Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə143/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   139   140   141   142   143   144   145   146   147

 

510 


- “Sağalar” “şəfa” tapar sözü ehtimal olunur. “Sapa” çıxar sö-

zü  dünyasını  dəyişər,  dağın  ətəyi(nə), təpə(yə),  oradakı  qəbirsan-

lığa çıxar mənasında fərz etmək olar. 

62 

Biləcikli  Mədət  dayı  yonca  otu  çalıb,  qurudub,  qotmana 

yığmışdı ki, güclü yağış yağırdı.    

-  Biçilmiş  kiçik  ot  topası;  -  Bi  qotman  ot  yığmışdım,  geyif 

gördüm oğurriyitdilər.   

63 

Şəkinin  Kiş  kəndinin  sakini  Şəmi  kişi  müharibə  dövrü 

qəssab dükanından başayaq almaq istəyir. 

- Kəllə-paça.   



64 

Qaraqoyunlu lətifələri.  

- Şəkinin Qaraqoyunlu kəndlərindən biridir. 

 

 

65 

Şəkidə bir adam yaşayırdı. Ona camaat Dəli Mehdi deyirdi. 

O, həmişə  bazarda sakit-sakit gəzərdi: Dindirib danışdıranda  mə-

zəli söhbətlər edirdi.     

- Şəkidə məşhur baməzə olub.   

66

  Kiçik  oğlum  gah  yalan  danışır,  gah  da  doğru.  Həfrayi-

məssəf qalıram.       

- Avara, qeyri-müəyyən vəziyyətdə. 



67 

Ə,  rahatlanmağa  da  ananın  tumanınnan  yapışıb  gedirsən. 

Səndən  karvan-zad  soyan  olmaz…  Tez  işini  gör,  yuxum  gözüm-

dən tökülür. 

- Ayaqyoluna, tualetə getmək mənasında.   

68 

Molla deyir: Ay olaydı burda bir qab süttü aş. Yanının əz-

məsiylə.   

- Əzmə - Bişirilərək ət doğrayan  maşından keçirilən qara ci-

yər  və  quyruq,  duz,  istiot,  sarıköklə  ərinmiş  yağda  hazırlanır  və 

əsasən paxla-şüyüdlü plovun yanında verilir.    



69 

Yanının  kavabı  ilə,  yanının  oşarasiylə.  Vurasan  şapalağı, 

yağ süzülə aşağı əlindən.   

- Oşara - Gülab, süd, boymədərən, şəkər tozu qaynanmış suda 

həll edilərək hazırlanır.       

70

 Uzaq səfərdən gecə yarısı evə qayıdan kişi içəri girəndə iki 

nəfərin    pəncərədən  atılıb  qoyun  küzünə  girdiyini  görür  və  tez 



 

511 


qutanın ağzını bağlayıb arvadını haraylayır ki, tez bir pərdi dəyə-

nəyi gətirsin.  

- Mal qara saxlanılan yer, tövlə.  

71 

İki ləzgi keçəçi Qaraqoyunlu kəndlərindən birinə gəlir.   

-  Keçə-qoyun  yunundan  toxunub  yoğun  ağaclarla  döyülüb 

bərkidilən palaz növü.  



72 

Bu  minvalla  Sərkar  Məcid  çobanlarına  zülm  edər,  onlara 

qarın dolusu yemək yeməyə qoymurmuş. Çobanlar da onun acığı-

na sürünü yaxşı otarmır, arxacdan uzaqlaşan kimi bir dərəyə yığıb 

yatdırırdılar.    

- Arxac - qoyun-keçi saxlanılan yer.  



73

 Tiflis həkimi Monse və Samux qaçaqları.  

-  Əhvalatı  85  yaşlı  Tbilisi  vətəndaşı  Monse  söyləmiş,  Əşrəf 

Vahabov qələmə almışdır.  

74

 Bir gün Dağar Cabbar baytar kimi tanıdığı Şirəlidən 3 gir-

vənkə ət alanda deyər: 

- 409.5 qr.    



75 

Ay Şirəli, camışımızın balası quyruqdan gəlib.   

- “Tərs gəlib” anlamındadır. 

76 

Bir kişinin belindən yel tutur. O, 5-6 ay xəstə vəziyyətində 

qalır. Şəhərdəki ara həkimləri - mama Zəhra, həkim baba - hərəsi 

bir cür müalicə yolu göstərsə də, köməyi olmur. Dedilər ki, Çaq-

qal dərəsi adlanan yuxarı məhəllədə bir Hacı həkim yaşayır. Onu 

da gətirin.     

-  Təxminən  1920-1922-ci  illər  arasında  baş  verdiyi  ehtimal 

olunur.  Əhvalatı  söyləyən  90  yaşlı  Şirəli  baba  deyirdi  ki,  bunu 

nənəmdən, nənəmin qardaşlarından təkrar-təkrar eşitmişəm. Onun 

ağzından  eşidənləri  14  yaşlı  nəvəsi  Məmməd  qələmə  almışdır. 

Qeyd: şərhin müəllifi L.Vahabovdur.    

77

  Şəki  xanını  Dəhnə  kəndinə  qonaq  çağırırlar.  Həmişə 

olduğu kimi Xan Hacı Feyzi oğlu İlyası da özü ilə aparar.   

- Məşhur baməzə Hacı dayı nəzərdə tutulur.    

78

 Ədilxan İlisulu.     




 

512 


- Şəkidəki xanlardan biri idi. Ədil xan əvvəllər İlisuda, 1930-

cu ildən sonra Tiflisdə və Şəkidə yaşamış, 1950-ci illərin sonunda 

vəfat etmişdir.    

79 

Xanabad  körpüsü:  Şəki-Zaqatala  bölgəsinə  tərəf  ancaq 

Xanabad kəndindəki körpüdən keçmək olardı.    

-  Əhvalatı  Lütvəli  dayıya  atası  danışmışdır,  o,  103  yaşında 

dünyasını    dəyişmişdir.  

80 

Hacı Vahabın Məmə adında bir beyşüyür oğlu da vardı.   

- Tənbəl, avara, işə-gücə yaramayan.    

81 

Leyli qarı həyətdə xana qurub parça toxuyurmuş.   

- Şəkinin Çayqaraqoyunlu kəndinin Dalolu məhləsində yaşa-

yan Leyli qarı Tanrıverdi qızı igid qadınlarımızdan idi. O, məşhur 

Rəfiuşağı nəslindən idi. Rəvayət kimi el arasında söylənən hadisə, 

deyilənlərə görə 1945-ci ilin aprel ayında baş vermişdi. O, zaman 

Leyli qarı tamam  yaşa dolub qarımışdı. Qeyd: Bu şərhin  müəllifi 

L.Vahabovdur.    



82 

İ.Mustafayev  sakit  səslə  soruşur:  -  kişi,  maşına  mindiyin 

kənddənsən? (yəni Suçma kəndini nəzərdə tutur). Cavad kişi arxa-

ya baxmadan deyir: 

- Allah eləməsin, muğal olam, mən qaraqoyunluyam, tərəkə-

məyəm.  


Suçma  -  Su-çi-vin.  Vaxtilə  Su-çi-vin  Şəki  qəzasının  2-ci 

dairəsinə daxil idi. Kəndin sakinləri türklər idi. Türkləri isə muğal 

(moğal) adlandırırdılar. (indi də ləzgilər və d. etniklər yerli əhalini 

(türkləri)  muğal  adlandırırlar)  Daha  ətraflı  məlumat  üçün  bax: 

Ədalət Tahirzadə “Şəkinin tarixi qaynaqlarda” ss. 175, 183. 

83 

Molla Cuma. Həsən əminin öküzü Ustadnamə.     

1. “Həsən əminin öküzü” R.Rüstəmzadənin  “Aşıq rəvayətlə-

ri”ndə  verilib.  Lakin  həmin  variantda  ustadnamə  də  verilməmiş-

dir. İndiki variantda isə ustadnamə verilir, həm də bu, fərqli vari-

antdır. Dastan ustadnamədən əlavə 24 beytdən ibarətdir. 

2.  “Həsən  əminin  öküzü”  digər  variantda  “Molla  Cümə  və 

Dabbax”  adı  ilə  deyişmə  kimi  verilib.  Cəmi:  6  beyt  (bax:  Molla 

Cümə.  Əsərləri.  Toplayıb  yazıya  alanı  və  tərtib  edəni  prof. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə