Microsoft Word Agaoglu-Kitab 2 a doc



Yüklə 15,62 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix23.08.2018
ölçüsü15,62 Mb.
#63888
1   2   3   4   5   6   7   8   9   ...   27

 
 
11 
qızğın müzakirə  və mübahisələrə  rəvac vermiş bu əsər müasir 
Azərbaycan kulturoloji fikri üçün də öz əhəmiyyətini saxlamaq-
dadır. Xüsusilə  də, gender problemlərinin yenidən gündəmdə 
olduğu bir vaxtda əsər tarixi baxımdan daha çox dəyər qazanmış 
olur. Mədəniyyət tariximizdə qadın problemi ilə bağlı ilk 
fundamental elmi tədqiqatın da məhz “İslama görə  və islamiy-
yətdə qadın” əsərinin olduğunu desək, bəlkə də yanılmarıq
14

Əsər nəşr olunduğu gündən mətbuatın, elm və din xadim-
lərinin diqqətini cəlb etmiş  və  Ağaoğlunun adı keçən tədqiqat-
ların  əksəriyyətində bu əsərin mahiyyətinə toxunulmuşdur. 
Əlbəttə ki, biz bu yazımızda həmin  əsər barəsində söylənilmiş 
bütün fikirlərə münasibət bildirmək iddiasından uzağıq. Burada, 
əsasən Ağaoğluna həsr edilmiş monoqrafik araşdırmalara 
istinadən  əsər haqqındakı elmi-tənqidi fikirləri ümumiləşdir-
məyə səy göstərəcəyik.  
Əsərin rus dilində və həm də Tiflisdə nəşr olunması, elmi və 
ictimai fikrin bu haqda daha geniş  məlumatlandırılmasını  təbii 
ki, əngəlləyirdi. O dövrdə Azərbaycanda türkcə mətbuatın yox-
luğu da əsərdə qaldırılan problemlərin müzakirəsi imkanlarını 
məhdudlaşdırırdı. Lakin konkret olaraq həmin nəşrə istinad 
edilməsə belə, Ağaoğlunun orada qaldırdığı problemlərə dair 
yazılar dövrü mətbuatın nəzər-diqqət mərkəzində olmuşdur. 
Çünki həmin məsələlər (bəzən fərqli aspektlərdən dəyərləndiril-
miş olsa belə) Ağaoğlunun Fransa dövrü yaradıcılığından 
başlayaraq Tiflis və Bakı  mətbuatındakı yazılarının da əsas 
mövzularını təşkil etməkdə idi. 1904-cü ildən etibarən isə mət-
buatımızın “Həyat” və “İrşad” qəzetləri ilə başlanan yeni inti-
bah mərhələsində  Ağaoğlu, eyni mövzuları daha müntəzəm və 
                                                 
14
  Ətraflı bax: Süleymanlı M.A. Azərbaycanda gender probleminə dair ilk 
kulturoloji tədqiqat (Azərbaycan MEA-nın akademiki C.B.Quliyev 
tərəfindən təqdim edilmişdir). Azərbaycan Milli Elmlər Akademiyasının 
Məruzələri, LXIV cild, 2008, № 3, s. 193-200; İslahatçı ziyalıların qadın 
və ailə mövzusundakı mövqelərinə dair (Əhməd bəy Ağaoğlunun 
dünyabaxışı kontekstində). Azərbaycan Milli Elmlər Akademiyasının 
Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası, 2008, № 9, s. 215-225. 


 
 
12 
müasir Avropa demokratik dəyərləri baxımından daha modern 
meyarlarla qaldırdı  və türkcə olması  səbəbindən xalqla daha 
yaxın ünsiyyət və müzakirələr imkanı əldə etdi. Həllini gözləyən 
həmin mövzular haqqında Ağaoğlunun az qala hər gün yazılar 
yazdığı bir vaxtda, rusca nəşrin müzakirəsi və ya türkcə yenidən 
nəşrinin aktuallıq kəsb etməməsi təbii sayılmalıdır. Xüsusilə də, 
Ağaoğlunun, nəzəri şəkildə qaldırdığı məsələlərin ictimai həyata 
tətbiqi ilə də aktiv surətdə məşğul olması, bir az sonra – 1908-ci 
ildən etibarən Türkiyəyə mühacirət məcburiyyəti və bolşevik 
istilasından sonra isə arzuolunmaz şəxs kimi onunla bağlı 
yazıların tamamilə yasaqlanması  və s. kimi səbəblər üzündən, 
sözügedən əsərlə (deməli, həm də orada qaldırılmış məsələlərin 
həlli istiqamətindəki təşəbbüslərlə) bağlı, mətbuatda elmi-tən-
qidi müzakirələr səngimiş və tədricən milli, dini və demokratik 
dəyərlər zəminində olan hər bir fikri və əməli təbliğat qadağan 
olunmuşdur.  
Odur ki, “İslama görə  və islamiyyətdə qadın”  əsərinə dair 
elmi-tənqidi təhlillər əsasən Türkiyədə nəşr olunmuş araşdırma-
larda öz əksini tapmışdır. Bu barədə ilk geniş bilgini Yusuf 
Akçuranın  “Türkçülügün tarihi”
15
  əsərindən alırıq. Akçuranın 
bu  əsərindən aldığımız (kitabın Tiflisdə – Martirosyans mət-
bəəsində basılması, 59 səhifə olması haqqında və eləcə  də, ilk 
dəfə olaraq onun bəzi yerlərini türkcəyə  tərcümə etməsi kimi) 
məlumatlar, onun orijinal variantdan istifadə etməsi faktını tam 
açıqlığı ilə ortaya qoyur. Əsərin bir yerində Akçuranın: 
“Əlimizə keçən bu iki əsərindən (“İslama görə və islamiyyətdə 
qadın” və  “İslam, Axund və Hatifülqeyb” əsərləri nəzərdə 
tutulur – M.S.)  Ağaoğlu  Əhməd bəyin də bir çox türkçü kimi, 
öncə islamın islahı, islamın əsl özünə döndərilməsi məsələsi ilə 
məşğul olduğu anlaşılır”
16
 – deməsi isə fikrimizə yüzə-yüz 
əminlik yaradır. Akçuranın, Rusiyadan mühacirət etdiyini, 
Ağaoğlu ilə məslək, əqidə birliyində olduğunu və ailəvi dostluq 
                                                 
15
 Yusuf Akçura. Türkçülüğün tarihi. İstanbul, Kaynak yayınları, 2001, 184 s. 
16
 Yenə orada, s. 160. 


 
 
13 
etdiyini, onun şəxsi arxivi, o cümlədən tərcümeyi-halına dair 
geniş bilgilərə sahib olduğunu diqqətə alsaq, burada təsadüfi bir 
şeyin olmadığına qane olarıq.  
Akçura, Ağaoğlunun 1902-ci ildə Bakıda nəşr olunmuş digər 
bir  əsəri haqqında da məlumat verərək yazır ki, “Əhməd bəy 
türkcə  qəzetəçiliyə başlamadan öncə  “İslama görə  və islam 
aləmində qadın” adlı rusca bir risalə yazıb yayımlamışdır. Bu 
risalə  də, basılmamış “Dialoq” (“İslam, Axund və Hatifül-
qeyb”
17
 əsərini nəzərdə tutur – M.S.) kimi, islamın görüşlərində 
ilərici olduğunu, Abbasilərin orta dövrlərinə  qədər bu ilərici 
hərəkət davam etdiyi halda, daha sonra alimlərin və  şeyxlərin 
mənfəətçilikləri üzündən islamın gerilədiyini və çökdüyünü 
iddia etməkdədir”
18
. Və Akçuranın vurğuladığı bu iddiaları 
üzündən Ağaoğlu, təhqir və təqiblərə də məruz qalmışdır. Məsə-
lən, “İslam, Axund və Hatifülqeyb” əsəri
19
 ilə bağlı baş vermiş 
qalmaqalı  nəzərdə tutaraq,  Şükufə Nihal yazır: “O zamanlar 
bitib tükənməyən sünni-şiə davalarının heç bir işə yaramadığını, 
bunların xalqı geriliyə  və  təfriqəyə doğru götürən bir əfsanə 
olduğunu, ancaq “milli ittihad”ın kəndiləri üçün faydalı bulun-
duğunu söyləyən və bunları bir məqalə ilə açıqca yazan Ağa-
oğlu, axundları  qızdırmış; din üləması,  Əhməd bəyin qanının 
halal və nikahının boş olduğuna dair fitva çıxarmışdır”
20

Akçura, əsərin məzmununu ifadə edən əsas məqamlara toxu-
naraq vurğulayır ki, “Əhməd bəy bu risaləsində islamın irəlilə-
məsi və geriləməsinə ölçü olaraq “qadın”ı almışdır.  Əhməd 
                                                 
17
  Əziz Mirəhmədov.  İslam, Axund və Hatifülqeyb. Əlyazması müəllifin 
şəxsi arxivindədir; Əhmədbəy Ağayev. İslam, Axund və Hatifülqeyb. XX 
əsr Azərbaycan nəsri.
  Tərtib edəni və ön sözün müəllifi X.Məmmədov. 
Bakı: Yazıçı, 1992 (512 s.) s. 275-290. 
18
 Yusuf Akçura. Türkçülüğün tarihi. İstanbul, Kaynak yayınları, 2001, s. 158. 
19
 Bax: Əhməd bəy Ağaoğlu. İslam, Axund və Hatifülqeyb. Seçilmiş əsərləri 
(Tərtib edənlər:  Əziz Mirəhmədov, Vilayət Quliyev). Bakı:  Şərq-Qərb, 
2007, s. 35-49; Xeyrulla Məmmədov.  Əlyazmaları yanmır, ancaq taleləri 
qəribə olur. “Ədəbiyyat qəzeti”, 25 mart 2005-ci il, № 12 (3451). 
20
 Samet Ağaoğlu. Babamdan hatıralar. Ankara, Zerbamat matbaası, 1940, s. 154. 


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə