Microsoft Word Adilli Ayt?kin 869M. docx



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix02.10.2017
ölçüsü0,56 Mb.
#2895
1   2   3   4   5   6   7   8   9   10   ...   23

20 

 

nümunələr nəzərdə tutulur. Bunları modalı standart adlandırmaq olar. Məişətdə onlar 



sadəcə  olaraq  modalı  adlandırılır,  məsələn,  «hazırki  mövsümdə  modalar  necədir», 

«moda nə cürdür» və ya «nə modalıdır» sinonimli ifadələr məhz bu qəbildəndir. 

Modalı  standartlar–  mədəni  nümunə4.lərin  dəyişmiş  formalarıdır.  Digər  sözlə 

mədəniyyətdə nə isə üsul, davranış qaydası və ya hərəkətin biopsixoloji elementlərini 

xüsusi vasitələrlə təsbit edir. Bu vasitələrə mədəniyyətdə təsbitin bütün mövcud üsul 

və  formaları  geyim  və  rəqsdən  başlayaraq  çap  tekstlərinə  və  ya  maqnit  yazılarına 

kimi informasiyanın saxlanması və ötürülməsi daxildir. 

Modalı  standartlara  hər  hansı  maddi  və  həm  də  qeyri-  maddi  (mənəvi,  işarə, 

simvolika və i. a) obyektlər aiddir. Bu obyektləri modalı obyekt adlandırırlar. Onlara 

əş

yalar,  ideyalar,  sözlər,  bədii  əsərlər  və  i.  a.,  həm  də  obyektlərin  xüsusiyyətləri, 



məsələn, forma və ölçülər daxildir. 

Xüsusilə  qeyd  etmək  lazımdır  ki,  modalı  obyektlər–  modada  istənilən  şəkildə, 

hər  biri  müəyyən  davranış  qaydasında  modalı  standartların  reallaşdırılma  elementi 

kimi  mövcuddur.  Gündəlik  həyatımızda  biz  müəyyən  fasonda  olan  donun  «dəbdə» 

olduğunu  söyləyirik,  lakin  ciddi  danışıqda,  eləcə  də,  modada  özü-  özlüyündə  don 

deyil,  qadın  üçün  onu  geyilməsi  və  ya  geyim  dizaynerləri  üçün  onun 

layihələndirilməsi vacib sayılır. Misal üçün donun yiyəsi onu sandıqda saxlayıb heç 

kimə  göstərməzsə  və  ya  onun  təyinatına  görə  digər  məqsədlər  üçün  istifadə  edərsə, 

onda çox ehtimal ki, modalı davranışın aktı baş verməyəcək. 

Ümumilikdə  yeni  ər  müxtəlif  davranış  nümunələrinə  daxil  edilə  bilər,  uyğun 

olaraq  bu  obyektlərin  yerinə  yetirdikləri  funksiyalar  da  müxtəlifdir.  Məsələn  orta 

ə

srlərdə  Avropada  pomidordan  təkcə  qida  kimi  istifadə  edilmirdi,  onu  gül  kimi  öz 



sevgililərinə hədiyyə verirdilər. Şəkər, araq, şokolad, çay və kofedən əvvəllər dərman 

kimi  istifadə  olunurdu.  Tütündən  tarixdə  müxtəlif  cür  istifadə  olunmuşdur:  onu 

çeynəyir, iyləyir və əfsuslar olsun ki, indiyədək çəkirlər. 

Eyni ilə modada da eyni obyekti müxtəlif modalı standarta daxil edirdilər. Eyni 

dram əsəri «dəbdə olur, lakin onu bir halda tərif, digər halda isə tənqid edirlər». 

Obyektsiz  modalı  standartlar  da  mövcuddur,  onlar  məhz  insanın  özünə  aiddir, 

məsələn, əl- qol hərəkətləri (jest), mimika və s. Bəzən modalı standart vaxtilə istifadə 



21 

 

edilən modalı obyektdən, məsələn, baş geyimindən, qaloşdan, yelpikdən, qalstukdan, 



çətirdən,  muftadan  (qadınların  əllərini  keçirdikləri  xəz),  bədii  əsərin  qəbul 

edilməsindən və i. a. imtina edir.  

Bəs  nə  üçün  bəzi  davranış  nümunələrini  və  ya  predmetlərini  modalı  hesab 

edirlər, digərlərini isə yox? Və ya nə üçün eyni yerlər, onların xüsusiyyətləri, ideyalar 

hansısa  zaman  çərçivəsində  modalı  hesab  edilmir,  sonra  qeyri-  modalı  olub, 

dahasonra isə yenidən modaya daxil edilirlər? Onlarla nə baş verir, onlara modalılığı 

nə verir, nə məhrum edir, bəlkəeynilə qalırlar? Burada çox güman ki, məsələ onların 

daxili xüsusiyyətində deyil. Bu və ya digər standartlar və obyektlər modalı zəmində 

duraraq  modalı  olur,  yalnız  və  yalnız  onlar  modanın  əhəmiyyətinə  sahib  olduqda 

modanın işarəsi şəklində əmələ gəlirlər. Modanın işarəsi şəklində əmələ gəlməsi, bu 

standart  və  obyektlərin  hansısa  dəyərləri  əvəz    etməsi,  cəmiyyətdə  və  ya  sosial 

qruplarda modalı kimi qəbul edilmələri deməkdir. 

Modanın  sonuncu  komponenti  kimi  modanın  iştirakçıları  seçilir,  yəni  onların 

davranışı  standartlar,  obyektlər  və  modanın  dəyərləri  kimi  digər  komponentlərin 

istiqamətlərindən götürülür. 

Aşağıda  seçdiyimiz  komponentləri  ardıcıl  olaraq  nəzərdən  keçirək.  ndi  isə 

modanın  mühüm  komponenti  olan  dəyərlərdən  danışaq.  «Modanın  dəyərləri  nə 

deməkdir»  sualına  cavab  hələ  aydın  olmayan  digər-  «hansı  standartlar  və  obyektlər 

modalı hesab edilir?», «onlardan nə vaxt moda atributlarını yaratmaq olar?», «moda 

iştirakçıları  öz  davranışlarında  real  olaraq  nəyə  istinad  edirlər?»,  «onlar  nə  vaxt 

modalı  şəlpə–  şülpələrin  dalınca  düşürlər?»  kimi  suallara  cavab  verməyə  imkan 

yaradacaq.  Nəhayət,  «moda  nə  böyük  işdir»  kimi  həlledici  məsələyə  cavab  moda 

dəyərlərinin  tədqiq  edilməsindən  mühüm  dərəcədə  asılı  olacaqdır.  Beləliklə,  bu 

dəyərlər  modanın  strukturunun  təşkiledici  komponentləridir.  Məhz  onların  şərh 

edilməsi vasitəsi ilə qalan digər komponentləri də nəzərdən keçirmək olar. 

Mədəni nümunələrin və ya sosial davranış qaydalarının iki tərəfi vardır. Birinci 

tərəf  onların  dalınca  getmək  məcburiyyətində  onlardan,  ikinci  tərəf  isə  dalınca 

getmək istəyənlərdən ibarətdir. Birincihalda bu qayda və ya nümunə sosial normalar 

kimi,  ikinci  halda  isə  sosial  dəyərlər  kimi  iştirak  edirlər.  Bu  davranışların 



22 

 

birincisindənormativ  üstünlük  təşkil  edir  və  digərində  isədəyər  üstünlük  təşkil  edir. 



Bəzən hər iki tərəf  sanki o bir modelin iki tərəfi kimi eyni qaydada bir- birinə elə sıx 

hörülür  ki,  birinin  sonunu,  digərinin  isə  əvvəlini  təsbit  etmək  mümkün  olmur.  Hər 

yanda  həmrəy  bölüşdürülən  dəyər  çox  vaxt  mütləq  normativ  xassəsini  alır, 

interləşdirilmiş  norma  isə  arzu  edilən  dəyərə  çevrilir.  Digər  sözlə  vaxtilə  hamı 

tərəfindən  istənilən  mütləqə  çevrilir  və  dünənki  «istək»  bu  gün  lazımlı  olur  və  ya 

ə

ksinə çevrilə bilir. 



Digər sosial nizamlayıcı kimi modanın da hər iki başlanğıcı vardır: normativ və 

dəyər.  Lakin  burada  dəyər  üstünlük  təşkil  edir.  Modanın  göstəricisi  nə  qədər  ciddi 

olursa olsun onlara riayət etməməyin sanksiyası, hüquqi sanksiyalardan sərt deyildir. 

Ə

gər belə sanksiyalar şərtləşərsə və ya represiyalı olarsa, onda bu o deməkdir ki, 



moda  ya  digər  nizamlayıcı  ilə  əvəz  edilərək  öləcək,  ya  da  ümumiyyətlə  müvafiq 

sosial  situasiya  yaranmayacaqdır.Məhz  bu  səbəbdən,  biz  modanın  strukturundan 

onunla normativ başlanğıcı olan dəyəri seçməli oluruq. 

Jan  Şepanski  tərəfindən  təklif  edilmiş  anlayışa  əsasən,  biz  sosial  dəyərin 

istənilən  predmetini,  maddi  və  mənəvi  ideyanı  və  ya  institutu,  həqiqətdə  və  ya 

xəyalən nəzərdə tutulmuş predmeti həyatın zərurəti kimi dərk edirik. 

Təkcə  jurnalistlər  deyil,  bu  haqda  həm  də  tədqiqatçılar  modanın  qeyri-  daimi, 

dəyişən, yüngül xasiyyətli olması, mənasızlığı barədə tez- tez qeyd edirlər. Modanın 

dəyişməsi  haqda  haminin,  təkcə  yeniyetmələrin  deyil,  həm  də  uşaqların  məlumatı 

vardır.  Bu  məlumatın  dəyişməsi  modanın  funksiyası  ilə  bağlı  olan  daimi  prosesdir. 

Təbii ki, burada belə bir sual əmələ gəlir, daimi dəyişmənin dəyərinin mənbəyi nədir? 

Ə

gər modalı standartlar dəyişməni vaxtaşırı təmin edirsə, onda adamlar modanı necə 



dəyişirlər? 

Çox  ehtimal  ki,  hansısa  özünü  bərabərləşdirən  nüvə  hissəsi  mövcuddur  və  bu 

xüsusiyyətin öz daimiliyi vardır, bunu əksər hallarda «yüngül düşüncəli», «kaprizli», 

«qeyri- daimi» kimi xarakterizə edirlər. 

deallaşdırma  prosedurası  vasitəsilə  qeyd  edilənlər  moda  iştirakçılarının 

davranışının  nizamlayıcısını  təmsil  edirlər.  Yalnız  hansısa  standart  və  obyektlər 

modanın  daxili  dəyərlərinin  bütün  toplusunu  işarə  edərsə  onların  modalı  dəyərlərə 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə