Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə140/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   136   137   138   139   140   141   142   143   ...   147

 

501 


QEYD VƏ ŞƏRHLƏR... 

 

1 

Kümdarlar  toxum  dirildikdən  sonra  təbəqələrə  sərib  evdə 

pürük verərlər. 

- Xırda doğranmış tut yarpaqları. Birdən durandan sonra küm 

damına köçürmək üçün bir adətə riayət edərlər - küm damında ke-

çən  sənədən  qalma  süpürüntüləri,  mizi  və  tozu  süpürüb  bir  qaba 

yığarlar və dan yeri ağarmamış obaşdan durub onu dört yolun ay-

rıcına çıqarlar.   



2

 Birinci yuxudan.  

Barama qurdunun ifrazatını. 



4

  Dallarına  baxmayaraq  evə  qayıdıb  ələttəcil  qurdu  küm  da-

mına (çardağa) köçürərlər. 

- Təcili şəkildə.  



5

  Bundan  əlavə,  dəstəmazsız,  qüslsuz,  qırxlı  arvad,  qırxlı 

uşaq, qırxa düşənlər üçün kümə daxil olmaq qəti surətdə qadağan-

dır. Bədnəzərə müqabi küm damının astanasında at, eşşək nalı ça-

xarlar... 

- Gözə qarşı. 



6

 ...bir düzüm göz mıncığı, balıqqulağı, maşaq dırnağı, dağda-

ğan toxumu, it nəcisi asarlar, baş tirinə at, mal və it kəllələri qon-

dararlar və qapısına bədnəzər duası yazıb yapışdırarlar. 

- Vaşaq. 

7

 Kümə baxan mütəxəssisi muzdur sifətilə saxladıqları zaman 

piş əz vəqt onun haqqında soraşıqlar apararlar ki, görək onun əlin-

də küm sönmək ittifaqı olubdurmu? 

- Qabaqcadan. 

8

 ...olmuşsa onu bədyümn hesab edib ətrafa qoymazlar. 

- Uğursuz, ağırayaq. 

9

 Əski üsulda qurda baxmağın məzzərrətindən, yeni qaydala-

rın gözəl nəticələrindən təfsilat üzrə göstərdim. 

- Zərərindən, ziyanından. 



10

  İşin  nəhayətində  məruzəni  dinləyən  atalardan  Hacı  Əsəd 

namında  bir  kişi  söz  aldı  və  guya  gözüylə  gördüyünü  danışmağa 



 

502 


başladı: “Mənim anam qurt toxumumnuzu hər il torbada ət qoynu-

na qoyub gəzdirərdi  və üç günün  müddətində papağlaşıb  mürcəsi 

çıxardı”.   

- Burada: balası. 



11 

Bir  gün  anamın  qoynunda  toxum  torbası  ola-ola  əyilib 

höyütdən su çıxardığı zaman torba qoynundan düşüb suya batar. 

- Əllə qazılmış və üstü örtülü su quyusu. 



12

 Bu iş cümləmizin fikrindən çıxar. 

- Hamımızın.    

13

 Bir vəqt höyütə su almağa gedənlər mayın axır zamanında 

görərlər ki, ağac meyvə həngi barama gətiribdir. 

- Kimi, təki (Qəbələ ləhcəsindədir). 



14

 Allahın təqdiriylə  nə cücü-mücü, nə qurt-quş onlara  muzu 

ola bilmədi! 

- Əziyyət verən. 



15

  Ağzı  əyrini  (Hər  şeydən  narazı  qalan  insan)  təndirə  saldı-

lar, didi: - Odun höyüşdü.  

 

- Şəki ləhcəsində “yaş” deməkdir. 



16 

Alma kürən, satma kürən, … 

- Sarıbəniz, sarı. 

17 

…illah da ki, qaşqa kürən. 

- Malın, atın alnında olan ağ ləkə, nişan, “tük” “Qaşqasınnan 

vurasan, it kimi gəbərər”. 



18 

Başımdan yalo qopdu.     

- Od, alov deməkdir. 

19 

Çərçinin xırda-xırda andı yığılıb eşşəyinə qənim olar. 

- Taxtanı yonmaq üçün xüsusi dülgər aləti. Çərçi yonqarı hə-

mişə dülgər tərəfə atır. Xalq arasında xəsis adamlara “çərçi”, “şa-

balıt”, yəni çərçi kimi xeyiri (yonqarı) öz qabağına ötürən, şabalıt 

kimi bərk, möhkəm və s.               



20

 Həttax-məttax diyir həbilədi.   

- Təkidlə, iki ayağını bir başmağa dirəyib, öz sözünü yeridir. 

21 

Həm ulaxdı, həm sulax. 

- İşə yarayan, işlək.  



 

503 


22

 Kiş batan kimi batdı. 

-  Şəki  rayonundakı  Kiş  və  Oxud  kəndlərinin  yağışdan,  dağ 

sellərindən batması tarixi: 

1

34, 



3

39-rəbiül-əvvəl 1217 (iyul 1802), 

2

30-1217  (1802), 



5

28-Şabanın  sonu  1217  (Dekabrın  sonu,  1802) 

Tarixi - on yeddidə oldu yağış, Axiri-Şabanül-müəzzəm sövtə get-

di Oxud ilə Kiş.  



23 

Qanana çivin sazdı, qanmiyənə nağara-qabal da azdı. 

- Milçək. 

24 

Lələ adamın bir dərdi, evladı olanın min dərdi olur. 

- Evladı olmayan (sonsuz) arvad, kişi.  

25 

Miyanaçının kisəsi gen olar. 

- Bəzi yerlərdə (Baş Zəyzit, Orta Zəyzit) Miyanda, miyanaçı, 

miyəndə də deyilir-kənd xidmətçisi, icraçı.   



26 

Sənəyə verə-verə güyümün bahası çıxdı. 

- Səhənk. 

27 

Yiyən darıxar, yimiyən çoruxar. 

- Çaşar, özünü itirər.  

28 

Xan  dəmirçini  yanına  çağırır,  ona  atları  üçün  dörd  min 

midbar hazırlamağı tapşırır. 

- Xırda mıx, xalq arasında “mıxı mismar eliyən Allah” deyi-

mi gəzir. Bu rəvayətdə “midbar” sözünün atı nallamaq üçün istifa-

də olunan mıx mənasında işlədildiyini də ehtimal etmək olar. 



29 

İyid qızın çox xoşuna gəlir, əldən buraxmaq istəməyib xəl-

vətcə ona deyir: 

- Oğlan, kötüyü parçalamağa tələsmə, qıxmıx-qıxmıx, talaşa-

talaşa, xırda-xırda əritməyə çalış. Onda yorulub əldən düşməzsən. 

- Xırda-xırda. 



30

 İki bacı vardı, böyüyünün əri rəncbər (əkinçi), kiçiyinin əri 

isə kümdar idi. 

- Barama yetişdirən. 

31

 Görürlər ki, gözləri açılmış kor uşaq qarğının ucunu şişlə-

yib, hovuzun dibinə batırır. 

- Qamış.   



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə