Microsoft Word Agaoglu-Kitab 2 a doc



Yüklə 15,62 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix23.08.2018
ölçüsü15,62 Mb.
#63888
1   2   3   4   5   6   7   8   9   10   ...   27

 
 
20 
yışlarla işləyirdi. Beləcə, yeni kimliyin inşasında islam, özünü 
itirmiş və bəsitləşdirilmiş qərbli mahiyyətilə bir tikinti materialı 
vəzifəsini görəcək, digər yandan modernləşmə  əməliyyatına  da 
haqq qazandırılmış olacaqdı.  Əslində bu, onun müasirləri olan 
bəzi islamçıların da müraciət etdikləri bir yoldur”
29

Ağaoğlu, görünüşdə islamiyyətə  bəlli bir həssaslıqla yaxın-
laşmağa səy göstərmişdir. Halbuki bu cəhdi, islam dünyasının 
bütün ünsürlərini  əhatə etməyə, onun tarixi təcrübələrindən 
yararlanmağa və ya islam kimliyindəki ənənəvi elementləri can-
landırmağa yönəldilmiş bir istəyi ehtiva etməməkdədir. Üstəlik 
bu həssaslıq, hələ ki, bəlli olmayan bir qərbliləşmə proqramının 
cəmiyyət tərəfindən qəbul edilməsi üçün bir növ hazırlıq vəzi-
fəsi daşımışdır. Bu səbəblə, onun yazılarında dünyəvi və milli 
şüura vurulan vurğu, dini şüura edilən vurğunu aşmaqdadır. 
Modernləşmə, dini də içinə alaraq dəyişdirən bir yönəliş, bir 
hədəfdir. Ufuk Özcanın da vurğuladığı kimi, əslində  Ağaoğlu-
nun bu düşüncələri yeni deyildi. Rusiya müsəlmanları arasında 
yeniləşmə hərəkatının kökləri XIX yüzilin ikinci yarısına qədər 
gedib çıxır. Həmin vaxtdan etibarən tərbiyələndirilmiş bir zümrə 
vasitəsilə Azərbaycana modern düşüncələr ötürülməyə başlan-
mışdır. Beləliklə, Azəri düşüncəsi sadəcə dil, üslub və mövzular 
baxımından deyil, dünyagörüşü etibarilə  də yeni bir mərhələyə 
girmişdir. Bu dövrdə, əsrlərlə milli kimliyin vazkeçilməz ünsürü 
halına gəlmiş olan İran kültürü, yüksək təbəqələr arasındakı 
təsirini itirməyə, ölkəyə Rusiya vasitəsilə  Qərb mədəniyyəti və 
kosmopolit  əlaqələr girməyə başlamışdır. Beləliklə, Azərbay-
canda cəmiyyətin aşağı qisimlərində  ənənəvi kültürün, yuxarı 
zümrələrində isə Rus və Qərb kültürünün hakim olduğu bir kim-
lik fərqliləşməsi əmələ gəlməyə başlamışdır. Bunu nəzərdə tuta-
raq Ufuk Özcan yazır ki, ictimai tənəzzülə yol açan bu fərqliləş-
mə, Tənzimat Türkiyəsində olduğu kimi təməl qurumlarda və 
yaşam tərzində ikiləşmələr şəklində ortaya çıxmışdır. Bu vəziy-
                                                 
29
 Ufuk Özcan. Ahmet Ağaoğlu ve rol değişikliği (Yüzyıl dönümünde batıcı 
bir aydın). İstanbul, Donkişot yayinlari, 2002, s. 48-49. 


 
 
21 
yət, kimlik axtarışlarına yeni ünsürlərin əlavə olunduğu 1905-ci 
ildən sonra özünü daha bəlli bir şəkildə göstərəcəkdir. Rusiyanın 
idarəçiliyindən uzaqlaşma istiqamətindəki meyllər də bu dövrdə 
müşahidə edilmişdir. Başlanğıcda dini mesajlar da kəsb edən 
milliyyətçilik, getdikcə bu görkəmini itirərək türkçülüyə, türki-
yəçiliyə və azərbaycançılığa doğru istiqamət almışdır. Bəzi ziya-
lılar Rusiya vasitəsilə  qərbliləşmək yerinə  Tənzimat modelində 
bir qərbliləşmə təcrübəsinə üstünlük verməyə başlamışdılar. An-
caq bu təmayül də diqqəti çox çəkməmişdir. Azərbaycan 
mətbuatı çox müxtəlif təmayüllərin ziddiyyət nöqtəsi halına 
gəlmişdir
30

Ortaya çıxan digər bir meyl isə ənənəvi dindar əhalinin həyat 
tərzinə yönəldilmiş  tənqidlərdə özünü büruzə verməkdədir. Bu 
dövr Azərbaycanında məzhəb ayrılıqları  tənqidlərin birinci 
hədəfi halına gəlmişdi. Şiəlik əleyhinə düşüncələr, xüsusilə yerli 
burjuaziyanın dəstəyini alan islahatçı ziyalılar tərəfindən 
işlənməkdəydi. “Ağaoğlu kimi bəzi cədidçilərin məzhəb müna-
qişələrini ortadan qaldırma düşüncəsi, həqiqətdə din birliyini 
gerçəkləşdirmə yolunda bir iddiadan çox, yüz illərdən bəri fars 
kültürünə bağlı olan Azəri toplumunu bu kimlikdən təmizləmə 
düşüncəsidir. Bu kimlik təmizləndiyi və modern dəyərlər 
mənimsəndiyi halda cəmiyyət problemlərinin həll ediləcəyi 
inancı dilə gətirilmişdir”
31

Ağaoğlunun tarixi sünni-şiə ayrılığının ortadan qaldırılması 
yönündəki düşüncəsi, öz məqsədləri baxımından keçərli bir 
təmələ dayanırdı. Məzhəb ziddiyyətləri Azərbaycan türklərini 
beş yüz ildən daha uzun bir vaxt ərzində Osmanlı türklərindən, 
Krım, Volqa və Orta Asiya türklərindən ayırmışdı. Yeniləşmə 
səylərinin bu səbəblə, birinci növbədə islami qurum və ənənələr 
üzərində  cəmləşdirilməsi təsadüfi deyildi
32
. Yeni bir ictimai 
                                                 
30
 Ufuk Özcan. Ahmet Ağaoğlu ve rol değişikliği (Yüzyıl dönümünde batıcı 
bir aydın). İstanbul, Donkişot yayinlari, 2002, s. 49-50. 
31
 Yenə orada, s. 51. 
32
 Yenə orada. 


 
 
22 
kimliyin formalaşdırılması  şiə kimliyinin yenidən gözdən 
keçirilməsinə bağlıydı. Digər tərəfdən çarlıq idarəsi yüzillərdən 
bəri məzhəb ayrılıqlarını canlandıraraq və dini işlərin idarəçili-
yini mərkəzi qaydada öz strukturunda toplayaraq müsəlman 
əhalisini nəzarət altında saxlamışdı. Beləliklə, Rusiya müsəl-
manları birlik düşüncəsindən uzaq tutulmaqdaydı. Gerçəkdən bu 
şərtlər altında Ağaoğlu kimi milliyyətçi öndərlər Rusiyada, 
Türkiyədəkindən fərqli olaraq “ümmət-toplumdan millət-toplu-
ma məcburi tarixi keçiş” mövzusu yerinə “camaatdan millətləş-
məyə keçiş” mövzusuna üstünlük vermişlər.  İslahatçı ziyalılar 
camaatdan millətləşməyə keçiş ilə yeni kimliyin formalaşdı-
rılması qarşısındakı ciddi bir əngəlin ortadan qalxacağına 
inanırdılar. Bu səbəblə, onların dini işlərin idarəçiliyində muxta-
riyyət, məzhəb ziddiyyətlərinin həlli, mədəni muxtariyyət və 
hüquqi bərabərlik kimi tələblərlə  çıxış etmələri anlaşılan bir 
şeydir. Bu mənada, məsələn, Ağaoğlu müsəlman əhalinin kolo-
niya statusu və rusların Qafqazda məskunlaşdırılması ilə bağlı 
duyduğu narahatçılığı bir neçə  kərə çarizmin mərkəzi idarələri 
qarşısında qaldırmış  və azərbaycanlıların bir sıra hüquqi 
imtiyazlar qazanmasına çalışmışdır. 
Bununla belə, islahatçılıq hərəkatı Azərbaycan cəmiyyətində 
yeni münaqişələrin qaynağı olmuşdur. Bu hərəkatın Rusiya 
müsəlmanlarını bir araya gətirərək daha yüksək səviyyədə bir 
birlik yaratmaq yolunda ciddi bir cəhdi təmsil etdiyi söylənilə 
bilməz. Ufuk Özcana görə, hərəkatın panislamist olaraq tanıdı-
lan Ağaoğlu kimi liderləri belə, dindən bir jarqon kimi istifadə 
edərək gerçəkdə onun hüdudlarını göstərmişlər. Dinin modernist 
şərhinin inkişafı onların məqsədlərinə xidmət etmişdir. Ona görə 
də Rusiya müsəlmanları arasında birləşdirici olmaqdan çox, 
ayırıcı olmalarında təəccüb doğuracaq heç nə yoxdur. Bu 
islahatçı ziyalılar din duyğusunun milliyyət duyğusundan daha 
güclü olduğu bir cəmiyyətdə, yeni bir ictimai kimliyin formalaş-


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə