Microsoft Word Agaoglu-Kitab 2 a doc



Yüklə 15,62 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix23.08.2018
ölçüsü15,62 Mb.
#63888
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

 
 
44 
təmin edən və Həzrəti Məhəmmədə aid bu günə qədər gələn bir 
çox hədis və ənənə olduğunu xatırladır”
69

Qadınlar, əlifba və tərbiyə haqqında söylədiyi hər şey Ağaoğ-
lunun tam olaraq nə ilə maraqlandığını ortaya qoyur: Bəlli 
xarakterdə insanlar – o bunu təsvir etmək üçün fərd terminini 
işlətməkdədir – ictimai istehsal şərtlərinin yaradılmasını  təmin 
etmək. Beləliklə, mövzuya xitam verərək  Holly Shissler yazır: 
“Onun bu əsərini, xüsusilə, daha əvvəl Fransa dönəmində yaz-
dıqlarının işığında  şərh etsək, onun üçün karyerası boyunca 
önəmini itirməyən mövzulardan üçünün araşdırıldığını görərik. 
Bunlardan birincisi, fərdlərdən yaranan bir sivil cəmiyyətin 
inkişafı; ikincisi, birinciyə bağlı gördüyü, müsbət bir kollektiv 
kimliyin formalaşdırılması, üçüncüsü; ümumiyyətlə, islami 
mətnlər işlətmədən və ya sxolastik müddəalar sisteminə müra-
ciət etmədən təhlil etdiyi islam dininin bu ikisilə uyğunluğunu 
təmin etməkdir”
70

İslam dünyasının tənəzzül səbəblərindən biri kimi hesab etdi-
yi qadın və ailə məsələsinin həlli ilə müsəlmanların təkrar yük-
sələcəyini də bildirən Ağaoğlu, müsəlman aləmini yüksəldəcək 
qabiliyyətli gənclərin sağlam ailələrdə yetişəcəyini, lakin möv-
cud ailə quruluşumuzdan gözlənilən xilaskar fərdlərin çıxması-
nın imkansızlığını irəli sürmüşdür
71
. Ümumiyyətlə, ailə və qadın 
mövzusu təkcə Ağaoğlunu deyil, müasiri olduğu digər islahatçı 
mütəfəkkirləri də düşündürən əsas problemlərdən olmuşdur. Heç 
təsadüfi deyildir ki, İsmayıl bəy Qaspıralı da yeniləşmə ilə bağlı 
fəaliyyətində dillə yanaşı qadın probleminə də mühüm yer ayır-
mışdır. Onun prinsiplərindən biri də məhz türk qadınına azadlıq 
və kişilərlə  bərabər hüquqlar qazandırılması  uğrunda mübarizə 
                                                 
69
 A.Holly Shissler. İki  İmparatorluk Arasında. Ahmet Ağaoğlu ve Yeni 
Türkiye (Çeviren: Taciser Ulaş Belge), 1. Baskı.  İstanbul Bilgi 
Universitesi Yayınları, 2005, s. 235-236. 
70
 Yenə orada, s. 238. 
71
 Fahri Sakal. Ağaoğlu Ahmed Bey. Ankara:,Türk Tarih Kurumu Basımevi, 
1999, s. 137. 


 
 
45 
olmuşdur. İsmayıl bəyin “Qadınlar ölkəsi” adlı əsərindən bəhs 
edən Yusuf Akçura yazır ki, o, “Bu prinsipini də israrla və da-
vamla gerçəkləşdirmək istər. Onun gözündə millətin anaları, 
millətin birinci tərbiyəçiləri qadınlardır; qadınlar həyatı anlama-
yacaq olurlarsa, uşaqlarını  həyata qabiliyyətli olaraq yetişdirə-
məzlər. Millətin yarısı qadınlardır; onlar həyat və  fəaliyyətdən 
uzaq qalırlarsa, millətin həyat və fəaliyyəti də yarım qalır...”
72
.  
Amma  Ə.Ağaoğluna, başqalarından fərqli olaraq, sözdə  və 
fikirdə  təbliğ etdiklərini öz şəxsi həyatına və ailəsinə  tətbiq 
etmək imkanı da qismət olub. O, qadın hüquqları mövzusundakı 
düşüncələrini eyni zamanda öz ailə üzvlərinə də təlqin etmişdir. 
Onun ailə həyatı da bu düşüncələrinə uyğun ve tutarlı bir biçim-
də formalaşmışdır. Avropa tərzində yetişdirdiyi qızları Cümhu-
riyyət dövrünün qabaqcıl türk qadınları sırasında yer tutmuşlar. 
İstanbul Universiteti Hüquq Fakültəsinin ilk qadın tələbələrin-
dən olan böyük qızı Sürəyya Ağaoğlu, həm də Türkiyənin ilk 
qadın vəkili olmuşdur. İkinci qızı Tezər Taşkıran ailə qurarkən 
atası ondan (və kürəkənindən) ev əşyası, yoxsa təhsil almaq 
üçün Avropaya getmək istədiyini soruşmuşdu. Tezər və  həyat 
yoldaşı öz sahələrində irəliləmələrinə daha çox kömək 
edəcəyinə inanaraq Avropaya getməyə üstünlük vermişdilər. 
Tezər 1943-cü ildə Qarsdan CHP millət vəkili seçilmişdir. 
* * * 
  Beləliklə, Əhməd Ağaoğlunun “İslama görə və islamiyyətdə 
qadın”  əsərində qaldırılan problemlərlə bağlı  tədqiqatçıların 
elmi-tənqidi fikirlərindən doğan  əsas müddəaları ümumiləşdir-
məyə çalışdıq. Bu müddəalar (fikirlərdə  fərqli mövqelər ortaya 
qoyulsa da, elmi-tənqidi rəylər bütün məqamlarda üst-üstə 
düşməsə belə), bütövlükdə  Ağaoğlunun kimliyi, şəxsiyyəti, 
düşüncələri, idealları, məqsəd və məramı haqqında kifayət qədər 
obyektiv qənaətə gəlməyə əsas verir.  
Ə.Ağaoğlu, müasir genderologiyanın əsas prinsiplərini ehtiva 
edən bu əsərində, “qadın”ı islamın tərəqqisi və geriləməsinin 
                                                 
72
 Yusuf Akçura. Türkçülüğün tarihi. İstanbul, Kaynak yayınları, 2001, s. 72. 


 
 
46 
meyarı kimi verməkdədir. Ümumiyyətlə isə, Ağaoğlu bir çox 
sosioloqlar kimi dinə münasibətini əsas etibarilə tarixi aspektdə 
işləmişdir.  Şahnəzər Hüseynovun təbirincə desək,  Ə.Ağaoğlu 
“... onun (dinin – M.S.) bəşər həyatının nəinki mənəvi, habelə 
maddi tərəflərində oynadığı tam əhatəli rolunu, ictimai-siyasi, 
əxlaqi-hüquqi və s. funksiyalarını açıqlamaq, müəyyənləşdirmək 
yolu ilə gedərək orijinal baxışlar və qənaətlər ifadə etmişdir. O, 
araşdırmalarında çox doğru olaraq sosioloji, kulturoloji, sosial-
psixoloji və psixoloji amilləri Qərb-Şərq dixotomiyasında 
müqayisəli şəkildə verərək öz konsepsiyasının məramına uyğun 
praqmatik nəticələrə gəlmişdir”
73

XIX  əsrin sonu və XX əsrin  əvvəllərində  Ə.Ağaoğlu Azər-
baycanın ən fəal islamşünas alimi və publisisti olmuşdur. O, çap 
etdirdiyi elmi, publisist, ədəbi-tənqidi əsərlərinin böyük bir qis-
mində İbn Rüşd, Təbəri, Dante, Lüter, Konfutsi, Höte, Tolstoy, 
Nitsşe, Karleyl, Spenser kimi mütəfəkkir alimlərin zəngin 
irsindən istifadə yolu ilə islamın siyasi, ideoloji, etik, iqtisadi, 
hüquqi, fəlsəfi məsələlərinə toxunmuş, islam tarixinin ayrı-ayrı 
mərhələləri, epizodları, xilafətin Şərq və Qərbdə fəaliyyəti, pey-
ğəmbərlər, imamlar və s. haqqında mühakimələr yürütmüşdür. 
Bu  əsərlərin ana xəttini təşkil edən  əsas müddəa bundan ibarət 
idi ki, nə Quran, nə şəriət yeniliyə əngəl deyildir, ancaq bunların 
təbliğatçıları öz şəxsi mənfəətləri xatirinə müsəlmanlığa mədə-
niyyətlə bir araya sığmayan mahiyyət verməyə çalışmışlar
74
.  
                                                 
73
 Şahnəzər Hüseynov. Əhmədbəy Ağaoğlunun dünyagörüşü. Bakı, Azərnəşr, 
1998, s. 49. 
74
  Əhməd Ağayev.  Şiə dinində  məzdəki inancları (Fransızcadan çevirəni 
Hamlet Qoca). “Mədəniyyət dünyası”, X buraxılış, 2005, s. 57-62; Əhməd 
Ağayev. Avropa və aləmi-islam. “Каспий” qəzeti, 25 sentyabr 1903, № 
207;  Əhməd Ağayev. Nədən bu günlərə qaldıq?. “İrşad” qəzeti, 22 iyun 
1906-cı il, № 146; Əhməd Ağayev. Aləmi-islama bir nəzər. “İrşad” qəzeti, 
17 noyabr 1907-ci il, № 116; Qədim Mustafayev. XX əsrin  əvvəllərində 
Azərbaycanda islam ideologiyası və onun tənqidi. Bakı, Maarif, 1973, 296 
s.;  Şahnəzər Hüseynov. Əhmədbəy Ağaoğlunun dünyagörüşü. Bakı, 
Azərnəşr, 1998, 127 s. 


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə