Microsoft Word Agaoglu-Kitab 2 a doc



Yüklə 15,62 Mb.
Pdf görüntüsü
səhifə23/27
tarix23.08.2018
ölçüsü15,62 Mb.
#63888
1   ...   19   20   21   22   23   24   25   26   27

 
 
68 
Həbibə ərindən gizli islamı qəbul etmiş və digər müsəlmanlarla 
bərabər Həbəşistana qaçmışdı; və yalnız böyük nüfuz qazanmış 
Həbəşistan Nəcaşinin himayəsi onu ölümdən xilas etmişdi; bir 
çox əzab-əziyyətdən sonra o, Ərəbistana qayıtmış və atası Əbu 
Süfyanla peyğəmbərin evində rastlaşmışdır; atası, peyğəmbərin 
həmişə  əyləşdiyi xalıda oturmaq istəyəndə, Ümmü-Həbibə 
etiraz edib demişdi: “Orada əyləşmək olmaz!” Əbu Süfyan 
təəccüblə soruşmuşdu: “Nə üçün?” “Ona görə ki, bu xalının 
üzərində peyğəmbər Ulu Xaliqə ibadət edir və sən – bütpərəst 
– bu xalıda oturmağa layiq deyilsən”. “Qızım, belə görürəm ki
bu cadugər qadınların hamısını heyran etmişdir”, – deyərək 
Əbu Süfyan evi tərk etmişdir. 
Ömərin islamı  qəbul etdiyinə görə  də müsəlmanlar qadına 
minnətdar olmalıdırlar. Er.Renan, Əbülfətə istinadən, bu hadi-
səni belə  təsvir edir: “Ömərin islamı  qəbul etməsi haqqında 
rəvayət dini psixologiyanı  əks etdirən maraqlı bir səhifədir. 
Ömər müsəlmanların qatı düşməni idi. Onun alovlu qəzəbi o 
dövrdə gizlənməyə  məcbur olan müsəlmanları  hədsiz qorxu-
durdu. Bir dəfə o, hövsələdən çıxıb Məhəmmədi öldürmək 
qərarına gəlir. Yolda o, qohumu olan Noaimlə rastlaşır və 
Noaim, onun qılıncını görüb, haraya və nə məqsədlə getdiyini 
xəbər alır. Cavabı  eşitdikdə Noaim dilləndi: “Ehtiras səni 
bürümüşdür. Nə üçün səndən xəbərsiz dədə-babalarının dinin-
dən imtina etmiş öz ailə üzvlərini cəzalandırmırsan?” Ömər 
soruşdu: “Kimdir onlar?” “Sənin kürəkənin Səid və bacın 
Fatimə”, – deyərək Noaim cavab verdi. Ömər dərhal bacısı 
evinə yollandı. Bu zaman isə  Səid və Fatimə Quranın perqa-
ment vərəqində yazılmış  nəsihətlərinə qulaq asırdılar. Addım-
ların səsini eşidən (nəsihətləri oxuyan) adam otağın qaranlıq 
bir guşəsində gizlənir. Fatimə isə  vərəqi paltarının altında 
gizlədir. Ömər, otağa daxil olub soruşur: “Eşitdiyimə görə siz 
burada nə isə oxuyurdunuz?” “Xeyr! Sən səhv edirsən!” “Siz 
nə oxuyurdunuz? Bildiyimə görə, siz Məhəmmədin təriqətini 
qəbul etmişsiniz”. Bunu deyib, Ömər kürəkəninə doğru atıldı. 


 
 
69 
Fatimə özünü qabağa verdi və hər ikisi dedi: “Bəli, biz müsəl-
manıq. Biz Allaha və onun peyğəmbərinə inanırıq.  İstəyir-
sənsə, öldür bizi”. Ömər, sanki kor olmuş  və  qılıncını oyna-
daraq, bacısını yaralamışdı.  
Qadının qanını gördükdə o, dərhal yumşaldı. “Oxuduğunuzu 
mənə göstərin” – dedi. “Qorxuram ki, onu cırarsan”, – deyə 
Fatimə cavab verdi. Ömər and içir ki, vərəqi oxuyub qayta-
racaq. Bir neçə sətir oxuyandan sonra o çığırdı: “Nə gözəl söz-
lərdir! Nə ali sözlərdir! Deyin görüm, peyğəmbər haradadır? 
Mən indicə onun hüzuruna getmək istəyirəm”. 
Bu dövr müsəlman qadınlarının tipik nümayəndəsi Məhəm-
mədin qızı Fatimə idi. Onun yumşaq təbiəti, ailə sadiqliyi, 
ictimai nüfuzu, onu bütün dövrlər və bütün ölkələrdə qadınların 
idealına çevirir. Onun şəxsiyyəti ilə bağlı olayları biz hind 
yazıçısı Mir Əlinin həqiqi sənədlər  əsasında yazdığı kitabdan 
götürmüşdük
110
. Oğullarının ölümündən sonra Məhəmmədin 
bütün məhəbbəti qızı Fatiməyə doğru yönəlmişdi. Aldığı  tər-
biyə onu, dövrünün və vətəninin ən yaxşı tərbiyə görmüş kişi-
ləri səviyyəsinə yüksəltmişdi; xasiyyətindəki ciddilik və 
təvazökarlıq isə ötmüş illərin təsiri idi; on altı yaşında o, Əliyə 
ərə gedir. Onların bir-birinə bağlılığı, qarşılıqlı sevgi, uşaqları-
na məhəbbət indiyədək müsəlmanlar üçün ailə həyatının idealı 
olaraq qalır. Çox keçmədən bu kiçik gənc ailə öz sadəliyi və 
səxavəti ilə nümunə olmuşdur. Ev işlərini görərkən (ilk 
mədinəlinin qızı olmasına baxmayaraq, o, evə və uşaqlara özü 
baxardı) o, atasının davamçılarını və şagirdlərini heç vaxt unut-
mazdı. O, evinin həyətində adamlar qarşısında tez-tez çıxış 
edərdi. Bu çıxışların əksəriyyəti dövrümüzə çatmışdır və onlar-
da əks olunmuş fikir və hisslərin alicənablığı müasirlərimizi də 
heyran 7 Tc 9(r)2. r
k(inxz)-8(r)5(st(i)9 a)5nr
ı, ibtid ala-15m d a


 
 
70 
münasibət bəsləyirdilər və bu işdə Fatimənin nümunəsi mədi-
nəlilərin  əxlaq qaydalarına və adətlərinə güclü təsir göstər-
mişdi. Buranın qadınları puritan tipli qadınlar idi; onlar əməyə 
və ailəyə qarşı qayğıkeşliyi ilə Qədim Roma qadınlarını, yaxud 
son əsrin yeni İngiltərə qadınlarını xatırladırdı; onlar xəlifələrin 
və ya onların  şagirdlərinin çıxışlarını dinləmək üçün dəstə-
dəstə toplaşır, teologiya və hüquqşünaslığı öyrənirdilər; onların 
əksəriyyəti uşaqlarına özləri təlim verirdilər; məsələn, islamın 
ilk dövrünün məşhur hüquqşünası Rəbinin anası Raya kimi. 
İnkişafının ikinci mərhələsində, yəni  əməvilər və abbasilər 
dövründə, müsəlman qadını daha da tərəqqi etmişdi; onun şəx-
siyyəti və düşüncə tərzi mürəkkəbləşmişdi; əməvilər dövründə 
onun mənəvi tərbiyəsi kişilərlə bərabər şəraitdə baş verirdi. O, 
yalnız qanunları, dini və  “ənənələri” deyil, həm də poeziyanı, 
ədəbiyyatı, natiqlik sənətini və  xəttatlığı öyrənirdi; ümumiy-
yətlə bütün bilik sahələri onun maraq dairəsində cəmləşmişdi. 
Əməvilər Xişam və Valid dövründə ərəb qadınları heç bir ba-
xımdan kişilərdən geri qalmırdı; bu dövrdə elmə və ədəbiyyata 
maraq göstərən qadınlar yalnız ali təbəqə qadınları deyildi. 
Məşhur  ərəb yazıçısı  İbn Həllaq “Bioqrafik Ensiklopedi-
ya”sında şer improvizasiyası sənətində və natiqlikdə ad qazan-
mış  aşağı  təbəqələrə  mənsub olan bir çox qadınlar haqqında 
bəhs edir. Onların içərisində  Məhəmmədin qızı Fatimənin 
nəvəsi – İmam Hüseynin qızı Sükeynənin adı ilk növbədə 
çəkilməlidir.  İbn Həllaq onu “dövrün qadınları içərisində 
gözəllikdə, zəkada və xeyirxahlıqda birinci qadın” kimi təsvir 
edir. “Xəlifəlik dövründə  mədəniyyət” kitabının müəllifi  de 
Slane onun haqqında yazır: “O, öz dövrünün ən parlaq qadın 
simalarından idi; onun bilikləri, dərrakəsi və  nəcibliyi ona 
böyük hörmət qazandırmış  və  ən yaxşı  şairlər məsləhət üçün 
ona müraciət etmişlər”. Fransız  şərqşünası Perron isə yazırdı: 
La dame des dames de son temps, la plus belle, la plus 
gracieuse, la plus brilliante de qualites”. Yəqin ki, onun, öz 
müasirlərinə – həm kişilərə, həm də qadınlara – təsiri olduqca 


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə