Microsoft Word Agaoglu-Kitab 2 a doc



Yüklə 15,62 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix23.08.2018
ölçüsü15,62 Mb.
#63888
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

 
 
47 
Ağaoğlunun bu mövzuda yazdığı  əsərlərində, islam dininin 
üstünlüklərini, müasir dövrlə  səsləşən xüsusiyyətlərini təsdiqlə 
yanaşı, xalqı, siyasət xadimlərini islam dininin qanun-qaydaları, 
tələbləri ilə hərəkət etməyə, azadlıq mübarizəsini islam ehkam-
ları ilə  əlaqələndirməyə çağırış da qüvvətli idi. Ə.Ağaoğlu, 
Quranı sonrakı  təhriflərdən, qeyri-elmi şərhlərdən xilas etməyə 
çalışır, bu mövzuda din xadimləri ilə ciddi mübahisələrə girirdi. 
İslama həsr olunan əsərlərinin mərkəzində belə ümumi ideya 
dayanırdı ki, islam öz mahiyyəti etibarilə başqa dinlərdən daha 
üstün keyfiyyətlərə malikdir, o, bütün tarix boyu müsəlman 
xalqlarının inkişafında müsbət rol oynayıb və indi də bu xalq-
ların müasir tərəqqisini ondan kənarda təsəvvür etmək mümkün 
deyildir. 
Ağaoğlunun yazılarında tarixi əhəmiyyət daşıyan  əsas 
məqamlardan biri, onun müsəlman ölkələrində qadının passiv və 
acınacaqlı  vəziyyətə düşməsini islamın mahiyyəti, xüsusilə  də 
poliqamiya ilə bağlayan avropalıların yanlış  və  qərəzli mülahi-
zələrinə qarşı tutarlı elmi dəlillərlə çıxış etməsidir. Bu mövzuda 
klassik ənənəyə söykənən Ağaoğluna görə Quran ərəb qadınının 
vəziyyətini xeyli yaxşılaşdırmışdır, bunu islamın ilkin – qızıl 
dövründə qadınların ictimai həyatda oynadığı mühüm rol da 
təsdiqləməkdədir. Poliqamiyaya gəldikdə isə onun praktik ola-
raq çox az yayılması, bunu ciddi arqument kimi şişirtməyə əsas 
vermir. Sadəcə islamın mahiyyətində  təsbit olunan hüquq və 
təminatlar müxtəlif amillərin, xüsusilə  də bunda maraqlı olan 
qüvvələrin təsiri ilə sonradan unutdurulmuşdur. 
İslamın qızıl dövründə müasir demokratik dəyərlərin müşa-
hidə edildiyini əsas gətirərək Ağaoğlu hesab edir ki, fərdin 
dirçəlişinə nail olmaq üçün müsəlmanlar “islamın ilkin ruhuna” 
nüfuz etməlidirlər. Fransua Jorjonun da təsdiqlədiyi kimi Ağa-
oğlu bu ideyasında Cəmaləddin Əfqaninin və Məhəmməd Abdo-
nun tərəfindən xeyli əvvəl ortaya atılmış “islamda islahatçılıq” 


 
 
48 
təşəbbüsləri ilə eyni mövqedən çıxış edirdi
75
. Müsəlman cəmiy-
yətlərinin düşdükləri böhrandan qurtulma çarələrini müqəddəs 
dinimizin ilkin mahiyyətində, islamiyyətin qızıl dövrünə qayı-
dışda arayıb-axtaran Ağaoğluna görə, tərəqqiyə, yüksəlişə rəvac 
verən, bütün zamanlar üçün yeni olan, müasirliyin bütün prin-
siplərini öz bətnində gəzdirən islam dini, müasir dünya siviliza-
siyasının bütün bəşəri və demokratik keyfiyyətlərini mənimsəmə 
və öz içində əritmə, həzm etmə qüdrətinə malikdir
76

Ağaoğlu islam cəmiyyətlərinin Qərb mədəniyyəti qarşısında 
son iki yüz ildə üstünlüyünü itirməsinin arxa planında duran 
amillər arasında mənəvi dəyərlərin itirilməsini və ya aşınmasın-
dan çox, islamiyyətin yeni şərtlərə uyğunlaşa bilməməsi qarşı-
sında Qərbin maddi və  mənəvi baxımdan üstünlüyü ələ 
keçirməsini göstərirdi
77
. Ümumilikdə götürüldükdə isə, islam 
dünyasının geriləməsini cəmiyyətin üç dəyişik və qabaqcıl təbə-
qəsinin (üləma, üməra və ərbabi qələm, başqa sözlə, din adam-
ları, idarəçilər, qələm sahibləri) mövqeyinə bağlayan
78
 Ağaoğlu-
nu (Qafqaz dövrü yaradıcılığından çıxış edərək), modern Qərb 
dəyərlərini islamiyyətlə uzlaşdırmağa səylər göstərdiyi üçün 
modernist bir islam islahatçısı hesab etmək olar
79

Ağaoğlunun fəaliyyətinin ayrı-ayrı dövrlərində, ictimai-siyasi 
situasiyaların dramatizmindən irəli gələn mövqe dəyişkənliyi 
fonunda daha çox sabit görünən faktlardan biri bundan ibarətdir 
ki, o, ictimai problemlərin həllinin birinci yolunu Avropa mədə-
niyyətini mənimsəməkdə görmüş və bu məsələyə münasibətində 
                                                 
75
 Bax: Fransua Jorjon. Azərbaycanlı intellektualın ilk addımları: Əhməd Ağaoğlu 
Fransada (1888-1894). “Mədəniyyət dünyası”, VII buraxılış, 2003, s. 25. 
76
 Mübariz Süleymanlı. İslamın elm və mədəniyyət dini kimi şərhində Əhməd 
Ağaoğlunun mövqeyi. “Mədəni-maarif” jurnalı, 2006, №5 (183), s. 23-24. 
77
 Ufuk Özcan. Ahmet Ağaoğlu ve rol değişikliği (Yüzyıl dönümünde batıcı 
bir aydın). İstanbul, Donkişot yayinlari, 2002, s. 132. 
78
 Ahmet Agayef, “İslam Aleminde Görülen İnhitatın Sebebleri”, İslam 
Mecmuası, I/2, 1330, s. 54-58. 
79
 Ufuk Özcan. Ahmet Ağaoğlu ve rol değişikliği (Yüzyıl dönümünde batıcı 
bir aydın). İstanbul, Donkişot yayinlari, 2002, s. 78. 


 
 
49 
daha səmimi olmuşdur
80
. Bu kimi cəhdlərin tarixi baxımdan 
islam cəmiyyətlərinə nə qədər fayda gətirdiyini müəyyənləşdir-
mək təbii ki, müşkül bir məsələdir. Lakin səbəblərin harada 
axtarılmasından asılı olmayaraq bir faktı danmaq olmaz ki, son 
bir əsrdə qərbliləşmə hərəkatları nəticəsində islam cəmiyyətləri-
nin qarşılaşdıqları problemlərdə gözə dəyən bir irəliləyiş olma-
mışdır. Nəhayət, proses özünü onda təzahür etdirir ki, müasir-
ləşmə, qərbliləşmə, avropalaşma adı altında yürüdülən bütün 
təcrübələrə baxmayaraq, islam cəmiyyətləri hələ  də  Qərbdən 
təcrid edilməkdədir. Bu, günümüzdə  cərəyan edən siyasi hadi-
sələr fonunda Qərbin siyasi və dini rəhbərlərinin müsəlman dün-
yasına ikili və qərəzli münasibətlərindən də aşkarca görünmək-
dədir (ABŞ-ın Yaxın və Orta Şərq siyasəti, Avropa Şurasının 
Türkiyə ilə münasibətləri, Vatikanın dini lideri – Papanın 
Məhəmməd peyğəmbər haqqında söylədikləri, Qarabağ proble-
minin həllində özünü büruzə verən ikili standartlar və s. kimi 
qərəzli siyasətlər Qərbin müsəlman dünyasına münasibətinin 
təzahürlərindəndir). 
Müsəlman qadınının Avropa yaşam standartlarına uyğunlaş-
dırılacağı  təqdirdə  cəmiyyət problemlərinin də  həll olunacağı 
düşüncəsinin həqiqətə uyğun olmadığı ortadadır. Çünki Qərbdə 
qadın hərəkatı, ucuz işçi qüvvəsini təmin edən kapitalist mexa-
nizmlər içində qadının işgüzar həyata fəal olaraq qatılmasının 
bir nəticəsi olaraq ortaya çıxmış  və getdikcə qadın haqları 
sahəsində inkişafa nail olunmuşdur. Bunun əksinə isə, belə bir 
sənaye və ictimai təşkilatlanmadan məhrum olan Şərq cəmiyyə-
tində qadının statusunda bənzər dəyişikliklər olmadan qadın və 
ailənin islahatlara cəlb edilməsi zərurəti irəli sürülmüşdür
81
. Elə 
Şərqdə qadın haqlarının ictimai bir təşəbbüsün nəticəsi olaraq 
inkişaf etməməsinin, yuxarıdan diqtə edilən islahatların cəmiy-
                                                 
80
 Bu barədə  ətraflı bax: Ahmet Ağaoğlu. Üç medeniyet. İstanbul: Milli 
Egitim Basımevi, 1972, 146 s. 
81
 Bax: Ufuk Özcan. Ahmet Ağaoğlunun eserlerinde kadın ve aile teması. 
“Mədəniyyət dünyası”, XII buraxılış, Bakı, 2006, s. 75-76.  


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə