Microsoft Word Agaoglu-Kitab 2 a doc



Yüklə 15,62 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix23.08.2018
ölçüsü15,62 Mb.
#63888
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

 
 
53 
sürən mübarizəsi, dərin düşüncədən uzaq olan sadə adamın 
qarşısıalınmaz hesab etdiyi xristianlıqla islamın qarşıdurması 
haqqındakı xatirələrin inikası  və  nəhayət, Qərb ölkələrində 
yayılmış Bizans və latın antimüsəlman  ədəbiyyatının təsiridir. 
Bu baxımdan orta əsrlər, xüsusilə, xaç yürüşləri dövrünün 
ədəbiyyatının öyrənilməsi vacibdir. 
“Dəvələr çarvadarı”nın, “yalançı  ərəb peyğəmbəri”nin
86
 
şəxsiyyəti və  təliminin sadəlövh trubadur və minnezingerlərin 
komik parodiyalarını  eşidərkən adam istər-istəməz mat qalır. 
İfadənin səmimiliyi orta əsrlər dövrü avropalıların islama qarşı 
avam münasibətinin, Məhəmməd və onun təlimi haqqında hər 
bir yoldan ötəndən eşitdiklərinə  dərhal inanmasının təcəssü-
müdür. Peyğəmbəri buynuzlu şeytan, yaxud kütləni düz yoldan 
döndərən Antixrist simasında təsvir edirdilər. Türtenin hekayə-
sində o, Qüdsdə çox sevilən qızıl büt Maqom kimi göstərilir, 
bu bütün içindəki  şeytanların azadlığa çıxmasından qorxaraq 
Böyük Karl da onu dağıtmaq fikrindən dönmüşdü. Avropanın 
ən ali mütəfəkkirləri də bu cür avam təsəvvürlərin təsiri altında 
idilər. Dante öz “İlahi komediyası”nda Məhəmmədi qədim 
dövrün müdrikləri ilə birgə təsvir etdiyinə görə tonqalda həya-
tının bitməsindən qorxaraq, onu cəhənnəmdə – Fra Dolçino və 
Bertrano de-Born kimi nifaq salanların arasında yerləşdirmişdi. 
Məşhur italyan boyakarı və memarı Orkaniya Pizanın Kampo-
Santasında bütün dinlərə  bərabər sürətdə nifrət bəsləyənlərin 
sırasında Məhəmmədi, Averroesi və Antixristi təsvir edir. Bir 
sözlə, Er.Renanın dediyi kimi, orta əsrlərdə insanlar öz qəzəb-
lərini heç cürə uda bilmirdilər. Məhəmməd, dələduz, cüvvəlağı, 
dəvə oğrusu, əyyaş, papalığa yüksələ bilməmiş və buna görə də 
öz sabiq yoldaşlarından qisas almaq məqsədilə yeni din uydur-
                                                 
86
 Bax: “Histoire de la litterature française” de Lavalle, Kazan missionerlerinin 
nəşri, “Византийская  противо-мусульманская  литература”  и “Poesies 
populaires latines du moyen age” Edel du Meril.  


 
 
54 
muş adamdır
87
.  Əsrlər ötür, lakin ən ali mütəfəkkirlər belə bu 
cür fikirlərdən azad ola bilmir. Bibliander, Hottinger, Maraği 
və başqaları Quranı, yalnız onu təkzib etmək məqsədilə öyrən-
məyə başlayırlar. Leybnits və  Şekspir kütləni  əyləndirmək 
üçün islamın peyğəmbərinə lağ edirdilər. Volter yalnız “Maqo-
met” pamfletini yazıb, orada peyğəmbərin bir insan kimi 
xasiyyətinə və onun təliminə zidd olan 
 
Je dois regir en dieu l`univers prevenu, 
Mon empire est detruit, l`homme est reconnu 
 
sətirlərini yazdıqdan sonra papa tərəfindən bağışlanmışdı.  
Lakin hətta haqlı olaraq elmi tənqid  əsri sayılan XIX əsr 
mütəfəkkirlərinin təsəvvürləri bu cür aberrasiyalardan tam azad 
deyildi. 1829-cu ildə ingilis alimi Karl Forster din xadimlərinin 
bəyəndiyi iki cilddən ibarət  əsərində tam mənada ciddi sübut 
edirdi ki, Məhəmməd nə az, nə çox Daniilin öncəgörmələrinin 
səkkizinci hissəsində  təsvir edilən keçinin kiçik buynuzu idi, 
onun böyük buynuzu isə – papadır
88
. Şərqin, onun tarixinin və 
həyatının qərəzsiz,  əsl elmi mövqedən işıqlandırılması yalnız 
XIX  əsrin ikinci yarısında mümkün olmuşdur. Dəmiryol 
nəqliyyatının meydana gəlməsilə  Şərq ilə  əlaqələrin daha da 
möhkəmlənməsi, ticarət, sənaye və siyasət sahəsində meydana 
çıxan problemlər, tarixə və dinlərin öyrənilməsinə qarşı tənqidi 
münasibətin formalaşması Avropa alim və mütəfəkkirləri üçün 
nəinki dinlərə etiqad edən xalqların adət və  ənənələrinin 
yerindəcə öyrənilməsi, hətta onların müqayisəli təhlili, keçmiş 
dövrlərin sənədlərinə  əsasən dəqiqləşdirilməsi, dinlərdə baş 
verən evolyusiya proseslərini izləmək üçün imkan yaratmışdı; 
                                                 
87
Bax: Er.Renan. “Etude d`histoire religieuse”, həmçinin “Roman de 
Mahomet” F.Muchelet. 
88
 “Mahometism unveiled: an inquiru in wich that archneresy, its deffiesiun and 
continuance are examined an a new principle, tending to confirm the evidence 
and aid the propagation af the christian Faith”. By Charles Forester.  


 
 
55 
bundan  əlavə, dini dözümsüzlük və indifferentlik emosional 
münasibəti xeyli zəiflətmişdi; ötən əsrlərdə insanların inancları 
fanatizm və dini ədavətlə müşayiət olunurdu; özlərini ali həqi-
qətin yeganə daşıyıcıları hesab edən adamlar digər adamların 
bu cür iddialarına biganə qala bilməzdilər.  
Bu gün, dinlər emosional münasibət predmeti deyil, mənə-
viyyatın orijinal təzahürlərini  əks etdirdiyi üçün yalnız intel-
lektual maraqların obyekti olduğu bir dövrdə, heç bir qəsdi-
qərəzlik və parodiyanın meydana gəlməsi haqqında söz gedə 
bilməz;  şərqşünasın tədqiqatları kimyaçının laboratoriyada 
apardığı analizlərə  bənzəməyə başlayır; onun üçün bütün 
elementlər, bütün hadisələr eyni səviyyədə mühüm və eyni 
dərəcədə vacibdir; onu yalnız insan mənəviyyatı, onun yaradıcı 
gücü və qüdrəti heyrətləndirir. Ona görə heç də təəccüblü deyil 
ki, bu müxtəlif mənşəli alimlərin təsiri nəticəsində bu gün 
inkişafda olan şərqşünaslıq elmi bundan əvvəl Şərq dillərinə, o 
cümlədən Məhəmmədə  və onun yaratdığı  təlimə qarşı hökm 
sürən təsəvvürləri alt-üst etmişdir. Artıq, Məhəmməd Qüdsdə 
ilahiləşdirilən Maqom bütü, yaxud cəhənnəmə göndərilən 
Antixrist və ya Daniilin öncəgörmələrində  təsvir olunan keçi-
nin kiçik buynuzu simasında deyil, məhz öz yeni orijinal və ali 
ideyaları ilə dünyanı sarsıdan böyük islahatçı kimi təqdim 
olunurdu; o, öz təlimini papalığa əli çatmamış kardinal kədəri-
nin təsirilə deyil, ondan altı əsr əvvəl Böyük Müəllimin dünya-
ya bəyan etdiyi və onun səriştəsiz, lakin həddən artıq fəal 
şagirdləri tərəfindən (xüsusilə  Ərəbistanda) mənasız təhriflərə 
məruz qalan ali həqiqətin bərqərar edilməsi məqsədilə yarat-
mışdı. Bu tərəddüdlərlə dolu düşüncələr Quranın  ən təsirli 
hissələridir. İslamın peyğəmbəri, onu ilk dəfə Xristosun təlimi 
ilə tanış etmiş sabinləri necə də nəcib minnətdarlıq hissləri ilə 
xatırlayır. İsanın iztirabları haqqında, Onun mövludu, Məryəm, 
“İlahi ruh”un anası haqqında bəhs olunan yerlər elə  dərin hə-
yəcan, şəfqət və ehtiram ifadə edir, o qədər ülvi və əzəmətlidir 
ki, buna Quranın üslubunda nadir hallarda rast gəlmək olar. 


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə