Microsoft Word Agaoglu-Kitab 2 a doc



Yüklə 15,62 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix23.08.2018
ölçüsü15,62 Mb.
#63888
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

 
 
32 
qaynaqları islamiyyətin aldığı tarixi formalara bağlıdır, o halda 
ancaq islam cəmiyyətlərinə xas olan təməl qurumlarda lazımı 
islahatlar aparıldığı  təqdirdə problemlər həllini tapacaqdır. 
Ağaoğlu  əksər islamçı mütəfəkkirlər kimi bu düşüncələrin 
cazibəsinə qapılmış və bu xətti israrla müdafiə etmişdir. 
XIX  əsrin ikinci yarısından etibarən  suffragette  (sufrajizm  – 
XIX  əsrin II yarısı  və XX əsrin  əvvəllərində Böyük Britaniya, 
ABŞ, Almaniya və bir sıra digər ölkələrdə geniş yayılmış, 
qadınlara kişilərlə  bərabər seçki hüququ verilməsini tələb edən 
qadın hərəkatı)  adı altında Qərbdə meydana gələn və qadın 
haqları  uğrunda mübarizə aparan feminizm hərəkatı tezliklə 
Şərqin islahat tərəfdarı olan ziyalılarının da maraq dairəsinə 
daxil oldu. Qərbdəki bu dəyişiklikləri öz ictimai mühitləri 
baxımından  şərh etmə meylləri Osmanlı imperiyası daxilində 
olduğu kimi Azərbaycanda da müşahidə edilməyə başladı. Bu 
gedişlə qadın problemi müasirləşmə hərəkatının tərkib hissəsinə 
çevrilərək geniş müzakirə və çarpışmalara meydan açdı.  
Yeniləşmə  hərəkatının vüsət aldığı tarixi proseslərdə qadın 
problemi də diqqət mərkəzində idi. Qafqazda cədidçilərlə müha-
fizəkarların bu problem ətrafındakı çarpışmaları (tərəflərin 
baxışları arasında fərqliliklərlə yanaşı ortaqlıqlar da olmuşdur) 
uzun illər davam etmişdir. Problemi hər kəs qəbul edirdi, hamı 
qurtuluş yollarını arayırdı: bir cəbhə çarəni Avropada, digərləri 
ənənələrə  sədaqətdə görürdü. Mühafizəkarlar müasirləşmənin, 
cəmiyyətin tənəzzülünü sürətləndirdiyinə inanırdılar. Bir qisim 
cəmiyyətin siyasiləşməsi, digər qisim isə ictimai dəyərlərin 
siyasətə alət edilməməsi tərəfdarı idi. Şərqdə qadın haqlarını 
qaldıranların,  əsasən Avropada təhsil almış  və  həyat tərzlərini 
Qərbin həyat tərzinə uyğunlaşmış insanlar arasından çıxması da 
təsadüfi deyildi və Ağaoğlu da bu zümrəyə məxsus idi. 
İslamın ilkin dövrlərini ideallaşdıran Ağaoğlu, o zamanlar 
islamın cəmiyyətə dinamizm və  bəşəri ideallar aşıladığını, 
sonralar isə  tədricən kənar təsirlərin təsirilə  tənəzzülə  uğradığı 
mülahizəsini irəli sürür. O, bu mövqedən çıxış edərək islamın 


 
 
33 
mənfi təsirlərdən, artıq qarışıqlardan təmizlənməsini nəzərdə 
tutan bir islahata tərəfdarlıq edir. İslam tarixinin belə bir şərhlə 
təqdimatı arxasında dayanan həqiqi məqsəd isə  məhz Qərb 
yönümlü islahatlara zəmin hazırlamaqdan ibarət idi. 
Ağaoğlu islamda aparılacaq islahatlar nəticəsində, onun ilkin 
vaxtlarda olduğu (islamın “qızıl dövrü” adlandırdığı) vəziyyətini 
alacağına əminlik aşılayır. O, buna mane ola biləcək amillərdən 
birinin qədim  İran mədəniyyətinin qurum və  dəyərləri olduğu 
fikrində və türk qadınının mövqeyini zəiflədən, türk kültürünün 
inkişafının qarşısını alan əsas səbəblərdən birinin də  məhz bu 
olması düşüncəsindədir. Təbii ki, iranlı kimi çıxış etdiyi Fransa 
mətbuatındakı yazıları ilə müqayisədə bu mövqe təəccüblü 
görünür. 
Ağaoğlu ictimai nöqsanların səbəblərini dinin “özündən” çox, 
dinlə birlikdə ictimai həyata  əngəl olan sosial amillərdə axtarır 
və mövzuya dinşünas kimi deyil, daha çox sosioloq kimi yana-
şır. İslam aləminin tənəzzülünü dinin təməllərinə bağlamaması, 
ona bir sıra yönlərdən haqq qazandırmaqdadır. Bu mövzudakı 
təhlillərində o, islam dininin mövcud vəziyyətini xristianlığın 
vaxtilə yaşadığı analoji proseslə müqayisəli şəkildə araşdırır və 
tənəzzülün dinin mahiyyətindən qaynaqlanmadığına dair analitik 
mühakimələr yürüdür. Lakin o, bəzən fikirlərinin  şərhində heç 
də bütün amillərə toxunmur. Məsələn, geriliyin səbəbləri 
içərisində idarəçilərin məsuliyyətsiz mövqelərini önə  çıxardığı 
halda, islamın hansı ictimai və  cəmiyyətlərarası  şərtlər altında 
tənəzzül etməsi probleminə toxunmur. Qərbliləşmənin islam 
cəmiyyətinin yaşam qəliblərini dəyişməyə zorlaması faktının da 
daxil olduğu  şərtlərə daha çox diqqət yetirilməsinə ehtiyac 
duyulduğu halda, Ufuk Özcana görə, Ağaoğlu (islam tarixinin 
önəmli bir bölümünü rədd etdiyi və  cəmiyyətlərarası  şərtlərə 
diqqət yetirmədiyi üçün) bu dəyişimi müzakirə  və  şərh etməyə 
səy göstərmir ki, bu da subyektiv amillərin önə çıxarılmasından 
başqa bir şey deyildir. Məsuliyyətin yerli rəhbər kadrların 
üzərinə atılmasının arxa planında duran məqsədlərdən biri də, 


 
 
34 
yalnız qərbli kadrların ictimai inkişafa rəhbərlik edə biləcəyi 
görüşü ilə yaxından bağlıdır.  İctimai geriləmələrin məsuliy-
yətinin yerli siyasi kadrların üzərinə qoyulduğu zaman, prob-
lemin həlli formatının həmin kadrların təmizlənməsinə istiqa-
mətləndirilməsi  şübhə yeri qoymur. Həqiqətən də ötən  əsrin 
əvvəllərindən etibarən, islam dünyasının Osmanlı imperatorluğu 
və  İran kimi qabaqcıl ölkələrində yaşanan məşrutiyyət 
təcrübələri, müzakirə mövzusu olan kadr dəyişikliyi və Qərb ilə 
münasibətlərin yeni bir çərçivədə qurulması faktlarını da ortaya 
qoymaqdadır
50
.  
Çikaqo Universiteti Yaxın  Şərq dilləri və  mədəniyyətləri 
bölümündə çalışan tədqiqatçı  A. Holly Shisslerin  “İki  İmpa-
ratorluk Arasında. Ahmet Ağaoğlu ve Yeni Türkiye” adlı əsəri
51
 
Ağaoğlu, xüsusilə onun Fransa dövrü yaradıcılığı haqqında yeni 
təhlillər ortaya qoymaqdadır. O, qadın probleminə də toxunaraq 
yazır ki, “İslama görə və islamiyyətdə qadın” əsəri, İran cəmiy-
yəti ilə bağlı Fransada silsilə halında yayımlanan yazılarından 
daha uzun deyildi, amma tək bir mövzu ətrafında toplanmış 
olması  səbəbilə ondan fərqliydi və onunla müqayisədə daha 
tamdı. Bu əsərində  Ağaoğlunun bir aydın olaraq təmayül və 
inkişafı haqqında çox bilgi vardır. Müntəzəm olaraq və təfsilatlı 
bir şəkildə qadınlar haqqında yazmasına baxmayaraq, müəyyən 
mənada qadın mövzusuna müraciət etməsi, kitabının  ən az 
maraq doğuran tərəfidir. Qadınlar mövzusundakı görüşləri 
səmimi olmaqla birlikdə, uzun müddətdə Ağaoğlunun dünyagö-
rüşünə daha çox yaxın olan başqa mövzuların müzakirəsi üçün 
bir vasitə funksiyası görür. Holly Shissler  bu kitabda və 
Ağaoğlunun qadınlar mövzusunda Fransada yazdıqlarından üç 
önəmli fikri məqama diqqət yetirir: 
                                                 
50
 Ufuk Özcan. Ahmet Ağaoğlunun eserlerinde kadın ve aile teması. 
“Mədəniyyət dünyası”, XII buraxılış, Bakı, 2006, s. 73-74. 
51
 A.Holly Shissler. İki  İmparatorluk Arasında. Ahmet Ağaoğlu ve Yeni 
Türkiye (Çeviren: Taciser Ulaş Belge), 1. Baskı.  İstanbul Bilgi 
Universitesi Yayınları, 2005, 369 s. 


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə