Microsoft Word 2230 ifrs fs amrahBank at 31 Dec 2006 az



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə7/18
tarix20.09.2018
ölçüsü0,58 Mb.
#69748
1   2   3   4   5   6   7   8   9   10   ...   18

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI 

 

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı) 

MALİYYƏ HESABATLARINA QEYDLƏR  

(Yeni Azərbaycan Manatı ilə) 

 

14 



 

Əsas vəsaitlər və qeyri-maddi aktivlər  

 

Əsas vəsaitlər və qeyri-maddi aktivlər ilkin dəyərdən yığılmış köhnəlmə və amortizasiya və hər hansı 

tanınmış qiymətdən düşmə zərərini çıxmaqla tanınır. Başa çatdırılmamış və istismara buraxılmamış 

aktivlərin köhnəlməsi aktivin nəzərdə tutulan istifadəyə hazır olduğu tarixdən hesablanır. 

 

Əsas vəsaitlərin köhnəlməsi və qeyri-maddi aktivlərin amortizasiyası onların ilkin dəyərindən çıxılır 



və aktivlərin istismar müddətləri üzrə silinməsini nəzərdə tutur. Amortizasiya aşağıdakı illik faiz 

dərəcələrində bərabər hissələrə bölünməklə köhnəlmə metodunu istifadə etməklə hesablanır: 

 

Kompüterlər və avadanlıq 25% 



Mebel və qurğular 25% 

Nəqliyyat vasitələri 25% 

Digər əsas vəsaitlər 25% 

Qeyri-maddi aktivlər 

10% 

 

 



İcarəyə götürülən əmlakın əsaslı təmiri icarəyə alınan müvafiq aktivin faydalı istismar müddəti üzrə 

amortizasiya edilir. Təmir və yeniləşdirmə ilə bağlı xərclər kapitallaşmaya aid olmadıqda baş verdiyi 

zaman tutulur və əməliyyat xərclərinə daxil edilir.   

 

Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin balans dəyərlərinin onların bərpa dəyərlərindən artıq  



dəyərdə uçota alınıb-alınmadığını ölçmək üçün hər balans hesabatı tarixində onlar nəzərdən keçirilir. 

Balans dəyəri bərpa dəyərindən artıq olduğu halda, aktivlərin dəyəri bərpa dəyəri səviyyəsinədək 

aşağı salınır.  

 

Qiymətdən düşmə  zərəri müvafiq dövrdə qeydə alınır və  əməliyyat xərclərinə daxil edilir. 



Qiymətdən düşmə  zərəri qeydə alındıqdan sonra əsas vəsaitlərin köhnəlmə  xərcləri, ondan qalıq 

dəyərini çıxmaqla (əgər varsa), aktivlərin düzəliş olunmuş balans dəyərini sistemli şəkildə qalan 

iqtisadi faydalı dövrünə bölüşdürmək məqsədilə gələcək dövrlərə uyğunlaşdırılır. 

 

Xidmətlərin göstərilməsi ilə bağlı inzibati məqsədlər üçün saxlanılan binalar balans tarixində 



yığılmış köhnəlmə  və  hər hansı ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla peşəkar 

qiymətləndiricilər tərəfindən bazar dəyərlərinə  əsaslanmaqla müəyyən edilmiş yenidən 

qiymətləndirmə tarixindəki ədalətli dəyəri əks etdirən yenidən qiymətləndirmə dəyəri ilə göstərilir. 

Yenidən qiymətləndirmə kifayət qədər tez-tez aparılır ki, balans dəyəri balans tarixinə ədalətli dəyəri 

istifadə etməklə hesablanmış dəyərdən əhəmiyyətli dərəcədə fərqlənməsin. 

 

Binaların yenidən qiymətləndirilməsindən yaranan hər hansı yenidən qiymətləndirmə artımı  əsas 



vəsaitlərin yenidən qiymətləndirmə ehtiyatının kreditinə yazılır lakin, əvvəllər xərc kimi tanınmış 

eyni aktiv üzrə yenidən qiymətləndirmə azalmasını bərpa etdiyi hal istisna təşkil edir, bu halda artım 

əvvəllər hesablanmış azalma həcmində  mənfəət və  zərər haqqında hesabatın kreditinə yazılır. 

Binaların yenidən qiymətləndirilməsi nəticəsində balans hesabatında yaranan azalma qalıqdan, əgər 

varsa, artıq olduğu həcmdə xərc kimi tutulur və həmin aktivin əvvəlki yenidən qiymətləndirməsi ilə 

bağlı əmlakın yenidən qiymətləndirmə ehtiyatında saxlanılır. 

 

Yenidən qiymətləndirilən binalar üzrə köhnəlmə  gəlir hesabında qeyd olunur. Yenidən 



qiymətləndirilən  əmlakın daha sonra satışı  və ya istismardan çıxması zamanı  əmlakın yenidən 

qiymətləndirmə ehtiyatında qalan müvafiq yenidən qiymətləndirmə qalığı birbaşa bölüşdürülməmiş 

mənfəət hesabına köçürülür. 



“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI 

 

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı) 

MALİYYƏ HESABATLARINA QEYDLƏR  

(Yeni Azərbaycan Manatı ilə) 

 

15 



 

Vergi sistemi  

 

Mənfəət vergisi xərcləri cari və təxirə salınmış vergi xərclərinin cəmini ifadə edir.  

 

Cari vergi xərcləri il üzrə vergiyə  cəlb olunan mənfəətə  əsaslanır. Vergiyə  cəlb olunan mənfəət 



mənfəət və zərər haqqında hesabatda göstərilən xalis mənfəətdən fərqlənir, çünki vergiyə cəlb olunan 

mənfəətə digər illərdə vergiyə cəlb olunan və ya tutulan gəlir və xərc maddələri daxil deyil, bundan 

əlavə o, heç vaxt vergiyə cəlb olunmayan və vergi tutulmayan maddələri özündə birləşdirmir. Bankın 

cari vergi xərcləri qüvvədə olan və ya əsasən balans hesabatı tarixinə qüvvədə olan vergi dərəcələrini 

istifadə etməklə hesablanır. 

 

Təxirə salınmış vergilər - maliyyə hesabatlarındakı aktiv və öhdəliklərin balans dəyərləri ilə vergiyə 



cəlb olunan mənfəətin hesablanmasında istifadə olunan müvafiq vergi bazaları arasında yaranan 

fərqlərdən bərpa edilməsi və ya ödənilməsi gözlənilən vergilərdir və bu növ vergilər balans 

hesabatının öhdəlik metodu əsasında uçota alınır. Təxirə salınmış vergi öhdəlikləri adətən bütün 

vergiyə cəlb olunan müvəqqəti fərqlər üçün tanınır, təxirə salınmış vergi aktivləri isə istifadə edilən 

tutulmalı müvəqqəti fərqlərə qarşı yaranması ehtimal edilən vergiyə cəlb olunan mənfəətin həcmində 

tanınır.  Əgər müvəqqəti fərq nə vergiyə  cəlb olunan mənfəətə, nə  də maliyyə  mənfəətinə  təsir 

etməyən əməliyyat üzrə sair aktiv və öhdəliklərin ilkin tanınmasından yaranırsa, bu cür aktivlər və 

öhdəliklər tanınmır. 

 

Təxirə salınmış vergi aktivlərinin balans dəyəri  hər balans hesabatı tarixində nəzərdən keçirilir və 



aktivlərin bütün hissəsini və ya müəyyən hissəsini bərpa etməsi üçün kifayət qədər vergiyə  cəlb 

olunan mənfəətin mövcudluğu ehtimal edilməyən həcmdə azaldılır. 

 

Təxirə salınmış vergi - öhdəliklər üzrə hesablaşmanın aparıldığı  və ya aktivlərin realizə olunduğu 



dövrdə  tətbiq edilməsi gözlənilən vergi dərəcələri ilə hesablanır. Təxirə salınmış vergi mənfəət və 

zərər haqqında hesabatda  xərc maddəsi kimi göstərilir və ya hesabatın kredit balansına yazılır, lakin 

təxirə salınmış verginin birbaşa kapitala və hesabatın kredit balansına yazıldığı hallar istisna təşkil 

edir, belə ki, bu halda təxirə salınmış vergi səhmdar kapitalı ilə bağlı olur. 

 

Azərbaycanda Bankın fəaliyyətinə  şamil ediləcək müxtəlif başqa vergi növləri də mövcuddur. Bu 



vergilər əməliyyat xərcləri kimi mənfəət və zərər haqqında hesabata daxil edilir. 

 

Banklardan və müştərilərdən alınmış depozitlər 



 

Banklardan və müştərilərdən alınmış depozitlər ədalətli dəyəri ilə qeyd edilir. Nəticədə bu məbləğlər 

amortizasiya edilən dəyərlə göstərilir və xalis mədaxil ilə alına bilən məbləğ arasındakı fərq mənfəət 

və  zərər haqqında hesabatda effektiv faiz dərəcələri metodundan istifadə etməklə borc müddətləri 

üzrə qeyd olunur. 

 

Ehtiyatlar 

 

Ehtiyatlar Bank keçmiş hadisələr nəticəsində cari hüquqi və ya əsaslanmış öhdəliyə malik olduqda, 

öhdəliyin yerinə yetirilməsi üçün iqtisadi səmərə yaradan ehtiyatların azalma ehtimalı olduqda və 

öhdəlik məbləği etibarlı qiymətləndirildikdə uçota alınır.  

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə