Filologiya məsələləri, 2017
150
oxuyuruq. O yazır ki, “Arap ve Fars dilleri onu (Türk dilini - Ş.A) bir aylık
sarmaşık otu gibi bürümektedir. Öyle ki, sonunda “Türke söylesen anlamaz,
Araba söylesen anlamaz, Aceme (farsa - Ş.A) söylesen anlamaz” diye alay
edilebilecek olan ve adına “Osmanlıca” denilen karma bir dil doğmuştur (2,
19)
Ali Püsküllüoğlu “Dil Değişmesini” “Toplum değişmesi” ilə
bağlayaraq (s.23) özləşmənin zəruri bir proses olduğunu qeyd etmişdir.
Bu günkü Türk ədəbi dilinin formalaşmasını Türk cəmiyyətinin
dəyişməsi ilə əlaqələndirən A.Püsküllüoğluna haqq qazandırmaq olar.
Çoxmillətli bir cəmiyyətdə (türklərdən başqa ərəb v.s. xalqların bu
cəmiyyətdə mövcudluğu) ərəb əlifbasından istifadə, ərəb dili ünsürlərindən
faydalanma müəyyən mənada yaranmış şəraitlə sıx bağlı olmuşdur.
Fikrimizcə, M.F.Axundovun ərəb əlifbasından imtina etmə fikri də məhz bu
faktor üzündən müsbət həllini tapmamışdır. Buraya İslam dini faktorunu da
əlavə etmək yerinə düşərdi.
Məlumdur ki, cəmiyyətdəki fundamental dəyişmələr (bazis, üstqurum
dəyişmələri, ideoloji dəyişmələr v.s.) özü ilə bərabər dildə dəyişmələri də
zəruri etmişdir. Cümhuriyyətin bərqərar olması əvvəlki sistemə nisbətən
mütərəqqi olub milli birlik, milli şüur, milli ideologiyanın meydana
çıxmasına səbəb olmuşdur. Bu baxımdan aşağıda qeyd etdiyimiz Kinross`un
fikri doğru hesab edilməlidir.
Türk cəmiyyətindəki siyasi, iqtisadi v. s. dəyişmələr köhnəliyi əks
etdirən söz və ifadələrin dildən çıxaraq tarixi sözlər sırasına daxil olmasına
səbəb olmuşdur. Eləcə də insanlar arasında yeni yaranmış münasibətləri
bildirən söz və ifadələrə ehtiyac zərurəti doğurmuşdur.
“Bir Ulusun Yeniden Doğuşu” adlı kitabında Lord Kinross özleəmə
prosesi ilə əlaqədar bu sözləri yazmışdır: “Bu reform Türklere
Türklülüklerini Gazinin (Mustafa Kemal Atatürk - Ş.A) öteki reformlarından
daha çok sezdirdi (2, 23) Özləşmə islahatını Türkiyənin Qərbə meyli və
qərbləşmə siyasətilə bağlayanlar da olmuşdur (həmin əsər s.23-25)
M.K.Atatürkün dil islahatı təsadüfi bir proses deyildi. 1930-cu illərə
qədər Türk dilinin öz təməlinə qayıtması uğrunda uzun mübarizələr
getmişdir. Hələ XIX əsrdə yaşamış və yaratmış Vətən Şairi Namik Kamal
Türk dilinin mövcud durumdan ciddi narazı olduğunu bildirmiş, bədii
əsərlərini olduqca sadə, anlaşılır bir dildə yazmış, lakin ictimai-siyasi və
fəlsəfi fikirlərini məqalələr vasitəsilə oxucusuna çatdırarkən istər-istəməz
ərəb və fars ünsürlərindən istifadə etmək məcburiyyətində qalmışdır.
Namiq Kamal bu məcburiyyəti Türk dilində ictimai-siyasi-elmi
terminlərin olmamasında görürdü.
N.Kamaldan fərqli olaraq T.Fikrətin şeirlərində osmanlıcaya meyl
daha güclüdür.
Akad. A.Axundov yazır ki, ədəbiyyatda belə bir fikir formalaşmışdı ki,
ədəbi-bədii dil o zaman gözəl ola bilər ki, o ümumxalq dilinin təsirindən bir
o qədər uzaq olsun (1, 13)
Filologiya məsələləri, 2017
151
Belə bir meyl Azərbaycan ədəbiyyatında da olmuşdur. Məs:
Ə.Hüseynzadə Hötenin “Faust” əsərini Azərbaycan oxucularına belə bir dillə
təqdim edir:
Ənvari-şəbabimdə pədidar olan ey zil,
Ey zilli-tuluat oluyorsun yenə peyda (1,13)
Türk ədəbiyyatında da eyni vəziyyəti görmək mümkündür. Məs:
T.Fikrətin “Sis” şeirində oxuyuruq:
Sarmış yine afakını bir dud-u muannit
Bir zulmet-i beyza ki, peyapey mütezait
Bu iki şeir misalında təkrar olunan (olmaq, yine) 3-4 sözdən başqa
qalan bütün leksik vahidlər Türk və Azərbaycan dilinə yad ərəb və fars
sözləridir.
Göründüyü kimi ərəb və fars ünsürlərinin türk mənşəli sözləri
sıxışdıraraq həm Türk poeziyasında, həm də Azərbaycan poeziyasında
dominant vəziyyətə gəlməsi bu dillərin ədəbi dil səviyyəsində dialekt və
şivələrdən tamamilə uzaqlaşaraq anlaşılmaz bir dil şəklinə düşməsinə səbəb
olmuşdur. Bu səbəbdən də “Türk və Azərbaycan dillərində özləşmə
prosesinin tarixi (XX əsr)” mövzusunda dissertasiya müdafiə etmiş Lamiə
Vaqifqızı “Dildə özləşməni dilin tarixi təkamülündə yeni bir mərhələ hesab
edir (bax: L.Vaqifqızı. Avtoreferat s.3) əlavə edək ki, haqqında bəhs tarixi
mərhələ daha əvvələ gedib çıxır. XX əsrdə Türk dilinin özləşmə prosesi son
dövrünü yaşamışdır.
Məsələ yalnız ərəb və fars sözlərinin işlədilməsində deyildi, ən vacibi
o idi ki, Türk dilinin qrammatik qaydaları unudulmuş, sözlər ərəb və fars
izafətləri əsasında birləşdirildi. Bu isə Türk dilinin iltisaqiliyinə zərbə idi.
İltisaqilik əsasında söz yaradıcılığı məhv olurdu. Doğrudur, xalq danışıq dili
bu təsirə məruz qala bilməzdi və o dil folklor yaradıcılığında obyektiv
inkişafına davam edirdi. Lakin bir qrupun dili hesab olunan Osmanlıca
məhdud mühitdə işlədilir, xəlqilik qazana bilmirdi və bu imkansızdı.
Osmanlıcaya aid çoxlu tarixi sənədlərlə tanışlıq göstərmişdir ki, idarə
dili (rəsmi yazışmalar ərizə və göstəriş sənədləri) tamamilə anlaşılmaz bir
dildə yazılmış, bu gün belə sənədlərin oxunması üçün xüsusi mütəxəssis
hazırlığı lazım gəlir. Elə ifadələrə rast gəlmək olur ki, onu lüğətlərdən belə
çətin tapmaq olur (umay-ı ileyh, haşmetpenah v.s. kimi)
XVII əsrin əvvəllərində yazılmış Veysinin “Xabnamə” əsərinin
müqəddimə hissəsində sultanların tərif edilməsi ilə bağlı səhifədə işlədilən
söz və ifadələr göstərir ki, idarə sistemindəki qəliz dil ədəbiyyatçılara da
təsir etmişdir. Əsərin ümumiyyətlə çətin bir dildə yazılması ilə yanaşı
müqəddimə hissəsinin başa düşülməsi olduqca çətindir. Buradakı dili
gerçəkdən də nə ərəb, nə fars, nə də türk başa düşə bilər. Dolayılı ifadə tərzi,
ərəb və fars izafətləri, bəlağətli və məcazi mənada ifadə edilmiş deyimlər,
nəinki müasir oxucuya, hətta o dövr oxucusuna da çətinliklər törədə bilərdi.
Bütün bunlar M.K.Atatürkün Dil siyasətini obyektiv olaraq
şərtləndirirdi. Xalqa yad dildən imtina etmək, ədəbi dili (eləcə də rəsmi-idari
Dostları ilə paylaş: |