Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə207/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   203   204   205   206   207   208   209   210   ...   229

 

556


SSRİ-nin dağılması  və Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiya kimi  

yeni müstəqil dövlətlərin yaranması ilə  Xəzəryanı dövlətlərin sayı beş olmuşdur.  Hal-

hazırda bu dövlətlər öz iqtisadi və siyasi maraqlarını  nəzərə alaraq,  Xəzərdən 

istifadənin özlərinə sərfəli variantlarını irəli sürürlər.  Bəzi dövlətlər  Xəzərdən sahilyanı 

dövlətlərin birgə  istifadə etməli olduğunu, başqa sözlə desək, onu yalnız  sahilyanı 

dövlətlərə  məxsus olan qapalı su hövzəsi hesab edirlər. Digər ölkələr Xəzər dənizinin 

dünya praktikasına uyğun olaraq sektorlara bölgüsü prinsipini təklif edir.  Hazırda 

Rusiya, Qazaxıstan və Azərbaycan arasında dənizin dibinin milli sektorlara  bölgüsü 

haqqında müqavilə bağlansa da, Xəzərin statusu məsələsi  hələ ki,  tam həll olunmayıb. 

İran və Türkmənistanın Xəzərin hüquqi statusu məsələsində nümayiş etdirdiyi fərqli 

(qeyri-konstruktiv) mövqe aradan qalxmamış, bu iki dövlətin dənizin Azərbaycan 

sektorunda yerləşən bəzi yataqlara olan iddiaları  Xəzəryanı dövlətlər  arasında 

münasibətləri bir qədər də  gərginləşdirmişdir.  

Xəzərin hüquqi statusu beynəlxalq məsələdir və bu müstəvidə ilk növbədə  

dünyanın aparıcı dövlətləri olan ABŞ və Rusiyanın, Avropa və bəzi Asiya dövlətlərinin, o 

cümlədən region ölkələrinin maraqları kəsişir. Bu dövlətlərdən hər biri yaxşı dərk edir ki,  

Xəzərdə mövqe tutmaqla bütövlükdə Qafqazda, Mərkəzi Asiya və Orta Şərqdə üstün 

imkan qazanmaq olar. 

Xəzər bölgəsinin sürətlə populyarlaşması  və dünya siyasətinin aparıcı 

məsələlərindən birinə çevrilməsi  onun təbii ehtiyatlarıyla, xüsusilə neft və qaz laylarının 

zənginliyi və onlara beynəlxalq aləmdə olan maraqla bağlıdır. Sahilyanı dövlətlərin hər 

biri kifayət qədər karbohidrogen ehtiyatlarına malikdir, odur ki, regiona istiqamətlənən 

investorlar uğrunda ciddi rəqabət gedir. Xəzərin statusu kimi problemlər də  məhz bu 

rəqabətin və enerji ehtiyatlarının istismarında sahilyanı dövlətlərin maraqlarının 

müxtəlifliyinin nəticəsidir.  

 Xəzərin hazırkı statusu 1921-ci il  fevralın 26-da imzalanmış Rusiya-İran dostluq 

müqaviləsi, həmçinin 1940-cı il  martın 25-də SSRİ ilə İran arasında imzalanmış Ticarət 

və  Gəmiçilik haqqında (sudaüzmə) Sazişə  əsasən tənzimlənir. Həmin bölgüdə 

sərhədləri Astaradan (Azərbaycan) Həsənqulu (Türkmənistan) adlanan yaşayış  

məskəninə qədər olan düz xətt üzrə İrana 14%, SSRİ-yə isə 86% pay düşmüşdür. SSRİ 

isə  öz daxili qaydaları ilə (orta xətt prinsipi üzrə Xəzər dənizini dörd respublika arasında 

- Rusiya (19%), Qazaxıstan (29%), Azərbaycan (21%) və Türkmənistan (16%) milli 

sektorlara  bölmüş  və respublikaların su sərhədlərini müəyyən etmişdir.  Beynəlxalq 

müşahidəçilərin fikrinə görə, indi heç bir əsas və zərurət yoxdur ki,  bu bölgüyə yenidən 




 

557


baxılsın.  Əgər yenidən baxılsa belə,  bölgü yenə  həmin prinsiplər  əsasında 

aparılmalıdır ki, buna uyğun olaraq  da nə İrana 20%-lik pay, nə də ki,  Türkmənistana 

əlavə yataq vermək mümkün deyil.  1996-cı  il    noyabrın 12-də  Aşqabadda Xəzəryanı 

ölkələrin qarşılıqlı razılaşmasına  əsasən, hazırkı hüquqi rejim və razılaşmalar yeni 

Konvensiya qəbul olunana qədər qüvvədədir. Varis-dövlətlər 1991-ci il dekabrın 21-də 

Almatı Deklarasiyası  qəbul edərək sabiq SSRİ-nin bağladığı bütün beynəlxalq 

öhdəlikləri yerinə yetirməyə təminat verdiklərinə görə Sovet-İran razılaşmasının hüquqi 

varisliyini də qəbul etmiş olublar. 

Xəzər bölgəsindəki proseslər heç də karbohidrogen yataqlarının istismarı  və 

sektor problemi ilə  məhdudlaşmır. Burda,  hər  şeydən  əvvəl bölgəyə strateji təsir 

məsələləri,  neft kəməri və onun təhlükəsizliyi, xarici aləmin iqtisadi və geosiyasi 

maraqları toqquşur. Neft mütəxəssislərinin birgə rəyinə görə, dünyanın heç bir yerində 

bu qədər xalqın, dövlətin və  şirkətin yarışa girdiyi başqa bir bölgə tapmaq mümkün 

deyil. 


 Xəzər bölgəsinə siyasi və iqtisadi maraq göstərən dövlətlər sırasında  ən fəalı  

Qərb dövlətləri və Amerika Birləşmiş Ştatlarıdır. ABŞ-ın   Xəzər bölgəsinə siyasi marağı 

Azərbaycana münasibətdə daha qabarıq hiss olunur. ABŞ  Cənubi Qafqaz və Orta 

Asiyada həyata keçirilən strateji əhəmiyyətli layihələrin və proseslərin başlıca iştirakçısı 

və müdafiəçisidir. ABŞ hökuməti bu bölgənin özünün həyati maraq dairəsinə daxil 

olduğunu  dəfələrlə bəyan edib. 

11 sentyabr 2001-ci il terror hadisələrindən sonra ABŞ-ın Orta Şərq, o cümlədən, 

Azərbaycan və  Mərkəzi Asiya ilə  sıx münasibətləri fonunda formalaşan yeni siyasi  

durum müşahidə olunmaqdadır. Region ölkələrinin GUAM bloku çərçivəsində 

əməkdaşlığı da ABŞ-ın prinsiplərinə  və maraqlarına uyğun qurularaq, müasir şəraitdə 

aktuallığını daha da artırmaqdadır.  

Dövlət Departamenti "Xəzər hövzəsinin Enerji İnkişafı" adlı hesabatında (1997) 

ABŞ-ın bu bölgədəki siyasətinin əsas dörd istiqamətini müəyyən edir: 

1. "Regional konfliktlərin həlli". Bu bənd Azərbaycan-Ermənistan münaqişəsinin 

həlli, Qafqazda etnik gərginliklərin aradan qaldırılması, eləcə də Tacikistanda vətəndaş 

müharibəsinin dayandırılması haqqındadır. Sənəd müəlliflərinin fikrincə, bu konfliktlər 

İran kimi xarici qüvvələrin işə qarışmasına şərait yaradır. Üstəgəl, konfliktlərin uzanması 

dağıdıcı islamçı hərəkatların inkişafı üçün münasib mühit formalaşdırır; 




 

558


2. "Dünya enerji təminatının artımı  və genişləndirilməsi" bəndi  İran körfəzinə 

əlavə  və alternativ kimi, eləcə  də    Qərbin buradakı enerji maraqlarını  sığortalamaq 

məqsədi ilə Xəzər hövzəsinin enerji ehtiyatlarının istismarını nəzərdə tutur; 

3. “Xəzər hövzəsi ölkələrinin müstəqilliyi və suverenliyi". Hesabatın müəllifləri 

hesab edirlər ki, burada əsas problem Rusiya ərazisindən keçən neft kəmərindən 

asılılığın aradan qaldırılmasıdır. Siyasi problemlərdən başqa, bu asılılıq Rusiyaya 

kəmərlərdən istifadə haqqını fövqəladə  dərəcədə yüksəltmək imkanı verir. Məsələnin 

həlli üçün fərqli və alternativ enerji-ixrac yollarının olması  zəruridir. Bu məntiqə uyğun 

olaraq  İrandan keçəcək neft kəmərinə etibar məsələsi ortaya çıxdığından Bakı-Tbilisi-

Ceyhan ideyası dəstəklənir.  

4. "İranın izolyasiyası". Bunun üçün bu ölkənin gəlirlərinin məhdudlaşdırılması 

tələb olunur. Həmin gəlirlər kütləvi qırğın silahlarının  əldə edilməsinə, dağıdıcı silahlar 

arsenalının artımına, terrorizmi dəstəkləməyə  sərf edilir. Hesabatın müəllifləri bu 

məqsədə nail olmağın ən yaxşı yolunu Xəzərdə  enerji istismarı  sahəsində İranın hər 

hansı iştirakının qarşısını almaqda görürlər. 

 ABŞ hökuməti öz strateji xəttinə uyğun olaraq, əsas neft kəməri məsələsində 

Bakı-Tbilisi-Ceyhan layihəsini dəstəkləyir, Xəzərin hüquqi statusu  məsələsində isə 

onun beş sahil dövləti arasında orta xətt üzrə milli sektorlara bölünməsi ideyasını 

müdafiə edir. 1995-ci ildən başlayaraq, ABŞ hökuməti bölgəyə yönəlik siyasətində 

aktivlik və ardıcıllıq nümayiş etdirir. 

ABŞ Prezidenti anti-terror əməliyyatından danışarkən,  Yaxın Şərqin neft istehsal 

edən ölkələrinin beynəlxalq terrorizmlə mübarizədə bitərəf qaldıqlarından narazı 

olduğunu açıq bildirib. Eyni zamanda, ABŞ onu da nəzərə alır ki, bu gün Qərb enerji 

daşıyıcılarına olan tələbatını  məhz bu ölkələrdən ixrac edilən neftin hesabına ödəyir. 

Ona görə  də indi Qərb - xüsusən ABŞ  Xəzər neftinə  və "Bakı-Ceyhan" ixrac boru 

kəmərinin tikintisinə ciddi səy göstərərək,  onu uğurla başa çatdırmaq üçün əlindən 

gələni edir. 

 Xəzər nefti və onun dünya bazarına nəqli uğrunda mübarizənin  əsas siyasi 

oyunçularından biri Rusiya Federasiyasıdır. 

Rusiyanın və Qazaxıstanın bölgə siyasəti və statusla bağlı hazırkı mövqeləri 

1998-ci ilin iyulunda Xəzər dənizinin 

Şimal hissəsində 

dəniz dibinin 

məhdudlaşdırılmasına dair razılaşma sazişi ilə müəyyənləşib. Həmin sazişə görə, 

tərəflər Xəzərin dibini bölməyə, üst qatdakı bioloji resurslardan isə ümumi istifadəyə 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə