Microsoft Word 2230 ifrs fs amrahBank at 31 Dec 2006 az



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə5/18
tarix20.09.2018
ölçüsü0,58 Mb.
#69748
1   2   3   4   5   6   7   8   9   ...   18

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI 

 

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı) 

MALİYYƏ HESABATLARINA QEYDLƏR  

(Yeni Azərbaycan Manatı ilə) 

 

10 



  

Bankın rəhbərliyindən maliyyə hesabatlarının MHBS-ə uyğun hazırlanmasında aktiv və öhdəliklərin 

qeyd olunmuş  məbləğlərinə,  şərti aktiv və öhdəliklərin maliyyə hesabatlarının tərtib olunduğu 

tarixdə açıqlanmasına və hesabat dövründə gəlir və xərclərin qeydə alınmış məbləğlərinə təsir edən 

təxmini hesablamalardan və ehtimallardan istifadə etmək tələb olunur. Faktiki nəticələr həmin 

təxmini ehtimallardan fərqlənə bilər. Dəyişikliyə xüsusilə həssas olan təxmini hesablamalara ehtimal 

olunan zərərlər üçün ehtiyatlar və maliyyə alətlərinin ədalətli dəyəri aiddir.  

 

Əsas ehtimallar 

 

Növbəti maliyyə dövrü ərzində aktiv və öhdəliklərin balans dəyərinə  əhəmiyyətli düzəlişlərin 



edilməsi riskini yaradan balans hesabatı tarixindəki qeyri müəyyənliyin qiymətləndirilməsi üçün 

gələcək və digər mühüm mənbələrlə bağlı əsas ehtimallara aşağıdakılar daxildir: 

 

 

31 dekabr  

2006-cı il 

 

31 dekabr  

2005-ci il 

 

 



 

Ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla, müştərilərə 

verilmiş kreditlər 23,641,898 

 

14,389,769



Ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla, satıla bilən 

investisiyalar 200,000 

 

-

 



 

Müştərilərə verilmiş kreditlər və satıla bilən investisiyalar ehtimal olunan zərərlər üçün ehtiyatlar 

çıxılmaqla amortizasiya dəyəri/dəyər ilə ölçülür. Ehtimal olunan zərərlər üçün ehtiyatların 

qiymətləndirilməsi onlarla bağlı ehtimallara əsaslanır. Balans hesabatı tarixinə  əsas ehtimalların və 

qeyri-müəyyənliyin digər mənbələrinin bu qalıqlar üzrə mümkün təsir dərəcəsini müəyyən etmək 

praktiki baxımdan mümkün deyildir.  

 

Əməliyyat Valyutası   

 

Bu maliyyə hesabatlarında əməliyyat valyutası Yeni Azərbaycan Manatıdır (bundan sonra “AZN”).  



 

 

3. 



MÜHASİBAT UÇOTUNUN MÜHÜM PRİNSİPLƏRİ  

 

Konsolidasiyanın əsasları 

 

İcmal maliyyə hesabatları Bankın hər il 31 dekabr tarixinə maliyyə hesabatlarını əks etdirir. Nəzarət 

o zaman təmin olunur ki, Bank investisiya qoyulan müəssisədən mənfəət etmək məqsədilə maliyyə 

və əməliyyat qaydalarını tənzimləmək səlahiyyətinə malik olsun.  

 

Alış zamanı, aktivlər və öhdəliklər və ortaq müəssisənin  şərti öhdəlikləri alış tarixinə olan ədalətli 



dəyərlə qeyd edilir. Alınmış xalis aktivlərin  ədalətli dəyərlərindən artıq olan hər hansı alış  dəyəri 

gudvil kimi tanınır. Alınmış xalis aktivlərin  ədalətli dəyərindən az olan hər hansı alış  dəyəri (yəni 

alış üzrə diskont) alış dövrü üzrə  mənfəət və  zərər haqqında hesabatın kreditinə yazılır. Azlıqların 

faizi aktiv və öhdəliklərin tanınmış  ədalətli dəyərində azlıqların payı üzrə göstərilir. Daha sonra, 

azlıqların payından artıq olan azlıqlarına payına aid hər hansı  zərərlər ana müəssisənin paylarına 

qarşı  bölüşdürülür.   




“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI 

 

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı) 

MALİYYƏ HESABATLARINA QEYDLƏR  

(Yeni Azərbaycan Manatı ilə) 

 

11 



 

Ana müəssisənin kapital sahiblərinə aid olan kapital və azlıqların səhmdarlarının payına aid olan 

xalis gəlirlər müvafiq olaraq balans hesabatında və  mənfəət və  zərər haqqında hesabatda ayrı-

ayrılıqda göstərilir. Ümumi nəzarət altında olan müəssisələrin və bizneslərin birləşməsi üçün ortaq 

müəssisələrin bütün aktiv və öhdəlikləri ortaq müəssisənin müstəqil MHBS maliyyə hesabatlarına 

müvafiq olaraq ilkin /ədalətli dəyərlə qiymətləndirilir.   

 

İl ərzində alınmış və ya satılmış ortaq müəssisələrin nəticələri alışın və ya satışın qüvvəyə mindiyi 



tarixdən etibarən icmal mənfəət və zərər hesabatına müvafiq qaydada daxil edilir. 

 

Lazım gəldikdə, ortaq müəssisələrin maliyyə hesabatlarına düzəlişlər edilir ki, istifadə olunan 



mühasibat qaydaları ilə Qrup tərəfindən istifadə edilmiş qaydalar uyğun olsun.   

 

Qrup-daxili bütün mühüm əməliyyatlar, qalıqlar, gəlirlər və xərclər konsolidasiya zamanı ləğv edilir.  



 

Maliyyə alətlərinin tanınması və ölçülməsi  

 

Bank maliyyə aktivlərini və öhdəliklərini yalnız o vaxt balansda uçota alır ki, o, maliyyə aləti üzrə 



müqavilənin tərəfi olur. Maliyyə aktivlərinin və öhdəliklərinin adi qaydada alqı-satqısı Bankın alqı-

satqı  əməliyyatlarını apardığı tarixdə qeyd olunur. Daha sonra satış tarixi ilə hesablaşma tarixi 

arasındakı  ədalətli dəyərlə ölçüləcək maliyyə alətlərinin adi qaydada alışı alınmış maliyyə alətləri 

üçün təyin olunan qaydada hesabat olunur. 

 

Maliyyə aktivləri və ya öhdəlikləri ilk olaraq ədalətli dəyər üstəgəl, mənfəət və  zərər haqqında 



hesabatda ədalətli dəyər ilə göstərilmədikdə, alışa birbaşa tətbiq olunan və ya maliyyə aktivlərinin və 

ya öhdəliklərinin buraxılması üzrə əməliyyat xərcləri məbləğində tanınır. Bu maddələrin daha sonra 

yenidən qiymətləndirilməsinə dair mühasibat uçotu qaydaları aşağıda açıqlanır. 

 

Nağd pul və ona bərabər tutulan vəsaitlər  

 

Nağd pula və ona bərabər tutulan vəsaitlərə nağd pul, 90 günlük ödəniş müddəti olan Azərbaycan 

Respublikası Milli Bankındakı müxbir hesablar və müddətli depozit hesablar üzrə  məhdudiyyətsiz 

qalıqlar, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (“İƏİT”) daxil olan ölkələrdə yerləşən banklara 

kredit kartları ilə əməliyyatlar üçün depozitlərdən başqa verilmiş və qısa müddət ərzində nağd vəsaitə 

köçürülməsi mümkün olan avanslar aiddirlər. Nağd pul axınının müəyyənləşdirilməsi məqsədilə

Azərbaycan Respublikası Milli Bankı  tərəfindən tələb olunan minimum ehtiyat depoziti onların 

istifadəsi üzrə mövcud olan məhdudiyyətlər səbəbindən nağd pul vəsaitləri ekvivalentinə daxil 

edilmir (qeyd 10). 

 

 



Banklara verilmiş kreditlər və avanslar  

 

Bank işinin normal gedişində digər banklara müxtəlif müddətə avanslar və ya depozitlər verir. Bank 



tərəfindən sabit ödəniş  müddəti ilə verilmiş kreditlər və avanslar daha sonra effektiv faiz metodunu 

istifadə etməklə diskontlaşdırılmış dəyər ilə qiymətləndirilir. Sabit ödəniş  müddəti olmayan kreditlər 

isə gözlənilən ödəniş  müddətinə  əsaslanmaqla effektiv faiz metodu ilə hesabat olunur. Kredit 

təşkilatlarından alınacaq vəsaitlər ehtimal olunan zərər üçün hər hansı ehtiyat çıxılmaqla xalis dəyər 

ilə hesablanır. 

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə