə paylaş: |