Filologiya məsələləri, 2017
222
ZAMİRƏ MƏMMƏDOVA
ADİU zamirə.@.mail.ru.
AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ TƏRCÜMƏ TARİXİNİN
TƏDQİQATI VƏ ONUN BƏZİ PROBLEMLƏRİ
Açar sözlər: Azərbaycan dili, ingilis dili, tərcümənin tədqiqatı, bədii
ədəbiyyat, dünya klassikləri.
Ключевые слова: Азербайджанский язык,язык,исследования
перевода,художественная литература,мировые классики.
Key words: English, Azerbaijani, investigation of the translation,art
literature,world classics.
Dünya klassiklərinin dilimizə tərcümə işi XX əsrin əvvəllərindən
başlanmışdır. O hələ də davam etməkdədir. Müasir tərcümə əvvəlkilərdən
özünün rəngarəngli, dərin məzmunu, fikir dolğunluğu və zəngin ifadələri ilə
oxucuların tələblərinə tam cavab verir.
Müasir dövrümüzdə şifahi tərcümə heç də yazılı tərcümədən az
əhəmiyyət kəsb etmir. Çünki şifahi tərcümə vasitəsilə dövlət rəhbərləri öz
görüşləri zamanı daha vacib dünya əhəmiyyətli məsələlərin həllinə asanlıqla
nail olurlar. Buna misal olaraq son dövrlərdə dövlət başçımızın müxtəlif
dövlətlərlə və onları təmsil edən şirkətlərlə, kompaniyalarla bağladığı böyük
sazişləri misal göstərmək olar.
Şifahi tərcümənin bir əhəmiyyəti də ondadır ki, onun vasitəsi ilə xarici
dildən ana dilinə, ya da əksinə tərcümə olunur ki, ba da iki müxtəlif dillərdə
danışanlar arasında bir vasitəçi rolunda çıxış edir. Tərcümə xalqlar və dillər
arasında körpüdür. Bu körpü vasitəsi ilə xalqlar bir-biri ilə dostluq, qarşılıqlı
anlaşma, elmi, siyasi, mədəni və digər bu kimi əlaqələrini daha da inkişaf
etdirir və möhkəmləndirir. Odur ki, müasir dövrümüzdə ikitərəfli tərcümənin
rolu əvəz olunmazdır. Tərcümə vasitəsi ilə ölkəmizdə böyük kontaktlar,
sazişlər imzalanır. Bunlar da iqtisadiyyatımızın inkişafına öz müsbət təsirini
göstərir. Buna misal olaraq müxtəlif neft kontaktlarını, ipək yolu szişini və
başqalarını göstərmək olar.
Hələ ən qədim dövrlərdən bütün xalqlar ədəbi nümunələrin öz dillərinə
tərcümə etmişlər və bu zəmində xalqlar arasında ədəbi-mədəni əlaqələr
qurulmuşdur. Məhz buna görə də müxtəlif xalqların müxtəlif dövrlərdə
edilmiş bədii tərcümələrində bəzi oxşar cəhətlər tapmaq mümkündür. Bir
qayda olaraq hər bir xalqa ədəbiyyatın təşəkkülü dövrü qonşu xalqlara
məxsus ədəbi nümunələrin tərcüməsiylə müşayiət olunur və tərcümə
praktikası get-gede genişlənir. Demək olar ki, tərcümə olunmuş nümunələr
Filologiya məsələləri, 2017
223
tərcümə edən xalqa məxsus ədəbi nümunə kimi qəbul olunur və xalqın
mənəvi cəhətdən zənginləşməsində mühüm rol oynayır.
Dünya xalqlarının inteqrasiya prosesində tərcümə nümunələrinin həm
kəmiyyət, həm də keyfiyyət baxımından dəyişməsini müşahidə etmək olar.
XX əsr “Tərcümə yüzilliyi” də adlanır. Bu əsrdə bədii tərcümə xalqlar
arasında informasiya mübadiləsi və kimmunikasiyaya çevrildi.
XX əsrin 30cu illərində Qərbi Avropa ədəbiyyatının klassik
nümayəndələrinin, məsələn Şekspir,Dikkens, Bayron və digərlərinin
əsərlərinin tərcüməsi prosesində “texnoloji dəqiqlik” prinsipinin üstün
cəhətləri və çatışmazlıqları ilə bağlı diskussiyalar geniş vüsət aldı.
“Texnoloji dəqiqlik” konsepsiyanın tərəfdarları orijinalın bütün cəhətlərini
qoruyub saxlamağa çağırırdılar. Onlar tərcüməni sənət yox “dəqiq elm” elan
edirdilər.
Ayrı-ayrı xalqların yaratdığı gözəl sənət əsərləri tərcümə vasitəsilə
müxtəlif dillərə tərcümə olunurvə xalqlar bir-birinin zəngin ədəbiyyatı ilə
yaxınış olurlar. Tərcümə ədəbiyyatı xalqlar arasında mədəni əlaqələrin
sıxlaşmasına səbəb olur, dostluğu, əməkdaşlığı daha da möhkəmləndirir.
Dilçilikdə belə bir qəti fikir də vardır ki, dünya mövcud olan dillərin
heç birinin lüğət tərkibi saf, yəni ancaq öz sözündən ibarət deyildir. Bundan
belə bir nəticə çıxır ki, dillərin bir-birindən söz alıb verməsi təbii, obyektiv,
qanunauyğun hadisədir. Bu proses dillərin inkişafına əsasən müsbət təsir
göstərir. Bir dildən başqa dilə tərcümə insanları və onların mədəniyyətlərini
yaxınlaşdırır. Minilliklər boyu tərcüməçilər xalqlar arasında bir körpü
yaratmışdır. Bütün dillərdə olduğu kimi, ana dilimizin inkişafında da müsbət
təsir göstərmişdir. Tərcümə vasitəsi ilə çoxmillətli xalqlar bir-birini daha
yaxından tanıyır, bir-birinin ədəbiyyatına, incəsənətinə müsbət təsir göstərir.
Respublikamızda Avropa dillərindən tərcümə işində yeni bir
mərhələnin başlandığına sevinirik. Bildiyimiz kimi, Azərbaycanda Avropa
dillərindən tərcümə işi əsasən XX əsrin əvvəllərindən başlayır. Bu dövrdə
Avropa dillərindən edilən tərcümələrin əksəriyyəti orijinaldan olan
tərcümələrdir. Lakin sonralar Avropa dillərini bilən mütərcimlərimiz
aramızdan getdiyi üçün və bir müddət orijinaldan tərcümələr edilmirdi. Son
zamanlar ingilis, fransız və ispan dillərindən olunan tərcümələr öz
tədqiqatçısını gözləyir.
“Tərcümə” sözü dilimizdə bir neçə anlayış ifadə edir. Nizami
Gəncəvinin “Leyli və Məcnun” poemasını Səməd Vurğunun tərcüməsində
oxuyub, “gözəl tərcümədir”, yaxud, Götenin “Faust”unun yeni tərcüməsi,
dedikdə biz müəyyən bir fəaliyyətin-prosesin nəticəsini nəzərdə tuturuq.
“Tərcümə zor işdir, hər kəs bacarmaz”-dedikdə biz məhz elə bir
fəaliyyətdən-prosesdən bəhs edirik ki, bu proses nəticəsində tərcümə mətni
yaranır. Tərcümə nəzəriyyəsidə məhz bu prosesdən, yəni bir dildə yazılmış
Filologiya məsələləri, 2017
224
mətn başqa bir dilə çevrilə bilir? Bu hansı yollarla olur? Bütün bu məsələlər
indiki dövrdə təkcə dilçiləri deyil, psixoloqları, ədəbiyyatşünasları da
maraqlandırır. Lakin dilçilik baxımından tərcümənin özünün bir fəaliyyət-
prosesi kimi mahiyyətində danışarkən adəta psixi və əqli proses deyil, məhz
müəyyən dil vahidlərindən başqa bir dil vahidlərinə çevrilməsi nəzərdə
tutulur.
Beləliklə, tərcüməni dillər arasında transformasiya adlandırmaq olar.
Tərcümədə transfornasiya dedikdə biz müxtəlif dillərin bir-birinə real
münasibətini nəzərdə tuturuq.
Tərcümə bildiyimiz kimi tutuşdurma və müqayisə arasında gedir ki,
bu da xarici dili daha yaxşı öyrənməyə kömək edir. Bundan başqa tərcümə
dil öyrənənin yaddaşını inkişaf etdirir, dil sahəsindəki bütün dillərini
səfərbəyliyə alır, söz ehtiyyatını artırır, onu müxtılif söz və ifadələrlə tanış
edir.
Görkəmli alimlər belə hesab edir ki, hər hansı fikri tərcümə etmək
üçün hər bir dilin kifayət qədər imkan və vasitələri var. Təcrübə göstərir ki,
dünyanın ən zəngin dillərdən olan ingilis, alman, rus, fransız, ərəb, fars və s.
dillərində söylənilmiş elə bir fikir tağmaq çətindir ki, bunu adekvat şəkildə
azərbaycanca ifadə etmək mümkün olmasın.
Beynəlxalq əlaqələrin sürətlə inkişaf eydiyi bir vaxtda dil öyrənən
hər bir adam yazılı və şifahi tərcümə vərdişinə yiyələnməlidir. Tərcümə hər
bir mədəni xalqın elmi, sayasi və iqtisadi əlaqələrinin inkişafında, əxlaq və
tərbiyyəsinin, estetik zövqünün və mədəniyyətinin yüksəldilməsində
müəyyən müsbət rol oynayır, bəşəriyyətin inkişafında böyük yer tutur.
Tərcümə vasitəsilə xalqların bir-birinə mədəniyyətini, ictimai-siyasi
həyatı ilə tanış olur, daha yaxından tanıyırlar. Bugünkü elmin misilsiz
dəyərləri ilə dünya xalqlara məhz tərcümə vasitəsilə tanış olur. Odur ki, istər
ölkəmizdə, istərsə xaricdə tərcümə işinə xüsusi yer verir və əsrimiz tərcümə
əsri adlanır.
Respublikamızda tərcümə dövlət əhəmiyyəti olan bir iş kimi
qiymətləndirilir. Ədəbi və elmi konfranslarda tərcüməçilik sənətinin müxtəlif
problemləri haqqında görkəmli tədqiqatçılar dəyərli fikir söyləmişdir. Artıq
neçə ildir ki, tərcüməçilik bir sənət kimi, tərcüməşünaslıq isə bir elm kimi
tanınır. Tərcümə yalnız ədəbi deyil, həmçinin siyasi və iqtisadi əlaqələrin də
inkişafında mühüm rol oynayır.
Tərcümə rolu böyükdür. Ümumiyyətlə, nə qədər ki, xalqlar var, nə
qədər ki, bəşəriyyət var, tərcüməyə, tərcüməçilərə həmişə olacaq.
Bugünkü müasir həyatımızı elmin və texnikanın nəiliyyətlərindən
təcrid olunmuş halda düşünmək qeyri-mümkün olduğu kimi, onu təecüməsiz
də təsəvvür etmək olmaz. Tərcümə hər bir mədəni xalqın elmi, siyasi və
iqtisadi əlaqələrinin inkişafında, əxlaq və tərbiyyəsinin, estetik zövqünün və
Dostları ilə paylaş: |