Microsoft Word Agaoglu-Kitab 2 a doc



Yüklə 15,62 Mb.
Pdf görüntüsü
səhifə26/27
tarix23.08.2018
ölçüsü15,62 Mb.
#63888
1   ...   19   20   21   22   23   24   25   26   27

 
 
77 
Digər nəzərə çarpan şəxsiyyət I Matazidin arvadı Katr-ül-
Nada idi. O, sarayda “Ədəbiyyat, elm və incəsənət həvəskarı 
olan qadınlar cəmiyyəti”ni təsis etmişdi. Bu cəmiyyətin yığın-
caqlarında qadınlar, onları maraqlandıran müxtəlif məsələləri 
müzakirə edirdilər. Matazidin ölümündən sonra xəlifəlikdə 
hakimiyyət onun kiçik yaşlı  oğlu Müqtədirə keçmişdi, lakin 
əslində dövlətə onun anası başçılıq edirdi. O, şəxsən dövlət 
şurasının iclaslarına sədrlik edir, ali məhkəmə tribunalının 
fəaliyyətində iştirak edirdi. Nazirlər və əyanların əhatəsində o, 
səfirləri də qəbul edirdi. XVI əsr yazıçısı, xüsusi dindarlığı ilə 
məşhur olan Siyuti böyük etiraz hissi ilə yazırdı: “306-cı (918-
ci) ildə Müqtədirin anası xəstəxananın əsasını qoydu və bunun 
üçün ildə 7000 dinar ayırmağa dair sərəncam vermişdi. Bu 
dövrdə, xəlifələrin zəifliyi ucbatından, hakimiyyət tamamilə 
qadınların  əlinə keçmişdi və  iş o yerə çatmışdı ki, gənc xəli-
fənin anası qanuni hökmdar kimi dövləti müstəqil idarə edirdi; 
o, görüşlər təşkil edir, bütün işlərə özü baxır, şikayətləri araş-
dırır və  hər həftənin cümə günləri  şikayətçiləri qəbul edirdi. 
Vəzirlər və digər yüksək rütbəli  şəxslər bütün məsələlər haq-
qında bilavasitə ona məruzə edirdilər və o, öz adından qanunlar 
çıxarırdı”. 
Biliyə qarşı meyl, mənsəbindən asılı olmayaraq o dövrün 
bütün müsəlman qadınları üçün xas idi. Belə ki, məşhur 
Fəxrun-Nisə Bağdad mədrəsələrində ədəbiyyata dair mühazirə-
lər oxuyurdu, iki qadın – Ümmül-Xeyr Fatimə  və Ümmul-
İbrahim Əl-Yezdanı – kişi və qadınlar üçün teologiya kursunu 
keçmişdilər; Seidey Nəfisə  məşhur  Şafinin müəlliməsi idi və 
onun tabutu önündə son duanı  məhz bu qadın oxumuşdu. Bu 
dövrdə qadın şəxsi azadlığın digər təzahürlərindən də tamamilə 
azad idi. Əmir Asama öz tərcümeyi-halında deyir ki, xaç yü-
rüşləri zamanı onun anası  və bacısı ona həmişə kömək etmiş-
lər. Xəlifə  Mənsur dövründə onun iki yaxın qadın qohumu 
hərbi geyimdə Bizansla müharibədə  iştirak edirdilər. Lakin, 
əfsus ki, sonrakı dövrlərdə  İranın təsiri güclənirdi və xronika 


 
 
78 
yazarları getdikcə nurlu qadın simalarından az bəhs edirdilər; 
pərdə darlaşır, andarunlar əlçatmaz olur, intriqa və kosmetika 
tam qələbə çalır; qadın şəxsiyyəti tamamilə zəifləyir və o, əqli 
fəaliyyətdən uzaqlaşıb dərdsiz-qayğısız passiv hərəm həyatı 
keçirir, nəticədə isə tam mənada pozulur; təbiət, sanki qadını 
müdafiə edərək, müsəlman kişilərindən amansızcasına qisas 
alır. Bu, onların tarixinin qara səhifəsidir; həmin dövr, nəinki 
əxlaqın tam tənəzzülü ilə, həm də alçaq və bayağı hərəm intri-
qalarının hökmranlığı, hərəm ağalarının və favoritlərin dövlət 
işlərində  iştirakı, zəhər, xəncər və müəmmalı  qətllərin yayıl-
ması, “saray inqilabları” və saldatlığın hər şeyə qadir olması ilə 
səciyyələnir; bu ümumi tənəzzül ruhu ədəbiyyat və  fəlsəfəyə 
nüfuz edib, onları  cəmiyyəti çürüdən dözülməz səviyyədə bo-
ğucu bir hava ilə doldurmuşdu; fəlsəfədə hökm sürən rasio-
nallığı, elmə  və ehsanlığa mərd inamı – teosofizm, ağlar 
skeptisizm, mənəviyyatın kaftarlaşmasını ifşa edən dumanlı 
mistisizm  əvəz etmişdir;  ədəbiyyat zəifləmiş, aciz bir zəkanın 
öz məzhəbinə söyüşlərdə, mənasız simvolizmdə, müasir deka-
dentlərin bəyəndiyi vəhşi obrazlarda təsəlli tapan nəhayətsiz 
kədərli nağıllara çevrilmişdi; bir sözlə, hər şey cəmiyyətin tam 
süqutunu nümayiş etdirirdi, bunun əsas səbəbi isə – qadının 
ictimai mövqeyindəki dəyişikliklər idi. Ənənəvi qadın azadlığı 
yalnız fars təsirinin mənfur təzyiqlərindən azad olan yerlərdə – 
türk-tatarlarda və insan mavrlarında – qalmaqda idi. 
Türk-tatarlarda islamaqədərki qadın həmişə öz sərbəstliyi ilə 
fərqlənirdi; köçəri həyat sürən, çadırlarda yaşayan, daim 
təhlükəli təsadüflərlə rastlaşan tayfalarda başqa cür ola da 
bilməzdi; belə xalqların qadınları – kişilərin yaxın yoldaşları və 
köməkçiləri, həyatın bütün çətinliklərini onlarla bölüşdürən 
adamlar olduğu üçün, kişilərlə bərabər hüquqlara malik olmalı-
dırlar; bu gün də oturaq həyat tərzinə keçmiş şəhərlərdə yaşa-
yan türk-tatar qadını amansız əzilmiş, qula çevrilmiş vəziyyət-
də yaşadığı guşənişinliyin nə olduğundan bixəbərdi; islam, 
türk-tatarların  ənənələrində artıq kök salmış  vəziyyəti ancaq 


 
 
79 
qanunlaşdırmışdı  və bu vəziyyət onlarda farslarla birləşdikləri 
dövrə  qədər davam edirdi. XIII əsrin  əvvəllərində, Asiyanı 
səyahət etdiyi vaxt Həştərxanda Özbək xanın dövlətini ziyarət 
etmiş  məşhur tanjerli İbn-Batutun xatirələrini oxuyarkən, 
cəngavərvari şöhrət və hörmətlə əhatə olunmuş azad türk-tatar 
qadınının vəziyyətinə valeh olursan. 
Ona görə, heç də  təəccüblü deyil ki, tarixin bu mərhələ-
sində, digər müsəlman xalqlarında qadının vəziyyəti ailənin və 
bütövlüklə cəmiyyətin korlanması və çürüməsinin amili olduğu 
halda, türk-tatarlarda o, tamam başqa görkəmdə  nəzərimizdə 
canlanır. Eyni zamanda, türk-tatarlar hədsiz kobudluq və 
qəddarlıqla yanaşı, maarifə qarşı meyllər nümayiş etdirmişlər; 
müdhiş və amansız Teymurləngin, demək olar ki, bütün uşaq-
ları maarifpərvər olmuşlar; onlar hər yerdə məktəblər, kitabxa-
nalar, rəsədxanalar tikir, alim və  ədiblərə himayədarlıq edir-
dilər; türk-tatar qadınları isə bundan çox-çox əvvəl – Bağdad 
xəlifəliyinin, ərəb mədəniyyətinin şərəf və qüdrətinin çiçəklən-
məsi dövründə – öz qeyri-adi istedadları ilə  ərəbləri heyran 
edirdilər; o dövrdə  ərəblər türk-tatarları tanımırdılar, onlar 
haqqında bəzi rəvayətləri eşidirdilər – onların vəhşi barbar 
olduqları haqqında,  ərəb qoşununun Oksus yaxınlığındakı 
vuruşları haqqında; bəzən toqquşmalar nəticəsində əsir düşmüş 
tatar qadınlarını Bağdad və  Dəməşq bazarlarında qul kimi 
satırdılar; dərisinin rənginə  və digər keyfiyyətlərə görə, bu 
qadınların qiyməti çox yüksək idi; sahibləri onlara ərəb dili, 
musiqi, rəqs, bədii qiraət və  şer yazmağı öyrətməklə onların 
qiymətini daha da artırırdılar; bu qadınlar bütün bilik və 
bacarıqlara tez bir vaxtda yiyələnir və varlı ailəyə daxil olduq-
da  şərəf və müstəqillik  əldə edirdilər; onların arasında hətta 
xəlifə övrətləri də az deyildi; məşhur Bağdad xəlifələri Harun 
ər-Rəşid, Məmun və başqalarının damarlarında türk qanı 
axırdı; Məhdinin arvadı – Harun ər-Rəşidin anası türk qadını 
Heyziran  Əmir və Valid Sultan titullarını almışdı; o, həmişə 
ərinə  mənzum məktublar yazardı  və hazırda həmin məktublar 


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə