26
Beləliklə, moda iştirakçıları da bir- birinin dəyişən modalı standartlarını qəbul
edirlər. Onların hər üçü atribut (daxili) dəyərlərilə işarə edilir və hər biri öz
növbəsində müxtəlif sosial- qrupların və şəxsi denotativ (xarici) dəyərlərin işarəsi
kimi çıxış edir.
1.5. Cəmiyyətlərin adəti və modası
Bir çox ölkələrdə əhalinin gündəlik həyat fəaliyyətində «adət»i «moda» əvəz
edir. Görünür, modanın funksiyasının yerinə yetirilməsi sosial həyatın orqanizmi
üçün heç də kifayət deyildir. Modadan daha çox qüvvəsi olan, nizamlayıcı
mexanizmin bütövlüyünü təmin edə biləcək, qəbul edilə bilən və müasir sosial
sistemlərdə dəyişiklikləri təmin edəcək daha güclü mexanizm lazımdır. Nisbətən çox
ə
yilə bilən, hərəkətli və adətə nisbətən universal mexanizm sosial institutdur.
Müxtəlif cəmiyyətlərdə elə adətin özü əsas əvəzedici roldan çıxış edir. Düzdür,
sosial institutlar adətən tarixən yaranır və onlardan çoxu ənənəvi xassə daşıyır.
Etnoqraflar çox hallarda adətlərə sosial institutlar kimi baxırlar, məsələn doğmalıq
institutları, varisləmə və i. a. Bununla yanaşı adət və institutlar arasında çox sayda
keçid formaları fəaliyyət göstərir. Bunlardan ədliyyə cəhətdən tərtib edilmiş,
kodlaşdırılmış və sistemləşdirilmiş adət (məsələn, hindi «Manu qanunları», «Saliça
həqiqəti», qədim almanların və ya qədim slavyanların «Rus həqiqəti») hüququnu
misal göstərmək olar.
Bununla belə, inkişaf formasında olan sosial institut adətdən mühüm dərəcədə
fərqlənir. Adətdən fərqli olaraq davranışı müfəssəl reqlamentləşdirən institutun
tərkibində ümumi və əsas elementlərə toxunan sosial çərçivə vardır. Əgər adət –
davranış üslubudursa, onda institut – hər şeydən əvvəl onun şəraitidir.
nstitut normaları mühüm dərəcədə formalaşdırılıb, obyektivləşdirilib, xüsusi
vasitələrlə mədəniyyətə birləşdirilmişdir, adət isə yalnız təcrübənin təkrarına
söykənir. Adət yalnız folklorda olduğu kimi, cəmiyyət və ya qrupun şifahi ənənələrə
ə
saslanaraq onun ardınca getdiyi üçün mövcuddur. nstitutlarınyaranması və
funksiyalanması sosial həyatın ayrı- ayrı sferaları differensiya olduqda (iqtisadi,
27
siyasi, təhsil və i. a.) baş verir, doğma əlaqələri isə ikinci plana keçir. Sosial
institutların nizamlanmaya keçid prosesinin mühüm əhəmiyyəti vardır, belə ki,
burada şəxsiyyətin avtomatlaşdırılması, onun ibtidai kollektivdən və ya kastadan
ayrılmasını göstərmək olar. Sosial institutların funksiyalanması çox hallarda iri
təşkilatlarla bağlıdır.
Belə bir sual yarana bilər, modanın özü sosial institut və ya institutların toplusu
deyildirmi? Bildiyimiz kimi, moda sənayesi ilə bağlı çox sayda müxtəlif idarə və
təşkilatlar fəaliyyət göstərir, məsələn modellər evi, moda jurnalı, reklam və i. a.
Bütün bunların əsası moda ilə bağlıdır, yəni institutsuz nizamlanandır. Adları çəkilən
institutlar, tələbinə görə qeyri- institutların prinsiplərinə, qaydalarına və istiqamətinə
alət kimi xidmət edir. Qeyd etdiyimiz kimi moda hər şeydən əvvəl moda kimi qalır,
heç nəyə çevrilmir, onun dəyərinin başlanğıcı bir qayda olaraq bütünlükdə sosial
institutlar üçün səciyyəvi normativləri üstələyir. Ən əsası isə modada institut
aspektləri kor- təbii formalaşan sosial- mədəni innovasiyaları və rəqabətdə olan
mədəni nümunələrin seçilməsinə tabedir. Özünü idarəetmə bütünlükdə təşkilat
üzərində dominantlıq edərək onu özünə tabe edir.
Modanın iqtisadi institutlarla sıx bağlı olmasına baxmayaraq, onlara qarşı
avtonomdur və tabe olması üçün çox saylı cəhdləri də nəticəsizdir. Daha yüksək
dərəcəli hökmran institutlar da bu qəbildəndir.Müasir cəmiyyətdə iqtisadi, siyasi,
mənəvi, təhsil və digər sosial institutlar mühüm aparıcı rol oynayırlar. Məhz onlar
cəmiyyətlər arasında oxşarlığı və fərqi müəyyən edirlər. Onlar eyni zamanda
modanın «xarici» dəyərinin tərkibini müəyyən edirlər.
Modalı standartların əhəmiyyəti, interpritasiyası və real imkanları onların hansı
torpağa düşdüyündən mühüm dərəcədə asılıdır. Yeri gəlmişkəndaha bir sosial
nizamlanma mexanizmi haqqında qeyd etmək lazımdır. Bu müxtəlif sosial
hərəkətlərdir. Sosial hərəkətlərin əsasını qeyri- institut və qeyri- moda təşkil edir ki,
bu institutlar və moda əlaqələndirilə və bir- birinə daxil ola bilər. Xüsusi davranışın
nizamlanması kimi sosial hərəkətin xüsusiyyətləri, onların fəaliyyəti üçün
təşkilatçılıq, nizamnamə, müəyyən proqram və ən əsası isə onların iştirakçıları üçün
28
dəyər- normativ rolunu oynayır. Sosial institutlarda olduğu kimi bu hərəkətlərdə
xarici simvollar, rituallar, mahnılar və i. a. eyni rol daşıyır.
Bu gün adətlərin mövcud olmadığını düşünmək olarmı? Bu suala əlbəttə mənfi
cavab verilməlidir. Adətləri, bir qayda olaraq mədəniyyətin aləti kimibazalı dəyər-
normativ səviyyəsində qarışdırırlar, institutlar, sosial hərəkətlər və moda tərəfindən
qoyulan qaydalara realizə edirlər, bəzən isə onlara müəyyənvasitələrlə qoşulurlar.
Buna görə, eyni adətlər inqilabi dəyişikliklərin silahı və institutların hansı sistemə
daxil edilməsindən asılı olaraq sosial formasını təmamilə itirmiş adətlərin qalmasına
və bərpasına xidmət edə bilir.
Həmçinin bir çox hallarda prosesin əksi də ola bilər, məsələn, müasir
institutların və yeni modalı sosial simvolikaların altında arxaik adətlər gizlənə bilər.
Belə faktlara XX əsrdə yer kürəsinin müxtəlif rayonlarında rast gəlmək olar. Buna
misal olaraq, Hindistanın həmkarlar adından kastalara bölünməsi, bəzi Afrika
ölkələrinin dövlət siyasəti adından doğma tayfa formasında bölünməsi, Mao-
Czedunun Çinin durğunluq dövründə doğmalıq əlaqələri, adətləri və i. a. üzrə
bölünməsinigöstərmək olar.
Müasir cəmiyyətlərdə sosial institutların və modanın hökmranlığı dövründə
adətin aradan çıxarılması və funksiyasının dayandırılması haqqında danışmaq çox
səhv olardı. O, mədəniyyətin instrumental səviyyəsində yuxarıda göstərilən beş sosial
funksiyanın yerinə yetirilməsi kimi davam edir. Bununla yanaşı o, çox hallarda sosial
həyat fəaliyyətinin sektorlarında aparıcı yerləri tutur, bu və ya digər formada ənənəvi
cəmiyyəti özünə cəlb edir. Müasir cəmiyyətlərdə adət nisbətən təmiz görünüşdə, bəzi
mühüm məişət və mənəvi xasiyyətlər sferalarında öz funksiyasını yerinə yetirir. Bu
nizamlayıcıya çox dərəcədə vətəndaş bayramları və ritualları, diplomatik protokolları
və əlbəttə ailə- doğmalıq münasibətləri tabedirlər.
Qidanın modanın təsirinə məruz qalmamasına baxmayaraq, bununla belə adətin
hökmranlığında qalmaqda davam edir. Nəzakətliliyin sabit forması, etiket, yol
hərəkətinin nizamlanmasına bilavasitə daxil olan bir çox konvensional davranış
normaları da adətlərin rolunda çıxış edirlər.
Dostları ilə paylaş: |