Microsoft Word 2230 ifrs fs amrahBank at 31 Dec 2006 az



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə9/18
tarix20.09.2018
ölçüsü0,58 Mb.
#69748
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI 

 

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı) 

MALİYYƏ HESABATLARINA QEYDLƏR  

(Yeni Azərbaycan Manatı ilə) 

 

18 



 

Yeni standartların qəbul edilməsi  

 

Cari ildə Bank Beynəlxalq Mühasibat Uçotu Şurası (“BMUŞ”) və Beynəlxalq Maliyyə 

Hesabatlarının  Şərhi Komitəsi (“BMHŞK”) tərəfindən buraxılmış  və öz əməliyyatlarına uyğun 

olmaqla yanaşı 1 yanvar 2006-cı il tarixdən başlayan hesabat ili üzrə qüvvədə olan bütün yeni və 

düzəliş edilmiş Standartları və Şərhləri qəbul etmişdir. Bu yeni və düzəliş edilmiş Standartların və 

Şərhlərin qəbul edilməsi bu və ya keçən illər üçün hesabat edilən məbləğlərə  təsir edən bankın 

mühasibat uçotu siyasətlərinə  dəyişikliklərin olması ilə  nəticələnməmişdir. 2006-cı ildə  aşağıdakı 

Standartlar qəbul edilmişdir: 

 

BMUSŞ-un 2005-ci ilin aprel ayında nəşr edilmiş “Proqnozlaşdırılan qrup daxili əməliyyatlar üzrə  



pul vəsaitlərinin hecinq uçotu” haqqında MUBS 39-a düzəliş etmişdir. Bu düzəlişə  əsasən yüksək 

ehtimalla proqnozlaşdırılan qrup daxili əməliyyatların xarici valyuta riskini maliyyə hesabatlarında 

hecinq obyekti kimi göstərməyə icazə verilir. 1 yanvar 2006-cı il tarixdən və ya ondan sonra 

başlayan illik dövrlər üzrə qüvvədə olan bu düzəlişin Bankın maliyyə hesabatlarına heç bir mühüm 

təsiri olmamışdır.  

 

BMUSŞ-un “Maliyyə  Zəmanəti Müqavilələri” haqqında MUBS 39-a düzəlişi 2005-ci ilin avqust 



ayında buraxılmış və MUBS 39-a və MHBS 4-ə düzəlişləri əks etdirir.  Düzəlişlər maliyyə zəmanəti 

müqavilələrini müəyyən edir və bu cür müqavilələrin ilk olaraq ədalətli dəyərlə, daha sonra isə 

“Ehtiyatlar,  Şərti Öhdəliklər və  Şərti Aktivlər” haqqında MUBS 17-yə müvafiq olaraq 

müəyyənləşdirilmiş ehtiyatın yüksək həddində və amortizasiya çıxılmaqla ilk olaraq tanınmış məbləğ 

ilə qeydə alınması tələb olunur. 1 yanvar 2006-cı il tarixdən başlayan illik dövrlər üzrə qüvvədə olan 

bu düzəlişin Banka heç bir mühüm təsiri olmamışdır.  



 

Bu icmal maliyyə hesabatlarının təsdiq olunduğu tarixdə Banka aid olan aşağıdakı Standartlar və 

Şərhlər buraxılmış lakin qüvvəyə minməmişdir: 

 

BMUSŞ  2005-ci ilin avqust ayında “Maliyyə Alətləri: Açıqlamalar” haqqında MHBS 7-ni nəşr 



etmişdir. Bu standart “Bankın və oxşar maliyyə təşkilatlarının maliyyə hesabatlarında açıqlamalar” 

haqqında MUBS 30-u və MUBS 32-nin açıqlamalarını  əvəz edir. MHBS 7 müəssisənin maliyyə 

mövqeyi və fəaliyyəti üçün maliyyə alətlərinin əhəmiyyətliliyini və maliyyə alətləri ilə bağlı yaranan 

risklərə dair keyfiyyət və kəmiyyət məlumatını açıqlamağı tələb edir. Bu standart 1 yanvar 2007-ci il 

tarixdən başlayan illik dövrlər üzrə qüvvədədir.   

 

2005-ci ilin avqust ayında BMUSŞ “Maliyyə Hesabatlarının təqdimatı” haqqında MUBS 1-ə  



“Kapital açıqlamaları” adlanan düzəlişi hazırlamışdır. Bu müəssisənin kapitalı  və onların idarə 

edilməsi haqqında açıqlamaların verilməsini tələb edir. Bu düzəliş də həmçinin 1 yanvar 2007-ci il 

tarixdən başlayan illik dövrlər üzrə qüvvədədir.   

 

BMHŞK 2006-cı ilin mart ayında “Derivativ (törəmə) alətlərin yenidən qiymətləndirilməsi” 



haqqında BMHŞK 9-u hazırlamışdır. Müəssisələrdən maliyyə alətlərində törəmə alətlərin mövcud 

olub olmamasını müəyyənləşdirmək tələb olunur; bu cür şərh maliyyə alətlərinin şərtlərini mühüm 

şəkildə  dəyişən  şərtlər mövcud olduqda sonrakı yenidən qiymətləndirmənin aparılmasını qadağan 

edir. Bu şərh 1 iyun 2006-cı il tarixdən və ya sonra başlayan hesabat dövrləri üzrə qüvvədədir.  

 

BMUSŞ  2006-cı ilin dekabr ayında “Əməliyyat seqmentləri” haqqında MHBS 8-i hazırlamışdır. Bu 



standart 1 yanvar 2009-cu ildən və ya sonra başlayan hesabat dövrləri üçün “Seqment Hesabatı” 

haqqında MUBS 16-nı  əvəz edəcəkdir. MHBS 8 seqment məlumatını  rəhbərliyə hesabat olunan 

qaydada hesabat etməyi və onu maliyyə hesabatlarına uyğunlaşdırmağı tələb edir.   



“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI 

 

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı) 

MALİYYƏ HESABATLARINA QEYDLƏR  

(Yeni Azərbaycan Manatı ilə) 

 

19 



 

Bankın rəhbərliyi hazırda bu yeni və düzəliş edilmiş Standartların və Şərhlərin qəbul edilməsinin 

gələcək dövrlər üçün təsirini qiymətləndirir.  

 

 



4. 

XALİS FAİZ GƏLİRLƏRİ  

 

Xalis faiz gəlirləri aşağıdakılardan ibarətdir:  



 

 

31 dekabr 



2006-cı il 

tarixinə bitən il  

 31 

dekabr 

2005-ci il 

tarixinə bitən il 

 

 

Faiz gəlirləri 

 

Müştərilərə verilmiş kreditlər və avanslar üzrə faiz 



4,052,132 

 

2,730,347 



Banklara verilmiş kreditlər və avanslar üzrə faiz 

183,961 


 

187,424 


Borc qiymətli kağızları üzrə faiz 

31,487 


 

 



 

 

 

Cəmi faiz gəlirləri 



4,267,580  

2,917,771 

 

Faiz xərcləri 

Müştəri hesabları üzrə faiz  

(1,631,659)   

(1,147,024) 

Banklardan və digər kredit təşkilatlarından alınmış depozitlər üzrə faiz 

(36,508)   

(41,034) 

 

   

 

Cəmi faiz xərcləri 



(1,668,167)   (1,188,058)

 

   



 

Faiz hesablanan aktivlər üzrə ehtimal olunan zərərlər üçün 

ehtiyatın yaradılmasından əvvəl xalis faiz gəlirləri 

2,599,413 

 

1,729,713 

 

 

5. 

EHTİMAL OLUNAN ZƏRƏRLƏR ÜÇÜN EHTİYATLAR 

 

Ehtimal olunan zərərlər üçün ehtiyatlarda hərəkətlər aşağıdakı kimi olmuşdur: 

 

 

Banklara 



verilmiş 

kreditlər və 

avanslar 

 Müştərilərə 

verilmiş 

kreditlər və 

avanslar 

 

Cəmi 

 

   



   

 

31 dekabr 2004-cü il 

11,509 

 

2,915,107 



 

2,926,616 

 

 

 



 

 

 



Ehtiyat 

16,600  


1,295,747  

1,312,347 

 

 

 



 

 

 



31 dekabr 2005-ci il 

28,109 


 

4,210,854 



 

4,238,963 

 

   


   

 

Ehtiyat/(bərpası) (28,109) 



 

1,176,539 

 

1,148,430 



 

 

 



   

 

31 dekabr 2006-cı il 





 

5,387,393 

 

5,387,393 

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə