Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə218/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   214   215   216   217   218   219   220   221   ...   229

 

593


iştirakı ilə  həllinə  tərəfdar olduğunu israrla irəli sürür. Təbii ki, “regiondan kənar 

qüvvələr”lə bağlı Rusiya ilə eyni mövqe nümayiş etdirən İran  bu yanaşma ilə razı deyil.  

Yeri gəlmişkən, “regiondan kənar qüvvələr”ə yanaşmadakı eynilik geostrateji 

maraqlarla yanaşı, həm də tarixi köklərə malikdir. Bugünkü müstəqil Azərbaycan dövləti 

Rusiya ilə  İran arasında  əsrlər boyu mövcud olan sərhədləri pozub və onların strateji 

maraqlarına maneçilik törədib. SSRİ dağılandan sonra artıq Rusiyanın  İranla birbaşa 

quru sərhədi yoxdur və bu, iki ölkənin birgə geosiyasi planlarının reallaşmasını 

çətinləşdirir. Üstəlik, Qərbin Azərbaycanda möhkəmlənməsi, bu ərazidə  İranla Rusiya 

arasında üçüncü qüvvənin yerləşdirilməsi deməkdir. Bu gün Tehranla Moskvanın 

regiona kənar qüvvələrin müdaxiləsinə qarşı ciddi müqavimət göstərməsinin kökündə 

də, əsasən, bu faktor dayanır. 

Ümumiyyətlə, İranın bölgədə təhlükəsizlik problemlərinə öz tarixi yanaşması var 

və bu dövlətin mövqeyində yeni şəraitdə də hər hansı dəyişiklik müşahidə olunmur. İran 

bölgədə qeyri-sabitliyin yaranmasını, «regiondan kənar» qüvvələrin (ABŞ  və Avropa 

İttifaqı) mövqelərinin möhkəmlənməsinin  əsas  şərti kimi qəbul edir. Çünki istənilən 

münaqişə, regiona kənar qüvvələrin müdaxiləsinə yol açır (Balkanlar buna sübutdur). 

Məhz buna görə,  İran dəfələrlə istər Xəzər hövzəsindəki ölkələrə, istərsə  də  Cənubi 

Qafqaz respublikalarına bölgədəki təhlükəsizliyin qorunması üçün birgə kompleks 

tədbirlər təklif edib və «regiondan kənar» qüvvələrin proseslərə müdaxiləsini yolverilməz 

sayıb.  


 

İranın bununla bağlı ilk təşəbbüsü Cənubi Qafqazda vahid təhlükəsizlik 

sisteminin yaradılması ilə bağlı olub. Bunun üçün rəsmi Tehran region ölkələrinə  3+2 

formulu (3 Cənubi Qafqaz respublikası + Rusiya və  İran) təklif edib. Bu sistem 

təhlükəsizlik və xarici siyasət sahəsində adıçəkilən ölkələrin səylərini birləşdirməsini, 

birgə  əməkdaşlığını  nəzərdə tuturdu. Maraqlıdır ki, 3+2 formulunu təklif etməklə 

regiondakı  əsas geosiyasi oyunçulardan biri olan Türkiyəni bu sistemdən kənarda 

qoymağı düşünən  İran yalnız öz tarixi rəqibini deyil, həm də Ankaranın üzvü olduğu 

NATO-nu və müttəfiqi olduğu ABŞ-ı proseslərə  təsir göstərmək imkanından məhrum 

etmək niyyətini gizlətmirdi. 

 Lakin 


Tehranın bu təklifi region ölkələri tərəfindən birmənalı qarşılanmadı. 

Məsələn, rəsmi Bakı öz təhlükəsizlik problemlərini ikitərəfli və çoxtərəfli  əlaqələr və 

beynəlxalq təşkilatlarla əməkdaşlıq formasında həll etməyə üstünlük verdiyini bildirdi. 

 Bundan 


sonra 

İran rəhbərliyi regional təhlükəsizlik sisteminə dair yeni formula  - 



3+3 sxemini irəli sürdü. Burada artıq söhbət 3 Cənubi Qafqaz respubilkası+Rusiya, İran, 


 

594


Türkiyə formulundan gedirdi. ABŞ-ın regiona gəlişini  əngəlləmək üçün, İran hətta 

Vaşinqtonun ən güclü müttəfiqi və Tehranın əsrlər boyu regiondakı rəqibi olan Türkiyə 

ilə də əməkdaşlığa hazır olduğunu nümayiş etdirdi. Rəsmi Tehran bu sistem daxilində 6 

dövlətin təhlükəsizlik  şuralarının katibləri, parlament sədrləri, həmçinin  iqtisadiyyat və 

maliyyə nazirləri səviyyəsində ayrı-ayrı görüşlərin keçirilməsini və ümumi baxışların 

formalaşdırılmasını təklif edirdi.  

 

Lakin bu təşəbbüs də region dövlətlərinin dəstəyini qazanmadı. Bu bir daha 



göstərir ki, İranın regional təhlükəsizlik məsələsinə baxışı digər regional ölkələrin 

mövqeyi ilə üst-üstə düşmür.  

 

İranın regional təhlükəsizlik sisteminə dair daha bir təklifi 2003-cü ilin aprelində 



gündəmə gətirildi. İranın xarici işlər naziri Kamal Xərrazinin regionun birgə təhlükəsizlik 

qüvvələrinin yaradılması təşəbbüsü yenə bölgə dövlətlərinin dəstəyini qazanmadı.  

 Beləliklə, İran regiondakı geostrateji məqsədini gizlətmir: 

Kənar qüvvələrin (ABŞ və Avropa İttifaqı) Cənubi Qafqazda iştirakını mümkün 

qədər məhdudlaşdırmaq, onların İran sərhədlərinə yaxınlaşmasına imkan verməmək

- Regional problemləri yalnız bölgədəki dövlətlərin birgə  səyi nəticəsində  həll 

etmək; 


- Xəzər hövzəsi və  Cənubi Qafqaz ölkələrinin birtərəfli addımlarını maksimum 

neytrallaşdırmaq və proseslərdə birgə iştiraka nail olmaq üçün mexanizm tapmaq; 



-  Qərbyönümlü siyasət yeridən region dövlətləri ilə münasibətləri yüksək 

səviyyədə quraraq,  onlara təsir mexanizmlərini müəyyənləşdirmək; 

- Geostrateji maraqları İranla üst-üstə düşən regional ölkələrlə əməkdaşlığı daha 

da möhkəmləndirmək. 

 

İranın Cənubi Qafqazda yürütdüyü region dövlətləri ilə  hərtərəfli  əlaqələr 



yaradaraq, onları  təsir altında saxlamaq siyasəti Azərbaycanla münasibətlərinin 

timsalında açıq-aydın görünür. Son bir neçə il ərzində  İranın Dağlıq Qarabağ 

probleminə yanaşmasında köklü dəyişiklik hiss olunur. İran bütün beynəlxalq 

təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində 

həllinə tərəfdar çıxır, ölkəmizin ərazi bütövlüyünü tanıdığını müxtəlif  tribunalardan elan 

edir,  uzun illər mübahisə obyekti olan Təbrizdə konsulluğun açılması məsələsinə razılıq 

verir və s. 

Ümumiyyətlə,  İranın regiondakı geosiyasi duruma təsir göstərmək imkanı 

getdikcə azalır. Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşması, bölgədəki bütün layihələrin 

Qərbin dəstəyi və  iştirakı ilə  həyata keçirilməsi  İranın bölgədəki proseslərdən təcrid 




 

595


olunması ilə  nəticələnib. Tehranın ciddi müqavimətinə baxmayaraq, ABŞ artıq ölkənin 

sərhədlərinə yaxınlaşıb.  İranla sərhədyanı ölkələrin  əksəriyyətində - Türkiyə, Pakistan, 

Əfqanıstan və  İraq, həmçinin Fars körfəzinin sahilyanı ölkələrində ABŞ-ın hərbi 

qüvvələri yerləşdirilib. Birləşmiş Ştatların hərbi iştirakı olmayan yeganə  sərhəd dövlətlər 

Azərbaycanla Türkmənistandır. Bu amil Azərbaycanın İran üçün əhəmiyyətini daha da 

artırır.  İraq müharibəsindən sonra Tehranın Bakı ilə münasibətlərə daha çox diqqət 

yetirməsi təsadüfi deyil. Ekspertlər hesab edir ki, hadisələrin bu istiqamətdə inkişaf 

edəcəyi təqdirdə, iki dövlət arasında həllini tapmayan Xəzərin statusu məsələsi ilə bağlı 

danışıqlar da müsbət sonluqla nəticələnə bilər. Amma istənilən halda, regional 

təhlükəsizlik məsələsinə yanaşmada Bakı ilə Tehran arasındakı prinsipial fikir ayrılığı 

hələ qalmaqdadır. 

 Azərbaycanla yanaşı regionun digər dövləti – Gürcüstan da regional 

təhlükəsizliyin təmin olunmasına «kənar qüvvələr»in - ATƏT, Avropa İttifaqı və NATO-

nun cəlb edilməsinə  tərəfdardır. Bu ölkədə hakimiyyət dəyişikliyindən sonra rəsmi 

Tbilisinin birmənalı olaraq ABŞ meylli kurs tutduğunu nəzərə alsaq, Gürcüstan indi 

İranın 3+3 təklifini ümumiyyətlə,  aktual saymır. Lakin digər tərəfdən, Gürcüstanın 

qərbyönümlü siyasi kursu yalnız bu ölkədəki hakimiyyət dəyişikliyi ilə bağlı deyil. 

Əslində, bu siyasət hələ 1997-ci ildən başlayıb. Həmin il ölkə parlamenti Gürcüstanın 

suverenliyi və təhlükəsizliyinin, ərazi bütövlüyünün bərpası və sabitliyin möhkəmlənməsi 

Konsepsiyasını  qəbul edib. Sənədin  əsasında ölkənin Avropa oriyentasiyası durur. 

Konsepsiyanın müəllifləri NATO-nun Avropada təhlükəsizliyin təmin olunmasındakı 

rolunu nəzərə alaraq, Şimali Atlantika Alyansının genişlənməsini Gürcüstanın milli 

maraqları baxımından təqdirəlayiq sayırlar. Sonrakı illərdə Gürcüstanın Qərblə, xüsusilə 

də ABŞ və NATO ilə əməkdaşlığı daha da genişlənib. NATO-nun assosiativ üzvü olan 

Gürcüstan, yalnız 1999-cu ildə NATO  ilə  əməkdaşlıq çərçivəsində onlarla tədbir, o 

cümlədən Rusiyanın narazılıqla qarşıladığı genişmiqyaslı hərbi-dəniz təlimləri keçirib.  

 

Bu gün Gürcüstan regionda Azərbaycanın  ən yaxın strateji tərəfdaşlarından 



sayılır. Bakı ilə Tbilisi arasında strateji əməkdaşlıq bir sıra obyektiv faktorlarla bağlıdır. 

SSRİ dağılandan sonra hər iki ölkə eyni problemlərlə üzləşib – iqtisadi böhran, vətəndaş 

qarşıdurması  və aqressiv separatizm təhlükəsi. Buna görə  də  hər iki ölkənin həm 

regionda, həm də beynəlxalq aləmdə eyni mövqedən çıxış etməsi təbiidir. Azərbaycanla 

Gürcüstanın xarici siyasi prioritetləri də eynidir:  

 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə