Microsoft Word Agaoglu-Kitab 2 a doc



Yüklə 15,62 Mb.
Pdf görüntüsü
səhifə17/27
tarix23.08.2018
ölçüsü15,62 Mb.
#63888
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

 
 
50 
yətə asanlıqla tətbiq oluna bilməməsinin başlıca qüsurları da 
məhz bu səbəblərdə axtarılmalıdır. 
Bütün bu mübahisəli məqamların, ola bilsin ki, tədqiqatçılar 
tərəfindən hələ  gələcəkdə  də birmənalı  şəkildə qiymətləndiril-
məyəcək tarixi-mədəni təmayüllərin Azərbaycan xalqının milli-
mənəvi oyanışına və  tərəqqisinə hansı  dərəcədə  və  nə kimi 
effektiv təsir etməsindən asılı olmayaraq, XX əsri islam dini 
haqqında yeni, orijinal fikirlərlə qarşılayan, onun cəmiyyətin 
inkişafını  şərtləndirən, humanizm və tolerantlıq təlqin edən 
müqəddəs ruhi-mənəvi dəyərlər sistemi olduğunu elmi dəlillərlə, 
tarixi-müqayisəli üsullarla araşdıran  Əhməd bəy Ağaoğlu 
“İslama görə və islamlıqda qadın” əsərini, eləcə də sırf islama 
aid digər kitab və çoxsaylı  məqalələrini çap etdirməklə, islam 
dinini təhriflərdən və  qərəzli münasibətlərdən qorumağa çalış-
mışdır. Bu əsərlərin, Avropa elmi-nəzəri fikrinin yanlış təmayül-
lərinə təsir göstərmək cəhdləri ilə yanaşı, xalqımızın mövhumat 
və xurafatdan qurtulub islamın  əsl mahiyyətini  əks etdirən 
inanclara yiyələnməsində də praktiki əhəmiyyəti olmuşdur. 


 
 
51 
İSLAMA GÖRƏ VƏ İSLAMİYYƏTDƏ QADIN 
 
Feminizmin iri addımlarla irəlilədiyi dövrdə; mədəni ölkə-
lərin ictimai təşkilatlarının, görkəmli xadimlərinin qadının 
vəziyyəti haqqında düşündüyü vaxtda; Avropa və Amerikada 
mürəkkəbləşmiş sosial mühit patriarxal ailənin  əsaslarını 
dağıdıb qadınları kişilərin himayəsindən məhrum etdiyi, öz 
həyatı və gələcəyi haqqında düşünməyə vadar etdiyi zamanda; 
nəhayət, əsrlərlə qadının qula çevrilməsinin ədalətsizliyinin, ali 
həqiqətin dərk edilməsi və  nəticədə Avropa və Amerikada 
qadın haqları gündən-günə genişlənib kişilərin haqları ilə 
bərabərləşməyə doğru inkişaf etdiyi bir zamanda Asiya və 
Afrikada milyonlarla müsəlman qadınları ağır təzyiqlərə məruz 
qalıb nəinki ən primitiv insan hüquqlarından, hətta, güman ki
təbiət aləmində heyvan və bitkilərin sərbəst boy atma, havadan 
doyunca istifadə etmə hüquqlarından da məhrumdurlar. Bu 
baxımdan hindlilər onlardan xeyli mütərəqqi olan müsəlman-
ları qabaqlamışlar. Onların cəsur və alicənab novatorlarını 
qadınların vəziyyəti düşündürmüş  və mövhumatın qurbanları 
olan qadınların vəziyyətinin qismən yaxşılaşdırılması yolunda 
müəyyən irəliləyişlərə müvəffəq olmuşlar
82
. Hind reformatoru 
Malabarinin həyat və  fəaliyyəti – əqidəsinin müqəddəsliyinə 
inanıb haqq-ədalət yolunda çalışan adamın bütün çətinliklərə 
qalib gəlməsinin ali nümunəsidir. Lakin müsəlman qadınlarının 
ağır vəziyyəti güclü etirazın və əqidəli reformatorun meydana 
gəlməsi ilə nəticələnmir. Türk və Misir mətbuatında qadınların 
vəziyyətinə dair arabir narazılıqlar səslənir, bəzi cəsurlar hətta 
bu vəziyyətin ailədə  və  cəmiyyətdə acınacaqlı  nəticələr 
verməsi, bu vəziyyətin sağlamlaşdırılması, müsəlman qadınının 
onun zehni və fiziki imkanlarını  məhdudlaşdıran təzyiqlərdən 
azad edilməsinin labüdlüyü haqqında fikirləri səsləndirirlər. 
Lakin bu çağırışlar hələ ki, zəif, qətiyyətsizdir, onlarda çox 
vaxt birbaşa deyil, işarələr  şəklində böyük qeyd-şərtlər var. 
                                                 
82
 Contemporary Reveiw, Indian reformator Malabari. 


 
 
52 
Ona görə  də onların müsəlman cəmiyyətinə heç bir təsiri 
yoxdur və ola da bilməz. 
Onlar,  əlbəttə, müəyyən dərəcədə, Konstantinopol, Qahirə, 
Türk və Misirin digər  əyalətlərində qadın tədris təsisatlarının 
açılması, bir çox qadın alim və  ədiblərinin meydana gəlməsi 
işində müsbət rol oynamışlar
83
. Lakin bu proses avropalılarla 
müntəzəm ünsiyyətdə olan, “avropalaşmış” və öz ailə həyatını 
artıq avropasayağı quran müsəlman cəmiyyətinin ali təbəqəsi 
tərəfindən ciddi surətdə  məhdudlaşdırılırdı. Müsəlman qadını-
nın vəziyyəti haqqında danışanda isə biz, ilk növbədə, ali təbə-
qəyə  mənsub olan və  `a la frangui yaşayan adamları avara, 
mürtəd sayan, qadınlarını acınacaqlı  vəziyyətdə saxlayan 
müsəlman kütləsini nəzərdə tuturuq. Bu fakt müsəlmanların 
tam pozğunluğuna, onların içərisindən alicənab hisslərə  və 
əməllərə malik olan adamın meydana çıxmayacağına dəlalət 
ola bilərmi? İslam bir din kimi bu cür novatorlar üçün münbit 
şərait yarada bilərmi? Yaxud, əksinə, Maxundun
84
 – Volterin 
təbirincə desək, bu “ən yırtıcı bir adamın” təlimi ona etiqad 
edən adamları yalnız qaranlıq və  cəhalətdə saxlamağa qadir-
dirmi?
85
. Bu barədə iki fikir mövcuddur. Bir qayda olaraq, 
fikrini olduğu kimi bəyan edən, səbəb-nəticə  əlaqələrindən 
bixəbər olan geniş kütlə Qərbdə və bizim Rusiyada, müsəlman 
diyarında baş verən bütün hadisələrdə yalnız islamı günahlan-
dırır və guya, islam olmasaydı, orada bütün həyat başqa tərzdə 
qurulmuş olardı. Bu fikirdə olanlar düşünür ki, müsəlman 
xalqları heç bir mənəvi, yaxud sosial tərəqqiyə qadir deyillər. 
İslam dinini bütün bəlaların kökü sayan adamlar xalqların 
qurtuluşunu yalnız islamın yox edilməsində görürlər. Keçmişin 
zehniyyətinin qalıqlarından irəli gələn bu münasibət  əslində 
xalqın yaddaşında dərin kök salmış  Qərb ilə  Şərqin uzun illər 
                                                 
83
 Məsələn, Aliyə xanım və Fatma xanım (tarixçilər), Nazlı xanım və Nigar 
xanım (ədiblər). 
84
 Şekspir Məhəmmədi bu cür adlandırırdı. 
85
 Bax: Er.Renan. “Islam et la science”. 


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə