Filologiya məsələləri, 2017
231
В данной статье анализируется некоторые структурные типы
простое предложения в Английском и Азербайджанском языках и
выделяются
нижеследующие
варианты:
простое
предложение,
неподчиненныесложное предложение, подложающи
Придаточного предложения,сказуемые придаточные предложения,
придаточные предложение дополнения ,придаточные предложение
определения и обстоятельства.
Y.ALESKEROVA
THE COMPARATIVE DESCRIPTION OF THE SIMPLE SENTENCE
IN ENGLISH AND AZERBAIJAN LANGUAGE
SUMMARY
The introductions deals with, the aims and purposes scientific methods
and sources, theoretical and practical significances of the theme, the structure
and prac-ticing of the research work. By giving the short summary of the
literature con-nected with the theme in English of Azerbaijan.
The article deals with the simple sentence and result in moderne English.It
is also noted that cause stand in a converse relation ship with
result,caused,resulted from and vice versa.As a result of lojical and semantic
analisys of the component of causal correlations,we come into conclusion
that in therms of semantics consequence?can be represented as a set
distinctive conditional.The article some simple sentence in Azerbaijani fnd in
English.Also the following variants are analised in the article:the simple
sentence,thecompround sentence.In all these strutural kinds of sentence
simple are learned and investigated in scientific investigation worcs and
textbooks.
Rəyçi: Nuriyyə Rzayeva
Filologiya
üzrə fəlsəfə doktoru, dosent
Filologiya məsələləri, 2017
232
NƏRMİN İBRAHİMOVA
ADPU
ibrahimova_narmin@yahoo.com
FONOLOGİYA VƏ FONETİKANIN İNKİŞAF DİNAMİKASI
Açar sözlər: Artikulyasiya, fonetika, fonologiya, fonoloji, ünsür, tələffüz, səs,
tembr, ton, qarşılıqlı əlaqə, psixoloji və fiziki vəziyyət, nəzəriyyə, funksiya
kombinasiya, fərqləndirici ünsür, metod, istifadə etmək, səs axını, akustik,
fizioloji, tədqiq etmək;
Key Words: articulation, phonetics, phonologic, phonological, element,
pronunciation, sound, timbre, tone, mutual relation, psychological and physical
situation, theory, functional combination, distinguishing element, method, use,
sound flow, acoustic, physiological, investigate;
Ключевые слова: артикуляция, фонетика, фонология, фонологический,
элемент, произношение, звук, тембр, тон, взаимоотношение, психо-
логическое и физическое положение, теория, функциональная комбина-
ция, отличительный элемент, метод, использовать, звуковой поток,
акустический, физиологический, исследовать.
Ünsiyyətin çox şaxəli bir danışıq aktı olması hamıya məlumdur. Danışıq
aktı zamanı dil danışan tərəfindən ilk növbədə səsləndirilir. Beləliklə ünsiyyətin
artikulyator bazası vacibdir. Eyni zamanda danışan insanın danışıq prosesi
zamanı tələffüz etdiyi səslər bir-birindən fərqlənir. Əgər belə olmasaydı tələffüz
olunan səslər başa düşülməyən səs axınından ibarət olardı. Prosesin növbəti
mərhələsində danışanın səsləri dinləyicinin qulaq aparatı tərəfindən qəbul edilir.
Beyindəki fonem etalonları ilə üst-üstə düşdükdə isə qavrama prosesi başlayır.
Kommunikantların eyni dil sisteminə yiyələnmələri və konkret bir ötürülmə
kanalından istifadə etmələrilə şərtlənməsi də ünsiyyət prosesində vacib
komponentlərdən sayılır. Danışıq aktının baş tutması üçün bir amil də vacibdir
ki, bu da dinləyənin başa düşməsi üçün onların qarşılıqlı olaraq eyni dili bilməsi
və eyni dildə danışanların şüurunda canlı dilin mövcud olmasıdır. Dil və ya dil
sistemi bir dəfə baş verən danışıq aktından fərqli olaraq ümumi və sabitdir. Dil
bir sistem olaraq müəyyən toplumun bütün fərdlərinin şüurunda mövcuddur və
konkret danışıq aktlarının əsasında dayanır. Başqa bir tərəfədən dil sisteminin
danışıq aktının həyata keçməsində başqa mövcudluq hüququ yoxdur və onu
ifadə edən konkret danışıq aktı kimi, onda aktuallaşan məvhum kimi
mövcuddur. Danışıq aktı olmadan dil sistemi də mövcud deyil. Bu da öz
növbəsində onu göstərir ki, danışıq və dil sistemi bir-birinin mövcudluğunu
şərtləndirir. Onlar qırılmaz surətdə bir-biri ilə əlaqəlidir və eyni dilin bir-biri ilə
bağlı olan iki tərəfi kimi nəzərdən keçirilməlidir. Lakin bu o demək deyil ki,
Filologiya məsələləri, 2017
233
danışıq aktı ilə dil sistemi eyni məvhumdur. Ferdinad de Sössüzə görə dilə aid
olan həm danışığın, həm də dil siseminin iki tərəfi var: məna tərəfi “Le
signifiant” və ifadə tərəfi “Le signifie”. Bu isə öz növbəsində o deməkdir ki,
danışıq fəaliyyəti məna tərəfi ilə ifadə tərəfinin birləşməsindən və qarşılıqlı
əlaqəsindən ibarətdir (1,26). Eyni fikrə H. Qordinerin “Speech and language”.
Oxford1992 əsərində, K. Bülerin Axiomatik der Sporch wissensenoft. “Kant
Studien” XXXVII: Sprachtheorie. Jena, 1934 əsərlərində də rast gəlmək
mümkündür.
Danışığın ifadə tərəfi konkret səs axınıdır, fiziki hadisədir. Dildə ifadə
olunan bütün məna sahəsini müvafiq şəkildə tənzimləməklə tərkib hissələrinə
bölməyə imkan yaradan qaydalardırsa, onda ifadə edən danışıq aktının səs
tərəfini nizamlamağa xidmət edən qaydalar da ola bilər.
Danışıq aktında özünü büruzə verən müxtəlif konkret təsəvvürlərin və
fikirlərin miqdarı çoxdur. Dildəki leksik mənaların miqdarı isə əksinə məhdud
saydadır. Sadə dillə desək dili bilmək o deməkdir ki, öyrənilən dildə
istifadəmizdə olan məhdud miqdarda qrammatik və semantik vasitələrin köməyi
ilə biz bütün konkret təsəvvürləri, fikirləri və onların arasındakı əlaqəni ifadə
edirik. Beləliklə, dildə ifadə olunan danışıqdakından fərqli olaraq on həddə
məlum olan vahidlərdən ibarətdir. Lakin dillə danışıq arasındakı belə münasibət
eynilə ifadə edənə də şamil oluna bilər. Danışıqda meydana gələn tələffüz
üzvlərinin hərəkəti və buna uyğun gələn intahasız səslənmələr insansız olduğu
halda ifadə edənin vahidlərini düzəldən səslərin normalar daxilində sərhədləri
vardır. Yeri gəlmişkən dilin mahiyyətindən danışarkən dilin ünsiyyət vasitəsi
olması fikri də unudulmamalıdır. Konkret bilmək lazımdır ki, dil danışıq aktı
zamanı hansı funksiyaları yerini yetirir. Təxminən ötən əsrin 30-cu illərində
məşhur Avstriya psixodilçisi K.Büler özünün “Dil nəzəriyyəsi” əsərində dil
işarələrinə danışanın mövqeyindən yanaşmada onların üç funksiya yerinə
yetirdiyini xüsusilə vurğulayırdı. Danışanın hər hansı ifadə etməli (Audrucks
funktion), kiməsə (dinləyiciyə) müraciət etməli (Appelfunktion) nəyisə təsvir
etməlidir (Dorstellungfunktion) (2, 50). Adı çəkilən funksiyanı misalla
aydınlaşdıraq. Düşünək ki, danışan qarşı tərəfə belə deyir: Sizə dilçiliyə aid bir
sual verim. Bu nitq aktı ilə o qarşı tərəfə sual vermək hər hansı bir məsələni
dəqiqləşdirmək fikrini ifadə edir. Eyni zamanda qarşısındakına hazırkı psixoloji
və fiziki vəziyyətini təsvir edir. Həmçinin həmsöhbətinə müraciət edərək onun
fiziki vəziyyətini başa düşməyə imkan yaradır. K. Bülerin bu nəzəriyyəsini
inkişaf etdirən Praqa Dilçilik Məktəbinin nümayəndəsi R. Yakobson dilin
funksiyalarını daha da genişləndirdi. F.Y. Veysəlli isə dilin fuksiyalarını səkkiz
qrupa ayırmışdır. Buraya danışanın mövqeyini əks etdirən, dinləyiciyə yönələn
referensial, faktik poetik və estetik metodu ötürmək, tanıma kimi funksiyalar
daxildir (3, 38-39).
Dostları ilə paylaş: |