Microsoft Word Adilli Ayt?kin 869M. docx



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix02.10.2017
ölçüsü0,56 Mb.
#2895
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

32 

 

modanın  dini  təzahürü  çox  da  nadir  hadisə  deyildir,  doğrudur  dinin  yayılması 



nisbətən  dərin  proseslərə  bağlıdır.  Doğrudur,  din  moda  deyildir.  Lakin  moda  öz 

ə

həmiyyətinə  görə  müxtəlif  dəyərlərə  bölünməyə,  eyni  zamanda  dində  də  iştirak 



etməyə qadirdir. 

Ə

lbəttə  bu  halda  dini  davranışın  motivi  modanın  olmadığı  yerdən  mühüm 



dərəcədə  fərqlənir.  Modanın  nə  vaxt  yarandığı  sualına  yuxarıda  cavab  verməyimizə 

baxmayaraq onuümumi şəkildə cavablandırmaq mümkündür. 

Ə

vvəllər qeyd etdiyimiz kimi modanın həmişə və heç yerdə olmamasının nəticə 



ifadələri bir qədər pis vəziyyətdə qoyur, lakin bu tarixi inkişafın məhsuludur. Əlbəttə 

mədəni  nümunələrdə  innovasiya  və  qarşılıqlı  mübadilə  və  xüsusilə  sosial  reallıq 

dəyişikliyə  və  mübadiləyə,  öz  təbiətinə  görə  dinamik  və  canlıdır.  Doğrudur,  bütün 

cəmiyyətlərdə  bu  və  ya  digər  formada  modaya  xas  olan  oyun  və  nümayişlilik 

dəyərələrini  şöhrətpərəst  və  paxıllar,  yaradıcı  şəxsiyyətlər,  inqilabçılar,  geri 

çəkilənlər,  cinayətkarlar  adətlə  diktə  edərək  hökmran  nümayəndələrində  bu  və  ya 

digər formada dəyişir. 

Qərb  və  Şərqdə  əsrlərboyu  adəti  idarə  edən  normal  sosial  tip  hökmranlıq 

etmişdir. Tarixçilərə görə, onlar XV əsrdə Roma imperiyasında, Burqund sarayında, 

sonralar  XVIII  əsrə  Avropanın  tanınmış  geniş  olmayan  dairələrində  milli  və  dini 

qapalılığı  pozaraq  öz  təsirlərini  göstərirdilər.  Belə  ki,  onlar  modanın  ilk  zəif 

cücərtilərini yaymağa başlamışdılar. Burada söhbət say nisbətində az olan fövqaladə 

kiçik  adacıqlar,  tərpənməz  dənizin  dəyişməsindən  gedir.  Bu  dəyişgənlik 

mədəniyyətin  sosial  davranışına  və  tanınmış  sosial  təbəqənin  dar  sektoruna 

toxunurdu.  Məlumdur  ki,  mədəni  nümunələrin  heç  bir  dəyişikliyi  moda  ilə  bağlı 

deyildir. 

Antik və  ya orta  əsr  geyimlərində  modanı  işarə  edən dəyişiklik  heç  də  həmişə 

müasirlik  və  universallıq  kimi  modanın  mühüm  və  ilkin  dəyərlərinə  əsaslanmırdı. 

Ə

ksər  hallarda  bu  növ  uniformalardan  yuxarı  təbəqədə  tez-  tez  dəyişən  hökmdarı 



təqlid  edənlər,  onun  favoritlərinə  sadiq  olmasını  ifadə  edənlər,  bəzən  isə  hökmdara 

tabe olduğunu bildirənlər üçün istifadə edirdilər. Modanın bu cürilkin dəyərləri, oyun 

və  nümayişlilik  kimi  dəyişikliklərdə  çox  məhdud  sosial-  mədəni  mühit  və  vaxt 



33 

 

çərçivəsində  iştirak  edirdi.  Ümumiyyətlə,  antik  dövrün  modasının  metaforası 



haqqında olduğu kimi, gələcək inkişaf  etmiş sosial  təzahürün cücərtisi  və nümunəsi 

haqqında, həm də bəzi tarixçilərin dediyi kimi qədim kapitalizm haqqında danışmaq 

olar.  

Modanın əmələ gəlməsi və onun sosial təsdiqi hadisə deyildir. Bu uzun müddət 



ə

rzində  tədricən  inkişaf  edən,  köhnə  sosial  formaların  prosesidir.  Bu  formalardan 

bəziləri daima sosial- mədəni fonu təşkil edir və onların əsasında moda yarana bilir 

və ya əksinə. Onlara həmişə və hər yerdə iştirak edən oyun və nümayişlərin dəyərləri 

də daxildir. Modanın ilk zəif cücərtiləri özü ilə Avropa dirçəlişini gətirmişdir. Sonra 

XVII əsrdə moda milli və dini qapalılığı pozaraq tanınmışların məhdud çərçivəsində 

davranışına təsir etmişdir. Moda yalnız XIX əsrdə sənaye, inqilab, texniki yeniliklər, 

siyasi-inqilab,  təbəqələrin  əzilib-  büzülməsi,  millətlər  və  reqionlararası  maneələr, 

urbanizasiya,  sosial-  iqtisadi  və  mədəni  həyatın  kütləviliyi  kimi  faktorların 

yaradılmasında  formalşmışdır.  Elə  bunlara  görə  əsaslandırılıb  təsdiq  etmək  olar  ki, 

moda  XIX  əsrdə  mühüm  sosial  miqyasda  Avropa  cəmiyyətində  yaranmışdır.  Əgər 

ə

vvəllər  moda  sosial  sistemin  ayrı-  ayrı  elementlərində  istifadə  edilirdisə,  qeyd 



olunan dövrdən başlayaraq moda sosial sistemdə mövcud olmuşdur. Bizim dövrdə isə 

moda sənaye cəhətdən inkişaf etmiş və müəyyən dərəcədə inkişaf etməkdə olan geniş 

ə

hali  təbəqəsinin  davranışının  sosial  nizamlayıcısı  kimi  çıxış  edir.  Sözün  əsl 



mənasında onun planetar miqyası təzahür etməkdədir. 

 


34 

 

1.6. Modanın dəyişməsinin tərkibi və təbiəti 

Modanın təsir sferası həqiqətən sərhədsizdir və o, sosial həyatın, mədəniyyətin 

və  insanın  davranışının  ən  müxtəlif  sahələrində  yayılır.  Bu  faktı  bu  gün 

tədqiqatçıların əksəriyyəti təsdiq edirlər. Prinsip etibarilə modanın orbitinə nə olursa 

olsun  və  kim  olursa  olsun  düşə  bilər.  Əgər  bu  vaxtadək  nə  isə  modalı  olmayıbsa, 

onda bundan sonra da olmayacağını fikirləşməkolmaz. 

Modalı  standartlar  adamlar  tərəfindən  heç  də  həmişə  dərk  edilmir,  o,  insanın 

zahirinin  (geyim,  saç  düzümü,  kosmetika  və  s.)  və  bilavasitə  ətraf  mühitin  tərtibi 

üçün  ümumən  qəbul  edilmişdir.  Bununla  yanaşı,  moda  elektrik  məişət 

məmulatlarının,  hətta  təmamilə  utilitar  funksiyanın  yerinə  yetirilməsi  üçün  təyin 

edilmiş əşyaların çeşidinin formalaşdırılmasın təsir göstərir. 

Modanın qeyri- məişət əşyalarına da təsiri az deyildir. Bir çox tədqiqatçılar hələ 

çoxdan bəri modanın incəsənət və memarlığa yüksək dərəcədə təsir göstərdiyini qeyd 

edirlər.Bir  çox  hallarda  müxtəlif  filosoflar,  sosial,  dini  və  mənəviyyatçılar, 

nəzəriyyəçilər  modalı  standartların  və  obyektlərin  sifətində  çıxış  edirlər.  Bəzi 

tədqiqatçılar  gənclər  arasında  narkotiklərdən  istifadə  edilməsi  və  bu  halın 

genişlənməsi faktorlarını da modalılıqla başlayşrlar. Beləliklə bu modanın əks tərəfi 

də müşahidə edilir. Bunlar narkomaniyanın müxtəlifliyindən– tütünün çəkilməsindən 

və alkoqolun qəbul edilməsindən əl çəkməyi stimullaşdırır. Modanın bu təsirindən bir 

çox ölkələrdə antinikotin və antialkoqol təşviqatında istifadə edilir. 

Hazırda  moda  insan  davranışının  konservativ  sahəsi  olan  qidalanma  rasionuna 

və yeməklərin hazırlanma üsullarına da müdaxilə etməyə başlamışdır. Modanın təsiri 

kimi dərman preparatlarının qəbulu tibb işçilərinin ciddi etirazlarına səbəb olmuşdur. 

Ə

slində  keçmişdə  olduğu  kimi,  indi  də  diaqnozun  nəticəsindən  asılı  olmayaraq  bu 



təsirdən azad ola bilmirlər. Ölümü ilə bağlı xəstəliklərin tarixini öyrənmiş tibb işçisi 

B.M.Şubin bu haqda yazırdı, «qəribə də olsa modanın geyimə, saç düzümünə deyil, 

xəstəliyə aiddir». Bu xüsusilə keçmiş zamanlarda diaqnozun doğrulmamış qoyulması 

ilə bağlı idi. Belə «modalı» diaqnoz XIX əsrin I yarısı üçün anevrizm xəstəliyi üçün 

müəyyən edilmişdir.  



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə