Microsoft Word ashabanov236. doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#36027
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

 

 

48 



hissəsini  Türkiyə  inşa  edəcək.  Gürcüstan  sərhədi  daxilindəki  25  km  hissənin  tikin-

tisini  isə  Gürcüstan  hökuməti  öz  üzərinə  götürüb.  Tbilisi  və  Bakı  arasında  hazırda 

istifadə olunan hissə isə təmir olunaraq, müasir səviyyədə yenidən qurulacaqdır.  

2.3.  stehsal infarstrukturunun iqtisadi inkişafda rolunun qiymətləndirilməsi 

Ölk d   dayan ql   iqtisadi  art m n  t min  olunmas   üçün  istehsal 

infrastruktrunun  inki af   mühüm 

h miyy t   malik  olmaqla,  istehsal 

infrastruktrunun  inki af   v   t kmill

dirilm si  üçün  d   iqtisadi 

art m n dinamik inki af  vacib v   h miyy tlidir.  

Müəssisədə dəyərlərin yaradılması prosesi əlavə edilmiş dəyər zəncirində təda-

rük strategiyasını, yeni məhsul və xidmətlərin istehsalını, bölgü kanallarının layihə-

ləndirilməsini,  təchizatçıların  seçilməsini,  xidmət  təhcizatçıları  ilə  strateji  əməkdaş-

lığı (misal üçün, kreditlər, məlumat bazalarının idarəedilməsi, xidmət və məhsulların 

reallaşdırılması), qiymət strategiyasının işlənməsini və son nəhayətdə müştərilər üçün 

dəyərlərin  təklifinin  hazırlanmasını  əhatə  edir.  Burada  istehsalın  və  heyətin  idarə 

olunması həyata keçirilir, maddi texniki təchizat, əsas istehsal, satış, xidmətedici və 

köməkçi bölmələri (təmir təsərrüfatı, enerji təsərrüfatı, alət təsərrüfatı, keyfiyyətə nə-

zarət şöbəsi, elmi-tədqiqat və təcrübə-konstruktur bölməsi və s.) mövcud olur. Müəs-

sisənin  dəyərlər  zənciri  onun  bütün  bölmələrinin  qarşılıqlı  asılılıqda  həyata  keçir-

dikləri fəaliyyət növlərinin müəyyən əlaqəyə əsaslanan sistemidir. M.Porter şirkətin 

hazır məhsuluna əlavə dəyər gətirən beş əsas fəaliyyət növünü ayırır (şəkil 2.1): 

1.  Müəssisədaxili  logistika  şirkətə  daxil  olan  məhsul  axınını  idarə  etməkdən 

ibarətdir.  Son  vaxtlar  istehsalda  “dəqiq  vaxtında"  sisteminə  diqqətin  artması, 

təchizatın  şirkətin  səmərəli  işləməsində  əhəmiyyətli  rola  malik  olduğu  və 

təchizatçıların  və  onların  keyfiyyətinin  idarə  edilməsilə  şirkətin  öz  məhsulunun 

keyfiyyətini necə yüksəldə bildiyi ortaya çıxır.  

2.  Uzun  müddət  ərzində  əməliyyatlar  müəssisənin  əsas  fəaliyyət  növü  hesab 

olunur. Buraya, daxil olan materialların formasının dəyişən, qablaşdıran və satış üçün 

yararlığını yoxlayan proseslər daxildir. Ənənəvi olaraq belə hesab edirlər ki, şirkətin 

məhsulları  məhz  bu  mərhələdə  əlavə  dəyərlilik  əldə  edir.  Bu  mərhələdə  dəyərliliyi 




 

 

49 



təkcə adi kapital qoyuluşu və əmək sərfi yolu ilə deyil, həm də dizaynı saxlamaqla 

yüksək keyfiyyətin dəstəklənməsi ilə artırmaq olar. 

3. Xarici mühitə istiqamətlənmiş logistika – bu məhsulun istehsal yerindən alıcı-

ya hərəkət etdirilməsidir. Bura saxlama, bölüşdürmə və s. daxildir. Bu mərhələdə əla-

və dəyərlilik, sürətli və vaxtında çatdırılma, zay məhsulların həcminin minimumlaş-

dırılması,  həmçinin,  istehlakçıların  əməliyyatlarına  uyğun  çatdırılma  mexanizminin 

yaradılması hesabına formalaşır. 

4. Marketinq və satış – buna alıcıya məhsul və xidmət barədə məlumat verən və 

alışı həyata keçirməyi əsaslandıran fəaliyyət növləri aiddir. Bu fəaliyyət növlərinə əks 

ə

laqə də aid edilə bilər. O, istifadəçi şirkətə, xaricə istiqamətlənmiş logistika sistemini 



istehlakçıların tələbatlarına uyğunlaşdırmaq imkanı verir və ya şirkətin  müştərilərinə, 

onlara təqdim edilən məhsulların iqtisadi dəyərliliyini başa düşməyə kömək edir. 

5.  Xidmət,  məhsul və ya xidmətin satıldıqdan və çatdırıldıqdan sonra alıcının 

səmərəli  işlətməsi  üçün  lazım  olan  fəaliyyət  növlərini  özünə  daxil  edir.  Buraya 

öyrətmə, məhsulların qaytarılması siyasəti, məsləhət “qaynar xətləri” və sair daxil ola 

bilər.  Müştərilərin  razılığı  təkrar  sövdələşmələrin  bağlanmasına  və  razı  qalmış 

müştərilərin  birbaşa  informasiya  yayılmasına  imkan  verən  əsas  amil  olduğuna  görə 

satışdan sonrakı xidmət əlavə edilmiş dəyərin vacib hissəsini təşkil edir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



stehsal xərclərinin 

Birbaşa 


istehsal 

xərcləri 

Ə

lavə  


dəyər 

Yardımçı fəaliyyət        Əsas  fəaliyyət 

növləri                         növləri  Təhcizat 

•  Əmək resurslarının inkişafı 

•  Texniki inkişaf 

• 

nfrastruktura 



Xidmət 

Marketinq 

və satış 

Xarici 


mühitə 

istiqamətlən

miş logistika 

Ə

məliyyatlar 



Ş

irkətin 


daxilinə 

istiqamətlənm

iş logistika 



 

 

50 



 

 

 



 

Şə

kil 2.1 Dəyər zənciri və hazır məhsulun maya dəyərinin kalkulyasiyası. 



Qeyd etmək lazımdır ki, dəyər zəncirində əsas fəaliyyət növlərilə yanaşı, həm də 

köməkçi  fəaliyyətlərdə  iştirak  edir.  Bunlara  əmək  resursları,  texnologiya  və  infras-

truktur təminatı aiddir. 

Amerika iqtisadçısı D.A. Aschauer göstərir ki, 1970-ci ildən sonra 20 il ərzində 

ABŞ-da  məhsuldarlığın  aşağı  olması  infrastrukturun  inkişafına  qoyulan  dövlət 

investisiyasının  azlığı  ilə  əlaqədar  olmuşdur.

7

  nfrastruktur  sahələrin  kəmiyyət  və 



keyfiyyət  göstəriciləri  investisiya  qoyuluşlarının  səmərəliliyinə  bilavasitə  təsir 

göstərir.  nfrastruktur sahələrin içərisində istehsal edilən məhsulların qiymətinə təsir 

göstərən  əsas  sahələrdən  biri  nəqliyatdır.  Nəqliyyat  əsasən  maddi  əşyaların  yerdə-

yişməsini  həyata  keçirdiyindən  bu  sahənin  inkişafı  maddi  axınların  dəyərinə  və 

sürətinə birbaşa təsir göstərir. Nəticədə, ölkədə nəqliyyat şəbəkəsinin keyfiyyəti və 

miqyası  xammal  və  materialların,  istehsalın  və  bölgünün  dəyərinə  və  bununla  da 

milli  rəqabətqabiliyyətliliyə  təsir  göstərir.

8

 Son  illərdə  ölkədə  baş  verən  sosial-



iqtisadi  inkişaf,  iqtisadi  fəallığın  artımı  şəraitində  nəqliyyat  sahəsində  də  müsbət 

keyfiyyət  və  kəmiyyət  dəyişilikləri  baş  vermişdir.  Qeyd  etmək  lazımdır  ki,  ixracatçı 

firmaların  fəaliyyətinin  səmərəliliyi  təkcə  yerli  infrastrukturdan  asılı  olmur.  Qonşu 

ölkələrdə infrastrukturun inkişafı iqtisadi fallğının yüksəlməsinə və ticarət imkanlarının 

artmasına  səbəb  olur.  Bu  baxımdan,  son  illərdə  ölkədə  nəqliyyat  sahəsində  həyata 

keçirilən  tədbirlər  invetisiya  fəallığının  artırılması  baxımından  mühüm  əhəmiyyətə 

malikdir.  Belə  ki,  hazırda  ölkədə  Avropa-Qafqaz-Asiya  beynəlxalq  dəhlizi  fəaliyyət 

göstərir.  Həmçinin  Bakı-Tblisi-Qars  dəmir  yolunun  tikintisi  başa  çatdırılması  ölkənin 

dəmir yollar şəbəkəsinin Türkiyə dəmir yol şəbəkəsi ilə birləşməsinə imkan verəcəkdir 

                                                 

7

 David Alan Aschauer. Public Investment and Private Sector Growth. The Economic Benefits of 



Reducing America’s “Third Deficit”. Washington: Economic Policv Institute, 1990. 

8

 Aoki, N. and P. Roberts.  “Transport as a Factor in the Investment Climate”, Transport Notes, No. 



TRB-34, World Bank Group, Washington DC: 2006. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə