Microsoft Word aliyeva nigar docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə27/28
tarix07.11.2017
ölçüsü0,69 Mb.
#8781
1   ...   20   21   22   23   24   25   26   27   28

 

 

83 



 

Ə

gər  hər  hansı  peşə-texniki  məktəbdə  plan  ilinin  əvvəlinə  oxuyanların  sayı 



2568 nəfər, plan ilində qəbul olunanların sayı 756 nəfər, plan ilində buraxılanların 

sayı 847 nəfər, plan ilində təhsildən yarımçıq gedənlərin sayı 114 nəfər olarsa, plan 

ilinin axırına oxuyanların sayı aşağıdakı kimi olacaqdır: 

P=Q+P-B-K=2568+756-847-114=3324-961=2363 nəfər. 

Hal-hazırda  peşə-texniki məktəblərlə yanaşı firmalar, birinci növbədə, sənaye 

kütləvi peşələr üzrə peşəkar kadrlar hazırlığının  mühüm mənbəyini təşkil edir. 

Bir  çox  siyasətçilər,  alimlər,  xüsusilə  demokratlar  azad  bazar  iqtisadiyyatı 

şə

raitində  mərkəzləşmiş  peşəkar  kadr  hazırlığının  və  onun  təhsil  səviyyəsinin 



yüksəldilməsinin qeyri mümkünlüyünü irəli sürürlər. 

Bu  fikrin  nə  dərəcədə  dürüstlüyünü  sübut  etmək  üçün  sosializm,  keçmiş 

SSR -nin,  deyil,  bazar  modelinə  əsaslanana  bir  sıra  ölkələrin,  o  cümlədən 

ngiltərənin  təcrübəsinə  müraciət  edək.  Hələ  keçən  əsrin  60-cı    illərin  ortalarında 

ngiltərədə  peşəkar  kadrların  hazırlanmasında  vahid  dövlət  siyasətin  həyata 

keçirilməsinə  cəhd  edilmişdir.  1964-cü  ildə  ngiltərədə  kadr  hazırlığı  haqqında 

Qanun  qəbul  edildi  və  bu  Qanunla  dövlət  firmaların  kadrlarla  təmin  olmasını  öz 

üzərinə  götürdü.  ABŞ-da  isə  belə  bir  Qanun  hələ  15  mart  1962-ci  ildə  qəbul 

edilmişdi.  ngiltərədə  sənaye  sahələri  üzrə  profilə  uyğun  vahid  kadr  hazırlığı 

sistemi  həyata  keçirilir,  perspektiv  tələbat,  o  cümlədən  əlavə  tələbat  müəyyən 

edilir.  1968-ci  ildə  Əmək  Nazirliyində,  Sənaye  üzrə  nazirliklərdə  və  digər 

Nazirliklərdə kadr hazırlığı ilə məşğul olan 31 idarə yaradıldı, istehsal təlimi üzrə 

Mərkəzi  Şura  təsis  edildi.  Müasir  dövrdə  sənayecə  inkişaf  etmiş  ölkələrdə  insan 

kapitalı  və  insan  kapitalına  investisiya,  bu  kapitalın  məhsuldar  kapital  olması 

doktrinası  geniş  yayılmışdır.  Bununla  əlaqədar  xərclərin,  o  cümlədən  təhsilə 

çəkilən xərclərin xeyli hissəsini yalnız firma və şirkətlər deyil, dövlət tərəfindən də 

ödənilir.  Dövlət  tərəfindən  müxtəlif  kadrların  təhsil  səviyyəsinin  yüksəldib  və 

müasir tələblara çatdırılması üçün müxtəlif maliyyə yardımı edilir. 




 

 

84 



 

Texniki 


tərəqqi 

ə

mək 



vasitələrinin 

və 


texnoloji 

proseslərin 

təkmilləşdirilməsinə,  bu  isə  öz  növbəsində,  işçilərin  əmək  fəaliyyətinə  və  onun 

məzmununa təsir göstərir. Peşəkar kadrların təhsil səviyyəsinin artırılması ixtisaslı 

işçi  qüvvəsinin  təkrar  istehsalının  mühüm  tərkib  hissəsi  təşkil  edir,  müxtəlif 

sahələrdə,  ayrı-ayrı  müəssisələrdə  elm  və  texnikanın  geniş  miqyasda  tərtib 

edilməsi az ixtisasla və ixtisas tələb etməyən işlərin azalmasına səbəb olur. Peşəkar 

kadrların  yenidən  hazırlanması  onların  təhsil  səviyyəsinin  artırılması,  əlavə 

biliklərin edilməsi və yeni peşələrə yiyələnməsi forrmasında olur. Onların yenidən 

hazırlanıb  və  müasir  tələbatlara  çatdırılması  yalnız  texniki  tərəqqi  ilə  deyil, 

müəssisələrin  hər  hansı  peşə  üzrə  kadrlara  tələbatının  konkret  səviyyəsindən  də 

asılıdır.  Firmalarda  işçilərin  ixtisaslarının  ardıcıl  olaraq  artırılması  istehsal 

proqramının  yerinə  yetirilməsinin  mühüm  şərtdir.  Peşəkar  kadrların  təhsil 

səviyyəsinin  müasir  tələblərə  çatdırılması  istehsal  güclərindən,  yeni  texniki 

avadanlıqlardan daha səmərəli istifadə etməyə imkan verir. 

Peşəkar fəhlə kadrların ixtisasının artırılmasının geniş yayılmış formalarından 

biri  istehsal-texniki  kurslardır.  Həmin  kurslar  fəhlə  kadrların  peşəsi,  təhsil 

səviyyəsi, iş stajı və ixtisas dərəcəsi nəzərə alınaraq təşkil olunur. Kurslarda təhsil 

müddəti  ən  çox  altı  ay  olur.  stehsalat-texniki  kursları  fəhlələrin  ixtisasını  və 

texniki  biliyini  artırmaq,  texnika  və  texnologiyanı  dərindən  öyrənmək  məqsədilə 

təşkil olunur. Ona görə də istehsalat-texniki kurslarda aparılan  təlimdə  müəyyən 

dərəcədə  mühəndis-texniki  hazırlıq  ünsürləri  vardır.  Bununla  əlaqədar  olaraq  

tədris məşğələlərinin əsas formasını nəzəri təlim təşkil edir. 

stehsalat-texniki  kursların  əsas  vəzifəsi  aşağıdakılardan  ibarətdir:  birinci, 

qabaqcıl  texnologiyaya  və  yüksək  məhsuldar  işləmə  üsullarına  yiyələnmək  üçün 

işçiləri  artırmaq  və  bunun  əsasında  onların  yeni  peşə  vərdişləri,  ümumtəhsil, 

texniki  və  xüsusi  biliklərə  yiyələnmələrinə  nail  olmaq;  ikincisi,  yeni 

avadanlıqların,  material  və  texnoloji  proseslərin  öyrənilməsini  təmin  etmək; 

üçüncüsü,  işçilərin  ikinci  peşə  və  bir  neçə  peşələrin  qovuşması  üzrə 



 

 

85 



 

təlimləndirilməsi  və  beləliklə  də,  texniki  tərəqqinin  yeni  şəraitinə  uyğun  olaraq 

onların profilinin genişləndirilməsi. 

Peşəkar kadrların təhsil səviyyəsinin müasir tələbatlara çatdırılması firmanın 

ə

mək  planının  tərkib  hissəsini  təşkil  edir  və  bu  həmin  müəssisələrin  tələbatından 



irəli gəlməlidir. Firmalarda işçilərin ixtisasının artırılması planını tərtib etmək üçün 

aşağıdakı məlumatları bilmək lazımdır: 

a)

  perspektiv il üçün peşəkar kadrların tələbatının hesablanamsı; 



b)

  gələcək  dövr  üçün  ayrı-ayrı  peşələr,  ixtisaslar  və  dərəcələr  üzrə  təbii 

azalma və müəssisədən gedənlərin sayının müəyyən edilməsi; 

c)

  işçilərin ixtisasının artırılması üzrə sexlərin sifarişi; 



d)

  ayrı-ayrı  peşə  və  ixtisaslar  üzrə  ixtisas  səviyyəsinin  yüksəldilməsinin 

müəyyənləşdirilməsi; 

e)

  işçilərin  istehsal-texniki  təlimi  üçün  lazım  olan  məsarif  smetasının  tərtib 



olunması  (məsrəflər  smetası  məhsulun  maya  dəyəri  hesabına  aparılır)  və 

gələcək il üçün istehsalat-texniki təliminin təqdim planının tərtib olunması. 

 Müxtəlif  peşələr  üzrə  məşğul  olan  kadrların    ümumiyyətlə  təhsil  

səviyyəsinin  yüksək  olması  çox  vacibdir.  Bu  istər  həm  fəhlə  kadrlar,  istərsə  də 

mütəxəssis, mühəndis-texniki, hər hansısa bitirmiş ixtisaslı kadr olsun. Hal-hazırda 

yüksək ixtisaslı peşəkar kadrlara getdikcə tələbat daha çox  artır. 

Firmalarda  perspektiv  dövr  üçün  peşəkar  kadrların  hazırlanması  ilə  onlara 

olan tələbat arasında üzvü əlavə vardır. Belə ki, peşəkar kadrların hazırlılıq planı 

həmin  kadrlara  olan  tələbata  əsaslanır.  Tələbat  əsasında  ayrı-ayrı  təhsil 

sistemlərində  ixtisaslı  peşəkar  kadrlarından  hazırlanması  miqdarı  müəyyən  edilir. 

Tələbat əsasında kadrların hazırlığı planı peşəkar üzrə və təhsili qurtaran ilin axırı 

üçün  müəyyənləşdirilir.  Bunula  əlaqədar  olaraq,  respublika  və  müəssisələr  üzrə 

ixtisaslı  kadrlar  balansı  tərtib  olunmnalıdır.  xtisaslı  kadrlar  balansı  istehsalatın 

tələbatı ilə həmin tələbatın ödənilməsi arasındakı əlaqənin yaradılmasının mühüm 

vasitəsidir.  Həmin  balans  kəmiyyət  və  keyfiyyət  baxımından  işçi  təkrar 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə