Microsoft Word ashabanov236. doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#36027
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

 

 

45 



cü ild  xidm t sah l rin  investisiya qoyulu lar n n h cmi 2000-ci il  

nisb t n t qrib n 25,7 d f  artm

d r.  

Bel likl ,  ölk d   istehsal  infrastrukturunun  inki af nda  neft 



sektorunun rolu həm birbaşa, həm də dolayı təsirə malik olmuşdur.  

Dövlət büdcəsinin və əhalinin gəlirlərinin artması elektrik enercisi, qaz, su və 

istilik təhcizatının, rabitə və informasiya kommunikasiya texnologiyaları sahələrinin  

inkişafına əhəmiyyətli təsir göstərmişdir. Belə ki, son illərdə energetika, qaz, su və 

istilik  təhcizatı  şəbəkəsinin  yenidənqurulması  bu  sahənin  səmərəliliyini  artırmaqla 

yanaşı,  bu  xidmətlərdən  istifadənin  əlyetərliliyni  artırmışdır.  2004-2013-cü  illər 

ə

rzində 4234 km kabel və 4001 km elektrik verilişi xətləri çəkilmiş, 632 transfor-



mator məntəqəsi tikilmiş, 22 yarımstansiya quraşdırılmışdır. Görülmüş işlərin dava-

mı olaraq hesabat ilində 780 MVt gücündə “Cənub”  stilik, 25 MVt gücündə Taxta-

körpü,  “ smayıllı-1”  və  “Göyçay-1”  su  elektrik  stansiyaları  istifadəyə  verilmişdir. 

Qeyd  edilən  dövrdə  27315,4  km  qaz  xətti  çəkilmiş  və  yenidən  qurulmuş,  27  qaz 

paylayıcı  stansiya  və  məntəqə  quraşdırılmış  və  əsaslı  təmir  olunmuş,  662  yaşayış 

məntəqəsi  qazla  təchiz  edilmiş,  264  poçt  şöbəsi  binası  tikilmiş,  307  yeni  elektron 

ATS  istismara  verilmiş,  456  ATS  rekonstruksiya  edilmiş,  telefon  şəbəkəsinin 

tutumu 117954 nömrə artırılmışdır. Bu sahədə görülmüş işlər və həyata keçirilmiş 

islahatlar  nəticəsində  bölgələrdə  hər  100  ailəyə  düşən  telefon  aparatlarının  sayı 

artaraq 48,1 ədədə çatdırılmışdır. 2006-cı ildən bütün ölkəni əhatə edən 10 qiqabit 

sürətli magistral rəqəmsal “AZDATAKOM” şəbəkənin qurulmasına başlanılmış və 

hazırda bütün rayonlar bu şəbəkəyə qoşulmuşdur. Belə ki, 2013-cü ildə ölkədə hər 

100 nəfərə düşən kompyuterlərin sayı 2009-cu ildəki 12 ədəddən 23 ədədə çatmış, 

hər  100  nəfərdən  70  nəfəri  internet  istifadəçisi,  50-si  isə  genişzolaqlı  internet  is-

tifadəçisi olmuşdur. Ölkədə nəqliyyat infrastrukturunun yenidən qurulması çərçivə-

sində Qobustan-Xilmilli, Tovuz-Qovlar-Ağbaşlar, Şabran-Pirəbədil-Zeyvə və digər 

kəndlərarası  avtomobil  yolları  beynəlxalq  standartlara  uyğun  şəkildə  tikilmiş  və 

yenidən  qurularaq  istifadəyə  verilmişdir.  Dövlət  Proqramına  uyğun  olaraq  bu  isti-

qamətdə  görülən  işlərin  sürətləndirilməsi  məqsədilə  son  beş  ildə  Azərbaycan  Res-

publikası  Prezidentinin  müvafiq  sərəncamları  ilə  200  milyon  manata  yaxın  vəsait 




 

 

46 



ayrılmış, 1104 yaşayış məntəqəsini birləşdirən 1 milyon 698 min 746 nəfərin yaşa-

dığı 1300 km-dən çox kəndlərarası avtomobil yolu tikilmiş və yenidən qurulmuşdur. 

Son illərdə iqtisadiyyatın yüksək templərlə artımı ilə yanaşı, ölkənin artan ticarət 

ə

laqələrinin təmin olunmasında müasir tələblərə cavab verən avtomobil yolları şəbəkə-



sinin yenidən qurulması istiqamətində işlər mərhələli şəkildə davam etdirilmişdir. 2009-

2013-cü  illərdə  164  ədəd  yeni  körpü  və  tunel  inşa  edilmiş,  1103  km  respublika  əhə-

miyyətli, 1914 km yerli əhəmiyyətli avtomobil yolları tikilmiş və yenidən qurulmuşdur.  

Son illərdə boru kəmərlərinin və avtomobil yollarının uzunluğu artsa da, dəmir 

yollarının  uzunluğu  azalmışdır.  Boru  kəmərlərinin  uzunluğunun  artımı  əsasən  öl-

kədə neft və  qaz  hasilatının  artması  ilə  əlaqədar  olmuşdur.  Bununla  yanaşı,  dəmir 

yollarının  uzunluğu  əhəmiyyətli  dərəcədə  azalmışdır.  Son  illərdə  avtomobil  yolla-

rının  yenidən qurulmasına iri həcmli investisiya  qoyuluşlarının həyata keçirilməsi, 

avtomobil yollarının keyfiyyətinin artmasına səbəb olmuşdur. Aparılmış təhlil gös-

tərir ki, ölkədə nəqliyyat sisteminin imkanlarının iqtisadi artıma məhdudlaşdırıcı tə-

siri məhduddur. Belə ki, yerli dəniz nəqliyatı ilə yükdaşımanın 80,1 faizini tranzit və 

xarici  limanlararası  yükdaşıması,  19,5  faizini  isə  idxal-ixrac  əməliyatları  üzrə  yük-

daşıma, xarici ticarət  təşkil etmişdir.  Bu ildə dəmir yolu nəqliyyatındın ümumi yük-

daşıma həcminin 41,5 faizi idxal-ixrac əməliyyatlarının, 49,0 faizi tranzit əməliyyat-

larının, yalnız 9,5 faizi yerli əməliyyatların payına düşmüşdür. Yəni mövcud nəqliy-

yat güclərinin əhəmiyyətli hissəsi yerli məhsulların daşınması üçün istifadə edilmir.  

Qeyd  etmək  lazımdır  ki, infrastruktur  sahələrin inkişafına bu  sahənin inkişafı 

üçün  maliyyə  imkanlarının  yaranması  ilə  yanaşı,  iqtisadi  fəallğın  artması  da  təsir 

göstərmişdir.  Belə ki, 2015-ci ildə qeyri-neft ÜDM-i 2000-ci ilə nisbətən təqribən 4 

dəfə artmışdır. Belə artım maddi, maliyyə və informasiya axınlarının həcmini artırmış 

və infrastruktur sahələrin xidmətlərinə olan tələbi yüksəltmişdir.  

Qeyd etmək lazımdır ki, əhalinin  gəlirlərinin artımı və elmi-texniki tərəqqinin 

təsir  ilə  ölkədə  informasiya  kommunikasiya  texnologiyaları  sahəsinin  xidmətlərinə 

olan tələb artmışdır. Xüsusilə, elektron xidmətlərin həcminin artması, bir çox fəaliy-

yətlərin elektron şəkildə təşkili bu sahənin inkişafı üçün əlverişdi şərait yaratmışdır. 



 

 

47 



Nəqliyyat sahəsinin inkişafına neft hasilatının artımı əhəmiyyətli dərəcədə təsir 

göstərmişdir.  Bununla  belə,  bu  sahənin  inkişafına  milli  iqtisadiyyatın  miqyası  və 

ölkənin tranzit yolların kəsiyində yerləşdməsi əhəmiyyətli dərəcədə təsir göstərmişdir. 

Həm  Hərq-Qərb,  həm  də  Şimal-Cənub  tranzit  yollarının  inkişaf  etdirilməsi  istiqa-

mətində tədbirlərin inkişaf etdirilməsi nəqliyyatın inkişafına ciddi təsir göstərmişdir.  

Azərbaycanın  strateji  coğrafi  mövqeyi  Yeni  pək  yolunun  inkişafı  prosesində 

ölkəmizin onun siyasi mərkəzinə, Bakının isə onun əsas nəqliyyat qovşağına çevril-

məsi üçün geniş imkanlar yaradır. Belə ki, Avroasiya məkanının Şərq-Qərb və Şimal-

Cənub yollarında yerləşən Bakının Asiya-Avropa vahid nəqliyyat sisteminin nəhəng 

nəqliyyat  qovşağına  çevrilməsi  nəzərdə  tutulur.  TRACECA  proqramının  həyata 

keçirilməsi Bakı qovşağının nəqliyyat kommunikasiyalarının yeniləşməsinə də ciddi 

təkan  verir.  Xəzərin  Şərq  və  Qərb  sahilləri  arasında  Azərbaycana  məxsus  xüsusi 

donanma  Bərə  keçidi  artıq  fəaliyyət  göstərir.  Bu  mövqeyi  saxlamaq  məqsədi  ilə 

dövlətin  ərazisində  böyük  nəqliyyat  mərkəzinin  fəaliyyətinin  təşkil  edilməsi  üzrə 

kompleks  proqramın  yaradılması  və  reallaşdırılması  üzrə  işlərə  başlamışdır.  Bakı 

Magistral  layihənin  həyata  keçirilməsi  üzrə  yalnız  müzakirələr  aparılan  yer  deyil, 

həmçinin nəqliyyat arteriyasının qlobal mərkəzinə və Şərq ilə Qərb arasında mühüm 

ə

laqələndirici körpüyə çevrilir. Bütün bunlar bizim dövlətin üzərinə böyük öhdəliklər 



qoyur, regionda Azərbaycanın siyasi və iqtisadi təsirini gücləndirir. 

Qərb-Şərq  Avropa-Asiya  oxu  üzrə  nəqliyyat  dəhlizi  perspektivdə  nəinki 

dayanıqlı  olaraq  artan  gəlir  təmin  edir  və  yeni  iş  yerləri  açır,  həmçinin  ticarət 

şə

rtlərinin  yaxşılaşması  üçün  şərait  yaradır.  Bütün  bunlar  ölkənin  inkişafı  üçün 



böyük təkan verəcəkdir. Yolun Avropa nəqliyyat şəbəkəsinə inteqrasiyası elmi və 

mədəni  əlaqələrin,  turizmin  inkişafı  və  az  zaman  və  vəsait  xərcləri  ilə 

dövlətlərarası yük və sərnişin daşınmalarının artırılmasına zəmin təşkil edir.  

Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu layihəsi Asiya və Avropanı birləşdirən 

bu bağlantı üzrə daşıma işləri nəqliyyatın bir növü ilə - dəmir yolu ilə həyata keçiri-

ləcəkdir. Layihənin reallaşmasında Azərbaycan, Türkiyə və Gürcüstan birgə fəaliyyət 

göstərirlər. Türkiyənin Azərbaycan və başqa türk respublikaları ilə birbaşa bağlantısı 

qurulacaq. Qeyd edək ki, dəmir yolunun Türkiyədən Gürcüstanadək olan 76 km-lik 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə