Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə146/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   139   140   141   142   143   144   145   146   147

 

520 


Sincir divarlar uzun ömürlü olur, hətta bir neçə əsr “yaşaya” bilir. 

Sincir  divarlara  bir  qayda  olaraq  heç  bir  rəng  çəkilmir  və  kağız 

(oboy) yapışdırılmır. 

124 

Dolmabağçalar  şəhərin  ortasından  axan  Dəyirmançayının 

sahilində,  keçmiş  dəri  skladının  (anbarının),  yerində  inşa  edilmiş 

indiki  Şəhər  İcra  Hakimiyyətinin  inzibati  binasının  yuxarı 

tərəfindən 400-500 metrliyində məskunlaşmış böyük nəsildir.   

- İstanbuldakı Dolmabağça sarayı XIX əsrdə tikilib. 1844-cü 

ildə tikintisinə  başlanıb, 1853-cü  ildə  isə  başa çatıb. Dolmabağça 

sarayı  25  hektar sahədə  yerləşir. Sultan  Abdulməcid on  beş  il  bu 

sarayda yaşayıb. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Ka-

mal  Paşa  Atatürk  İstanbula  gələndə  bu  sarayda  qalır  və  xarici 

qonaqları da bu sarayda qəbul edirmiş. Saray 285 otaqdan, 46 sa-

londan ibarətdir. Onu da qeyd edək ki, Mustafa Kamal Paşa Ata-

türk 1938-ci ildə elə bu sarayda gözlərini əbədi yumub. 

“Dolmabağçalar” sözünün  maraqlı etimologiyası  var. Bu nə-

sildən  olan  Məhəmməd  XX  əsrin  əvvəllərində  Həcc  ziyarətindən 

qayıdarkən  işləmək  üçün  Türkiyəyə  gedir  və  oradakı  Dolmabağ-

çalar  sarayının  yanındakı  məhəllədə  məskunlaşır.  O,  bir  müddət 

sonra  oradan  Şəkidəki  ailəsinə  məktub  yazaraq  “Dolmabağça” 

ünvanını göstərir və bununla da nəslinə bu təxəllüsü “qazandırır”.  

125 

Otaq  eşiyi  məhəlləsində  şair  Hikmət  Ziyanın  nəslinə 

mənsub milli memarlıq üslubunda yerli ülkün daşı.., bişmiş kərpic 

və kirəclə tikilmiş ev vardır.   

- Kubik formalı yonulma çay daşı.  

126 

Bişmiş kərpic və kirəclə tikilmiş ev vardır.   

- Yerli tikinti materialıdır. Sementi əvəz edir. Dağların və qa-

yaların  xüsusi  daş  təbəqəsindən  hazırlanır.  Bu  təbəqədən  olan 

daşları xırda hissələrə parçalayaraq xüsusi dərin quyulara tökür və 

həll  olunana  (yumşalana  qədər)  “yandırırlar”.  Yandırılmış,  yəni 

artıq kirəc halına düşmüş daşların üstünə su tökərkən parçalanma 

prosesi başlayır. Hazır kirəc qumla qarışdıraraq möhkəmləndici və 

birləşdirici tikinti materialı kimi istifadə edilir.   



 

521 


127

 Bu arx vasitəsilə vaxtilə  şəhərin ərazisinin xeyli hissəsinə 

suvarma üçün su verilirdi. Buna “cohar” suyu da deyərdilər - H.Ə.    

128

 Gəncəli məhəlləsi. Şəhərin yuxarı hissəsində, Yuxarı Kar-

vansaranın qarşı tərəflərindəki yüksəklikdə yerləşmişdir. 

Şəkidə,  Gəncəli  məhəlləsində  doğulduğuna  görə  özünə  “Gən-

cəvi”  nisbəsi  götürmüş

 

şeyxülislam  Hacı  Şeyx  Həsən  Mollazadə 



Gəncəvi  (1853-1932)  doğma  türk  dilində  4  cildlik  “Zübdətüttə-

vatix” (“Tarixlərin seçməsi”) adlı möhtəşəm bir tarix əsəri yaradıb 

(I cild, Tiflis, 1905; II cild, Gəncə, 1909; III cild, Gəncə, 1913; IV 

cild, Gəncə, 1912) ki, həmin kitab istər müsəlman tarixini, istərsə 

də  Ön  Asiya,  Qafqaz  və  Azərbaycan  tarixini  öyrənənlərçün  indi-

nin  özündə  də  ən  dəyərli  qaynaqlardandı.  Onu  da  bildirək  ki,  bu 

əsər Mövlazadənin çoxlu kitablarından yalnız biridir. Bax: Ədalət 

Tahirzadə,  “Şəkinin  tarixi  qaynaqlarda”,  “Master”,  Bakı-2005, 

səh.7  Ə.N.Quliyev,  İ.M.Həsənov,  İ.V.Striqunov,  XIX  əsrdə  və 

XX əsrin əvvəllərində  Azərbaycanda tarix elminin  inkişafı, Bakı: 

Azərnəşr, 1960, s. 189.                                                                                                      

129

 Külehli  məhəlləsi. Bu  məhəllə  “Güleyli”,  “Gülehli”, “Gi-

ləhli” də adlanır.   

-  Giləkli  məhəlləsinin  yanması  tarixi:  5

54 

-  19  şaban  gündüz 



saat 8-də 1274 (4 aprel 1858), 3

47 


- 1274 düşənbə günü (1858), 2

44 


- 1277 (1858) bax: Ədalət Tahirzadə “Şəkinin tarixi qaynaqlarda” 

Maddeyi-tarixlər, səh. 223, Bakı, 2005, “Master” nəşriyyatı. 

Gülehli məscidi tarix və memarlıq abidəsi kimi qorunur.  

130,  131 

Kişi üçün arxalıq və arvat üçün çərdəni (labadanı) hər 

qadın sələfdən görüb bənimsəmiş və xalqa öyrətmişdi. 

-

 130 

Ləbbadə. 



131

 Özündən qabaqkılardan.  

132 

Bu diyin oyunu qızların ayəndə üçün  bir  biçin-tikiş  mək-

təbi mənziləsində idi. 

 

- Gələcək. 



133,  134,  135 

Ucu  alma  kimi  yumurulanıb  dəngi  səbəti  həngi 

arvadın başını möhkəm-möhkəm dutardı. Buna dingə deyərdilər. 



 

522 




133 

Meyvə  dərməkçün  çubuqdan  hörülmüş  qıfabənzər  iri 

səbət. 



134 



Dəngi səbəti kimi. 



135 

Dingə  əski  türkcəmizdəki  “təngə”  (pul)  sözündəndir; 

sonralar rus dilinə də “деньги” şəklində keçib.       



136 

Bu yüksəklikdə sarınmış dingənin mühəssənatı və gözəlli-

yi bundan imiş ki, guya sarığın qatları gərək sərrast dursun və hər 

qatı bir rəngə çalsın. 

- Gözəl cəhətləri. 

137

  Bu  formada  dingəni  qütəbbər  sarıyandan  sonra  qızıl  qar-

maqlı  boğazqabı  ilə  bəndləyib  iki  göz  kimi  qarmaqlar  dingənin 

ortasına sarınardı və sancılardı. 

- Səliqəli.  

138

 Müruri-dühur  ilə get-gedə arvatların dingələri  gödəlməyə 

başladı.  İmdi  bizim  ərrimizdə  isə  bir  yaylıq  ilə  başlarını  örtməyə 

arvatlarımız qənaət etmişlər.    

- Vaxt keçdikcə. 

139 

İkimcisi,  qadınlarda  çaşqur  və  ikibalaq  dar  zircamalar 

olardı ki, koçə bə halında yaşayanlara am minmək üçün qadına bu 

hal  çoq  əlverişli  idi.  Müqim  həyata  keçənlər  bu  fasondan  əl  çək-

dilər.  Zırcamanın  zahirisi  olqədr  fərqli  deyildir  -  iki  balaq  olmuş 

və taxtaları genişlənmişdir.  

- Oturaq.  

140 

Kişilərimizin  libasında  gözə  çarpan  dəyişiklik  papaq  for-

ması,  çuxa  qolları,  arxalıq  yaxası,  şalvar  lifəsi  kibi  şeylər  olması 

mülahizə edilir.    

- Nifə. 

141 

Lakin  şalvarın  bağını  çuldan  asmaq,  arxalıq  ətəklərini 

şalvara salmaq və qolların ağzını elçəkli geymək kibi adətlər imdi 

mərgub hesab edilmir, qəbahətdən sayılır.   

- Bəyənilmir, xoşa gəlmir.  

142

  Xaçmazda  toxunan  ipək  şaldan  şalvar  geymiş  qoca  ki-

şilərdən hali-həyatda vardır. 

- Oğuzun Xaçmazı düşünülür.  




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə