56
tərəfdarları və müttəfiqləri Səhl İbn Sumbat, İbn Bəis, Əbu Musa və
b. tədricən ondan uzaqlaşdılar. Afşin hərbi təcrübəyə malik sər-
kərdə, İranın və Azərbaycanın hakimi, səbrli və tədbirli idi. Hətta
Babəkin casuslarını da öz tərəfinə çəkirdi. 2 il özünə lazım olan mə-
lumatı topladıqdan sonra həlledici döyüşə hazırlaşdı. Müharibə
uzandıqca qüvvələr nisbətindəki fərq ərəblərin xeyrinə dəyişirdi.
Buna baxmayaraq, xürrəmilər 836-cı ildə Həşdadsər dağı yaxın-
lığında döyüşdə qələbə çaldılar (2, s. 273). Ərəb sərkərdəsi Buğa
döyüş meydanından qaçdı. 837-ci ildə xəlifə Afşinin köməyinə 2
böyük ordu və 30 milyon dirhəm pul göndərdi. Həmin ilin yayında
Afşinin qoşunu Bəzz qalasını mühasirəyə aldı. Afşin qan tökül-
məsin deyə əvvəl Babəkə sülh təklif etdi, bağışlanması haqqda xəli-
fədən fərman alacağını dedi. Bu hər 2 tərəf üçün sərfəli idi. Xəli-
fənin məqsədi Babək kimi sərkərdəni öz tərəfinə çəkib Bizansa qar-
şı müharibədə istifadə etmək idi. Lakin Babək əqidəsindən dön-
məyərək, bu təklifləri xəyanət kimi qiymətləndirdi. Son döyüş 837-
ci il avqustun 26-da başlandı. Babəkin müttəfiqi Bizans im-
peratorunun 100 minlik ordusunun arxadan ərəblərə zərbə endirmək
cəhdi Bəzz qalasını xilas edə bilmədi. Afşin özü Babəkin sarayına
baxan dağın üstündə qurduğu çadırda savaşı izləyirdi. Bəzz qala-
sının müdafiəsinə Babəkin etibarlı sərkərdəsi Adin (Aydın) başçılıq
edirdi. Xürrəmilərin qeyri-adi igidliyi ərəbləri heyrətə gətirmişdi.
Ərəblərdən 100 min nəfər, xürrəmilərdən 80 min nəfər həlak oldu
(8, s. 266-267). Ərəblər Afşinin göstərişi ilə Bəzz qalasını 3 gün
yandırdılar, 8 minə yaxın əsir götürdülər. Onların içərisində Ba-
bəkin ailə üzvləri və yaxın qohumları da var idi. Babək Arazdan ke-
çib Arrana gəldi. Onun məqsədi Bizans imperatorunun yanına get-
mək, yeni ordu toprayıb müharibəni davam etmək idi. Afşin Ba-
bəkin bağışlanması haqda xəlifədən məktub aldı, lakin Babək yenə
də fikrindən dönmədi. Belə olduqda xəlifə onu diri tutub təhvil
verənə 2 milyon dirhəm mükafat verəcəyini bəyan etdi. Babək
Bazarçayın sol sahilində Şəki qalasında keçmiş müttəfiqi Səhl İbn
Sumbatla qarşılaşdı. Sumbat Babəki aldadıb öz mülkünə gətirərək,
onun təhlükəsizliyinə təminat verdi, sonra da xəyanət yolu ilə onu
ərəblərə təhvil verdi. Babəki Afşinin Bərzənddəki düşərgəsinə gətir-
57
dilər. Sentyabrın 15-də onu Samirəyə apardılar. 838-ci il yanvarın
4-də onlar Samirəyə yetişdilər. Xəlifə Mötəsimin əmri ilə Babək
martın 14-də edam edildi (9, s. 132). Cəllad əvvəlcə onun dirsək-
dən qollarını, qıçlarını, sonra isə başını kəsdi. Heç kəs onun inil-
tisini eşitmədi. Cəllad onun sağ ə
58
Azərbaycan tacirləri təkcə Xilafətə tabe olan ölkələrlə deyil,
həm də başqaları ilə ticarət əlaqələri saxlayırdılar. Çoxsaylı tacirləri
Azərbaycana təkcə malların bolluğu, gözəlliyi, alverin rəvan getmə-
si deyil, həm də ucuzluq cəlb edirdi. Azərbaycan şəhərləri Xilafətlə
Şimal-Şərqi Avropa və Asiya ölkələri arasında ticarətdə vasitəçilik
edirdi. Daxili və dünya bazarlarındakı ticarətdən Azərbaycan tacir-
ləri xeyli mənfəət əldə edir və gəlirin bir hissəsini dövlətin xəzinə-
sinə verirdilər. Ərəblər Bizansın Qara dənizdən keçən əsas ticarət
yolunun istiqamətini dəyişərək, onu Şərqə-Xəzər dənizi tərəfə ke-
çirtdilər. Ərəblərin Ön Qafqazdakı bütün ticarət yollarının kəsişdiyi
Bərdə Şimalla tranzit ticarətinin mərkəzinə çevrildi.
Erkən Orta əsrlərdə (VII-IX) Xilafətdə və ona tabe olan öl-
kələrdə sosial-iqtisadi, siyasi və mədəni sahələrdə baş verən dəyi-
şikliklər öz əksini mədəniyyətdə də tapırdı. Ümumi islam mədə-
niyyətinin zənginləşməsində Xilafətə tabe olan bütün xalqların az
və ya çox dərəcədə payı var idi. Kargüzarlıq işlərinin ərəb dilində
aparılması Xilafətin inzibati və dövlət idarələrində çalışan azərbay-
canlı məmurları məcbur edirdilər ki, ərəb dilini mükəmməl öyrən-
sinlər. Ona görə də tədricən milli-etnik sərhədlər zəifləyirdi. Dini
mənsubiyyət əsas amilə çevrilirdi. Azərbaycandan onlarla istedadlı
gənc Ərəb Şərqinin mədəniyyət mərkəzlərinə təhsil almağa gedirdi.
Azərbaycanın Ərdəbil, Marağa, Təbriz, Şamaxı və s. iri şəhərlərində
təhsil ocaqları, kitabxanalar, məscidlər, əzəmətli abidələr yaranmaq-
da və inkişaf etməkdə idi. VII-IX əsrlərdə Azərbaycanda ədəbiy-
yat, hüquqşünaslıq, təbiətşünaslıq, riyaziyyat, astronomiya, maddi
mədəniyyət, elm və fəlsəfi fikir, tarix, memarlıq və şəhərsalma və s.
inkişaf etməkdə idi. “Albanların tarixi” əsərinin müəllifi Musa
Kalankatlı Alban hakimi Cavanşirin müasiri idi. Əsər 3 hissədən
ibarət idi: I kitab Bibliya tarixindən başlayır və IV fəsildən baş-
layaraq Albaniyanın real tarixinin şərhi verilir. II kitab VI əsrin or-
talarından VIII əsrin əvvəllərinə qədər baş verən hadisələrlə
tamamlanır. III kitabda ərəblərin tarix səhnəsinə çıxması, Cənubi
Qafqaza hücumları və bu ərazilərə sahib olmalarından bəhs edilir.
Kitab X əsr hadisələrinin şərhi ilə başa çatır. “Kitabi-Dədə Qorqud”
dastanı Xilafətin hakimiyyəti dövründə formalaşıb başa çatmışdır.
59
Bu qəhrəmanlıq epopeyası IX əsrin əvvəllərində ərəb dilinə tər-
cümə edildi və İslam mədəniyyətinin dəyərli incisinə çevrildi. Azər-
baycanın ilk ərəbdilli şair və yazıçılarının yaradıcılığı VII-VIII
əsrlərə təsadüf edilir: Dəvdək, Musa Şəhavət, İsmayıl ibn Yaşar,
onun oğlu Məhəmməd və b. Bu dövrdə şəhərlərin hamısı qala di-
varları ilə əhatə edilmişdir. Şəhərlərdə saxsı borular vasitəsilə su şə-
bəkəsi və kanalizasiya qurğuları yaradılırdı. İnşaat sənətinin yeni
xüsusiyyəti bişmiş kərpic hörgü texnikasının təkmilləşdirilməsi idi.
Azərbaycan memarlığında günbəzli tikililər VIII əsrə qədər geniş
yayılmışdı. Bərdə şəhəri yaxınlığında Tərtər çayı üzərində çaylaq
daşından hörülmüş körpü və Qazaxda Əskipara kəndi yaxınlığın-
dakı dağda monastr kompleksi Xilafət dövrü memarlığının ən səciy-
yəvi nümunələridir.
4. Azərbaycan xalqının və dilinin təşəkkülü
Hər bir xalqın formalaşması zəruri olan şərtlər bunlar dır:
dil, ərazi bütövlüyü, mədəniyyət vahidliyi, məhəlli iqtisadi əla-
qələr ümumiliyi. Bu şərtlərin təşəkkül tapması üçün əsrlər lazım
gəlir. Xalqın və onun dilinin təşəkkülündə mühüm amillərdən biri
ərazi birliyidir. Azərbaycanın sərhədləri Cənubda Zəncan-Qəzvin
bölgələri daxil olmaqla Qızılüzən çayından başlayıb Şimalda əzə-
mətli Qafqazın dağlarına qədər uzanıb Dərbəndi də əhatə edirdi.
Şərqdə Xəzər dənizinə, Qərbdə Gürcüstan Respublikasına qədər
olan ərazilər, cənub-qərbdə isə Oğuz yurdu İrəvan şəhəri daxil ol-
maqla indiki Ermənistanın xeyli hissəsini əhatə edirdi. Qədim
etnosların etnik mənsubiyyətini sübut edən əsas amillərdən biri dil
sayılır. Azərbaycan xalqı əsasən bu ərazinin yerli etnik qrupları olan
türk etnoslarından, həmçinin qonşu ölkələrdən gəlib burada məs-
kunlaşan türkdilli digər einosların qaynayıb-qarışmasından əmələ
gəlmişdir. Türk etnoslarının yaşadığı ərazinin sərhədləri qərbdə
Anadoludan, Egey dənizindən başlamış şərqdə Çin sərhədlərinə qə-
dər uzanırdı. Azərbaycanda yaşayan türkdilli etnoslar: kimmerlər,
skitlər, massaqetlər, saklar, xəzərlər, qıpçaklar və s. idi. Bunları
birləşdirən ümumi cəhətlər: eyni ideologiyanın təsiri altında olması
Dostları ilə paylaş: |