Microsoft Word ashabanov236. doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə26/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#36027
1   ...   20   21   22   23   24   25   26   27   28

 

 

72 



ə

saslanan prinsiplərin bərqərar olması üçün dövlət müəyyən iqtisadi-inzibati tədbirlər 

sistemi hazırlayıb ardıcıllıqla həyata keçirir. 

Dövlətin  təbii  inhisarların  fəaliyyətini tənzimləməsi  prosesi  - həmin  şirkətlərin 

istehsal etdikləri məhsul və göstərdikləri xidmətlərin ödəniş qabiliyyətli istehlakçılara 

bərabər  şərtlər  əsasında  çatdırılması  imkanlarının  təmin  edilməsi,  məhsul  və 

xidmətlərdən  istifadə  olunmasının  təhlükəsizliyi;  bu  məhsul  və  xidmətlərin  yüksək 

keyfiyyət standartları tələblərinə cavab verməsi kimi kompleks məsələlri əhatə edir. 

Bu  məsələlər  ilk  növbədə  təbii  inhisarların  fəaliyyət  göstərdikləri  sahələrin 

özünəməxsus  texniki  və  texnoloji  iş  rejimi,  xüsusiyyətləri  ilə  bağlıdır.  Təbii 

inhisarların fəaliyyətinin dövlət tənzimlənməsinin ən mürəkkəb məsələsi isə onların 

istehsal  etdikləri  məhsulların  və  göstərdikləri  xidmətlərin  qiymətləri  (tarifləri)  ilə 

bağlı olmasıdır. 

Təbii inhisarların məhsul və xidmətlərinin qiymətlərinin formalaşmasının bütün 

sxeminin,  habelə  variantları  əsasında  istehsal  prosesinin  səmərəliliyini  aşağı 

salmadan,  normal  mənfəət  prinsiplərini  pozmadan,  ictimai  tələb-maraqlarının 

ödənilməsinin təmin edilməsidir. 

Lakin,  bu  optimal  məqsədə  çatmaq  və  uyğun  variantlar  toplanması  yolları, 

ş

übhəsiz  bir  sıra  çətinliklərlə,  o  cümlədən  istehsal  xərclərinin  aşağı  salınması, 



qiymətlərin  son  istehsal  xərclərinə  uyğun  olması,  hədsiz  mənfəət  əldə  edilməsinin 

qarşısının  alınması,  müəyyən  qiymətlər  (tariflər)  çərçivəsində  istehlakçıların 

ödənilməmiş tələblərinin olmaması kimi səbəblərlə bağlıdır. 

Təbii  inhisarların  qiymətlərinin  dövlət  tənzimlənməsinin  müxtəlif  variantları 

sırasında aşağıdakıları göstərmək olar: 

- səmərəli (effektli) qiymətqoyma; 

- maksimum (ən yüksək, zirvə) həddində qiymətqoyma; 

- ədalətli qiymətqoyma; 

-  rentabellik  normativləri  və  kapital  qoyuluşlarının  qaytarılması  əsasında  son 

hədd qiymətlərinin müəyyənləşdirilməsi. 

Səmərəli  qiymətqoyma  qiymətqoymanın,  yaxud  qiymətyaranmanın  bir  zəruri 

metodu (variantı) kimi təbii inhisarların istehsal etdikləri məhsullara və göstərdikləri 




 

 

73 



xidmətlərə  görə  son  hədd  xərcləri  səviyyəsində  qiymət  müəyyənləşdirilməsini 

nəzərdə tutur. Yəni, P-qiymət, MS-son hədd xərcləri kimi işarə edilərsə, onda: 

                                                     P = MS 

Bu halda bazada Pareto-səmərəli tarazlığı  vəziyyəti  yaranmaqla, sanki sərbəst 

rəqabət təsəvvürü meydana çıxır. 

Lakin,  səmərəli  qiymətyaranma  metodunun  çatışmayan  cəhəti  ondan  ibarətdir 

ki,  təbii  inhisarların  məhsul-xidmətlərinin  müəyyən  ərazi  və  konkret  sahələrdə 

ekvivalent  əvəzləyiciləri  olmadığından  istehsalın  hər  hansı  bir  həcmi  çərçivəsində 

ş

irkətin son hədd xərcləri onun orta istehsal xərclərindən xeyli fərqli alınacaqdır. Belə 



vəziyyətdə,  təbii  inhisarlar  zərər  çəkdiyindən,  onların  dövlət  tərəfindən 

tənzimlənməsi  prinsiplərindən  irəli  gələn  maliyyələşdirilməsi  (subsidiyası)  zərurəti 

meydana çıxır.  

Təbii  inhisarlar  şəraitində  risk  (zirvə)  yüklənmə  rejimində  qiymətyaranma 

modeli  2  səbəb  şərtlə  bağlıdır:  birincisi,  bu  variant  o  vaxt  tətbiq  olunur  ki,  hazır 

məhsulun,  yaxud  göstərilən  xidmətlərinin  (məsələn  elektrik  enerjisinin,  telefon, 

nəqliyyatın) istifadəsində vaxt, müddət baxımından zəruri enib-qalxmaların obyektiv 

surətdə  mövcud  olması;  ikincisi,  həmin  məhsul-xidmətlərin  istifadəsinin  təxirə 

salınmasının, yaxud yığılıb anbarlarda saxlanmasının mümkünlüyüdür. 

Belə  dəyişkən  enib-qalxmalar,  tələb-təkliflə  bağlı  texniki-texnoloji  sıçrayışlı 

yüksəlişlər təbii inhisarların fəaliyyət göstərdiyi sahələrdə qiymətlərin həmin müddət 

ə

rzində  artırılmasını,  əksinə  tələbin  azaldığı  sonrakı  müddətlərdə  (gün,  mövsüm,  il 



ə

rzində) ücüz tariflər əsasında hesablanmasını irəli sürür. 

Dünyanın  bir  sıra  ölkələrində  tətbiq  olunan  bu  variant  öz  müsbət  nəticələrini 

göstərir.  Təbii  inhisar  tipli  şirkətlərin  özünəməxsus  texniki-texnoloji  xüsusiyyətləri, 

bu  modelin    tətbiqi  ilə  bağlı,  pik  (zirvə)  yüklənmə  müddətində  (saatlarında) 

istehlakçıların həmin məhsul-xidmətlərdən istifadəsi meylini məhdudlaşdırır. Əksinə 

günün,  mövsümün,  ilin  digər  tələbin  aşağı  olduğu  vaxtlarda  istehlakçıların  bu 

məhsul-xidmətlərdən faydalanmaq meylini gücləndirir. 

Sosial  ədalətli  qiymət  modelinin  əsasında,  təbii  inhisarların  zərərsiz  (ziyansız) 

fəaliyyəti ilə istehlakçılar üçün daha əlverişli şəraitin yaradılması prinsipi durur. Bu 




 

 

74 



isə o deməkdir ki, həmin tipli şirkət və birliklərin istehsal etdikləri məhsullar, habelə 

göstərdikləri  xidmətlər  üçün  tariflər  orta  istehsal  xərcləri  səviyyəsində  müəyyən 

olunur.  Bu  halda,  təbii  inhisarlar  iqtisadi  mənfəət  əldə  etməsələr  də,  lakin  zərər  də 

çəkmədiklərindən,  onların  dövlət  yardımına  (maliyyələşdirilməsinə)  ehtiyac  qalmır. 

Deməli,  istehlakçılar  üçün  tariflər  son  hədd  xərclərindən  müəyyən  qədər  yüksək 

(baha) olsa da, lakin cəmiyyətin ictimai rifahının bundan  itirdiyi, yaxud çəkdiyi zərər 

minimum hədd təşkil edəcəkdir.  

Ş

übhəsiz,  bu  variant  təbii  inhisarlarla  istehlakçılar  arasında  tarif  dərəcələri 



(qiymətləri) ilə bağlı məsələnin konkret şərait daxilində ədalətli həllini irəli sürsə də, 

lakin bu metodun da öz çatışmayan cəhətləri vardır. Bu ilk növbədə təbii inhisarların 

istehsal  xərclərinin  səviyyəsi  haqqında  qiymətlərin  qeyri-şəffaflığıdır  ki,  həmin 

xərclərin  artırıla  biləcəyi  imkanını  aradan  qaldırmır.  Digər  tərəfdən  isə  təbii 

inhisarların  iqtisadi  mənfəət  əldə  etmədən  işləməsi,  onların  fəaliyyətinin 

genişləndirilməsi,  yenidən  qurulması,  qabaqcıl  texnologiyalardan  istifadəsi 

perspektivlərini  məhdudlaşdırır.  Bu  real  vəziyyəti  nəzərə  aldıqda,  ədalətli  qiymətin 

normal mənfəət səviyyəsi əsasında formalaşması daha məqsədəuyğun sayılır.  

Yuxarıda  göstərilmiş  ədalətli  (normal)  qiymətyaranma  variantının  çatışmayan 

cəhətlərini  aradan  qaldırmaq  məqsədilə,  konkret  şərait  və  sahələrin  özünəməxsus 

xüsusiyyətlərini  nəzərə  almaq  şərtilə,  “son  hədd  xərcləri”  və  inflyasiya  indeksi 

kəmiyyəti göstəricisi (inflyasiya indeksi-x) əsasında, başqa metoddan da dünyanın bir 

sıra ölkələrinin təcrübəsində istifadə olunur. 

Bu  metoda  (varianta)  əsasən,  təbii  inhisarların  yeni  texnologiya  və  istehsalın 

təkmilləşdirilməsi nəticəsində əldə oluna biləcək gəlir (mənfəət), həmin şirkətlərin öz 

sərəncamında  qaldığından,  bu  amil  onları  istehsal  xərclərini  xeyli  azaltmağa 

maraqlandıracaqdır. 

Deməli,  təbii  inhisarların  son  hədd  xərcləri  əsasında  qiymət  tariflərinin 

müəyyənləşdirilməsi variantı, istehsal xərclərini aşağı salan texnologiyadan  istifadə 

edilməsi  prosesini  sürətləndirmək,  həmin    şirkətlərin  maliyyə-təsərrüfat  fəaliyyəti 

haqqında daha obyektiv, düzgün məlumatlar verməsinə yönəldilmişdir. 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə