Microsoft Word Agaoglu-Kitab 2 a doc



Yüklə 15,62 Mb.
Pdf görüntüsü
səhifə25/27
tarix23.08.2018
ölçüsü15,62 Mb.
#63888
1   ...   19   20   21   22   23   24   25   26   27

 
 
74 
bu evlər iki hissədən ibarət idi: kişi hissəsi – burada qəbul otağı 
və kabinet var idi və qadın hissəsi – bu hissə buduarlar, salon, 
qəbul otağı və qadının yataq otağından ibarət idi.  
Bu ikinci hissə hərəm adlanırdı. Fatimə Aliyə yazır: “Lakin, 
o dövrün hərəminin indiki hərəmlə heç bir əlaqəsi yoxdur, o, 
nə  İran andapununa, nə  də yunan ginekeyinə oxşayırdı; bu, 
daha çox, müasir Avropa xanımlarının salonlarını xatırladırdı; 
ev sahibəsi, cinsindən asılı olmayaraq, öz şəxsi dostlarını qəbul 
edirdi; o, burada, ərinə mane olmadan, məclislər təşkil edirdi. 
Kim idi bu ev sahibəsi? Ailədə və cəmiyyətdə qadın mövqeyi 
haqqında onun təsəvvürləri necə idi? Onu kimlər  əhatə edirdi 
və bu adamlara o necə təsir göstərirdi? Bütün bu suallara biz, 
bu qadınların bəzilərinin  şəxsiyyətini təsvir etməklə cavab 
verməyə çalışacağıq. Vəhşiliyinə görə  İbn Səffəxan (qaniçən) 
adı qazanmış ilk abbasi Əbül-Abbasın arvadı Ümmü Sələmə-
nin  ərinə  təsiri olduqca güclü idi; o, dəfələrlə  çılğın təbiətli 
ərinin qəzəbini məharətlə yumşaltmağa müvəffəq olmuşdu. 
Tarixçi Məsudi “Qızıl çöllər”  əsərində yazırdı: “Onun, ərinə 
təsiri o qədər böyük idi ki, əri, onunla məsləhətləşmədən, 
bəzən isə  hətta onun razılığı olmadan heç bir məsələyə dair 
qərar verməzdi. Başqa bir xanım – Heyzaran xəlifə Məhdiyə də 
təsir göstərməyə qadir idi. O, açıq-açığına imperiyanın idarə 
olunmasında fəal iştirak edirdi. Məhdinin adına  şərəf gətirmiş 
xeyriyyəçilik və elmi məqsədlərlə  təşkil olunan bir çox 
tədbirlər məhz Heyzaranın adı ilə bağlıdır; o, saray əyanları və 
dövlət xadimlərini,  şair və alimləri öz sarayında qəbul edirdi; 
xalq isə, köməyə ehtiyacı olan kasıblara qarşı xeyriyyəçiliyi və 
səxavətinə görə ona səcdə  qılırdı. Harun ər-Rəşidin arvadı 
Zübeydə və bacısı Abbasə də belə qadınlardan idilər. Zübeydə 
həm də öz ərinin yaxın qohumu idi. “Min bir gecə”dən başqa, 
onun həyat və  fəaliyyəti bir çox Şərq və  Qərb yazıçılarının 
diqqətini cəlb etmiş və onlar bu qadının tərcümeyi-halına dair 
çoxcildli  əsərlər yazmışlar. Biz isə burada onun həyatından 
əhəmiyyətli faktları  gətirməklə kifayətlənirik:  ərə getdikdən 


 
 
75 
dərhal sonra o, saraya bir çox alim, musiqiçi və yazıçıları cəlb 
etmişdi, onlar isə bu qadına Səyidə (xanım) adını vermişlər; o, 
kasıb şair və yazıçıların himayədarı kimi məşhurlaşmışdı. 
Bağdad şəhəri öz şöhrəti və əzəmətinə görə məhz bu qadına 
minnətdar olmalıdır: imkansız  əcnəbilər üçün tikilmiş karvan-
saralar, yoxsullar üçün pulsuz ictimai hamamlar, məscid və su 
kəmərləri onun səxavətinin nəticələri idi. Lakin o, geniş impe-
riyanın digər hisslərini də yaddan çıxarmırdı; hər yerdə dağıl-
mış ictimai binaları dərhal bərpa etməyə çalışırdı; onun təşəb-
büsü və bilavasitə  iştirakı ilə  çəkilən, indiyədək də mövcud 
olan Məkkənin içməli su kəməri onun adını  əbədiləşdirmişdi. 
Məkkənin sudaşıyanları indi də  şəhərin küçələrində “Eyni 
Zübeydə” (“Zübeydənin gözləri kimi şəffaf su”) bağıra-bağıra 
gəzirlər. Eyni zamanda Zübeydə öz sadəliyi ilə də fərqlənirdi; 
fəqir və kasıblar onun yanına maneəsiz gələ bilərdilər; o, bu 
adamları dinləyər, ehtiyacları haqqında xəbər tutar, mənəvi və 
maddi yardım göstərərdi.  Şərq yazıçıları  əsərlərində Zübey-
dənin həyatına aid bir lətifə gətirirlər. Harun ər-Rəşid arvadına 
əfsanəvi məhəbbət hissləri bəsləyirdi. Günlərin bir günü onlar 
ay işığında bağı  gəzərkən hisslərə qapılmış qadın  ərindən 
soruşur: “Su pərisini necə  təsəvvür edirsən?” Harun dedi: 
“Əgər sən su pərisindən gözəlsənsə, qoy üçqat boşanma bizi 
ayırsın!” Lakin, bunu deyəndən sonra o, özünə  gəlir və ciddi 
səhvə yol verdiyini dərk edir: qədim  ərəb  ənənəsinə görə, bu 
sayaq ifadə boşanmaya gətirib çıxara bilərdi. Ümidsiz hisslərə 
bürünmüş halda o, saraya gəlir. Lakin məşhur Bəhlul onu bu 
həyəcanlı  vəziyyətdən qurtarır: “Allah insanı bütün digər 
canlılardan gözəl yaratmışdır və sənin Zübeydən su pərisindən 
çox-çox gözəldir”. Yaxşılığı heç bir zaman unutmayan xalq öz 
himayədarları haqqında bu cür rəvayətlər yaradırdı.  
Abbasilər dövrünün digər məşhur qadını Harun ər-Rəşidin 
bacısı Abbasə idi. Zübeydə kimi savadlı, istedadlı və xeyirxah 
olmaqla, bu qadın həm də o dövrün tipik əxlaq qaydalarını 
özündə əks etdirirdi. Harun ər-Rəşid bacısını dəlicəsinə sevirdi; 


 
 
76 
Abbasə, Zübeydə ilə birgə, bütün təntənəli qəbullarda, alim və 
ədiblərlə qeyri-rəsmi söhbətlərdə xəlifənin yanında olmalı idi. 
Yuxarıda qeyd etdiyimiz kimi, İranın köməyilə Şərqdə mövqe 
tutmuş Abbasilər sülaləsi özünü fars mənşəli  əyanlarla  əhatə 
edib, sabiq fars Sasanilər sülaləsini bir çox məqamda təqlid 
edir, fars əxlaq qaydaları  və adətlərini  ərəblər içərisində yay-
mağa çalışırdı. Bu təsirlər Harun dövründə xüsusilə güclən-
mişdi; onun bütün nazirləri və saray məmurları farslar idi; 
onların içərisində  Bərməkilər ailəsi böyük nüfuza malik idi. 
Onlardan birinin – baş  vəzirin oğlu gənc sərkərdə  Cəfərin 
Abbasə ilə qarşılıqlı  məhəbbət hissləri oyanmışdı. Harun bu 
məhəbbəti hiss edib onların ehtirasını yüksək səviyyəyə 
çatdırmağa can atırdı. Onların hər ikisi sarayda yaşayır, demək 
olar ki, gündə görüşür, lakin bir-birinə yaxınlaşa bilmirdilər. 
Harun, öz ağlasığmaz qəddarlığını daha da artırır – onların ailə 
qurmağına o şərtlə icazə verir ki, sevgililər sonra da yalnız 
onun yanında görüşsünlər. Bu şərtin gənclərə  təsirindən bəhs 
etməyə də dəyməz. Harun ər-Rəşidin xarakterindəki bu cəhətin 
mənşəyini və  səbəblərini tarixçilər hələ  də müəyyən edə 
bilməmişlər; onlar yalnız bir şeyi başa düşmüşlər ki, gənclərin 
iztirablarından hökmdar böyük həzz alırdı. Onların dəbdəbəli 
və  zəngin toyu haqqında tarixçilər  ətraflı  məlumat verirlər; 
indiyədək də Şərqdə bu toy haqqındakı xatirələr xalq məsəlləri 
və deyimlərində qalmaqdadır. Lakin gənclər dözə bilmədilər: 
onlar xəlvətcə görüşdülər və Abbasə hamilə oldu; bu “cina-
yətin” izlərini ört-basdır etmək məqsədilə, dünyaya gəlmiş 
uşaq Ərəbistana göndərildi və orada böyüyürdü; bədxah adam-
lar isə susa bilmirdi – xəbər tezliklə  xəlifəyə çatdırılmışdı  və 
bu oxumuş müstəbidi ifadə olunmayan qəzəb hissi bürüdü; o, 
Cəfərin ölümə  məhkum edilməsini, atasının isə  həbsxanaya 
salınmasını  əmr etmişdi; nəticədə bütün Bərməkilər gözdən 
düşmüşdülər.  İndiyədək qalmış  Şərq atalar sözündə deyilir: 
“Xoşbəxtliyə bel bağlama – o, Bərməkilərə də xain çıxdı”.  


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə