Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə211/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   207   208   209   210   211   212   213   214   ...   229

 

574


Xəzər hövzəsinin geosiyasi və geoiqtisadi maraqları  çərçivəsində  əhəmiyyətli 

həlqələrindən biri Gürcüstan Respublikası hesab olunur. Gürcüstanın  əlverişli coğrafi 

mövqeyi və  Qərbpərəst siyasəti son illərin geopolitik proseslərində onu ön mövqelərə 

çıxarıb. Azərbaycanın bu ölkə ilə münasibətləri strateji tərəfdaş mahiyyəti daşıyır. 

Hazırda Avrasiya enerji və kommunikasiya dəhlizi layihəsi, o cümlədən TRASEKA 

proqramı, Bakı-Ceyhan neft və Bakı-Ərzurum qaz kəmərlərinin çəkilişi Gürcüstan 

ərazisi vasitəsilə gerçəkləşdirilməkdədir. Azərbaycan Prezidenti Heydər  Əliyevin 

güzəştli mövqeyi sayəsində bu ölkə kəmərlərlə bağlı müqavilələrin kifayət qədər yüksək 

tranzit haqqı  şərtiylə imzalanmasına nail olub. Gürcüstanın Qara dəniz sahilindəki iki 

əsas limanı - Batumi və Poti - son illərdə Avropa Birliyinin (AB) maliyyə yardımı ilə 

modernləşməkdə, texniki imkanları artırılmaqdadır. Bakı-Supsa kəməri ilə  nəql edilən 

Xəzər nefti məhz bu limanlar vasitəsilə xarici bazarlara çatdırılır. 

Rusiyanın təsir dairəsindən çıxmaq istəyən və bu istiqamətdə bir sıra ciddi 

nəticələrə nail olan Gürcüstan sürətlə NATO və  Qərbin siyasi-iqtisadi strukturlarına 

inteqrasiya olunmaqdadır.  Əlbəttə, Gürcüstan Azərbaycan üçün tranzit ölkə əhəmiyyəti 

kəsb etdiyi kimi, Azərbaycan da bu dövlət üçün Cənubi Qafqazın  ən zəngin və lider 

ölkəsi kimi mühüm tərəfdaş əhəmiyyəti kəsb edir. 

 Cənubi Qafqaz və  Xəzər hövzəsində baş verən hadisələrə bilavasitə aidiyyatı 

olan dövlətlərdən biri də Ermənistandır. Bu ölkədə nə neft, nə də ki qaz ehtiyatları var. 

Ermənilərin Xəzər dənizinə  və onun neftinə birbaşa dəxli olmasa da, neft kəməri 

təşəbbüsü ilə  dəfələrlə  çıxış etmişdir. Lakin Xəzər neftinin ixracı üçün regiona gərək 

olan sabitliyin başlıca pozucusu olan bu ölkə    Azərbaycanın iradəsi ilə bütün 

layihələrdən təcrid edilmişdir.   

"Nyu-York Tayms" qəzetinin tanınmış bölgə müxbiri Stiven Kinzerin "Cənubi 

Qafqazda anklav vəziyyətindən qəzəblənən ermənilər Xəzər bölgəsinin neft bumunun 

onlardan yan keçməsinə öz hərəkətləri ilə (Dağlıq Qarabağı  işğal etmələri nəzərdə 

tutulur) qərar verdilər" adlı araşdırması bu mənada  Ermənistanın vəziyyətini çox dəqiq 

göstərir.  

"Magistral  şose və  dəmir yolları neft kəmərinə paralel gələcək.  Əgər biz 

kəmərdən uzaq düşüb  əski  İpək Yolunun bərpası  çərçivəsində ticarət yollarından 

yenidən təcrid olunuruqsa, bu o deməkdir ki, Ermənistandan  əlini üz. Mərkəzə yaxın 

olmağımıza baxmayaraq, biz ucqar əyalətə çevrilirik" - bu sözləri isə  "İpək Yolu"nun 

bərpasına həsr edilmiş TRASEKA üzrə Bakı konfransında (7-8 sentyabr, 1998) 

Ermənistanın Baş naziri söyləmişdir. O, öz çıxışında region ölkələrindən birinin 




 

575


(Ermənistanın) ümumi proqramlardan "süni surətdə  təcrid olunmasının yolverilməzliyi" 

barədə  bəyanat verərək, Batumi-Yerevan-Naxçıvan-Culfa-Tehran xəttinin işə 

salınmasını, Türkiyənin Qars şəhərindən Gümrüyə və oradan Tbilisiyə gedən dəmiryol 

xəttinin bərpasını, Yerevan-Tbilisi və Batumi-Gümrü-Yerevan avtomagistralının inşasını 

təklif etsə  də, bu təklif yalnız  İran nümayəndəsi tərəfindən müdafiə olunmuşdu. 

Azərbaycan tərəfinin təkidi ilə  qəbul edilmiş  dəyişikliklərə uyğun olaraq təcavüzkar 

Ermənistan TRASEKA layihəsindən də faktiki olaraq çıxarılıbdır. 

 Göründüyü kimi, hazırda Xəzər nefti uğrunda dünya geoiqtisadi məkanında  

böyük hadisələr yaşanır. Bunun başlıca səbəbi Xəzərin statusunun və  zəngin neftinin, 

ixrac kəməri marşrutunun  regionda qüvvələr nisbətinin xeyli dəyişməsi hesab olunur. 

Bu istiqamətdə Azərbaycan dövləti öz müstəqilliyini qorumaq və möhkəmləndirmək, 

ərazi bütövlüyünü bərpa etmək,  əhalisinin firavan həyatına nail olmaq məqsədlərini 

reallaşdırmağa, Rusiya və İran regionda ənənəvi mövqelərini saxlamağa, ABŞ, Türkiyə 

və digər Qərb dövlətləri yeni-yeni mövqelər  əldə etməyə çalışırlar. Təbii ki, müxtəlif 

qüvvələrin fərqli mövqelərinin uzlaşdırılması kifayət qədər çətin məsələdir. Belə 

çətinlikləri dəf etmək üçün Azərbaycan hökuməti ardıcıl və düşünülmüş xarici siyasət 

yürüdərək,  Xəzər nefti uğrunda mübarizəni, Bakı-Ceyhan ixrac kəməri və  Xəzərin 

statusu məsələsini öz maraqları  çərçivəsində  həll etməyə çalışır. Bu məsələlərə 

münasibətdə Moskva-Tehran-Yerevan üçlüyünün fərqli mövqeyi kontekstində 

gələcəkdə  də müəyyən problemlərin yaşanacağı istisna olunmur. Çünki indiki halda 

Xəzərin statusunun və  əsas neftin ixracı marşrutunun müəyyənləşməsi dənizdə neft 

hasilatıyla məşğul olan dövlətlərin içərisində  ən çox Azərbaycanın mənafeyinə 

uyğundur.  

Nəzərə alınsa ki,  Xəzər neftinin istismarı üçün bağlanmış neft müqavilələrində 

iştirak edən şirkətlərin böyük əksəriyyəti Avropa İttifaqı və NATO-ya üzv  olan dövlətlərə 

məxsusdur və Avropa İttifaqının, NATO-nun Şərqə doğru genişlənmə proqramı ilə eyni 

vaxtda həyata keçirilir, onda belə  bir      nəticəyə  gəlmək olar ki, Xəzər regionunda baş 

verən hadisələr, regionda hərbi-siyasi sabitlik həm də NATO-nun və ona daxil olan 

dövlətlərin marağı çərçivəsindədir.  Deməli,  bu bölgənin təhlükəsizliyi və sabit inkişafı 

da məhz Qərbin  nəzarəti və yaxından iştirakı ilə  təmin olunacaqdır.  Bu, əslində, təkcə 

Azərbaycanın və Qərb ölkələrinin deyil, həm də bütün region dövlətlərinin – Rusiyanın, 

İranın, Ukraynanın, Gürcüstanın və başqalarının da marağına tam uyğun gəlir.  

 

 



 

576


 

4. XƏZƏR NEFTİNİN DÜNYA BAZARLARINA ÇIXARILMASI VƏ ONUN 

ƏTRAFINDA YARANMIŞ PROBLEMLƏR 

 

Azərbaycan neftinin Avropa bazarlarına maneəsiz nəqli məsələsi  həmin neftin 

çıxarılması  qədər vacib iqtisadi, siyasi və qlobal əhəmiyyət kəsb edən bir məsələdir. 

Hazırda Xəzər neftinin əsasən “Şimal”, “Qərb” və Bakı-Tbilisi-Ceyhan  istiqamətində 

nəqli  barədə razılaşmalar  əldə olunmuşdur. Lakin mümkün marşrutlar içərisində 

hansının siyasi, kommersiya, iqtisadi, ekoloji və təhlükəsizlik  baxımından daha əlverişli 

olması bu gün də müasir dünya siyasətinin aparıcı mövzularından biridir. 

Hər bir Xəzəryanı  və qeyri-Xəzəryanı dövlət neft kəmərlərinin onun ərazisindən 

və ya ona əlverişli olan marşrutdan keçməsinə çalışır.    Bu  dövlətlər içərisində 

Azərbaycan, Türkiyə, İran, Rusiya, Ukrayna, Rumıniya, Polşa,  Yunanıstan, Ermənistan, 

Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər region ölkələri ilə  bərabər 

ABŞ, Yaponiya, Çin və bir çox aparıcı  Qərb dövlətlərinin də xüsusi cəhd göstərməsi 

diqqəti cəlb edir. 

Neft daşımaları üzrə Rusiya-Türkiyə,  İran-Türkiyə, Rusiya-Gürcüstan, Ukrayna-

Türkiyə, Çin-Türkiyə  və b. ölkələrin apardığı  rəqabətlə yanaşı, ABŞ-ın  İrana qarşı 

siyasəti, Rusiyanın Qafqazda və Avrasiyada öz geopolitik və tranzit  mövqelərini 

qoruyub saxlamaq istəyi, Çeçenistan məsələsi, Gürcüstanın daxili münaqişələri

Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ  münaqişəsi, Türkiyədə kürd terrorizminin 

canlanması  və  s.  kimi  amillər də neft kəmərləri layihələrinə ciddi təsir edən  siyasi və 

beynəlxalq faktorlardandır.  

Rusiyanın  ənənəvi neft kəmərləri  marşrutlarına nəzarəti öz  əlində saxlamağa 

çalışması bir çox iqtisadi faktorlar,  Çeçenistan münaqişəsinin uzanması, Türkiyənin 

boğazların ekoloji təhlükəsizliyini qabartması  və  ən nəhayət, Azərbaycanın bu 

məsələdəki mövqeyi nəticəsində mümkün olmamışdır.   

Rusiyanın hüdudlarından yan keçən boru xətlərinin çəkilməsi ideyası Ukraynanı, 

Rumıniyanı, Polşanı (Supsa-Odessa-Brodı  kəməri) və  İranı  hərəkətə  gətirir (Bakı-Fars 

körfəzi ideyası gündəmə gəlir).   

Bundan başqa,  Çin Azərbaycan və Qazaxıstan  neftinin Mərkəzi Asiyadan Çinə 

və Cənub-Şərqi Asiyaya axıdılması ideyasını müzakirəyə çıxarır.  

Əlbəttə, strateji neftin nəqlini  İrana etibar etməyən ABŞ  və Avropa dövlətləri, o 

cümlədən iqtisadi-siyasi maraqlarını, Azərbaycanla strateji müttəfiqlik  əlaqələrini ön 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə