Filologiya məsələləri, 2017
139
FİRƏNGİZ PƏNAHOVA
XALİDƏ ZEYNALOVA
AzTU
firəngiz-xalidə.@.mail.ru.
İNGİLİS DİLİNDƏN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ
PROSESİNDƏ LEKSİK-SEMANTİK UZLAŞMALAR
Açar sözlər: ingilis dili, semantika, Azərbaycan dili, uzlaşmalar, tərcümə.
Ключевые слова: английский язык, семантика, азербайджанский
язык, координация перевод
Key words: English, semantic, Azerbaijani, agreement, translation.
Mətndə ifadə olunan referensial mənaların verilməsi zamanı məna
tərcüməsinin uyğun olmaması tərcüməçinin əsas rastlaşdığı problemdir.
Məna vahidləri – morfemlər,sözlər,sabit söz biləşmələri – öz
referensial mənaları ilə tam həcmdə uyğun olan 2 müxtəlif dil yoxdur.
Bunu xüsusən 2 müxtəlif dillərin - azərbaycan və ingilis söz tərkibinin
materialları əsasında nümayiş etdirmək olar.
2 dilin leksik vahidləri arasında semantik uyğunlaşmaların bütövlükdə
3 əsas tiplərə aid etmək olar.
1) Tam uyğunlaşma
,2)Qismən uyğunlaşma,
3)Uyğunlaşmanın olmamağı
Bu 3 tiplərə ayrı-ayrılıqda baxaq,tərcümənin nəzəriyyəsi və təcrübəsi
üçün xüsusi maraq və çətinlik təşkil edən, 2 sonuncu tipi nəzərdə tutmalıyıq.
Müxtəlif dillərin leksik vahidlərinin referensial mənası ilə bütöv
həcmdə tam uyğulaşması halları nisbətən azdır.
Bu sözlər birmənalıdır, yəni 2 dildə ancaq bir leksik mənası var:
onların sayı dilin leksikonunda olan ümumi söz cümləsi ilə müqayisədə
nisbətən azdır.
Bura aşağıda göstərilən leksik qrupa məxsus olan sözlər aiddir.
1) Xüsusi və coğrafi adlar :
2) Norman – Nomon,Moskva – Moscow,Polşa –
Poland
3) Elmi və texniki terminlər,məs
4) :Loqaritm – logarithm,
5) Hidrogen – hydrogen
Proton – proton,Ekvator – equator,Voltmetr – voltmeter
6) Verilmiş 2 sözün semantikasına yaxın olan bəzi qrup sözlər,əksər
ayların adı il\ə bağlıdır:
Məs : Sentyabr – september,Oktyabr – october,Noyabr – november
Filologiya məsələləri, 2017
140
Bura say kimi özünə məxsus söz qrupu aiddir : milyon –
million
Elə düşünmək olmaz ki,yuxarıda verilən qrupların bütün sözləri tam
uyğunlaşmalar cərgəsinə aiddirlər.
Belə ki,əksər hallarda sözlər – terminlər çoxmənalılıqla xaraktertizə
olunurlar və başqa dildə bir yox,bir neçə uyğunluqları var.İngilis termini –
power – fizikada - güc,qüvvə,enerji ; - riyaziyyatda isə həmçinin dərəcə -
mənalarını daşıyır.
Xüsusən texniki terminologiya fərqlənir ; belə ki,azərbaycan
termini
“kamera”–ingilis dilində chamber,compartent,camera (fotoaparat),tube
(təkərin kamerası),cell (həbsxanada kamera – otaq).
Bir ölkəyə aid olan nadir və yaxud az məşhur olan adlar adətən
birmənalı və tam uyğun olurlar. Məs: Oxlu kirpi – porcupine; Qızıl qaz –
flamingo.
Lakin yaxşı tanınınmış heyvanların adları nəyinki zooloji
terminlərə,hətta ümumi işlənən leksikaya daxildirlər və bununla
çoxmənalılıq qazanırlar.
Məs : ingilis sözü “tiger” - “pələng” mənasından savayı bu mənaları
daşıyır.Qəddar insan,təhlükəli rəqib,davakar,xuliqan,dələduz.
Nadir hallarda 2 dildə çoxmənalı sözlərdə tam uyğunluğa rast gəlmək
olar.Belə ki,azərbaycan sözü “şir” ingilis sözü “lion” kimi bu mənaları
daşıyır :
1) nəhəng yırtıcı heyvan;
2) məşhur,dəb qoyan adam ;
3)bürc və zodaik işarəsi.
Çox geniş yayılmış hallardan biri də 2 leksiki vahidlərinin müqayisədə
uyğunluğudur.Hər dildə sözlərin böyük əksəriyyəti çoxmənalılıqla
xarakterizə olunur,bununla belə bir dildə sözün mənalarının sistemi,adətən
başqa dilin mənalar sistemi ilə tam uyğun olmur.
Belə də müxtəlif hallar müşahidə olunur.Hərdən
sözün məna dairəsi
başqa dildə olan həmin sözün məna dairəsində də geniş olur.
Belə ki, azərbaycan dilində “xasiyyət” ingilis “character” ilə belə məna
kəsb edir.
1) İnsanın psixoloji xüsusiyyətlərinin cəmi
2)Möhkəm iradə,məqsədə çatmaqda iradə
3)Xüsusiyyət,keyfiyyət,nəyin isə orijinallığı
İngiliscə “character” – də elə bir məna var ki,o azərbaycan sözündə
yoxdur və azərbaycan dilində ayrı sözlərlə verilir.
4)ad,şöhrət;
5) yazılı zəmanət,xarakteristika;
6) fərq,cizgi,əlamət, keyfiyyət;
Filologiya məsələləri, 2017
141
7) məxsusiyyət; 8) ədəbi obraz,
qəhrəman, pyesdə iştirak edən şəxs; 9)
çap işarələri, hərf, simvol.Geniş yayılmış hallardan biri də odur ki, 2 söz həm
uyğun,həm də uyğun olmayan mənalar daşıyır.
Belə ki,azərbaycan sözü “masa” və ingilis sözü “table” ancaq mebel
əşyası mənasında uyğundurlar,lakin başqa mənalarda fərqlənirlər:
azərbaycan dilindəki masa sözünün “təam,qida” (“masa və mənzil”, “pəhriz
masası” ) və “müəssisə”,dəftərxanada şöbə (məs. tapıntı masası,pasport
masası ) kimi mənaları var.Hansı ki,ingilis “table” sözündə yoxdur və ingilis
dilində bu mənalar belə sözlərlə ifadə olunurlar: board,food cooking,diet and
office,department.
O biri tərəfdən isə ingilis dilində “table” sözü elə bir mənalar daşıyır
ki,bunlar azərbaycan dilində yoxdur və onlar belə sözlərlə verilirlər :
lövhə,pilətə,cədvəl,dağ yaylası və.s.
Bir qədər
başqa hallar o zaman olur ki, 2 söz müxtəlif dillərdə öz
referensial mənaları ilə uyğunlaşırsa,demək bu dillərin birində elə söz var
ki,verilmiş anlayış növlərini təyin edir,amma başqa dildə belə bir söz
olmur.Belə ki, “mebel əşyası” mənasını daşıyan azərbaycan sözü “masa” və
ingilis sözü “table” tam uyğunlaşırlar,lakin masanın müxtəlif növlərindən
biri olan “yazı masası” sözünü təyin etmək üçün ingilis dilində “desk” sözü
var,o zaman ki,azərbaycan dilində bu anlayış üçün söz birləşməsi – yazı
masası işlətmək lazım olur.
Azərbaycan sözü “ev” ingilis sözü “house” “bina” və “sülalə”
mənalarında uyğundurlar.(məs. Romanovlar evi,-
the House of
Romanovs),lakin ayrı mənalarda uyğun gəlmirlər:
azərbaycan sözü
ev,ocaq,yaşayış yeri mənası var,bu da ingilis sözü “home” la uyğun
gəlir,həmçinin “müəssisə,idarə” mənası var,o da tərcümə olanda kontekstə
baxılır :
1) uşaq evi – children’s və ya orphanage
2) 2)ticarət evi – commercial firm
3)islahat evi (yeri) – reformatory
4)oyun evi – gambling house və ya casino
5)dəlixana – lunatic aslyum
İngilis sözü “house”-un bir çox mənaları var ki,onlar azərbaycan sözü
“ev”-də yoxdur.Məs. parlament palatası (the House of commons).Bir qədər
ayrı xarakter daşıyan hallar var ki,onları başqa dillə müqayisədə bir dildə
mənanın qeyri diferensiallığı adlandırmaq olar.
Belə ki,azərbaycan dilində “əl və qol” sözü var,ona da ingilis dilində 2
söz uyğun olur- arm və hand,onlar da özlüklərində daha dar məna daşıyır:
“arm” – yuxarı ətraf-çiyindən biləyədək,hand isə-bilək.Lakin azərbaycan
sözü “əl” bütöv ətraf deməkdir.