Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə212/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   208   209   210   211   212   213   214   215   ...   229

 

577


plana çəkən Türkiyə, nəhayət, təhlükəsiz kəmər istəyən Azərbaycan Bakı-Tbilisi-

Ceyhan məsələsini israrla ortaya qoyur, Rusiya və  İranı sakitləşdirmək məqsədilə 

tədbirlər düşünülür.   Bununla bərabə,  1997-ci il fevralın 16-da Bakıda Azərbaycan 

hökuməti, ABƏŞ-in rəhbəri və ARDNŞ ilə Rusiyanın “Transneft” şirkəti arasında 

tərəflərin öhdəliklərini konkretləşdirən bir sıra sazişlər imzalayır. O cümlədən həmin 

sənədlər arasında “Azərbaycandan çıxarılacaq ilkin neftin Rusiya ərazisi vasitəsilə  nəqli 

haqqında” saziş  və “Qarşılıqlı anlaşma haqqında memorandum” da imzalanır. Bu 

razılaşmaya  əsasən,  Azərbaycan nefti Bakıdan başlayaraq Çeçenistanın  Qroznı 

şəhərindən keçib Rusiya ərazisi ilə Qara dənizə tərəf uzanaraq Bakı-Mahaçqala-Qroznı 

xətti  və  Tengiz-Novorossiysk marşrutu ilə birləşib Rusiyanın Novorossiysk limanına 

gedib çıxmalı idi. Lakin bu hələ  nəzərdə tutulan əsas işin başlanğıcı idi, əsas kəmər 

məsələsi isə hələ də açıq qalırdı.  

1997-ci il noyabrın 12-də Azərbaycanın paytaxtı Bakı şəhərində ilkin Azərbaycan 

neftinin çıxarılması və nəqli münasibətilə təntənəli mərasim keçirildi. Həmin gün Xəzər 

dənizinin təkindən dünya bazarlarına ilk Azərbaycan nefti axıdılmağa başlandı. Bu, 

müstəqil Azərbaycan Respublikasının  neft siyasətinin mühüm qələbəsi idi. 1994-cü il 

sentyabrın 20-də imzalanmış  və dünyada “Əsrin müqaviləsi” kimi tanınan tarixi neft 

müqaviləsi  öz bəhrəsini 3 il sonra, yəni, 1997-ci il noyabrın 7-də verdi.  

Bakı-Novorossiysk boru kəmərinin işə düşməsi və Azərbaycan neftinin bu 

marşrutla ixracı Rusiya ilə münasibətlərə müsbət təsir etdi və bu ölkə ilə  ənənəvi 

əməkdaşlığı qoruyub saxlamaq mümkün oldu.  Rusiya Azərbaycan neftindən gəlir 

götürməklə öz mənafelərini müəyyən qədər təmin etdi.  

Xəzər neftinin Qərb istiqaməti ilə  nəql olunması üçün  tikilmiş ikinci kəmər  Bakı-

Supsa oldu. Bu xəttinin uzunluğu 830 km, layihə gücü ildə 5,1 milyon ton, dəyəri 565 

milyon ABŞ dollarıdır. İndiyə qədər bu xətt ilə 18,6 milyon tona qədər ilkin Azərbaycan 

nefti ixrac olunmuşdur.  Bu kəmər ilk növbədə neft ixracında alternativliyi təmin etmək 

və Rusiyadan tam asılılığı aradan qaldırmaqla yanaşı, həm də Gürcüstanın dövlət 

müstəqilliyinə, iqtisadi vəziyyətinin yaxşılaşmasına, inkişaf etməsinə Azərbaycanın 

verdiyi dəstək idi.  Hazırda bu kəmərin davamı olaraq Supsa-Odessa-Brodı  kəmərinin 

işə düşməsi və Xəzər neftinin Qərbə daşınmasında iştirakı ilə bağlı Ukrayna, Polşa və 

Rumıniya ciddi fəaliyyət göstərir.  

Odessa-Brodı  kəməri ideyası  hələ 1993-cü ildə meydana gəlib. Həmin dövrdə 

Rusiyadan enerji asılılığını aradan qaldırmağın yollarını axtaran rəsmi Kiyev alternativ 

variant kimi Xəzər regionu ölkələrinə öz neftinin Şərqi və  Mərkəzi Avropaya nəqlinin 




 

578


yeni marşrutunu təklif etməyə başlayır.  Layihə Ukraynanın Rusiyadan enerji asılılığının 

aradan qaldırılması ilə yanaşı, həm də bu ölkənin regionda enerji resurslarının 

tranzitində transmilli rolunun artırılmasına yönəlib.  

1996-cı ildə tikintisinə başlanılan Odessa-Brodı kəməri 2001-ci ilin sonunda təhvil 

verilib. Lakin kəmərin strateji əhəmiyyət daşıması üçün onun Polşanın Qdansk 

şəhərinədək davam etməsi vacib idi.  Bununla  kəmər enerji daşıyıcılarının  Şərqi 

Avropaya, oradan isə Qərb ölkələrinə də nəqli üçün strateji dəhlizə çevrilə bilərdi.  

Rəsmi Kiyev bu layihənin reallaşmasında Qərbin də dəstəyini qazanıb. Kəmərin 

çəkilməsi ideyasını  dəstəkləyən qurumlar sırasında Avropa İttifaqı da var. 2002-ci ilin 

sentyabrında Avropa Komissiyasının vitse-prezidenti Loyola de Palasio Odessa-Brodı 

kəmərini «Avropa layihəsi» adlandıraraq bildirib ki, Avropa İttifaqına üzv olmaq istəyən 

istənilən ölkə, ilk növbədə, özünün enerji təhlükəsizliyini təmin etməlidir. 

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Can Lemyer isə bəyan edib 

ki, bank Odessa-Brodının Polşanın Qdansk şəhərinədək çəkilməsini maliyyələşdirməyə 

hazırdır. 2003-cü il mayın 13-də isə Avropa İttifaqı Odessa-Brodı  kəmərini Avropanın 

prioritet neft-nəqliyyat layihələri sırasına aid edib.  

Lakin Odessa-Brodı-Qdansk layihəsinin baş tutması  əsasən Azərbaycan və 

Qazaxıstandan asılıdır. Çünki bu kəmər yalnız Xəzər neftini dünya bazarına çıxaracağı 

təqdirdə strateji əhəmiyyət daşıyacaq. Məhz bu səbəbdən  rəsmi Kiyev son illər Bakı və 

Astananın bu layihəyə loyal münasibətini təmin etmək üçün bir sıra diplomatik addımlar 

atır. 2004-cü ildə Ukrayna Azərbaycan və Qazaxıstan rəhbərliyinə müraciət edərək bu 

ölkələri Xəzər neftinin Avropaya həm də bu marşrutla (Bakı-Supsa kəmərinin davamı 

kimi) nəqlinə dəstək verməyə çağırıb. Lakin Azərbaycanın prioriteti Bakı-Tbilisi-Ceyhan 

Əsas  İxrac Kəmərinə verməsindən sonra Odessa-Brodı-Qdansk layihəsinin taleyi 

müəyyən qədər sual altına alındı. 

2004-cü ilin əvvəlində Azərbaycanın Baş naziri Artur Rasizadənin Kiyevə  səfəri 

zamanı Azərbaycanla Ukrayna arasında Odessa-Brodı  kəmərinin Polşayadək 

çəkilməsinə birgə iştiraka dair ilkin razılığa gəlinsə də, bu razılıq şərti xarakter daşıyırdı.  

Təbii ki, rəsmi Bakı Azərbaycan neftini Mərkəzi və Şərqi Avropa bazarlarına çıxarmaqda 

maraqlıdır. Lakin bu məsələyə yanaşma yalnız rəsmi Bakıdan asılı deyil. Çünki 

Azərbaycanda neft çıxaran  şirkətlərin  əksəriyyəti xarici şirkətlərdir və bu məsələdə 

onların mövqeyi də vacibdir. Qərb şirkətləri üçünsə Odessa-Brodı layihəsi bu gün üçün 

cəlbedici görünmür. Amma ekspertlər hesab edir ki, rəsmi Bakı öz enerji daşıyıcılarının 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə