Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə144/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   139   140   141   142   143   144   145   146   147

 

513 


P.Əfəndiyev,  “Maarif”  nəşriyyatı,  Bakı-1995,  ss.  329,  330).  Bu 

mövzuda daha ətraflı bax: F.Çələbinin indiki Şəki folkloru antolo-

giyasına ön sözü.     

84

 Bir diləyim var dərgahımdan istərəm,  

İsmi olan o minbirə bağışla, yarəb.    

- Minbirə. Qur`anda ismi-əzən. 



85 

Biz ona ümmətik, o bizə ağa,    

Günahkar bəndəyik, düşdük ayağa.  

Ol hürü qılmana, səkkiz uçmağa,  

Şərabən təhürə bağışla, yarəb.  

- “səkkiz uçmağa”.    



86 

Şərabən təhürə axar cənnətə,  

Qismət olsun bir günahkar ümmətə. 

Beş vaxt qılınan fəzzi sünnətə,   

O Xeylətül Qədrə bağışla, yarəb.   

- Qədr gecəsi vaxtdır. Quranın 97-ci Əl-Qədr (Ramazan ayı-

nın 27-nə təsadüf edir) surəsinin şərhi: 

1. Biz Quranı qədr gecəsində bir dəfə lövhi məhfuzdan, sonra 

tədricən Peyğəmbərə iyirmi üç ilə nazil etdik. 

2. Qədr gecəsinin nə olduğunu bildirdik. 

3. Qədr gecəsi vaxtdır. Bu gecədə ibadət etmək - min ay ge-

cəsinin ibadət etməyindən yaxşıdır. 

4. Mələklər və cənab Cəbrayıl o gecədə Allahın izni ilə Yerə 

enərlər  və  həmsöhbət  olarlar,  xəlqin  ibadət  və  Quran,  tilavət  et-

mək səslərini eşidərlər. 

5.  Bu  gecə  salamatlıq  gecəsidir,  möminlər  o  gecə  ibadət  et-

diklərinə görə, bütün  məxluqat  şəfaət taparlar, o gecə  Allahtaala-

dan istədiyin sənə nəsib olar. 



87

 Turi Sina məsgən oldu Musaya,   

Əvvəli Adəmə, sonra Həvvayə, 

Yüz iyirmi dörd min gələn mövlaya, 

Xatəmül Muxtara bağışla, yarəb. 

- Yüz iyirmi dörd min peyğəmbər.  



88

 Molla Cuma ilə aşıq Könlünün deyişməsi.    




 

514 


-  Dillərdə  gəzən  rəvayətə  görə  Molla  Cuma  bu  deyişmədə 

Aşıq  Könlünün  timsalında  özü  ilə,  öz  Könlü  ilə  deyişir.  Bəzi  ki-

tablarda verilmiş “Molla Cuma və Aşıq Könlü” sərlövhəsindən də 

görünür  “Aşıq  Könlü”  ifadəsi  daha  düzgün  olardı.  Bu  fikrimizi 

M.Füzuli  adına  Əlyazmaları  İnstitutunun  Molla  Cumanın  əlyaz-

maları  əsasında  nəşr  etdiyi  “Molla  Cuma”  əsərləri,  I  cild,  Bakı-

2000 tamamlayır. Toplayanı, transliterasiya və tərtib edən, ön söz, 

izahat, qeyd və lüğətin müəllifi: Mövlud Yarəhmədov - filologiya 

elmləri doktoru. Elmi redaktoru Həmid Araslı, Akademik redakto-

ru  Paşa  Kərimov,  filologiya  elmləri  namizədi.  Bu  kitabda  da... 

“Deyişmələr” hissəsində “Molla Cuma və Könlü” göstərilir. Digər 

tərəfdən Carda Könlü (Könül) adlı aşığın yaşadığını və Molla Cu-

manın  müasiri  olduğunu,  onunla  deyişməsinin  şahidi  olanlar,  da-

nışanlar barədə məlumatlarımız yoxdur. 

Layisqili  aşıq  Əhmədin  dilindən  1937-ci  ildə  yazıya  alınmış 

hazırki deyişmə əvvəllər nəşr edilmiş variantlardan fərqlidir. Bax: 

Molla Cuma. Əsərləri. Toplayıb yazıya alanı və tərtib edəni: f.e.d., 

prof. Paşa Əfəndiyev, ss. 314-329. Azərbaycan Folkloru Antologi-

yası, VI, Şəki folkloru, II, Bakı-2002, ss. 379-395. Toplayanı, tər-

tib  edəni,  söyləyicilər,  toplayıcılar,  qaynaqlar  haqqında  məluma-

tın, qeyd və şərhlərin müəllifi: Hikmət Əbdülhəlimov.  

89 

Söyləyəni: Aşıq Əhməd, Nuxa rayonu, Layisqi kəndi. 

-  Aşıq  Əhməd  Vahab  oğlu  Qafarov  -  1913-cü  ildə  Nuxa 

rayonunun  Baş  Layisqi  kəndində  anadan  olmuşdur.  Bu  kənddə 

Molla yanında təhsil görmüş və sonra ailə vəziyyətinə görə sava-

dını artırmağa, oxumağa  imkan tapmamışdır. Uşaq vaxtından sö-

zə-saza  həvəsi olmuş, Molla Cuma kimi  bacarıqlı aşığın təsiri  ilə 

yetginləşmişdir. O, 1928-ci ildən peşəkar aşıqlığa başlayır. Molla 

Cumanın (əsas etibarilə) gözəlləmə, qoşma  və dastanlarını əzbər-

ləyib söyləmiş, tanınmağa başlamışdır. Aşıq Əhmədin ən çox oxu-

duğu və sevdiyi əsərlər Molla Cumanındı. O, Molla Cumanın bü-

tün  gözəlləmə,  qoşma,  ustadnamələrini  Nuxa  rayonunun  digər 

aşıqlarının  hamısından  yaxşı  bilirdi.  Hətta  Molla  Cumanın  bütün 



 

515 


deyişmələrini, onun dastanlarını da (Cəlalı Məhəmməd, Sayat bəy 

və Sayalı xanım) yaxşı bilirdi. Aşıq Əhməd kamil hafiz idi.   



90 

Qız. 


- Fərqli variant. Bax: M.Cuma əsərləri. Toplayıb yazıya alanı 

və tərtib edəni: f.e.d., prof. Paşa Əfəndiyev, ss. 225-226. 



91

 “Bey” - bəxtim açılsın asimana oynaşa Cəlal. 

-  Qaxlı  adlı-sanlı  həkim,  Molla  Cumanın  yaxın  dostu,  şeir 

ona ithaf edilib. 



92 

“Cim” Cəlil Cabbar, yandırmasın atəşə Cəlal. 

- Məhəmməd Peyğəmbərin (s.ə.) adlarından biridir.    

93 

“Zey” zəlil Zeynəb, beynəvalar basdılar ağrı sana.     

- Binəvalar. 

94 

“Hey” fələk faş eyləmiş külli Gürcüstana adın. 

- Yaymış, şöhrətləndirmiş.  

95 

Molla Oruc (XVIII-XIX).    

-  Doğum  və  ölüm  günü  dəqiq  məlum  deyil.  Molla  Cumanın 

babasıdır. (atasının  atası)  ilk  əldə olunan  şeiridir. Şeir  Molla  Cu-

manın nəvəsi Mövlud Əzizov tərəfindən Layisqili Aşıq Məmməd-

dən  yazılıb.  Babayev  Məmməd  Oruc  oğlu  (Aşıq  Məmməd)  - 

1921-ci il, Şəki rayonu, Baş Layisqi kəndi. Natamam orta təhsilli.    

96 

Burşlu qızı. 

Vaxtsız getmə, qayıt, 

Gedək bizə Burşlu qızı. 

Bacardığım hörməti, 

Qıllam sizə, Burşlu qızı. 

- Dağıstanın Baş Layisqiyə ən yaxın kəndidir. Baş Layisqidən 

dağ yolu ilə həmin kəndə 10 saatlıq məsafədə yerləşir. Atla və ya 

piyada getmək mümkündür. 

97 

Layiqmi ordan gəlib,    

Çəkib mənə dağ gedəsən. 

Amandı gəl görüşək,  

Sən də keyfi çağ gedəsən.  

Qılaram mavaza sənə, 

Sən də üzü ağ gedəsən.   



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə