Microsoft Word Agaoglu-Kitab 2 a doc



Yüklə 15,62 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix23.08.2018
ölçüsü15,62 Mb.
#63888
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

 
 
56 
Müsəlmanlar arasında Məryəm bəzi xristian sektalarda 
olduğundan daha hörmətlidir. O, Allahın seçdiyi günahsız, saf 
bir qızdır; Məhəmməd ona qarşı dərin ehtiram hissləri bəsləyir; 
öz qızı Fatimə haqqında o deyir: “İlahi ruhun anası olan 
Məryəmdən sonra Fatimə ikinci qadındır”. O, İsanın təlimini 
özünəməxsus tərzdə  dərk etmişdi və  Məhəmmədin yaratdığı 
din, onun təbirincə,  İsanın dininin təhrif olunmasına qarşı eti-
razın təzahürü idi; Quranda tez-tez təkrar olunur: “Mən İsanın 
təliminin həqiqətlərini bərpa etmək üçün gəlmişəm”
89

Məşhur ingilis şərqşünası Maks Müller yazırdı: “İllər ötəcək 
və xristianlar Məhəmmədi  İsanın silahdaşı, islam dinini isə 
xristianlığın məzhəbi kimi tanıyacaqlar; və onda həm xristian-
lar, həm də müsəlmanlar onların tarixində baş verən mübarizə 
və qarşıdurmalara təəccüb edəcəklər”
90
. Bizim rus mütəfək-
kirlərimiz V.Solovyov və Petrov da bu fikirdədirlər. Lakin, 
əfsus ki, geniş kütlə bu ideyalardan xeyli uzaqdır, Məhəmməd 
və onun təlimi haqqında, demək olar ki, orta əsrlərdə hökm 
sürən fikir də qalmaqda davam edir. O, müsəlman xalqlarının 
müasir vəziyyətinin, onların siyasi zəifliyinin, əxlaqi iflasının, 
sosial dağınıqlığının səbəblərini yalnız islamın təsirində görür 
və dərk edə bilmir ki, həyatın canlı amili olan insan passiv ola 
bilməz, din isə, bir abstraksiya kimi, öz-özlüyündə gücsüzdür 
və  həyatı istədiyi tərzdə yeniləşdirə bilmir, nəhayət, dinlər və 
onların daşıyıcıları arasında hiss olunmayan daimi aktiv qar-
şılıqlı fəaliyyət mövcuddur; dinlər yarandığı ilk çağlarda insan-
ların maddi və  mənəvi tələbatlarını  əks etdirdiyi səviyyədə 
onlara güclü təkanverici təsir göstərərək, sonrakı dövrlərdə 
özləri dəyişən həyat  şəraitinin təsirinə  məruz qalır, yaranmış 
şəraitə uyğunlaşmağa çalışır, bir sözlə, təkamül qanunlarına 
uyğun dəyişir, yeniləşmiş həyat tərzinə uyğun olaraq haradasa 
pozulur, digər yerlərdə yaxşılaşır; nəticədə eyni bir dinin 
zəminində müxtəlif yeni məzhəblər, yozumlar və  təlimlər 
                                                 
89
 Bax: Sabluqovun Quranın tərcüməsi. 
90
 Max Muller. “The Mahomet and the Mahometism”. 


 
 
57 
yaranır; ibtidai xristianlığı orta əsrlər, reformasiya dövrünün və 
bu günün xristianlığı ilə müqayisə edin; kifayət qədər qəti 
prinsiplərə malik olan bu dinin nə cür parçalamalara, dəyişik-
liklərə, yozumlara məruz qaldığını xatırlayın!  İslamda da hə-
min proseslər baş verirdi; saysız-hesabsız məzhəb və yozumları 
bir kənara qoyaq, çağdaş müsəlman qadınının düşdüyü vəziy-
yəti, islamın onun üçün yaratdığı – ibtidai islam cəmiyyətində 
həyat sürdüyü qadının həyatı ilə müqayisə edək. 
İlk növbədə, qeyd etmək lazımdır ki, islamaqədərki  ərəb-
lərin həyat şəraitini tədqiq etmədən, o dövrdə ərəb qadınının və 
qonşu xalqlarda qadınların vəziyyəti ilə tanış olmadan islamın 
qadına münasibəti haqqında danışmaq qeyri-mümkündür. 
Yalnız bu yolla – yeganə düzgün və səmərəli üsulla – islamın 
qadın məsələsinin inkişafındakı rolu haqqında, Məhəmmədin 
ümumiyyətlə, qadın və xüsusilə, ərəb qadını üçün gördüyü işlər 
haqqında tam, hərtərəfli mühakimə yürütmək olar. Sadaladı-
ğımız vacib rasional şərtlər islamın qadın məsələsinin həllinin 
və xüsusilə,  ərəb qadını üçün etdikləri haqqında mühakimə 
yürütmək üçün imkanlar açır. 
Bir çox tədqiqatçılar bu üsuldan imtina edir və bu səbəbdən 
onların mülahizələri, elmi libasına və ciddi görkəminə baxma-
yaraq, səthi-aprior xarakter daşıyır. Müsəlman qadınının 
bugünkü vəziyyətinə istinad edərək, onlar islam dini haqqında 
aprior nəticələrə  gəlir, çünki bu vəziyyətin səbəbini yalnız 
dində görürlər; bu cür metod asan və əlverişli olsa da, əslində 
tarixi baxımdan heç bir məna daşımır. Əgər biz Avropada XIII, 
yaxud XIV yüzilliklərdə baş verən dəhşətləri – simoniyanı, 
indulgensiyanı, inkvizisiyanı, müxtəlif autodafları, dini təqib-
ləri və işgəncələri xristianlığın təsiri ilə əlaqələndirsəydik, bizə 
nə deyərdilər? Söz yox ki, bu cür “məntiq” yalnız gülüş doğura 
bilər, doğurmağa qadirdir, bugünkü islam isə  məhz özünün 
“orta  əsrlər”ini yaşayır; müsəlmanların indiki çatışmazlıqları-
nın islam dini ilə  əlaqələri, orta əsrlər Avropasının çatışmaz-
lıqlarının xristianlıqla  əlaqələri qədərdir; o dövrün xristianları 


 
 
58 
öz dinini dərk etmədiyi kimi indiki müsəlmanlar da islamı dərk 
etmirlər; onların çatışmazlıq və qüsurlarının islam dini ilə 
əlaqələri orta əsrlərdə katoliklərin çatışmazlıq və qüsurlarının 
xristianlıqla  əlaqəsi qədərdir. Bunun səbəblərini dində deyil, 
digər səbəblərdə – əksər hallarda islam dininə zidd olan amil-
lərin təsirində axtarmaq lazımdır. Əbədi mərhəməti, ədaləti və 
zəkanı, axirəti, ruhun əbədiliyini, xeyir və şərə görə əcr qəbul 
edən bir din bu cür qəbahətlərə yol verə bilməz. Müsəlman 
Anakreonu Ömər Xəyyam deyirdi: “İslamın özü heç bir qüsura 
malik deyil, bütün qüsurlar bizim müsəlmançılığımızdadır”
91

Cümlə müsəlmanların çağdaş vəziyyətini müvəqqəti kənara 
qoyaraq, nəzəri baxımdan islam təliminin qadına münasibəti 
məsələsini araşdıraq;  əvvəlcə oxucunu Məhəmmədin dövrün-
dəki Ərəbistanda və ümumiyyətlə, Şərqdə qadının vəziyyəti ilə 
tanış edəcəyik, sonra isə peyğəmbərin qadınlar üçün gördüyü, 
yaxud görmək istədiyi tədbirlər haqqında danışacağıq. Bu cür 
münasibət bir tərəfdən, bizə  gələcəkdə – müsəlmanlar islam 
dinini daha yaxşı  dərk etdiyi dövrlərdə – qadının vəziyyətini 
təsəvvür etməkdə kömək edəcək, digər tərəfdən isə, məsələyə 
səthi yanaşan bəzi tədqiqatçı alimlərin çoxarvadlılığa görə 
islama qarşı irəli sürdüyü iradların səbəblərini izah etmək üçün 
şərait yaradacaq. 
Ərəbistanda və onu əhatə edən ölkələrdə islamaqədərki 
dövrlərdə qadının vəziyyəti həqiqi mənada dəhşətli idi. Məsə-
lən, İranda o, sözün tam mənasında, qula çevrilmişdi; o, hətta 
işığa həsrət idi; mülki qanunlar qadınların satılmasını  təmin 
edirdi
92
; dini qanunlar, ana, bacı və digər yaxın qohumlarla ailə 
qurmağa icazə verirdi
93
. Qadının həyatında hamıya məlum olan 
günlərdə onlar (İranda) evlərindən uzaqlaşıb daxmalarda 
yaşamalı idi; onlara qida gətirən adamlar burun və qulaqlarını 
tıxayıb, əllərinə əski dolayırdılar; nəinki o qadınlara toxunmaq, 
                                                 
91
 Ömər Xəyyam. “Rübailər”. 
92
 Firdovsi. “Şahnamə”. 
93
 “Zende Avesta”. Iames Darmesteter.  


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə