29
Hətta adət etdiyimiz geyimdə belə əsaslı olaraq hesab edirik ki, modanın
hökmranlığında adət əhəmiyyəti az olmayan yeri tutur. Geyimdə bazalı mədəni
nümunələr, əslində adətlərin rolunda iştirak edirlər. Buna misal olaraq göstərmək olar
ki, şalvarların fasonu modanın təsiri altında dəyişə bilər, amma şalvarın geyilməsi bir
adətdir.
Bəzi sosial sistemlər, sistemaltı və sosial qruplar özünəməxsus müasir ənənəvi
cəmiyyətin daxilində adaları və arxipelaqları xatırladırlar. Onlar üçün təkcə adət
ə
lverişlidir, moda isə bir qayda olaraq yararsız olduğundan sosial nizamlanma
məqsədilə qəbul edilir. Artıq qeyd etdiyimiz kimi kəndlilər ilk növbədə adətlərə
ə
sasən həyat sürürlər. XX əsrədək müxtəlif ölkələrdə yaşayan kəndlilər üçün ev
əş
yaları və geyim mühüm dərəcədə ənənəvi hal idi. Hətta məlumdur ki, bizim dövrdə
də, urbanizasiyanın təsirlərinə baxmayaraq kənddə şəhərə nisbətən adətin təsiri güclü,
modanın təsiri isə zəifdir.
Çox qəribədir ki, kəndin həyat obrazına və mədəniyyətinə üstünlük verən
ölkənin bəzi kəndli yazıçıları modanı və bununla əlaqədə olan məişət əşyalarını,
musiqini və i. a. mühakimə edirlər.
Kəndli ənənələrinin ideoloji motivlərində çoxlu qarışıqlıq vardır. Burada
kollektivləşmə və sonrakı dövrlərdə kəndlinin həyatı tərzinin sərt və ağılsızcasına
məhv edilməsinə etinasızlıq göstərmək və hansısa natamam, kəndliliyin
zadələnməsinə zərər gətirən alternativ kimi «əsassız», kökü olmayan sivili tətbiq
etməkyanlışdır. Bu ideologiyada modanın ifşa edilməsini və adəti işıqlandırmaqla
bərabər ənənəvi cəmiyyətdə bizə məlum olan idarə etmənin cizgilərini görürük.
Müqəddəslik adətinin dəyəri xüsusi dəyərdir, bununla bağlı sosial mahiyyətli
dini mərasimlərinin formaları adətə əsaslanır və bütün bunlar müqəddəs mərasimlərin
dəyərini təşkil edir. Bu dəyərlər intensiv və obyektivdir, onlar dəyişilməz və
toxunmazdır, onların toxunmazlığının pozulması, cəmiyyətdə və ya qrupda sitayiş
edənlərin sərt neqativ sanksiyalara məruz qalıması deməkdir. Müqəddəslik tarixi
«əziz tutma» prosesinin nəticəsidir.
Müqəddəs obyektlər real və ya yalnız insanların təsəvvüründə ola bilər. Onlar
insanlartərəfindən yeni əlamət və forma ideyaları kimitəklif oluna bilər, məsələn,
30
maddi obyektlər, insanların əl- qol hərəkəti, rənglər və i. a. Tarixdə müqəddəsliyin
atributları işlənmişdir və işlənməkdə davam edir. Məsələn, cansız təbiət, bitki,
heyvan, siyasi rəhbərlər və i. a.
Sosial həyatda olduğu kimi, müqəddəslik sahəsində də əlbəttə dindar adətin
hökmdarıdır. Buradan da, müxtəlif dinlərdə modanın qəbul edilməsi ənənəsini
söyləmək olar. Hələ XIX əsrin ortalarında tanınmış kilsə xadimi, arxiyepiskop
Ambroisi yazırdı, «modanın hansı mənəvi boşluğa səbəb olduğunu, hansı yalançı
anlayışların tərəfdarı olduğunu, hansı yanlışları əmələ gətirdiyini və yaydığını
gördükdə insana ar gəlir və ürəyi ağrıyır».
Beləliklə, müxtəlif ibadətlər prinsip etibarilə moda ilə barışmazdır. Bu əsasən
dünyəvi «vahid» xalqın və onun düşmənlərinin müqəddəsliyini yerinə yetirən totalitar
siyasi rejimlərə əsaslanır. Almaniyada üçüncü Reyxin dövründə və keçmiş SSR - də
Stalin terroru zamanlarında modanın hər hansı bir şəkildə təzahürü, geyimdə və ya
təsviri incəsənətdə şübhəli görünürdü. O dövrdə müxtəlif uniformalar öz geniş
tətbiqini tapmışdır. Nəzərə almaq lazımdır ki, müqəddəs dəyərlər cəmiyyətin sosial
qruplarının və fərdlərin normal funksiya göstərməsi üçün lazımdır. Sosial qrupun və
«mən» fərdiliyinin üstünlüyünü və bərabərliyini təşkil etdiyindən onların ətrafında,
elektronun fiziki nüvəsi ətrafında olduğu kimiətraf dəyərlər yerləşir. Bütün insanlar
üçün 1948-ci ildə bilavasitə BMT- nin baş assambleyası tərəfindən insan
hüquqlarının deklarasiyasında qəbul edilmiş dəyərlər mövcuddur.
Bundan başqa hər bir cəmiyyət, onun dəyəri üçün öz müqəddəslik toplusuna,
eləcə də, çətinliklə dəyişə bilən fövqaladə dayanaqlı xassəyə malikdir. Eyni dəyərlər
sosial qruplara və fərdlərə xasdır. Onlardan kənara çəkilmək, digər dəyərlərlə əvəz
edilərək sosial orqanizmin bütövlüyünü hədələmək, təhqir etmək satqınlıq kimi qəbul
edilir. Buna görə də, modanın bu sahəyə müdaxiləsi sərt müqavimətlə rastlaşır. Fərdi
insanın sosial mövcudluğu həqiqətən əzizdirsə, o, modalı standartlar kimi dəyişmir və
modanın daxili dəyərələrindən oyun və ya nümayişliliyə əsaslanmır.
Həqiqətən, əgər mənəviyyatın ümumbəşər normaları, insan şəxsiyyətinin
dəyərləri, həqiqət, ümumi bəşəri mənəviyyət haqqda olan fundamental təsəvvürlər
hər il və ya yüz ildə bir dəfə belə yeniləşdirilərsə onda insan həyatı mümkünsüz
31
olardı. Həqiqi müqəddəs dəyərlərin həyəcanlı əzilib- büzülməyə məruz qalması
mümkün deyildir. Düzdür, bunun həyata keçirilməsi modanın təsirindən deyil,
müxtəlif xəyalların, həm də apelyasiyaedici müqəddəs dəyərlərin təsiri altında
«qeyri- düşüncəli» insanlığı və ya «qeyri-düşüncəli» xalqı birdən- birə xoşbəxt
olmağa çağıran tələblər vasitəsilə bütün insanların mövcudluğu ola bilər.
Müqəddəsliyin bütün sosial dəyərlərə və institutlara, davranışın bütün
aspektlərinə yayılması təmamilə başqa məsələdir. Belə ümumilik, dini mahiyyətdə
olan sosial sistemin sümükləşməsinə səbəb olaraq onları dəyişən dünyada həyat
qabiliyyəti olmayanlara çevirir. Ümumi dini mahiyyətdə, eynilə müqəddəsliyə
nəzərən total niqilizmdə olduğu kimi acınacaqlı nəticələr verir.
Ə
lbəttə məhz hansı dini mərasimin dəyərlərə çevrilməsi, insan və cəmiyyətin
rifahına yönəldilməsi və ya düşmən obrazının yaradılmasının müəyyən edilməsi çox
rasionallığın, faydalıq və effektivliyin formal prinsiplərinə əsaslsnir.
Modanın sferası iri sosial təşkilatlarda kəskin şəkildə məhdudlaşır. Bunlara
bilavasitə güclü sənaye və ticarət təşkilatları, firmalar və i. a. daxildir. Müəyyən firma
stilləri tərtib edilir, əsası qoyulan təşkilatın və şəxsiyyətin tarixi təriflənməsi, xüsusi
rituallar və bayramlar, uniformalar, himn və i. a. tərtib edilir. Hətta geyimdə belə
modanın təsiri məhdudlaşdırılır və ya mühakimə edilir. Amerikalı C.Malloyun
tanınmış «Uğurlu geyim» kitabında işğüzar geyim sahəsində təcrübə tövsiyyələrinə
aid bölmə vardır. Modanın işğüzar adamın geyiminə mənfi təsirini araşdıran müəllif
modalı geyimin iş üçün deyil, yalnız asudə vaxtlarda istifadə edilməsi üçün lazım
olduğunu vurğulayır. Onun nəzər nöqtəsinə əsasən modalı geyim dizaynın
təhlükəsizliyinin səbəbi, birinci Roma dövründə əmələ gələn dizaynerlərin çoxunun
amerika torpağına xarab, özgə standartları gətirməsi; ikinci, dizaynerlərin geyim
istehsalına bağlılığının məqsədinin istehlakçılardan çoxlu pul qoparmaqdan ibarət
olmasıdır.
Adət modanın antipodudur, lakin bu o demək deyildir ki, yuxarıda qeyd
etdiyimiz kimi o, modanın əhəmiyyəti ilə seçilə bilməz, digər sözlə desəkmodanın
hökmranlığında qala bilər. O həm də bilavasitə arxaik və onun müasir müxtəlifliyinə
aiddir. Hətta modaya əks olan din də modanın orbitinə cəlb edilə bilər. Bizim dövrdə
Dostları ilə paylaş: |