Microsoft Word Agaoglu-Kitab 2 a doc



Yüklə 15,62 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix23.08.2018
ölçüsü15,62 Mb.
#63888
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

 
 
29 
mahiyyət kəsb etməməsinə baxmayaraq, onun panislamist 
təbliğatı heç kəsdə şübhə doğurmamalıdır.  
Ağaoğlu,  “Panislamizm, onun səciyyəsi və istiqamətləri”
“İslamın mənşəyi və onun xristianlığa və  yəhudiliyə müna-
sibəti”,  “Ricəti-islam” kimi onlarla məqalələrində özündən 
əvvəlki Azərbaycan maarifçi ziyalılarının islamın müqəddəratı 
barədə açdıqları mübahisəni təzədən canlandırmışdır.  Əksəriy-
yəti polemik üslubda yazılmış bu əsərlərdə o, Qərbin və Rusi-
yanın antiislam meyllərinə qarşı çıxır, Məhəmməd dini və şəriə-
tini, islamın  əsaslarını müdafiə edərək qətiyyətlə deyirdi ki, 
müsəlmanların dirçəlməsi və  tərəqqisi onlar arasında “yeganə 
fəal qüvvə olan din vasitəsilə olmalıdır”
44
. Ağaoğluna görə 
“Asiya xalqlarına həyatı ilk dəfə xatırladan”, onlara “göyləri 
yuxusundan oyadan”, göylərlə  bərabər yeri də göstərən islam 
dini olmuşdur. Yazılarında dönə-dönə islam tarixindən, onun 
ədəbi-mədəni keçmişindən bəhs edən Əhməd bəy panislamizmi 
“mütərəqqi hərəkat” kimi qiymətləndirirdi: “Panislamizm nəinki 
siyasi-dini, həm də mütərəqqi hərəkatdır”
45
. Müasirləri kimi o 
da islam dininə – tərəqqiyə səbəb olan ictimai, mənəvi bir qüvvə 
kimi – inanır və dini ehkamların müasirləşdirilməsi yolunda 
nəzəri və  əməli səylərinin nəticələrini sosial-mədəni həyata 
tətbiq etməyə çalışırdı.  
Ağaoğlu dünyada baş verən ictimai-siyasi hadisələrin çox 
ziddiyyətli və  gərgin bir mərhələsini fərqli mühitlərdə 
qarşılamaq məcburiyyətində olduğundan, qısa bir vaxt ərzində 
bir-birini təkzib edən təsirlərə  məruz qaldığından, dinamik 
fəaliyyətini və  səmərəli yaradıcılığını  həm dövrün tələblərinə, 
həm də xalqının tərəqqisinə operativ surətdə uyğunlaşdırmaq 
                                                 
44
  Əziz Mirəhmədov. Azərbaycan mütəfəkkirinin milli intibah arzuları. 
Azərbaycan Demokratik Respublikası (Məqalələr toplusu). Bakı, Azərnəşr
1992, s. 23; Əziz Mirəhmədov.  Əhməd bəy Ağayev (“Fikrin karvanı” 
kitabında). Bakı, Yazıçı, 1984, s. 80-95. 
45
 Kamal Talıbzadə.  Əhməd Ağaoğlu və onun “Rus ədəbiyyatının ümumi 
səciyyələri”  əsəri. Seçilmiş  əsərləri.  İkinci cild. Bakı: Azərnəşr, 1994, s. 
314, 321. 


 
 
30 
səylərindən irəli gələrək, inanılmayacaq dərəcədə çoxsaylı 
yazılarında bəzən bilməyərəkdən, bəzən də məcburən bir-birinə 
zidd fikirlər qələmə almışdır. Misal üçün, çox qəribədir ki, bir 
tərəfdən panislamizmi mütərəqqi bir hərəkat kimi təqdir edən 
Ağaoğlu, bəzi yazılarında bu ideyanın Avropadan transfor-
masiya olunduğunu, arxasındakı  həqiqi niyyətlər pərdələnərək 
müsəlman cəmiyyətlərinə  təlqin edildiyini yazmışdır. Bu 
mənada Ağaoğlu qərbli həmkarlarının mövqelərinə aydınlıq 
gətirərək  “Kaspi”  qəzetinin 1900-cu il 21 aprel tarixli sayında 
(№ 87) yazırdı ki, “Bu şüur Avropa oriyentalistlərinin  Şərqə 
bilavasitə  təsirinin nəticəsidir. Bu, renanların və maks müller-
lərin, sentilerlərin və dozilərin, karleyllərin və dreperlərin işidir. 
Bilavasitə  və düşüncəli surətdə olmasa da, dolayısı ilə  və 
düşünmədən birinci dəfə onlar panislamizm ideyasını  təlqin 
etmişlər. İslamı rasionalist din elan edən onlar olmuşdur”.  
Bir halda ki, Ağaoğlu öz-özünü təkzib edən mübahisəli 
fikirlər söyləmişdir, deməli, o zaman onun bütün yaradıcılığını 
araşdırmaq imkanından məhrum olan alimlərin fərqli mövqe-
lərdən çıxış etmələri də  təbii sayılmalıdır. Digər tərəfdən, milli 
mənafeləri dünya siyasətinə uyğunlaşdırmağa çalışan bir mütə-
fəkkirin yazılarının dinamik olması  və fikirlərində ziddiyyətli 
məqamlara təsadüf edilməsi də başa düşüləndir. Yalnız müəyyən 
zamanda baş verən hadisələr fonunda baxıldıqda, bu dəyər-
ləndirmədə tam obyektiv olmanın özü müşkül məsələdir. 
Fəaliyyətinin bütün mərhələləri izlənildiyi təqdirdə, sonda 
Ağaoğlunun ali məqsədinin xalqa xidmətdən başqa bir şey 
olmadığı tam aydınlığı ilə üzə çıxır. 
İslamın ictimai-əxlaqi və siyasi dəyərlərini özünün milli 
düşüncəsində daxili-milli birləşdirici amil kimi qəbul edən 
mütərəqqi, milli ziyalı zümrəsinin panislamist fəaliyyətlərinə 
toxunan tədqiqatçı Ş.Hüseynova görə “bu milli oyanma ideoloq-
ları panislamizm məfkurəsini heç də islam fundamentalizmi 
əsasında hazırlamamış və onu bütün müsəlman xalqlarının siyasi 
cəhətdən əvvəlki xilafət və sultanlıq dövrlərində olduğu şəkildə 


 
 
31 
birləşdirilməsi mövqeyini tutmamışlar”
46
. Onlar panislamizmin 
“əvvəlki məzmununu deyil, əksinə, onun milli düşüncədə 
mənlik  şüuruna xidmət edən mənəvi-əxlaqi tutumunu qəbul 
etmiş  və  təbiidir ki, bu baxımdan onun siyasi-milli təfsirini 
vermişlər”
47

Avropalı şərqşünaslardan təsirləndiyi hiss olunan Qafqazdakı 
fəaliyyəti dövründə Ağaoğlu, təsiri altında qaldığı fransız yazar-
larının orientalist baxış  tərzinə uyğun olaraq islam dünyasının 
geri qalması  və böhranı mövzusunu önə  çıxarmışdır. Müstəm-
ləkəçiliyin son həddə çatdığı bir dövrdə oriyentalizm, islam 
cəmiyyətlərinin gücsüzlüyünün və geriliyinin müxtəlif səbəblə-
rini aşkara çıxarma missiyasını daşımışdır. Bu səbəblər sırasın-
da, Ağaoğlunun yazılarında da gördüyümüz kimi, islam cəmiy-
yətlərinin durğunluğu, idarəçilərin və üləmanın insani qüsur və 
ya yetərsizliyindən qaynaqlanan problemlər, cəhalət və təəssüb
qadının ictimai həyatda passiv iştirakı, zehni və elmi düşüncəyə 
qapalılıq, qədərçilik, despotizm və s. göstərilməkdədir. Ancaq 
sıralanan bu və oxşar amillərin, islamiyyətin gücünü itirməsində 
təsirli olan yeganə səbəb deyil, bir-birilə bağlı bir silsilə nəticə 
ola biləcəyinə əhəmiyyət verilməmişdir
48

Tarixi proseslərə səriştəli bir sosioloq gözü ilə nəzər yetirən 
Ufuk Özcanın, islam dünyasının tənəzzülünü daxili səbəblərlə 
açıqlama cəhdinin oriyentalist baxışa xas olmasına dair qənaəti
həmin dövr Azərbaycan ziyalılarının görüşlərinin araşdırıcıları-
na, bu amilə də diqqət yetirilməsi vacibliyini xatırlatmaqdadır
49

Eyni yanaşma Ağaoğlunun mövqeyində  də müşahidə olunur. 
Belə ki, o da tənəzzülü islamiyyətin özündən qaynaqlanan 
problem və səbəblərə bağlamaqdadır. Onun fikrincə, tənəzzülün 
                                                 
46
 Şahnəzər Hüseynov. Əhmədbəy Ağaoğlunun dünyagörüşü. Bakı, Azərnəşr, 
1998, s. 11. 
47
 Yenə orada, s. 12. 
48
 Ufuk Özcan. Ahmet Ağaoğlu ve rol değişikliği (Yüzyıl dönümünde batıcı 
bir aydın). İstanbul, Donkişot yayinlari, 2002, s. 77-78. 
49
 Yenə orada, s. 78. 


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə