Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə142/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   139   140   141   142   143   144   145   146   147

 

507 


“Azərbaycan Demokratik Respublikasının ilk Baş naziri olmuş 

Fətəli  xan  Xoyskinin  ikinci  babası  Cəfərqulu  xan  Dünbüli...  Fətəli 

şah  rejimi  ilə  çəkişdiyinə  görə  qohum-əqrabası  və  qoşunu-cəmi  12 

min nəfər, o cümlədən 2 min erməni ilə Şimali Azərbaycana gəlir. O, 

...Şəki xanı təyin edilmiş və ona general-leytenant rütbəsi verilmişdir. 

Xan Xoyski  soyadını  Cəfərqulu  xana Sisyanov  vermişdi. Cəfərqulu 

xan  indiki  Cəfərabad  (bu  kənd  onun  şərəfinə  Cəfərabad  adlandı  - 

H.Ə.)  kəndini  bina  edir,  erməniləri  isə  yaxınlıqdakı  Göybulaq, 

Daşbulaq,  Şirinbulaq,  Aydınbulaq  adlanan  yerlərdə  məskunlaşdırır. 

... Rəvayətə görə, Cəfərqulu xan öz bağında atına ağacdan dərdiyi 

xurmanı  yedirtdiyi  vaxt  öldürülmüşdür”.  (Azərbaycan  folkloru 

antologiyası. VI kitab. Şəki folkloru, II cild. Toplayan və tərtib edən: 

Hikmət Əbdülhəlimov. Bakı: Səda, 2002, s. 141). 

Şərhə əlavə: Çox ehtimal ki, yuxarıda qeyd olunan Göybəyli 

kəndi indiki Göybulaq kəndidir. 

41

 Bi günü bi nəfər gəldi yanıma, didim xeyir ola, didi iş yeri 

axtarıram, vəziyyətim canadı, didim iş yeri məndə. 

- Canadı sözü - pisdir, ağırdır mənasında işlədilir. 



42 

Bizə  bunu  apardım,  didi  işin  nədi,  didim  qandax  qazmax, 

beyağı qandax olutdu. 

- Qandax - dayaz, kiçik quyudur. 



43

  Ot  bitməyən  bir  səhrada  dəvə,  eşşək  və  qoyun  bir  bafa  ot 

tapır.   

- Bir neçə yava (yavalıq) ot. 



44 

Qarı  oğlanların  himayəsilə  həmin  evdə  bir  müddət  rahat 

yaşayır,  özünə  məşğuliyyət  tapırdı:  Dirlik  edir,  mala  baxır,  kürd 

basdırır, cücə böyüdür.    

- Göyərti yetişdirilən yerə dirlik deyilir. 

45 

Qarı deyir: 

- Xoş gəlmisən, çaqqal qardaş. Sən gəlib xırda-xırda cücələri 

aparırsan. Qoy cücələr böyüsün. Səninlə belə şərt kəsirəm: get, 4-

5 aydan sonra gəl, cücələrin yarısını öz əllərimlə tutub sənə verim, 

yarısı  da  maa  qalsın.  Beləcə,  qarı  çaqqalla  qəbalə  bağlayır.  Hər 

ikisi qol çəkir. 



 

508 


- Qəbalə - müqavilə deməkdir.   

46,  47 

Kişi  oğlunun  yataq  otağının  lənpəsində  qəndil  asmaq 

üçün asqı qoyutdurur.   

- Ləmpə-tavan - Qəndil-çilçıraq.  



48

  Curları  təzədən  bir-bir  yığışır,  Soyuqbulaqda  elədiklərini 

zarafata  yozurlar. Guya çıxıb gedəndən  az sonra  qaytarmaq üçün 

onun dalınca çıxıblar, amma heç yerdən tapmayıblar. Beləcə, oğ-

lanın saqqızını oğurlayırlar. 

- Aldadırlar, başdan çıxarırlar.    



49

 Sonra  məşhur  bir qumarbazın sorağına düşüb ardınca  yol-

lanır.  Bu  adam  filan  şəhərdəki  filan  hamamda  ocaqçı  işləyirdi. 

Qardaşlar ora yetişib görürlər ki, hamamın külxanasında kasıb bir 

adam oturub. 

- Odunla qızdırılan hamamlarda odun külü yığılan yer.  



50 

Ortancıl qardaş deyir:   

- Çaxır vəqf yerin üzümündən düzəldilib. 

 

- Məzarlıq, qəbiristanlıq. 



51 

Əvvəl  ev  sahibini  danışdırırlar.  Onu  məhlə  barısını  çox 

hündür tikdirməkdə taxsırlandırırlar. Kişiyə deyirlər:    

-  Sənin  qəsd-qərəzliyin  olmasaydı  barını  elə  hündür  tikdir-

məzdin. Bu biçarənin da qıçı sınmazdı. 

- Barı - həyət divarı. 



52

 Keçəl də özünü təmizə çıxarmaq məqsədilə diyir:    

- Mən də fındığı bazarda bir qışdaxlıdan almışdım.  

- Qışlaq Şəki şəhərinin aşağı hissəsidir. Şəhərin yuxarı hissə-

sinə  nisbətən  xeyli  isti  relyefinə  görə  Qışlaq  adlanır.  (Yaylaq 

sərinləmək  üçün,  qoyun-quzunu  istidən  xilas  etmək  üçün,  Qışlaq 

isə isti relyefinə görə qışlamanı keçirmək üçün əlverişli sayılır).   

Bir gün keçəl kosaya deyir: 

-  A  kosa,  istəyirsən  işlərimizi  dəyişə-dəyişə  günümüzü  başa 

vurax.  


53 

Adam həmişə işləyəndə də, işləməyəndə də yorulub tıncıxır. 

- Bezikir, bezir.      



 

509 


54

  Kosa  malı  ağıldan  çıxaran  kimi  öküz  dartıb  qaçmağa 

hazırlaşır, kosanı kürsü qarışıq yerə yıxıb dalınca sürüyür. 

- Mal-qara saxlanan yer, tövlə.    



55

 Razılaşırlar. Çardağa çıxıb töylənin tavanını sökürlər. Kosa 

keçələ deyir:    

-  Öküzü  kəsmağa  sən  yaxşısan.  Düş  öküzü  kəs. Əvvəlcə  bir 

budunu  özünnən  ötrü,  sonra  o  biri  budunu  mənnən  ötrü  kəndirin 

ucuna bağlayarsan. Yuxarı qaldırram. Axırda da kəndiri belinə sa-

rıyarsan, səni dartıb çıxardaram. Şələlənib gedərox. 

- Dalımıza yükləyib.    



56 

Mirzə Abdulcabbar doktor Ocaqovun yaxın dostu idi.     

-  Adlı-sanlı  həkim,  həm  də  xeyirxah,  humanist  insan  kimi 

tanınırdı. Görkəmli kino rejissoru Rasim Ocaqovun atasıdır.     



57 

Yetim oğlu Ovçu doktor ilə dost olduğundan tez-tez onun 

yanına gedər, hal-əhval tutardı. 

-  Şəkidə  onkoloji  dispanserin  baş  həkimi  idi,  dadlı-duzlu 

yumoru və zarafatları ilə ad çıxarmışdı.     

58 

Bir dəfə kimya dərsində müəllim Qabardin oğlundan soru-

şur: – Mənsur, de görüm suyun düsturunu necə yazmaq olar? 

- Bu ləqəblə tanınan nəsil vaxtilə Kabardin-Balkardan gələrək 

Şəkidə  məskunlaşmışlar. Onlara  “Kabardinlər”,  “Kabardin oğlu”, 

“Kabardin-Əlyəsər”,  “Kabardin-Ələsgər”  deyə  müraciət  edirlər. 

Həmin nəsildən olan “Əbicəbicə” Ələsgər və Mənsur sürücü işlə-

yirdilər. “Kabardinoğlu”nun lətifələri Mənsura aiddir. 



59 

Baş Göynüklünün yolu Xaldan tərəflərə düşür. 

- Şəkinin ən böyük kəndlərindəndir. Aşıq Camal, Aşıq İsma-

yıl,  Aşıq  Əhmədiyyə  bu  kəndin  sakinləri  olublar.  Özünəməxsus 

dialekti və folkloru ilə tanınır.   

60,  61 

Yeşil dayının qonşusu bərk xəstələnir. Gedir qonşusunu 

yoxlamağa.  Çıxanda  xəstənin  arvadı  Yeşil  dayıdan  soruşur  ki, 

Yeşil  dayı,  bunnan  gözün  nə  alır?  Yeşil  dayı  deyir  ki,  bacı, 

narahat olma, iki günə ya tapa çıxar, ya sapa. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə