Microsoft Word Adilli Ayt?kin 869M. docx



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix02.10.2017
ölçüsü0,56 Mb.
#2895
1   2   3   4   5   6   7   8   9   ...   23

14 

 

effekti  konsepsiyası”  adını  almışdır.  Bu  konsepsiyaya  əsasən  ali  sinifin  dəbli 



surətlərini  yamsılayaraq, aşağı  təbəqənin nümayəndələri  elitaya bənzməyə  çalışırlar. 

Beləliklə  moda  standartları  və  nümunələri  tədricən  cəmiyyətin  aşağı  təbəqəsinə 

çataraq,  yuxarıdan  aşağıya  “sızırlar”.  Kütləvi  moda  belə  yaranır.  ctimai  elita  qalan 

kütlədən  öz  status  və  fərqliliyini  bir  daha  qeyd  etmək  və  qorumaq  məqsədilə  yeni 

nümunələri dəbli qismində qəbul edir. Kütlə daha yüksək ictimai statusa can ataraq, 

yenə də ali təbəqələrin dəbli standart və nümunələrini əldə etməyə çalışır.  

Lakin  XX  əsrdə  dəbin  (modanın)  elitar  nəzəriyyəsi  dəbin  fəaliyyəti  prosesində 

elitanın  rolunun  şişirdilməsinə  görə  tənqidə  məruz  qalmışdır  (xüsusilə  amerika 

sosioloqu  Q.  C.  Blumer  tərəfindən).  Moda  kütləvi  seçim  və  kütləvi  davranış  ilə 

bağlıdır. Müasir cəmiyyətdə aparıcı rol orta sinifindir. Çünki orta təbəqə  cəmiyyətdə 

dəyişən  mövqeyinə  görə  dəbin  qanunvericisidir.  Bir  tərəfdən  öz  ictimai  statusunu 

yüksəltmək  üçün  o  elitanı  yamsılayır,  digər  tərəfdən  aşağı  ictimai  təbəqədən  öz 

fərqliliyini nəzərə çarpdırır.  

XX əsrdə çoxlu yeni dəblər cəmiyyətin aşağı təbəqəsində yaranmışdır – coz, cins 

dəbi və s. Tanınmış geyim dizayneri K. Zagerfeld 1980 ildə söyləmişdir: - “Kim ki, 

küçəyə laqeyidlik göstərib, ağılsızdır”. Son 20 il dəbi məhz küçə müəyyən edir. 

Moda  ictimai  nizamlayıcıdır.  Moda  yalnız  ictimai  statusun  nümayişi  vasitəsi 

deyil,  o  həm  də  insanlar  arasında  ünsiyyət  vasitəsi,  kütləvi  kommunikasiya 

formasıdır.  Moda  həm  qruplar  arası  kommunikasiya  həm  də  qrupdaxili 

kommunikasiya kimi də fəaliiyət göstərə bilər. Moda əsas ictimai psixoloji ünsiyyət 

mexanizmləri ilə bağlıdır: təlqin, yoluxma, inandırma, yamsılma.   

 Hələ XIX əsrdə modanın yamsılama kimi şərhi verilmişdir (Q. Spensor “Moda 

mahiyyətcə  yamsılamadır”).  Moda  tarixində  həlledici  rolu  iki  stimul  oynamışdır: 

hörmət  və  yarışma.  Bunlar  hörmətdən  irəli  gələrək  yamsılama  və  yarışmadan    irəli 

gələrək  yamsılama.  Hörmətdən  irəli  gələrək  yamsılama  mütləqiyyət  dövründə 

ütünlük  təşkil  edirdi.  Kralın  zövqü  şərtsiz  (sözsüz)  dəb  standartlarına  çevrilirdi. 

Krallar və onların yaxınları dəb qanunvericiləri idilər. Bunun bariz nümunəsi “Kral – 

Günəşdir”,  Fransa  kralı  XIV  Lyudovik.  XIX  əsrdə  özlərini  aktyorlara  (Talma, 

M.Talyoni,  S.Bernar),  şairlərə  (lord  C.  Bayron),  siyasi  xadimlərə  (S.  Bolivara, 



15 

 

C.Qaribaldi)  bənzədirdilər.  XX  əsrdə  -  kinoulduzları,  məşhur  pop-rok  ifaçılarını, 



siyasətçiləri, top-modelləri yamsılayırdılar.  

Yamsılama  (bənzətmə)  ilə  yanaşı  ayrı-ayrı  şəxslərin,  ictimai  qrupların  moda 

vasitəsilə bir-birinə müqaviməti də mövcuddur. Daha dərin və geniş təzahür qarşılıqlı 

bəznətmə oldu. Bu ictimai eyniləşdirmə adlanır və dəb davranışıyla bilavasitə əlaqəsi 

var. Eyniləşdirmə ünsiyyətin daxili ictimai-psixoloji mexanizmidir. Şüurlu bənzətmə 

və eyni zamanda şüurlu ayrılma üçün zəmin yaradır. Moda vasitəsilə insanın öz qrup 

üzvlərinə  bənzəməsi  və  eyni  zamanda  digər  qrupların  üzvlərinə  qarşı  qoyulması 

zahirə  çıxır.  Qrupla  eyniləşdirmə  və  hamı  tərəfdən  qəbul  edilmiş  dəbə  qarşı  olma 



antimoda

 adlanır. Bir qayda olaraq rəsmi modaya qarşı etiraz cəmiyyətdə hakim olan 

dəyərləri qəbul etməməyin zahiri ifadəsidir. Belə ki, Böyük Fransız inqilabı zamanı 

antimoda son külotların geyim tərzi idi. XX əsrin ikinci yarısında hamı tərəfdən qəbul 

edilmiş modaya neqativ münasibət cavan nəsilə xas idi.  kinci dünya müharibəsindən 

sonra  cavanların  etirazı  gənclər  submədəniyyətində  özünün  büruzə  verən  müxtəlif 

formalar  almışdır:  1640-cı  illərdə  ABŞ-da,  Fransada;  1950-ci  illərdə  ABŞ-da 

bitniklər  və  baykerlər,  Böyük  Britaniyada  teddi-boüz,  SSR -də  stilyaqalar;  1960-cı  

illərdə  Qərb  ölkələrindərokerlər,  “d  modlar”  (modernistlər),  hippi,  skinhidlər  və 

panklar,  1980-ci  illərdə  panklar,  “yeni  romantiklar”,  repçilər,  “yaşıllar”,  1990-cı 

illərin əvvəllərində “qranj”. Antimoda çox vaxt kütləvi modaya çevrilirdi yaxud da ən 

azı rəsmi modaya təsir edir. Belə ki cins, kütləvi modaya döndü. 1950-1960-cı illərdə 

cins  hakim  qaydaya  etiraz    edən  cavanların  bitnik,  hippi,  solçu  “tələbələrin”  geyim 

tərzi  idi.  Məhz  alternativ  submədəniyyətlərdə  müasir  modanın  mənimsədiyi  böyük 

innovasiya  potensialı  vardır.  Məsələn,  burjuaziyanın  uniformasının  simasızlaşdırıcı 

xüsusiyyətinə  və  rəsmi  modanın  eyniliyinə  əks  olaraq  hippilərdən  insanın  zahiri 

görünüşünün  individual  tendensiyası  götürülmüşdür.  Həmçinin  digər  millətlərin 

mədəniyyəti elementinin və köhnə zaman möhürü üzərində olan əşyalara maraq. Hər 

kəsin  öz  egosunu  ifadə  etməyə  çalışdığı  –  eklektizm.  Pank  submədəniyyətindən 

parlaqrənglər və aqressiv aksesuarlarda və s. başqa rüsvayçılıq tendeniyası və ənənə 

parodiyası götürülmüşdür. Modaya riayət etmə insanın cəmiyyətə, ətraf aləmə və öz-

özünə  münasibəti  üzə  çıxarır.  Bir  tərəfdən  şəxsiyyət  öz  individuallığını  saxlamaq 




16 

 

istəyir,  digər  tərəfdən  cəmiyyətin  digər  üzvləri  ilə  özünü  eyniləşdirməyə  can  atır. 



Modaya tabe olmayan gizli arzusu ondan asılı olmamaq, başqalarını yamsılamamaq, 

ə

ksinə onlardan fərqlənmək cəhdləri ilə mübarizə aparır. Moda insana hazır variantı, 



standart  davranış  nümunələrini  təklif  edərək  əsl  seçimi  istisna  edir,  bununla  belə 

individuallığın  inkişafı  illuziyasını  dəstəkləyir.  Elə  bunda  modanın  müdafiə 

kompensotor  funksyası  üzə  çıxır.  Amerika  sosioloqu  C.K.  Gilbreyt    qeyd  edirdi  ki, 

dəbli  standart  nümunələrə  malik  olmaq  müəyyən  psixi  reaksiya  ilə  əlaqədardır.  Bu 

nemətlər istehlakçıda şəxsi müvəffıqiyyət hissini yaradır, ona cəmiyyətdə prestij vəd 

edir,  onun  fiziki  əhvalını  yaxşılaşdırır,  ümumi  qəbul  edilmiş  standartlara  müvafiq 

olaraq  zahiri  görünüşə  cazibədarlıq  verir,  psixi  tələbatı  təmin  edir.  Əks  halda  fərd 

özünü təhqir edilmiş, normadan kənar hiss edir. 

nsan bu və ya digər ictimai və yaş qrupuna aid olması onun modaya münasibəti 

seçimini  müəyyən edir. Dəb yamsılaması şəxsiyyəti qrup dəyərləri sisteminə qoşur. 

Dəblə  ayaqlaşma  ictimai  eyniləşdirilmənin  xüsusi  hadisəsi  olan  konformizm  ilə  sıx 

ə

laqədarır.  Konformizm  şəxsiyyət    və  qrup  arasında  nə  isə  bir  konflikt  təklif  edir, 



onların arzu, mövqe, fikir ayrılıqları. Bununla belə şəxsiyyət ya öz şəxsi əqidəsindən 

imtina  edərək  ya  da  qrupun  qəbul  etdiyi  standartlara  uyğun  maskalanaraq  qrup 

dəyərlərinə uyğunlaşmalıdır. Moda eyni zamana ikisini də təmin edərək konformizmə 

tabe  olmaq  vacibliyi  ilə  individual  seçilmənin  də  vacibliyi  arasında  olan  konfilikti 

yumşaldır. Modaya riayət etmə formal və ya aktiv ola bilər.  

Modanın yayılmasında moda liderləri daha fəal iştirak edirlər. Moda liderləri onu 

yaratmırlar.  Liderlər  dəb  standartları  və  nümunələrinin  ilk  yayanlarıdır.  Rəsmi 

(beynəlxalq  və  milli  miqyaslı  liderlər  moda  nümunələrini  kütləvi  informasiya 

vasitələri ilə yayırlar) və qeyri-rəsmi (öz qruplarında liderlər) moda liderləri seçirlər. 

Ə

vvəllər moda liderləri krallar, onların (istəkliləri) favoritləri və saray əhli idi. XIX 



ə

srdə bu rolu aktyorlar və teatr tamaşaçıları, XX əsrdə kütləvi mədəniyyət xadimləri 

yerinə  yetirir.  Buna  görə  də  onların  adları  və  surətləri  müxtəlif  moda  mallarının 

reklamında istifadə edilir (aktrisalar, müğənnilər, məşhur idmançılar sabun, şampun, 

ə

triyyat,  kofe  və  s.  reklam  edirlər).  Moda  kütləvi  davranış  forması  olduğundan, 



modanın əsasında məhz kütəvi standartlaşdırılmış nümunələr durur.   


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə