Microsoft Word Agaoglu-Kitab 2 a doc



Yüklə 15,62 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix23.08.2018
ölçüsü15,62 Mb.
#63888
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

 
 
23 
dırılmasına girişmişdilər. Onların bu işə başladıqları vaxt 
təzyiqlə qarşılaşmalarının da başlıca səbəbi məhz budur
33
.  
Ümumiyyətlə, bu problemə daha geniş aspektdən baxıldıqda 
aydın olur ki, din amili sadəcə  Ağaoğlu tərəfindən deyil, digər 
islahatçılar tərəfindən də formalaşdırılması  nəzərdə tutulan 
cəmiyyətin ünsürləri arasında bəlkə  də  ən zəif halqanı  təşkil 
edirdi. Başqa sözlə sosializm, rus populizmi, liberal demokra-
tizm, Avropa tipli milliyyətçilik və  Gənc Türklərin düşüncəsi 
kimi islamdan kənar dəyişik amillər, onların zehinlərində yeni 
kimliyin qurucu ünsürləri olaraq eklektik bir tərzdə bir araya 
gəlmişdir. Beləliklə, milliyyətçi  şüurun hər  şeydən  əvvəl 
dünyəvi məsələlərin qabardıldığı bir çərçivəsində inkişaf etdiyi 
qeyd edilməlidir. Ağaoğlu kimi milliyyətçi öndərlər arasında 
bəzən dini terminologiyaya müraciət etmə ehtiyacı ortaya 
çıxmışsa da, burada gerçəkdə dinin deyil, planlaşdırılmış milli 
iradənin rasional təməldə  təşəkkülü müzakirə mövzusudur. 
Qafqazdakı bir çox yazısında islamiyyətin ideallarını uca tutma-
sına baxmayaraq Ağaoğlu, islam anlayışında  ənənəçi deyil, 
modern, reformçu (islahatçı) və layiq bir mövqe nümayiş etdirir. 
Xüsusilə, müstəmləkəçi Rusiya təzyiqinə qarşı mübarizə apar-
maqdan ötrü Ağaoğlu, diqqəti “məqsədəuyğun surətdə seçilmiş” 
islami dəyərlərin yenidən canlandırılmasına yönəldirdi. Lakin 
islam ənənəsindən qoparılmış və Qərb dəyərlərilə süni bir şəkil-
də uzlaşdırılmış bu dəyərlərin yeni ictimai kimliyin formalaşdı-
rılmasında ortaq bir təməl olacağını ummaqdaydı. Digər tərəf-
dən Ağaoğlunun islam təsəvvürü, islam dünyasının bütün ünsür-
lərini ehtiva etməkdən tamamən uzaq idi. O, müsəlmanların 
tələblərinə haqq qazandırılmasında ümumi islam maraqlarını 
deyil, Qafqaz müsəlmanlarının yerli maraqlarını  nəzərdə 
tuturdu. Bu səbəblə, bir yandan yerli dünyəvi problemləri dini 
                                                 
33
 Ufuk Özcan. Ahmet Ağaoğlu ve rol değişikliği (Yüzyıl dönümünde batıcı 
bir aydın). İstanbul, Donkişot yayinlari, 2002, s. 52-53. 


 
 
24 
məsələlərdən üstün tutur, digər yandan da islamiyyətin hüdud-
larını ərəb və fars qatqısına önəm vermədən göstərərdi
34

Ağaoğlunun XIX əsrin sonları – XX əsrin  əvvəllərini  əhatə 
edən yaradıcılığının kökündə panislamizm təbliğatının durduğu-
na dair tədqiqatlarda (ələlxüsus da azərbaycanlı alimlərin yazı-
larında) çoxsaylı  məlumatlara rast gəlmək mümkündür. Bu 
xarakterli qənaətlər həm Azərbaycan və Türkiyə, həm də digər 
ölkə alimlərinin əsərlərində kifayət qədərdir
35
. Misal üçün, Ağa-
oğlunun Fransa mətbuatında yer alan düşüncələrinin təməlində 
Ş.C.Əfqaninin ideyalarının durduğuna toxunan Tadeusz 
Swietochowski onun Paris dövrü haqqında: “Bu dövr yazılarına 
İran tərəfdarı və Osmanlı əleyhdarı bir mövqe hakimdi, bir gün 
irəlidə  gələn bir türk milliyyətçisi olacaq olan birisi üçün bu 
olduqca maraqlı bir haldır”– yazırsa, Parisdən sonrakı fəaliyyəti 
barədə: “1895-ci ildə ölkəsinə döndükdən sonra Ağayevin 
panislamizmi ona İranın deyil, Osmanlı dövlətinin hələ var olan 
ən böyük islam dövləti olduğu və dünya miqyasında müsəlman-
ları  dəstəkləyəcək qaynağın ancaq o ola biləcəyi gerçəklərini 
diqqətə almağa zorladığından, bu cür tənqidlərini yumşaltdı. 
Getdikcə türkçülüyə doğru dolambaclı bir yol izləməyə başladı” 
– deyə məlumat verir
36

                                                 
34
 Ufuk Özcan. Ahmet Ağaoğlu ve rol değişikliği (Yüzyıl dönümünde batıcı 
bir aydın). İstanbul, Donkişot yayinlari, 2002, s. 73-74. 
35
 Jacob M. Landau. Pantürkizm (Türkçesi: Mesut Akın). İstanbul, 1999, 364 
s.;  Əziz Mirəhmədov. Azərbaycan mütəfəkkirinin milli intibah arzuları. 
Azərbaycan Demokratik Respublikası (Məqalələr toplusu). Bakı, Azərnəşr, 
1992, s. 19-29; Əziz Mirəhmədov.  Əhməd bəy Ağayev (“Fikrin karvanı” 
kitabında). Bakı, Yazıçı, 1984, s. 80-95; Qədim Mustafayev. XX əsrin 
əvvəllərində Azərbaycanda islam ideologiyası  və onun tənqidi. Bakı, 
Maarif, 1973, 296 s.; Kamal Talıbzadə.  Əhməd Ağaoğlu və onun “Rus 
ədəbiyyatının ümumi səciyyələri” əsəri. Seçilmiş əsərləri. İkinci cild. Bakı: 
Azərnəşr, 1994, s. 305- 328. 
36
 Tadeusz Swietochowski. Müslüman cemaatten ulusal kimliğe Rus Azer-
baycanı 1905-1920 (Türkçesi: Nuray Mert). İstanbul: Bağlam yayınları, 
1988, s. 54. 


 
 
25 
Ağaoğlunun dini təmayüllərini  şərh edən  Jacob M. Landau 
isə  “Pantürkizm”  əsərində belə yazır: “Rusiyaya dönüşündə 
Ağaoğlu, pantürkçülükdən çox islama vurğu vuraraq özünü fəal 
bir şəkildə qəzetçilik çalışmalarına verdi. O zaman azərbaycan-
lılar arasındakı sabitliyin önündəki  ən böyük əngəl sünni-şiə 
münaqişəsi idi. Ağaoğlu elmi bir yol tapmaq və aralarında bir 
körpü olmaq üçün çox çalışdı”
37

İdeyalarının tətbiqində  uğur qazanmaq üçün özünü xalqa 
panislamist kimi tanıtmasının müsbət tərəfləri var idisə  də, 
senzura və  təqiblərindən yayınmaq baxımında bu fəaliyyəti, 
Ağaoğlunu həmişə qalmaqala salırdı. Bu mənada heç də təsadüfi 
deyildi ki, Tiflis Senzura Komitəsinin senzorları olan “Kişmişov 
və Qaraxanovun Qafqaz Senzura Komitəsinin sədri M.P.Qak-
kelə, sonuncunun isə Qafqaz canişininə ünvanladığı donoslarda 
Qafqazda “panislamizm” ideyalarını yayan Azərbaycan yazıçı-
ları  və jurnalistləri arasında “birincilik” həmişə qeyd-şərtsiz 
Əhməd Ağaoğluna verilirdi”
38
.  
Ufuk Özcana görə isə  Ağaoğlunun Qafqazdakı  fəaliyyətinin 
panislamist bir mahiyyət daşıdığını dəstəkləyən qənaətlərin çoxu 
konkret istinad və faktlara deyil, ikinci dərəcəli yozum və 
mülahizələrə söykənir. Onun panislamist adlandırılması fikrilə 
razılaşmayan tədqiqatçı bütün bunların panislamist sifətinin 
gəlişigözəl bir ifadə kimi istifadə edilməsi qənaətinə  gəlir: 
“Halbuki Ağaoğlunun panislamizmdən nə  qədər uzaq olması 
mövzusunda çeşidli qənaətlər sıralamaq mümkündür. Ərəb və 
fars cəmiyyətlərilə işbirliyini rədd edən, bunun əvəzində Rusiya 
anayasal demokratlarla təması yararlı görən və yeri gəldikdə 
yerli sosialistlərlə eyni platforma üzərində qonuşmaqdan 
çəkinməyən Ağaoğlunun səmimi və öndə  gələn bir panislamist 
olaraq göstərilməsi inandırıcı görünmür. Bütün bunlar onun 
islam motivinə praktik qayğılarla müraciət etdiyini göstərməyə 
yetəcəkdir. Ağaoğlunun nə Parisdə, nə də Qafqazdakı qəzetçilik 
                                                 
37
 Jacob M. Landau. Pantürkizm (Türkçesi: Mesut Akın). İstanbul, 1999, s. 56. 
38
 Vilayət Quliyev. Ağaoğlular. Bakı, “Ozan”, 1997, s. 13. 


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə