Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə209/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   205   206   207   208   209   210   211   212   ...   229

 

568


ümumilikdə Xəzərin statusuna yanaşması xeyli ziddiyyətlidir. Qeyd edək ki, İranın Xəzər 

probleminə yanaşmasında iqtisadi maraqlardan çox, geosiyasi mənafe  əsas götürülür. 

Rəsmi Tehranı maraqlandıran  əsas məqam Xəzərin dəniz, yoxsa göl kimi qəbul 

olunması deyil, İranın təhlükəsizliyinin təmin edilməsi və regionda aktivləşmiş Qərbdən 

gələn potensial təhlükənin aradan qaldırılmasıdır.  İqtisadi maraqlar isə Tehran üçün 

ikinci dərəcəlidir, ən azı ona görə ki, İranın Fars körfəzində daha zəngin yataqları var.  

İran bölgədə xarici qüvvələrin aktivləşməsinə çox həssaslıqla yanaşır. Təbii ki, 

burada İranın Qərb və xüsusən də ABŞ-la sərin münasibətləri mühüm rol oynayır. İranla 

Rusiyanın regiondakı geosiyasi proseslərə yanaşmada eyni mövqedən çıxış etməsi 

məhz bu faktora söykənir.  

Beləliklə, rəsmi Tehranın Xəzərin bölünməsinə dair mövqeyi yalnız  İranın 

geosiyasi maraqlarına yönəlib və digər sahilyanı dövlətlərin mənafelərini nəzərə almır. 

 

Rəsmi Tehranın Xəzərin bölünməsinə dair təklifi belədir ki, hər bir sahilyanı 



dövlətə 20 millik ərazi suları zonası  və 20 millik iqtisadi zona verilməlidir.  Ərazi suları 

həmin ölkənin sərhədlərini müəyyən edir və həm Xəzərin dibi, həm səthi, həm də hava 

məkanı dövlətin tam nəzarətində olur. İqtisadi zonada dövlətə bioloji və mineral 

ehtiyatların qorunub saxlanması və kəşfiyyatı hüququ verilir, digər sahilyanı ölkələr isə 

bu ərazinin hava məkanından və səthindən istifadə edə bilir. Nəhayət, 40 millik zonadan 

kənarda qalan Xəzərin orta hissəsi bütün sahilyanı ölkələrin ümumi istifadəsində olur və 

konsensus yolu ilə idarə olunur. 

İranın bu mövqeyi nəinki Xəzər dənizinin yeraltı ehtiyatlarının, həm də gəmiçiliyin

balıqçılığın inkişafı, həmçinin sahilyanı ölkələr arasında sərhədlərin müəyyən 

edilməsində ciddi problemlər yaradır.  İranın mövqeyi aşağıdakı prinsiplər  əsasında 

formalaşıb: 

-  Dəniz sahilyanı ölkələr arasında bölünsə  də, ölkələrə öz sularından digər 

sahilyanı dövlətlərlə hesablaşmadan istifadə etməsinin qarşısını almaq; 

- Xəzərin hərbiləşdirilməsinə yol verməmək; 

- Ekoloji problemləri qabardaraq, Xəzərin dibi ilə neft kəmərlərinin çəkilməsinə 

mane olmaq; 

- Sahilyanı ölkələr arasındakı problemlərin həllində regiondankənar dövlətlərin 

iştirakını məhdudlaşdırmaq; 

-  İranla ideoloji və siyasi ziddiyyəti olan Qərb dövlətlərinin hövzədə 

möhkəmlənməsinin qarşısını almaq və s. 



 

569


Tehranın bu problemə yanaşmasında 1992-ci ildən indiyədək heç bir dəyişiklik 

baş verməyib. Üstəlik,  İran öz mövqeyini qorumaq üçün digər sahilyanı ölkələrə, o 

cümlədən Azərbaycana güc nümayişindən də  çəkinmir. 2001-ci ilin iyul ayında 

Azərbaycana məxsus tədqiqat gəmilərinin Xəzərin ölkəmizə aid sektorunda hərəkətini 

məhdudlaşdırmaq məqsədilə  İranın hərbi təyyarələrdən istifadə etməsi Xəzəryanı 

ölkələr arasındakı problemlərin güc vasitəsilə  həllinə presedent yaratmaq təhlükəsini 

real etmişdi. Yalnız rəsmi Bakının problemə son dərəcə həssas yanaşması sayəsində, 

insidenti dinc yolla aradan qaldırmaq mümkün oldu. 

Xəzər regionundakı geosiyasi vəziyyətlə bağlı  İranla Rusiyanın mövqeləri üst-

üstə düşsə  də, danışıqlar prosesi zamanı Moskvanın yanaşmasında ciddi dəyişikliklər 

baş verdi. Nəticədə, barışmaz mövqe nümayiş etdirən  İran, faktiki olaraq, yaxın 

müttəfiqindən uzaqlaşmağa başladı. Təsadüfi deyil ki,1998-ci ildə Rusiya ilə Qazaxıstan 

arasında Xəzərin dibinin bölünməsinə dair sənədə ən sərt reaksiya verən tərəf elə İran 

oldu. Bu ölkənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilirdi ki, «bütün sahilyanı 

dövlətlər, o cümlədən Rusiya da bilir ki, Xəzərin hüquqi statusunu nizamlayan yeganə 

hüquqi sənədlər İranla Rusiya arasında 1921 və 1940-cı illərdə imzalanmış sazişlərdir». 

Bəyanatda həmçinin vurğulanırdı ki, rəsmi Tehran Xəzərdə istənilən ikitərəfli 

razılaşmanı tanımır və problemin bütün sahilyanı ölkələrin razılığı əsasında həllini vacib 

sayır. İranın narazılığını bir qədər azaltmaq üçün Rusiya Federasiyası bir sıra prinsipial 

məsələlər  ətrafında Tehranla eyni mövqedə olduğunu nümayiş etdirdi. 1998-ci ilin 

iyulunda Tehranda keçirilən xarici işlər nazirlərinin görüşündən sonra  tərəflər Xəzərin 

dibi ilə istənilən neft və ya qaz kəmərinin çəkilməsinin yolverilməzliyi və  Xəzərin 

demilitarizasiyasının vacibliyi haqda bəyanat imzaladı.  

Beləliklə, sahilyanı ölkələr arasında danışıqlar hələ də nəticəsiz qalır. Analitiklər 

hesab edirlər ki, 2005-ci ilin iyununda İranda keçirilmiş prezident seçkilərindən sonra 

Tehranın mövqeyində  hər hansı radikal dəyişikliyin olacağı gözlənilmir. Amma artıq 

bölgədə iri enerji layihələrinin işə düşməsi, Qərbin transmilli şirkətlərinin Xəzərə gəlişi və 

Azərbaycanla Qazaxıstanın öz neftini dünya bazarına çıxarmağa başlaması, Tehrana 

da çıxış yolu qoymur. İranın artıq Xəzərin özünə aid sektorundakı yataqlarda kəşfiyyat 

işinə başlamağa hazırlaşması göstərir ki, 13 ildən artıq davam edən danışıqlarda bir 

nəticə əldə edə bilməyən Tehran digər sahilyanı ölkələrin tutduğu mövqe ilə razılaşmalı 

olacaq. 


Bölgədə  Xəzər dövlətlərinin və  Qərbin  aktiv səylərinə hamıdan çox narazılıq 

edən və müqavimət göstərən İran bu günə kimi danışıqlarda yalnız bir prinsipdən çıxış 




 

570


edir: "Dənizi bölürüksə, gəlin onun  bütün sahələrini bərabər (20% hesabı ilə) bölək". 

İranın mövqeyinə görə,  İran və SSRİ arasında imzalanmış sazişlər dünya dəniz 

hüququna daxil deyil və guya bu haqda beynəlxalq konvensiyalarda da bəzi xüsusi 

rejimlər nəzərdə tutulur. 

İran Xəzərin ehtiyatlarından birgə istifadəni nəzərdə tutan kondominium 

prinsipinin  ən inadkar müdafiəçisi hesab olunur. Bu prinsipə görə, Xəzərin ehtiyatları 

beş sahil dövləti arasında bölünməli və  hər bir dövlət veto hüququna malik olmalıdır. 

Əlbəttə, bu prinsip qəbul ediləcəyi təqdirdə, Xəzərin ehtiyatlarından ayrı-ayrılıqda 

istifadə (Azərbaycan məhz bu yolla gedir) problemə çevrilir və burada Qərb kapitalının 

fəaliyyəti, yaxud birgə istismar layihələri ayrı-ayrı ölkələrin  əhval-ruhiyyəsindən asılı 

vəziyyətə salınır.  

İranı  ən çox narahat edən məsələlərdən biri  də  əsas neft kəməri məsələsidir. 

Son illərdə gerçəkləşməsi tam reallaşan  Bakı-Tbilisi-Ceyhan kəmər layihəsi  İran 

hökumətinin  ən böyük hücum hədəfi olaraq qalmaqdadır.  İran  əsas neft kəmərinin öz 

ərazisindən keçib Fars körfəzinə daşınması ideyasının gerçəkləşməsi ilə  Xəzər 

hövzəsində nüfuzunu artırmaq, həm də Azərbaycan neftinin ixracına nəzarət etmək 

iddiasını aşkar nümayiş etdirirdi. 

Xəzərin statusu və neft kəməri məsələlərində  İranın yürütdüyü siyasət onu 

göstərir ki, bu dövlət həm iqtisadi və siyasi cəhətdən, həm də geosiyasi baxımdan 

Azərbaycana rəqibdir.  

İranın Xəzər dənizinin statusu  və karbohidrogen  ehtiyatlarının işlənməsi ilə bağlı  

nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyi tədqiqatçılar bir neçə səbəblə izah edirlər:  

Əvvəla,  İranı  qıcıqlandıran  əsas məsələ  Xəzərin milli sektor bölgüsündə bu 

ölkəyə düşən payın onun iddia etdiyi kimi 20% deyil,  yalnız 14% olmasıdır. Orta xətt 

üzrə aparılan bölgü ilə (bu beynəlxalq bölgü prinsipidir) İrana heç bir halda 20% pay 

vermək mümkün deyil.  İran isə hesab edir ki, Xəzər beş bərabər hissəyə bölünməli, hər 

dövlətə 20%-lik pay verilməlidir. Bu ölkəni qətiyyən maraqlandırmır ki,  bölgü hansı 

prinsiplə aparılsın, 20%-lik bölgü əsasında İranın sərhədləri kimin ərazisinə düşür və s. 

İkincisi,  İran Azərbaycanın  bölgədə  və dünya enerji bazarında güclənməsini, 

qlobal enerji  layihələrinin mərkəzinə çevrilməsini, Qərb  şirkətlərinin bu ölkə vasitəsilə 

Xəzər bölgəsinə  gəlməsini özü üçün ciddi təhlükə sayır.  Bunu tədqiqatçılar,  bir 

tərəfdən,  İranda yaşayan azərbaycanlılar üçün  Azərbaycanın populyarlığının artması 

təhlükəsi ilə, digər tərəfdən Azərbaycanın güclənərək  İranın təsiri altından tam çıxa 

bilməsi faktı ilə izah edirlər.  Onların fikrinə görə,  əgər Azərbaycan bütün bu işləri İranla 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə