Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə219/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   215   216   217   218   219   220   221   222   ...   229

 

596


-  Dünya birliyinin aqressiv separatizm probleminə diqqətinin artırılmasına və 

dövlətlərin sərhəd toxunulmazlığı prinsipinin bərpasına nail olmaq

- Müxtəlif güc mərkəzlərinin geosiyasi maraqlarının kəsişdiyi Qafqazda bütün 

maraqlı  tərəflər üçün cəlbedici faktora çevrilmək, güc mərkəzlərinin geosiyasi 

ziddiyyətlərindən istifadə edərək öz dövlətini möhkəmləndirmək; 

-  Ərazilərdəki etnik münaqişələri dinc yolla həll etmək,  ərazi bütövlüklərini bərpa 

etmək; 

- Rusiyadan asılılığı azaltmaq üçün Qərbin siyasi və iqtisadi strukturlarına 



inteqrasiyaya üstünlük vermək; 

- Neft 


və qaz yataqları ilə zəngin olan regionda əsas tranzit ölkəyə çevrilmək, birgə 

enerji və nəqliyyat layihələrində iştirak edərək Qərbə çıxış üçün alternativ yollar 

tapmaq və s. 

 Lakin 


məqsədlər eyni olsa da, ölkələrdəki şərait, ictimai-siyasi və iqtisadi vəziyyət 

fərqlidir. Azərbaycandan fərqli olaraq, Gürcüstan təbii ehtiyatlara malik deyil və 

Rusiyadan daha çox asılıdır. Bu isə Azərbaycanın Gürcüstan üçün strateji əhəmiyyətini 

bir qədər də artırır. Çünki yaranmış vəziyyətdə Gürcüstanın əsas ümidi ölkənin coğrafi 

vəziyyəti və tranzit imkanlarından maksimum bəhrələnməkdir ki, bu da Azərbaycanla 

əməkdaşlıq etmədən qeyri-mümkündür. 

 

2005-ci ilin iyulunda Gürcüstan parlamenti ölkənin Milli Təhlükəsizlik             



Konsepsiyasını qəbul edib. Ölkənin milli maraqları, xarici siyasətin prioritetləri və digər 

dəyərləri  əks etdirən sənədə görə, Gürcüstanın xarici siyasi tərəfdaşlığının prioritetləri 

aşağıdakı kimi qeyd olunub: 

 

1.  Strateji tərəfdaş – ABŞ, Ukrayna, Türkiyə və Azərbaycan 



2.  Tərəfdaş – Rusiya 

3.  Praqmatik əməkdaşlıq – Ermənistan 



 

  Konsepsiyadan da göründüyü kimi, Azərbaycan Gürcüstanın 4 əsas strateji 

tərəfdaşından biridir. 

 

 



Bütün bunlar Bakı ilə Tbilisinin strateji tərəfdaşlığını  şərtləndirən və iki ölkəni 

birləşdirən amillərdir. Amma bir sıra prinsipial fərqlər də var və bu, ilk növbədə, özünü 

xarici siyasi kursda göstərir. Azərbaycan bölgədə marağı və nüfuzu olan bütün ölkələrlə 

dostluq və  tərəfdaşlıq  əlaqələri saxlamaqla bu prosesi ağrısız keçmək yolunu tutduğu 

halda, Gürcüstan rəhbərliyi yalnız Qərblə inteqrasiya kursunu dəstəkləyən dövlətlərlə 



 

597


əməkdaşlığa üstünlük verir. Birtərəfli siyasət yeridən Gürcüstan bölgədəki  əsas güc 

mərkəzlərindən olan Rusiya ilə münasibətlərdə ciddi gərginlik yaşayır və bu, regionda 

təhlükəsizlik üçün ciddi problemlər yarada bilər. Çünki Gürcüstanın regional 

təhlükəsizlik proseslərində Rusiyanın kənarda qalmasına yönəlmiş siyasəti, nəticə 

etibarilə iki ölkə arasında münasibətləri daha da gərginləşdirə bilər. Bu zaman isə 

Rusiyada məskunlaşmış yüz minlərlə gürcünün mümkün deportasiyası, Cənubi Osetiya 

və Abxaziyadakı dondurulmuş, Cavaxetiyada isə potensial münaqişələrin 

qabardılmasının şahidi ola bilərik.  

 Gürcüstandan 

fərqli olaraq, Rusiya ilə münasibətlərində problemi olmayan 

Ermənistan Cənubi Qafqazda formal təhlükəsizlik siyasəti yürüdür. Əslində, onun bütün 

məsələlərə yanaşması digər bölgə ölkələrindən geridə qalmamaq üçün təbliğat xarakteri 

daşıyan “müstəqil dövlət” imitasiyasından başqa bir şey deyil. Rusiyanın hərbi 

qüvvələrini öz ərazisində yerləşdirən, onun yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi 

təşkilatının tələblərindən çıxa bilməyən Ermənistanın müstəqil təhlükəsizlik siyasəti 

yürütməsi, sadəcə olaraq, mümkün deyil.  

 

Rəsmi İrəvan ABŞ və Avropa İttifaqının regiondakı proseslərdə iştirakını məqbul 



saysa da, bu güc mərkəzlərinə regional dövlətlərlə eyni statusun verilməsinin 

əleyhinədir. İranın təklif etdiyi 3+3 formuluna cavab olaraq, rəsmi İrəvan alternativ təklif 

– «3+3+2» formulunu irəli sürüb. Bu  təklif  3 Cənubi Qafqaz ölkəsi+Türkiyə, Rusiya, 

İran+ ABŞ və Avropa İttifaqı»  sxemini nəzərdə tutur. Göründüyü kimi, bu sxemdə ABŞ 

və Avropa İttifaqı regiondakı dövlətlərlə eyni statusda yox, daha çox, köməkçi 

elementlər kimi göstərilib.  

 Ermənistanın bu mövqeyi izah olunandır. Artıq qeyd  edildiyi kimi, bu ölkənin 

geosiyasi maraqları, təhlükəsizliyi və iqtisadi vəziyyəti yalnız bir dövlətdən – Rusiya 

Federasiyasından asılıdır.  İki ölkə arasında hərbi, siyasi və iqtisadi əlaqələr kifayət 

qədər möhkəmdir.  İndiyədək ölkələr arasında 160-dan çox beynəlxalq hüquqi sənəd 

imzalanıb. Bunların arasında bəziləri strateji əhəmiyyət daşıyır və Ermənistanın 

Rusiyadan tam asılılığını  rəsmən təsdiqləyir. 1997-ci il avqustun 29-da imzalanmış 

“Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqda” müqavilə, 2001-ci il sentyabrın 15-də 

imzalanmış “2010-cu ilədək uzunmüddətli iqtisadi əməkdaşlığa dair” müqavilə,  XXI  

əsrdə Rusiya ilə Ermənistan arasında müttəfiqliyə dair bəyannamə  və digər sənədlər 

Ermənistanın Rusiyadan siyasi, hərbi və iqtisadi cəhətdən tam asılılığını sübut edir. 

 Rusiya 


Ermənistanı özünün Cənubi Qafqazdakı yeganə etibarlı strateji müttəfiqi 

(forpostu) hesab edir. Ermənistanın geostrateji mövqeyi, işğalçılıq siyasəti və iqtisadi 




 

598


potensialının səviyyəsi bu ölkənin regiondakı proseslərdə müstəqil iştirakını istisna edir 

və Rusiya ilə eyni mövqedən çıxış etməyə vadar edir. Bu gün Ermənistan Rusiyanı öz 

müstəqilliyinin və təhlükəsizliyinin yeganə qarantı hesab edir. Bu ölkə bütün sahələrdə, 

xüsusilə  də  hərbi sahədə Rusiyanın inhisarındadır. MDB Kollektiv Təhlükəsizlik 

Müqaviləsinin cənub istiqamətində  əsas və yeganə  tərəfdaşı funksiyasını icra edən 

Ermənistanın hava məkanını, İran və Türkiyə ilə sərhədini də rus hərbçiləri qoruyur. İki 

ölkə arasında hərbi müttəfiqliyin bünövrəsi 1992-ci il avqustun 21-də prezidentlər Boris 

Yeltsinlə Levon Ter-Petrosyanın imzaladığı Ermənistan  ərazisindəki Rusiya Hərbi 

Qüvvələrinin hüquqi statusuna dair müqavilə ilə qoyulub. 1995-ci ilin martında isə 

prezidentlər Moskvada Ermənistan  ərazisindəki hərbi bazaya dair 25 illik müqavilə 

imzalayıb. Sənəd Ermənistandakı 102-ci hərbi bazanın 2020-ci ilədək ölkə  ərazisində 

qalmasını  nəzərdə tutur. Bundan başqa, Rusiya-Ermənistan birgə  hərbi qruplaşması 

yaradılıb, Ermənistan MDB-nin havadan vahid müdafiə sisteminə qoşulub, Kollektiv 

Təhlükəsizlik Müqaviləsinin fəal üzvüdür, Rusiya Ermənistana silah və  hərbi texnikanı 

güzəştli qiymətlə satır və s. Bütün bu faktlar regiondakı geosiyasi vəziyyəti 

gərginləşdirən, bölgədəki qüvvələr nisbətinin dəyişməsinə  səbəb olan və Dağlıq 

Qarabağ probleminin həllinə mane olan amillərdir. 

 Problemin 

həllinə mane olan digər amil Ermənistanın  İranla münasibətləridir. 

Rusiya ilə Ermənistanın strateji müttəfiqliyini və Moskva-Tehran əlaqələrini nəzərə 

alsaq, söhbət artıq Rusiya-İran-Ermənistan xəttinin formalaşmasından gedir. Xarici 

ekspertlər hesab edirlər ki, bu gün artıq bu “üçlər” bloku de-fakto mövcuddur. Üstəlik, 

İran öz geosiyasi maraqları naminə irəli sürdüyü əsas prinsipdən – regiondan kənar 

dövlətlərin bölgədəki proseslərə müdaxiləsinin yolverilməzliyi prinsipindən də imtina 

etməyə  və bu bloka daha bir üzv “qəbul etməyə” hazırdır. Buna bariz nümunə  İranla 

Ermənistanın Yunanıstanın regionda aktivləşməsinə yönəlmiş addımlarını göstərmək 

olar.  1997-ci ildə Afinada İran, Yunanıstan və Ermənistan arasında «Qarşılıqlı 

anlaşma və  əməkdaşlıq haqda» memorandum imzalanıb. Düzdür, hələlik rəsmi 

Afinanın regionda aktivliyi hiss olunmur və sözügedən sənəd bölgədə qüvvələr nisbəti 

və geosiyasi vəziyyəti dəyişməyib. Üstəlik, son illər Yunanıstan-Türkiyə 

münasibətlərində  gərginliyin nisbətən aradan qalxması da nəzərdən qaçmamalıdır. 

Amma hər halda, bu sənəd gələcəkdə yarana biləcək müəyyən tendensiyanın 

göstəricisidir. 

 

İran, Rusiya və Ermənistanın müttəfiqliyini  şərtləndirən daha bir amil Türkiyə  



faktorudur. Türkiyə ilə tarixi ədavəti olan hər 3 dövlət Ankaranın bölgədə 


Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə