Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə216/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   212   213   214   215   216   217   218   219   ...   229

 

588


təhlükəsizlik mexanizmini qəbul etmir. Burada söhbət ilk növbədə Rusiya və  İrandan 

gedir. 


Rusiyanın regional təhlükəsizlik siyasətinin kökündə  Qərbin bölgədə 

mövqelərinin möhkəmlənməsinə yol verməmək üçün region ölkələrinin beynəlxalq 

təhlükəsizlik sisteminə çıxışını, Qərblə hərbi inteqrasiyasını, bu sahədə sərbəst siyasət 

yeritməsini  əngəlləmək cəhdi dayanır. Lakin Rusiyanın bu planları regionda təmsil 

olunan yalnız 2 dövlət – İran və Ermənistan tərəfindən razılıqla qarşılanır. Bu isə 

Moskvanın bölgədəki siyasətinin effektli olması üçün kifayət etmir. Rusiyanın  ənənəvi 

olaraq regionda təsir imkanlarını qoruyub saxlamaq üçün daxili münaqişələrə üstünlük 

verməsi, ərazi bütövlüyü və separatizmi dəstəkləməsi Azərbaycanla Gürcüstanı regiona 

yeni geosiyasi oyunçular və güc mərkəzlərini cəlb etməyə sövq edir. Və bu gün Qərbin 

regiondakı mövqelərinin möhkəmlənməsinin  əsas səbəblərindən biri və birincisi məhz 

budur.  

Rusiya isə bölgəyə yeni güc mərkəzlərinin gəlişinin qarşısını almaq üçün 

Kollektiv Təhlükəsizlik Müqaviləsini (KTM) genişləndirmək kursunu tutub. 1992-ci ilin 

mayında Daşkənddə MDB-yə üzv olan 6 ölkə - Rusiya, Ermənistan, Qazaxıstan, 

Qırğızıstan, Tacikistan və Özbəkistanın yaratdığı bu quruma sonradan Azərbaycan (24 

sentyabr 1993-cü il), Gürcüstan (9 dekabr 1993-cü il) və Belarus (31 dekabr 1993-cü il ) 

müşahidəçi qismində qoşuldular. Lakin KTM-in prinsipləri, məramı  və  şərtləri Bakı  və 

Tbilisini qane etmədiyindən, ilk iki ölkə  təşkilata üzvlükdən imtina etdi və 1999-cu ildə 

müşahidəçi qismində iştirakı da dayandırdı. Eyni addımı Özbəkistan da atdı. Qeyd edək 

ki,  əvvəllər daha çox  deklorativ xarakter daşıyan Kollektiv Təhlükəsizlik Müqaviləsi 

2003-cü ilin oktyabrından konkret hərbi-siyasi bloka çevrilib. Oktyabrın  7-də MDB-nin 

Kişinyov sammitində Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və 

Tacikistan prezidentləri Kollektiv Təhlükəsizlik Təşkilatının (KTT) yaradılması haqda 

müqavilə imzalayıb. Rusiyalı politoloqlar fəaliyyət göstərdiyi 11 il ərzində effektiv 

struktura çevrilə bilməmiş KTM-in  KTT ilə  əvəz olunmasını  “Avrasiya hərbi-siyasi 

blokunun yaradılması” kimi təqdim edir. Amma təbii ki, Cənubi Qafqaz ölkələrindən 

yalnız Ermənistanın bu blokda təmsil olunması Rusiyanın regional təhlükəsizlik 

siyasətini qeyri-effektli edir. Buna görə də, rəsmi Moskva Azərbaycanla Gürcüstanın da 

bu blokda təmsil olunmasına çalışır. Azərbaycanın bu təşkilata qoşulması üçün sonuncu 

cəhd 2004-cü ilin payızında MDB dövlət başçılarının Astanada keçirilən sammitinə 

təsadüf edir. Lakin rəsmi Bakı Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsi həll 




 

589


olunmayana qədər özünün regional təhlükəsizlik məsələləri ilə bağlı mövqeyində 

dəyişiklik etməyə əsas olmadığını bildirərək,  KTT-yə qoşulmaqdan imtina etmişdir. 

Gürcüstan da bu hərbi-siyasi bloka üzv olmaq niyyətində olmadığını bildirərək,   

əksinə, öz ərazisindəki Rusiya hərbi bazalarının ölkədən çıxarılması  tələbi ilə  çıxış 

etmişdir. Bütün bunların müqabilində Kreml hər iki respublikaya qarşı açıq və dolayı 

təzyiqləri artırır. Əgər Gürcüstana yanaşmada bu təzyiqlər Abxaziya və Cənubi Osetiya 

separatçılarının demarşları, hərbi paradları, Rusiya ilə faktiki olaraq ikitərəfli  əlaqələr 

qurması  şəklində öz əksini tapırsa, Azərbaycana qarşı  təzyiqlər daha çox iqtisadi 

xarakterlidir. Təsadüfi deyil ki, sözügedən Astana sammitindən sonra Rusiya tərəfi 

Azərbaycanla sərhəddə  nəzarət-keçid rejimini sərtləşdirdi, Azərbaycandan bu ölkəyə 

aparılan kənd təsərrüfatı mallarının sərhəddən buraxılmasını süni şəkildə əngəlləməyə 

başladı  və s. Yalnız rəsmi Bakının diplomatik səyləri nəticəsində bu məhdudiyyətlər 

götürüldü. 

 Azərbaycanın Kollektiv Təhlükəsizlik təşkilatına qoşulmaması ölkənin geosiyasi 

maraqları ilə yanaşı, həm də  işğalçı Ermənistanın bu qurumda təmsil olunması ilə 

bağlıdır. Üstəlik, sözügedən təşkilat Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ 

münaqişəsinin həlli üçün effektli mexanizmə malik deyil. Çünki KTT yarandığı gündən 

üzv ölkələr bəyan edir ki, bu təşkilat daxili münaqişələrin həllinə yox, xaricdən yarana 

biləcək təhlükələrə qarşı  tədbir görəcək. Belə olan halda Azərbaycanın bu quruma 

üzvlüyü ölkəmizə heç bir siyasi və ya hərbi divident vəd etmir. Əksinə, Qafqazda xarici 

ölkələrin hərbi bazalarının yerləşdirilməsinə qarşı çıxan və tam neytral mövqe nümayiş 

etdirən Azərbaycanın Qərblə  bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinə  mənfi təsir 

göstərə bilər. 

Hadisələrin inkişafı da göstərir ki, regional təhlükəsizlik məsələsində Azərbaycan 

ən optimal variantı seçib. Belə ki, artıq Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Kəmərinin inşası, 

Qərb kapitalının regiona axını və s. Rusiyanı özünün Qafqaz siyasətində ABŞ və Qərb 

faktoru ilə hesablaşmağa məcbur edir. Amma bununla belə, Rusiya regionda 

təhlükəsizlik problemlərinin həllində  əsas və  həlledici rol oynayır və bu rolu heç kimə 

güzəştə getmək fikrində deyil. Bölgədə Rusiyanın birbaşa iştirakı ilə yaradılmış 

münaqişə ocaqlarının hələ  də mövcud olması, Cənubi Qafqaz və Orta Asiya 

ölkələrindən Rusiyaya kütləvi miqrasiyanın mövcudluğu, region ölkələri ilə vahid iqtisadi 

sistemin qorunub saxlanması və s.  Moskvanın regiona təsir göstərmək imkanlarını xeyli 

artırır.  



 

590


Lakin bu gün Rusiyanın regional siyasətində müəyyən dəyişikliklər hiss 

olunmaqdadır. Qeyd edək ki, Rusiyada indiyədək dəfələrlə  sınaqdan keçirilmiş “etnik 

münaqişələr” taktikasına yanaşmada dəyişikliklər hələ 1994-cü ildə - Çeçenistan 

münaqişəsi  alovlanan zaman hiss olunmağa başlayıb. Həmin il Rusiya Prezidenti Boris 

Yeltsin Federasiya Şurasındakı  çıxışında verdiyi “Rusiya sərhədləri yaxınlığındakı 

münaqişə ocaqları, MDB ölkələrindəki iqtisadi və dövlətçilik böhranları Rusiya üçün real 

təhlükədir” bəyanatı da bundan xəbər verir. 

 Bu 


gün 

Rusiyanın mövqeyindəki nisbi dəyişikliklər daha çox hiss edilir. Amma 

istənilən halda, Rusiyanın regional proseslərə  və Qafqazın təhlükəsizlik probleminə 

yanaşması  əsrlər boyu Kremldə formalaşmış strategiyadan kənara çıxmır. Rəsmi 

Moskva Cənubi Qafqazdakı prosesləri tarixi rəqibləri olan İran və Türkiyə, həmçinin yeni 

rəqibləri olan ABŞ  və Avropa İttifaqının iştirakı olmadan təkbaşına həll etmək 

iddiasındadır. Təsadüfi deyil ki, Rusiya regional problemlərin «3+1» formulu  – 3 Cənubi 

Qafqaz ölkəsi+Rusiya formulu  əsasında həll etməyə çalışır. «Qafqaz dördlüyü» 

adlandırılan bu format daxilində indiyədək həm prezidentlər, həm təhlükəsizlik  şurası 

sədrləri, həm dini liderlər səviyyəsində müxtəlif görüşlər və  məsləhətləşmələr 

aparılmışdır. Amma bu birlik hələ ki, yalnız məsləhətləşmələr formasında davam edir. 

Bölgədə  təhlükəsizlik problemlərinin həllinə mane olan əsas amillərdən biri 

Rusiyada Vaşinqtona və  Qərbə münasibətdə birmənalı  və  dəqiq kursun mövcud 

olmaması ilə bağlıdır. Moskvada ABŞ-ı beynəlxalq terrorizm, etnik münaqişə və müasir 

təhlükələrlə mübarizədə bərabərhüquqlu müttəfiq qismində görənlərlə bərabər, bölgədə 

hərbi-siyasi cəhətdən möhkəmlənməyə can atan rəqib kimi baxanların sayı daha 

çoxdur. Bu isə geosiyasi mövqelərin  qarşıdurmasını daha da gücləndirir. Özü də artıq 

burada Rusiya (İran, Ermənistan )- ABŞ (Azərbaycan, Türkiyə, Gürcüstan) bloklaşması 

da proqnozlaşdırılır. Son illər Ukraynanın regiondakı proseslərə daha fəal müdaxilə 

etməsi isə Rusiya-İran-Ermənistan blokuna qarşı  Qərbin dəstək verdiyi Türkiyə-

Ukrayna-Azərbaycan-Gürcüstan blokunun formalaşmasını  şərtləndirir. Bu gün Bakı-

Tbilisi-Ceyhan layihəsi Azərbaycan, Gürcüstan və Türkiyənin strateji müttəfiqliyini 

şərtləndirən  əsas amillərdən birinə çevrilib. Bununla paralel olaraq, Kiyevin Xəzər 

neftinin Odessa-Brodı-Qdansk kəməri vasitəsilə də Avropa bazarlarına çıxarılması üçün 

göstərdiyi səylər, Ukraynanın qlobal enerji layihələrində aparıcı mövqe tutmağa iddialı 

olduğunu göstərir. Bütün bu layihələrin təhlükəsizliyinin təmin edilməsi regional 

təhlükəsizliyin  ümumi problemlərinin ən həssas məsələsi hesab olunur.  




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə