Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə215/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   211   212   213   214   215   216   217   218   ...   229

 

585


 

X  FƏSİL 

 

AZƏRBAYCANIN TƏHLÜKƏSİZLİK PROBLEMLƏRİ VƏ 



ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSI 

 

Mövzular: 

 

1. Cənubi Qafqazın təhlükəsizlik problemləri: qlobal və yerli maraqlar. 

 

 

Azərbaycanın təhlükəsizlik siyasəti 

2. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsiinn tarixi kökləri haqqında 

3. XX  əsrin sonunda Ermənistanın Azərbaycana qarşı  ərazi iddiaları  və Sovet 

rəhbərliyinin Qafqaz siyasəti 

4. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan  ərazilərinin işğalı  və 

münaqişənin BMT təhlükəsizlik Şurasında müzakirəsi 

5. ATƏT-in Minsk qrupunun yaradılması və fəaliyyəti 

6. Digər beynəlxalq təşkilatların münaqişəyə dair mövqeyi və Azərbaycanın 

diplomatik fəaliyyəti  

 

 

§1. CƏNUBİ QAFQAZIN TƏHLÜKƏSİZLİK PROBLEMLƏRİ: QLOBAL VƏ 

YERLİ MARAQLAR. AZƏRBAYCANIN  TƏHLÜKƏSİZLİK SİYASƏTİ 

 

Azərbaycan Qafqazın, Xəzər-Qara dəniz hövzəsinin, Avrasiyanın və bütövlükdə 

qlobal dünyanın mühüm geosiyasi, geoiqtisadi və geotsrateji əhəmiyyət kəsb edən bir 

bölgəsində yerləşir.  Odur ki,  bir dövlət olaraq onun milli maraqları, milli təhlükəsizliyi 

region və qlobal dünya maraqlarından ayrıca,  təcrid  olunmuş  şəkildə    təmin oluna 

bilməz. Azərbaycanın, Qafqazın, Xəzər-Qara dəniz hövzəsinin və bütövlükdə 

Avrasiyanın təhlükəsizlik məsələlərinə müxtəlif  yanaşmalar, qlobal, regional  və milli 

maraqlar, onlar arasındakı üst-üstə düşən  və  kəsişən məqamlar hazırda geniş 

müzakirə olunan mövzulardandır.  Azərbaycanın təhlükəsizlik problemi, onun təmin 

olunması yolları və vasitələri, qlobal və yerli təhlükəsizlik  maraqlarının uzlaşdırılması və 




 

586


region dövlətlərinin təhlükəsizlik siyasəti ölkənin ictimai fikrini də ciddi 

düşündürməkdədir.   

Azərbaycanın xarici siyasətinin və milli təhlükəsizliyinin ən əsas problemi - Dağlıq 

Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, ölkənin  ərazi bütövlüyünün və 

suveren dövlət hüquqlarının bərpası  məsələsidir. Ölkənin xarici aləmlə bütün 

təmaslarında, ikitərəfli və çoxtərəfli münasibətlərində  bu problemin müzakirəsi, 

beynəlxalq hüquq norması  çərçivəsində  həlli məsələsi daim diqqət mərkəzində 

saxlanılır. Bu problem nəinki təkcə Azərbaycana, onun müstəqil dövlət quruculuğu 

prosesinə, vətəndaşlarının sabit həyat şəraitinə ciddi zərbə vurmuş, həm də keçən 15 

ildən artıq bir dövrdə regionda (Qafqaz, Xəzər-Qara dəniz hövzəsində) dövlətlərarası 

iqtisadi, siyasi və  mədəni  əlaqələri pozmuş, ölkələri və xalqları qarşıdurmaya 

sürükləmiş, onların bir-biri və beynəlxalq aləmlə münasibətlərinə, regional  və 

beynəlxalq inteqrasiya proseslərinə çox ciddi mənfi təsir göstərmişdir. Hazırda 

Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi həm Qafqazda, 

Avrasiya və Avropada, həm də bütövlükdə qlobal dünyada həllini gözləyən ən çətin və 

mürəkkəb problemlərdən biri hesab olunur.  

Azərbaycanın xarici siyasətinin və milli təhlükəsizliyinin həyati  əhəmiyyət kəsb 

edən məsələlərindən biri də malik olduğu təbii sərvətlərini, karbohidrogen  ehtiyatlarını 

xarici müdaxilə olmadan, özünün müəyyən etdiyi daxili və xarici tərəfdaşlarla işləmək, 

təhlükəsiz və əlverişli yollarla dünya bazarlarına çıxarmaq və əldə olunan gəliri ölkənin 

inkişafına yönəltməkdən ibarətdir.  

Azərbaycan  Şərqlə  Qərbin, Avropa ilə Asiyanın kəsişdiyi, mühüm nəqliyyat-

kommunikasiya dəhlizlərinin keçdiyi  əhəmiyyətli bir geosiyasi, geoiqtisadi və geostrateji 

məkanda yerləşir. Bu faktor regionda mövcud olan milli dövlətlər, regionun və dünyanın 

aparıcı dövlətləri arasında balanslaşdırılmış siyasət yürütməyi, kəsişən və üst-üstə 

düşən  maraqları  nəzərə almağı  tələb edir. Əhəmiyyətli  ərazi (məkan), geostrateji 

(təhlükəsizlik) və geoiqtisadi (karbohidrogen ehtiyatları  və s.) üstünlüklərdən ölkənin 

milli maraqları  çərçivəsində  bəhrələnmək xarici siyasət və milli təhlükəsizliyin  əsas 

vəzifələrindəndir.  

Nəhayət,  hər bir dövlət xarici müdaxilə olmadan öz daxili həyatını qurmaq və 

idarə etmək,  daxili sabitliyi qorumaq, ölkənin strateji inkişafını, konstitusiya quruluşunu 

təmin etmək vəzifəsini həyata keçirir. Bu mənada mürəkkəb geosiyasi məkanda 

yerləşən Azərbaycan özünün müəyyən etdiyi demokratik cəmiyyət,  hüquqi və dünyəvi  

dövlət, dünyanın qabaqcıl siyasi, iqtisadi və təhlükəsizlik sistemlərinə inteqrasiya xəttini 




 

587


reallaşdırmaq üçün regionun və dünyanın  güc mərkəzləri ilə münasibətlərə dair xüsusi  

düşünülmüş, ardıcıl həyata keçirilən milli təhlükəsizlik konsepsiyasına malik olmalıdır. 

Bu konsepsiya dövlətin həm daxili, həm də xarici vəziyyətini və  vəzifələrini, onu 

reallaşdırmanın  əsaslı yollarını  və vasitələrini dəqiq müəyyən edən milli proqrama 

söykənməlidir.  

Avrasiya məkanında təhlükəsizliklə bağlı    istənilən məsələ ABŞ  və onun NATO 

üzrə müttəfiqi olan Avropa dövlətləri ilə yanaşı, regionun Rusiya, İran, Türkiyə, Çin kimi 

böyük dövlətlərinin, Ukrayna, Azərbaycan, Gürcüstan və digər kiçik, lakin çox mühüm 

əhəmiyyət kəsb edən ölkələrinin ciddi reaksiyasını doğurur.  

 Azərbaycanın regional təhlükəsizlik məsələsinə yanaşması birmənalıdır: Qafqaz 

regionunun müxtəlif güc blokları arasında bölünməsinin qarşısını almaq.  Azərbaycan 

bu mövqeyini 1993-cü ildən başlayaraq ardıcıl  şəkildə  həyata keçirmiş,  bölgə 

ölkələrinin  ərazisində xarici qoşunların və  hərbi bazaların yerləşdirilməsinin, Qafqazın 

militaristləşdirilməsinin  əleyhinə  çıxış etmiş  və öz mövqeyini 1999-cu ildə ATƏT-in 

İstanbul sammitinin yüksək tribunasından bəyan etmişdir. Tədbirdə  iştirak edən 

Prezident Heydər  Əliyev regionda Təhlükəsizlik və  Əməkdaşlıq Paktının yaradılması 

təşəbbüsü ilə  də  çıxış etmişdi. Bu təşəbbüsə görə, Təhlükəsizlik Paktını Azərbaycan, 

Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə və ABŞ imzalamalı idi. Təbii ki, Azərbaycanın 

bu təklifi Rusiya, Ermənistan və  İranda müəyyən qədər narazılıqla qarşılandı. 

Regiondan kənar dövlət olan ABŞ-ın bölgədəki proseslərə müdaxiləsini yolverilməz 

hesab edən Rusiya və regional təhlükəsizlik sisteminin formalaşdırılmasından kənarda 

qalan İran bu təşəbbüsü birmənalı şəkildə qəbul etmədi.  

 Azərbaycanın regional təhlükəsizliyə dair daha bir təşəbbüsü isə 4 il sonra – 

2002-ci ildə diqqət mərkəzinə gəldi. Həmin ilin aprelində Türkiyənin Trabzon şəhərində 

Azərbaycan, Türkiyə və Gürcüstan arasında “Trabzon razılaşması” imzaladı. Regionun 

enerji təhlükəsizliyi və müstəqilliyini təmin etmək üçün 3 ölkənin daxili işlər nazirlərinin 

imzaladığı bu sənəd terrorizm və aqressiv separatizmə qarşı mübarizədən tutmuş, çirkli 

pulların yuyulması  və neft-qaz borularının birgə mühafizəsinədək kifayət qədər geniş 

sahəni  əhatə edirdi. Bu saziş, həm də regionun üç dövlətinin strateji tərəfdaşlığını 

rəsmiləşdirən sənəd hesab olunur. Qeyd edək ki, bundan əvvəl 1996-cı ildə Azərbaycan 

və Gürcüstan arasında “Trabzon razılaşmasına” oxşar “Tbilisi bəyannaməsi” adlanan 

sənəd imzalanmış    və bu sənəd bütün region ölkələrinin daxil olması üçün açıq elan 

edilmişdir.  Lakin regionun heç də bütün dövlətləri Azərbaycanın təklif etdiyi bu cür 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə