Microsoft Word 2230 ifrs fs amrahBank at 31 Dec 2006 az



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə8/18
tarix20.09.2018
ölçüsü0,58 Mb.
#69748
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI 

 

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı) 

MALİYYƏ HESABATLARINA QEYDLƏR  

(Yeni Azərbaycan Manatı ilə) 

 

16 



 

Səhmdar kapitalı 

 

Səhmdar kapitalı ilkin dəyərlə tanınır. Səhmdar kapitalına nağd formadan başqa aktivlər formasında 

edilən əlavələr, həmin əlavələrin edildiyi tarixə ədalətli dəyərlə tanınır.   

 

Biznesin birləşməsindən fərqli olaraq, yeni səhmlərin buraxılmasına birbaşa aid olan kənar xərclər 



aidiyyatı gəlir vergiləri tutulduqdan sonra kapitaldan çıxılır.  

 

Adi səhmlər üzrə dividendlər kapitalda elan olunduqları dövr üzrə azalma kimi tanınır. Balans 



hesabatı tarixindən sonra elan olunan dividendlər “Balans hesabatı tarixindən sonrakı hadisələr” 

haqqındakı 10 saylı  Mühasibat Uçotunun Beynəlxalq Standartına (“MUBS”) uyğun olaraq balans 

hesabatından sonrakı hadisələr kimi uçota alınır və müvafiq qaydada açıqlanır. 

 

Məcburi dövlət sosial sığorta haqları və digər müavinətlər  

 

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Bank işçilərin  əmək haqlarından 

məcburi dövlət sosial sığorta haqları tutur və onları dövlət pensiya fonduna köçürür. Bundan əlavə, 

bu cür təqaüd sistemi işəgötürən tərəfindən cari ödənişlərin heyət üzrə ümumi xərclərin faizi 

hesablanmasını təmin edir. Belə xərclər müvafiq əmək haqlarının qazanıldığı dövrdə çıxılır. Təqaüdə 

çıxdıqda təqaüdlə bağlı bütün ödənişlər dövlət pensiya fondu tərəfindən yerinə yetirilir. Bank, işə 

götürən tərəfindən cari məcmu  əmək haqqı ödənişlərinin faizi kimi hesablanmış cari ödənişlərin 

həyata keçirilməsini tələb edən Azərbaycan Respublikasının dövlət pensiya sistemindən başqa hər 

hansı pensiya sisteminə malik deyildir.  Bundan başqa, Bankda yığılması tələb olunan təqaüd sonrası 

müavinətlər və ya kompensasiya edilən digər mühüm müavinətlər mövcud deyildir. 

 

Gəlir və xərclərin tanınması  

 

Faiz gəliri və xərci hesablama metodu ilə effektiv faiz metodundan istifadə etməklə tanınır. Effektiv 

faiz metodu maliyyə aktivinin və ya maliyyə öhdəliyinin (və ya maliyyə aktivləri və ya maliyyə 

öhdəlikləri qruplarının) amortizasiya dəyərinin hesablanması və müvafiq dövr üzrə faiz gəlirinin və 

faiz xərclərinin bölüşdürülməsi metodudur. Effektiv faiz dərəcəsi hesablanmış  gələcək nağd pul 

ödənişlərini və ya qəbzləri maliyyə alətinin gözlənilən faydalı istismar müddəti üzrə və ya müvafiq 

olduqda, daha qısa müddətdə maliyyə aktivinin və ya maliyyə öhdəliyinin xalis balans dəyərinə 

dəqiq diskontlaşdıran dərəcədir.  

 

Qiymətdən düşmə  zərəri nəticəsində maliyyə aktivi və ya oxşar maliyyə alətləri qrupu (qismən 



silindikdə) silindikdə, faiz gəliri qiymətdən düşmə zərərini müəyyən etmək məqsədilə gələcək nağd 

pul vəsaitlərini diskontlaşdırmaq üçün istifadə olunan faiz dərəcəsi əsasında tanınır.  

 

Faiz gəlirinə  həmçinin qiymətli kağızlara qoyulan investisiyalardan əldə olunan gəlirlər daxildir.  



Sair gəlirlər aidiyyatı  əməliyyatlar başa çatdıqda mənfəət və  zərər haqqında hesabatın kreditinə 

yazılır. Kreditin ayrılması haqları (aidiyyatı birbaşa xərclərlə birlikdə) təxirə salınır və kreditin 

effektiv faiz dərəcəsinə düzəliş kimi qeydə alınır. Komissiya gəlirləri və xərcləri hesablama metodu 

əsasında tanınır.   

 



“ƏMRAHBANK” AÇIQ SƏHMDAR KOMMERSİYA BANKI 

 

31 DEKABR 2006-CI İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ (Davamı) 

MALİYYƏ HESABATLARINA QEYDLƏR  

(Yeni Azərbaycan Manatı ilə) 

 

17 



 

Haqq və komissiya gəlirləri  

 

Haqq və komissiya gəlirlərinə kreditin ayrılması haqları, kreditlər bağlı öhdəliklər üzrə komisyon 



haqlar, kredit üzrə xidmət haqları, kredit sindikasiya haqları daxildir. Kreditin ayrılması haqları 

aidiyyatı birbaşa xərclərlə birlikdə  təxirə salınır və kreditin effektiv faiz dərəcəsinə düzəliş kimi 

qeydə alınır. Kredit öhdəliyinin xüsusi borc müqaviləsi ilə  nəticələnməsi mümkün olduğu hallarda, 

kredit öhdəliyi üzrə haqlar aidiyyatı birbaşa xərclərlə birlikdə təxirə salınır və yekun kreditin effektiv faiz 

dərəcəsinə düzəliş kimi tanınır. Kredit öhdəliyinin xüsusi borc müqaviləsi ilə  nəticələnməsi mümkün 

olmadığı hallarda, kredit öhdəliyi üzrə haqlar kredit öhdəliyinin qalan müddəti üzrə  mənfəət və  zərər 

haqqında hesabatda tanınır. Kredit müqaviləsinin müddəti kredit alınmamış qurtardıqda, kredit öhdəliyi 

üzrə haqlar mənfəət və zərər hesabatında müddətin bitməsi üzrə tanınır. Kredit xidməti haqları xidmətlər 

yerinə yetirildikdə gəlir kimi tanınır. Kredit üzrə sindikat haqları sindikat yekunlaşdıqda mənfəət və zərər 

haqqında hesabatda tanınır. Kreditin sindikasiya haqları mənfəət və zərər haqqında hesabatda sindikasiya 

başa çatdıqda tanınır. Bütün digər komissiyalar xidmətlər yerinə yetirildikdə tanınır. 

 

Xarici valyuta əməliyyatları 



 

Xarici valyutada müəyyən edilmiş pul aktiv və öhdəlikləri balans tarixindəki alqı-satqı məzənnəsinə 

uyğun  şəkildə Yeni Azərbaycan Manatına konvertasiya edilir. Xarici valyuta ilə aparılan 

əməliyyatlar əməliyyatın yerinə yetirildiyi günə qüvvədə olan valyuta məzənnəsi ilə hesablanır. Bu 

əməliyyatlardan yaranan gəlir və zərər xarici valyuta mübadiləsi üzrə xalis gəlir kimi qeyd edilir. 

 

Xarici valyuta məzənnələri  



 

Bank ilin sonuna maliyyə hesabatlarının tərtib olunması üçün aşağıdakı xarici valyuta 

məzənnələrindən istifadə etmişdir: 

 

31 dekabr 2006-cı il 



 

31 dekabr 2005-ci il 

 

 



 

   


 

 

1 ABŞ dolları  =  0.8714 AZN 



 

1 ABŞ dolları =  0.9186 

AZN 

1 AVRO  =  1.1471 AZN 



 

1 AVRO  =  1.0918 AZN 

1 Rus Rublu  =  0.0331 AZN 

 

1 Rus Rublu  =  0.0319 AZN   



 

 

 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə