Microsoft Word Agaoglu-Kitab 2 a doc



Yüklə 15,62 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix23.08.2018
ölçüsü15,62 Mb.
#63888
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

 
 
38 
dürmü? Quran bu suala da cavab verir: “Siz heç vaxt qadınları-
nızla tam mənada ədalətli münasibətləri qura bilməzsiniz”. Təbii 
ki, bu, mümkün deyil. Bəs nə etməli? Bu suala da Quran cavab 
verir: “Əgər sizin bütün qadınlarınıza münasibətdə ədaləti gözlə-
yə biləcəyinizə az da olsa şübhəniz varsa, bir qadınla evlənin; 
bu, ədalətsizliyə yol verməməyin, günah işlətməməyin ən yaxşı 
vasitəsidir”. Gətirdiyimiz sitatlar islamın monoqamiya tərəfdarı 
olduğunu təsdiq edir; bu, həm də onu göstərir ki, gələcəkdə 
müsəlmanlar öz dinini, onun mahiyyəti və yönümünü dərk edən-
dən sonra, monoqamiya qələbə çalacaq. Ona görə də Quranı və 
Məhəmmədi qadına qarşı düşmənçilik münasibətlərində suçla-
yan bəzi Avropa yazarları haqsızdırlar; onlar həm də ayrı-ayrı 
müsəlmanların qüsur və eyiblərini islam dini ilə bağlayanda da 
haqsızlığa yol verirlər; əksinə – bütün bu qüsurlar islama ziddir. 
Quran, Asiya qadınını yüksəltmək istiqamətində  təşəbbüs gös-
tərdi. Ona o dövrə  qədər  Şərqdə görünməyən hüquqları  bəxş 
etdi, onu əsl qadın, əsl ana səviyyəsinə ucaltdı”
56
 
Holly Shissler fikrini təsdiqləmək üçün Ağaoğlu ilə Qasim 
Əmin

 arasında paralellər aparır. Qeyd edir ki, bu islahatçı mütə-
fəkkir Ağaoğludan fərqli olaraq  bu barədə belə yazır: “Bu iki 
ayət  ələ alındığında (Qurani-Kərim IV: 3 və IV: 129) çoxar-
vadlılığın yasaqlandığı düşünülə bilər və bu mülahizə məqsədə 
olduqca yaxındır. Lakin peyğəmbərin örf və adətləri çoxarvad-
lılığın yasallaşdırılmasını gərəkli etmişdir. Bu ayətlər çoxarvad-
                                                 
56
 Ахмед Агаев. Женщина по исламу и в исламе. Тифлис (Скоропеч. М. 
Мартиросянца, Михайловский пр. № 81.), 1901, с. 23-24; Əhməd Ağayev. 
İslama görə  və islamiyyətdə qadın (rus dilindən tərcümə edəni: Rüfət 
Şərifov). “Mədəniyyət dünyası”, XII buraxılış, Bakı: ADMİU, 2006, s. 38. 

 Türkiyədə Kasım Amin kimi tanınır (1863-1908). Atası Osmanlı vətəndaşı, 
anası misirli idi. Misirdə (1881-ci ildə hüquq diplomunu burada alıb) və 
Parisdə  təhsil alıb, 1885-ci ildə Misirə dönüb. Muhammed Abduh və Saad 
Zaglul (Zağlul Paşa) kimi qabaqcıl islahatçıların dostu və  iş yoldaşı olub. 
“Qadınların qurtuluşu” başlıqlı əsəri 1899-cu ildə – Ağaoğlunun “İslama görə 
və islamiyyətdə qadın” kitabından iki il əvvəl nəşr olunmuşdur. 


 
 
39 
lılığa izin verir, amma Allah bunu hər insanın öz təqdirinə 
bağlamışdır”
57

Mövzuya dair müqayisəli təhlillərin gələcəkdə daha obyektiv 
dəyərləndirilməsi üçün Qurani-Kərimin
58
 yuxarıda sözügedən 
iki ayəsini – “ən-Nisa”

 surəsinin üçüncü və yüz iyirmi doqqu-
zuncu ayələrini də (Azərbaycan dilində  tərcüməsini) xatırlat-
mağı məqsədəuyğun hesab etdik: “Əgər yetim qızlarla (evlənə-
cəyiniz təqdirdə)  ədalətlə  rəftar edə bilməyəcəyinizdən qorxar-
sınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlar-
dan iki, üç və dörd nəfərlə nikah bağlayın!  Əgər (onlarla da) 
ədalətlə dolanmağa  əmin deyilsinizsə, o halda təkcə bir nəfər 
(azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin (yaxud: o 
halda təkcə bir nəfər azad qadınla evlənin və ya əlinizin altında 
olan kənizlərlə kifayətlənin). Bu, ədalətli olmağa (ədalətdən 
kənara çıxmamağa) daha yaxındır”
59
. “Siz nə qədər çox istəsəniz 
də, heç vaxt arvadlar arasında  ədalətlə  rəftar etməyi bacarmaz-
sınız. Barı, (birisinə) tamamilə meyl göstərib, digərini asılı 
                                                 
57
 A.Holly Shissler. İki  İmparatorluk Arasında. Ahmet Ağaoğlu ve Yeni 
Türkiye (Çeviren: Taciser Ulaş Belge), 1. Baskı.  İstanbul Bilgi Univer-
sitesi Yayınları, 2005, s. 223-224. 
58
  Ətraflı  məlumat üçün bax: Qurani-Kərim Məali (Azərbaycan dilinə 
tərcüməsinin yenidən işlənmiş IX nəşri). Azərbaycan dilinə tərcümə edənlər: 
Z.M.Bünyadov, V.M.Məmmədəliyev. Bakı, İpək yolu, 2007, 706 s. 

 Quranın bu (dördüncü) surəsinə ən-Nisa adı ona görə verilmişdir ki, onun ilk 
ayələrində qadınlardan bəhs olunur. Nöldekeyə  (Quran tarixi, 1, Leypsiq, 
1909, səh. 195
) görə, surənin böyük hissəsi hicrətin 3-cü ilinin sonu – 5-ci ili 
arasında (aprel-may 625 – iyun 628) nazil olmuşdur, çünki burada mövcud 
olan bir çox hökmlər islam hüququ ilə bağlı mövzuların təməlini təşkil edir. 
Müxtəlif zamanlara aid ayələri bir yerə toplayan bu surə ayrı-ayrı mövzuları 
əhatə edir: insanın yaradılması, qan qohumluğu, yetimlərin himayəsi, miras 
haqqı, evlənmə,  ər-arvad, kişi-qadın münasibətləri, evlənməyə mane olan 
hallar,  əmanətlər,  şahidlik, təsadüfən adam öldürmək, cihad və müharibə 
qaydaları, Allaha və peyğəmbərə itaət, yəhudilərə  və xaçpərəstlərə  cəza 
vermə və i.a. (Qurani-Kərim, göstərilən nəşr, s.VIII). 
59
 Qurani-Kərim Məali (Azərbaycan dilinə tərcüməsinin yenidən işlənmiş IX 
nəşri). Azərbaycan dilinə tərcümə edənlər: Z.M.Bünyadov, V.M.Məmmə-
dəliyev. Bakı, İpək yolu, 2007, s. 76. 


 
 
40 
vəziyyətdə (nə  ərli kimi ərli, nə  də boşanmış kimi boşanmış) 
qoymayın.
∗∗
  Əgər özünüzü islah edib (belə  hərəkətlərdən) 
çəkinsəniz (Allah sizi bağışlar). Həqiqətən, Allah bağışlayandır, 
rəhm edəndir!”
60
  
Müqayisələri öz qənaəti ilə yekunlaşdıran  Holly Shissler 
yazır ki, yuxarıdakı istinadlardan anlaşıldığı kimi, iki yazarın da 
çoxarvadlılıq haqqındakı görüşləri və mövzunu işləmə  tərzləri 
eynidir. Hər ikisi də, doğru anlaşıldığı  təqdirdə islamın birar-
vadlılığı üstün tutduğunu göstərmək üçün Qurandan eyni ayət-
ləri verirlər. Lakin Əmin, Quranın çoxarvadlılığı təsdiq etmədi-
yini, amma izin verdiyini söyləməklə kifayətlənirkən, Ağaoğlu, 
Quranın təsdiq etmədiyi bir şeyə izin verməsinin nədən gərəkli 
olduğunu tarixi təməldə açıqlamağa girişir.  Əslində  hər iki 
yazarın yazıları  məqsəd və mahiyyət baxımından çox bənzər 
olduğu halda anlayış baxımından aralarında dərin bir ayrılıq 
görünməkdədir. Ağaoğlu, Allahdan gələn vəhyin ictimai gerçək-
lərlə  şərtlənməsi fikrini önə sürərək Allahın niyyətini tam və 
birbaşa olaraq gerçəkləşdirmənin imkansızlığını göstərmişdir; 
insan oğlu həqiqətdən ayrılmamışdır, həqiqətə  təsir edib 
dəyişdirmişdir. 
Ağaoğlunun, istifadə etdiyi metodologiya baxımından söylə-
diklərindən, onun dinin niyyətinin orijinal şəkli ilə anlaşılmasın-
da tarixi şərtlərin önəminə  işarə etdiyi anlaşılır və beləliklə, 
mahiyyətin müəyyən qədər elastikliyinə eyham edilmiş olur
61

Tədqiqatçı Fazil Güney (“Müasir Suriya romanı”  adlı  əsə-
rində), islam xalqlarının maarifləndirilməsi konsepsiyasını ha-
zırlamış, ərəb ictimai fikrində inqilab etmiş və adı ərəb dünya-
                                                 
∗∗
 Sahibləri tərəfindən atılmış minik heyvanları kimi (Qurani-Kərim, göstə-
rilən nəşr, s. IX). 
60
 Qurani-Kərim Məali (Azərbaycan dilinə tərcüməsinin yenidən işlənmiş IX 
nəşri). Azərbaycan dilinə  tərcümə edənlər: Z.M.Bünyadov, V.M.Məm-
mədəliyev. Bakı, İpək yolu, 2007, s. 98. 
61
 A.Holly Shissler. İki  İmparatorluk Arasında. Ahmet Ağaoğlu ve Yeni 
Türkiye (Çeviren: Taciser Ulaş Belge), 1. Baskı.  İstanbul Bilgi Univer-
sitesi Yayınları, 2005, s. 224. 


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə